Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə69/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   65   66   67   68   69   70   71   72   ...   205

olmaz.  Ona  görə  ki,  bu  təsir  tədbirlərinin  görülməsi  üçün 

xüsusi  qərarın  göndərildiyi  vəzifəli  şəxsin  və  ya  yuxarı 

orqanın səlahiyyətinə aiddir.

Cinayət-Prosessual  Məcəlləsinin  307-ci  maddəsinin 

tələblərinə 

əsasən 


xüsusi 

qərar 


müəyyən 

prosessual 

səlahiyyətlərə  malik  aşağıdakı  vəzifəli  şəxslər  barəsində 

çıxarıla bilər:

1.  təhqiqatçı;

2.  təhqiqat orqanının  rəhbəri;

3.  müstəntiq (istintaq qrupunun  rəhbəri);

4.  istintaq şöbəsinin  rəisi;

5.  müvəqqəti  saxlama  yerinin  və  ya  həbsdə  saxlama 

yerlərinin rəhbəri (rəisi);

6.  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata 

keçirən  prokuror,  habelə  ona  birbaşa  göstərişlər  vermək 

hüququ olan yuxarı prokuror;

7.  birinci  instansiya  məhkəməsinin  hakimi  (hakim 

barəsində  xüsusi  qərar  əsasən  məhkəmə  nəzarətinin  həyata 

keçirilməsi  zamanı  yol  verilmiş  pozuntularla  bağlı  olacaqdır) 

(4, səh.  364).

Məhkəmənin  hazırlıq  iclasının  keçirilməsi  nəticəsində 

hakim  (hakimlər  kollegiyası)  tərəfindən  əsaslandırılmış 

surətdə 


çıxarılmış 

xüsusi 


qərar 

cinayət 


prosessual 

qanunvericiliyin  normalarının  tələblərini  kobud  surətdə 

pozmuş  şəxsin  məsuliyyətinin  dərəcəsini  müəyyən  etmək  və 

onun  barəsində  müvafiq  hüquqi  təsir  tədbirlərinin  görülməsi 

üçün  aşağıda göstərilən şəxslərə göndərilməlidir:

1.  müstəntiq,  təhqiqatçı  və  təhqiqat  orqanının 

əməkdaşı  barəsində  -   tabeçiliyindən  asılı  olaraq  Azərbaycan 

Respublikası  müvafiq  mərkəzi  icra  hakimiyyəti  orqanının 

rəhbərinə;

2.  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata 

keçirən  prokuror  və  prokurorluğun  müstəntiqi  barəsində  -  

Azərbaycan  Respublikasının  Baş  Prokuroruna;

210



3. 

birinci 


instansiya 

məhkəmələrinin 

hakimləri 

barəsində  -   Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

sədrinə.  ]

Yuxanda  göstərilən  vəzifəli  şəxslər  xüsusi  qərarı 

aldıqdan  sonra,  yəni  xüsusi  qərarın  müvafiq  dövlət  orqanına 

daxil  olduğu  vaxtdan  30  gündən  gec  olmayan  müddətdə 

müvafiq  prosessual  xarakterli  pozuntu  barədə  araşdırma 

aparmalı,  Azərbaycan  Respublikasının  qanunvericiliyinin 

müvafiq  normalarının  tələblərinə  əsasən  kobud  qanun 

pozuntularına  yol  vermiş  şəxs  (şəxslər)  tərəfindən  törədilmiş 

əməlin  (hərəkət  və  ya  hərəkətsizliyin)  xarakterini  və  ictimai 

təhlükəlilik 

dərəcəsini  müəyyən 

etməli, 


həmin 

şəxsin


(şəxslərin)  məsuliyyətini  müəyyən  edərək  onun  (onların) 

barəsində  tədbir  görülməli  və  görülmüş  tədbirlər  barədə 

məhkəməyə məlumat verməlidirlər.

Cinayət  prosesini  həyata  keçirən  orqanın  müvafiq 

əməkdaşı 

(əməkdaşları), 

yəni 

vəzifəli 



şəxsi 

(şəxsləri) 

tərəfindən 

cinayət 


mühakimə 

icraatı 


zamanı 

kobud 


prosessual  xarakterli  qanun  pozuntularına  yol  verildiyinə 

görə  həmin  şəxs  (şəxslər)  törətdiyi  əməlin  xarakterinə  və 

ictimai  təhlükəlilik  dərəcəsinə  görə  yuxarıda  sadalanan 

müvafiq  vəzifəli  şəxslər  tərəfindən  cinayət,  inzibati,  intizam 

və ya mülki-hüquqi məsuliyyətə cəlb edilməlidirlər.

Ə d ə b i y y a t :

1.  C.H. Sovet cinayət prosesi.  Dərslik, Bakı, "M aarif-1989, s.312

2.  Комментарий 

к 

уголовно-процессуальному 



кодексу 

РСФСР.  М-1989, с. 684

3.  Комментарий 

к 

уголовно-процессуальному 



кодексу 

РСФСР. М-2000, с.758

4.  Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcəllə­

sinin  Kommentariyası  II  cild  (xüsusi  hissə)  hüquq  elmləri 

doktoru,  professor  Cəfər  Hacı  Həsən  oğlu  Mövsümovun 

redaktəsi  ilə "Digesta" nəşriyyatı,  Bakı-2003, s.872

211



III. FİLOLOJİ ELMLƏR 

VƏ İNCƏSƏNƏT

M Ə H Ə R R Ə M  CƏFƏRLİ 

A M  EA  Naxçıvan Bölməsi incəsənət,

Dil və  Ədəbiyyat institutu

MƏHƏBBƏT DASTANLARINDA ŞƏRT AMİLİ

Azərbaycanın  məhəbbət  dastanlarının  bədii  struktu­

runda əsas yerlərdən birini şərt amili  tutur.  Bu  amil,  ümumiy­

yətlə, folklor yaradıcılığı,  xüsusən də şifahi  xalq ədəbiyyatının 

iri  həcmli janrları  üçün  səciyyəvi  olmaqla  bərabər,  məhəbbət 

dastanlarının  süjet  və  kompozisiyasında  tutduğu  mövqeyə 

görə müxtəlif funksiyalar daşıyır.

Məhəbbət dastanlarında müəyyən bir tərəfin, yəni istər 

müsbət  qəhrəmanların,  istər  mənfi  obrazların,  istərsə  də 

yardımçı  surətlərin  irəli  sürdüyü  şərt  bilavasitə  aid  olduğu 

dastanın  taktikası  ilə  bağlı  məsələdir.  Hətta  həmin  faktların 

geniş  və  hərtərəfli öyrənilməsi,  bədii  mətndəki yerinin  düzgün 

müəyyənləşdirilməsi  həmin  dastanların  spesifik  cəhətlərini, 

ideya  xüsusiyyətlərini,  dastanın  yazıya  alındığı  zaman 

toplama  qaydalarına  nə  dərəcədə  əməl  olunub  olunmamasını 

da aşkara çıxarır.

Bütün  bunların  izahı  üçün  ən  düzgün  yol  Azərbaycan 

məhəbbət  dastanlarına  aid  faktlara  müraciət  etməkdir. 

Məsələn,  «Aşıq  Qərib»  dastanının 

bir  yerində  dastanın 

qəhrəmanı  Qərib  gəlib  çıxdığı Tiflis  şəhərində  hamını  bir  növ 

valeh edən və aşıqlıqda ad çıxaran Güloğlana deyir:

«  -  Güloğlan,  dörd  yarpaq  söz  deyəcəyəm,  cavabın  verə 

bilsən,  mən  burdan  birbaş  Təbrizə  qayıdacağam  və  aşiqlik 

sözünü üstümdən götürəcəyəm» (1-174).

Dastandakı  hadisələrdən  məlum  olur  ki,  Aşıq  Qərib 

Təbrizdən  Tiflisə  öz  butası  --  Şahsənəmin  arxasınca  gəlib.

212



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə