Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə77/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   73   74   75   76   77   78   79   80   ...   205

Bəs  bu  ərazidəki  kurqan  abidələrin  maddi-mədəniyyət 

qalıqlarının  yaradıcıları  kimlər  idi,  onlar  hansı  kökdən, 

soydan 

gəlirdi, 



hansı 

xalqın 


uluları, 

hansı 


xalqın 

təşəkkülünün, dilinin təkamülünün iştirakçıları idi?

Bütün  bu suallara cavab vermək  üçün ən etibarlı mənbə 

hesab  olunan  yer  adlarının  tədqiqi,  etimologiyası  və  bu 

adlarda  olan  qədim  etnosların  izi  tədqiqat  obyekti  kimi  çox 

qiymətli tarixi materiallar hesab olunur.

Məlumat  üçün 

qeyd  edək  ki,  Azərbaycan  xalqının 

təşəkkültapma  prosesində  kas,  manq,  kimmcr,  savir,  şirak 

kimi 


türkdilli  tayfaların  iştirakı  olmuş  və  bu  izləri  bu 

günümüzə  qədər  oykonimlər  qorumuşdur. 

Belə  türk 

tayfalarından  biri  də e.ə.  I  minillikdə  Orta Asiya,  Qazaxıstan 

əraziləri  ilə  ilişgili  tarixə  düşən,  e.ə.  VII  əsrdə  qədim  türk 

yazılı  abidəsi  «Avesta»da,  e.ə.  520-ci  ildə  Bisütun  qaya 

yazılarında  və  bir  çox  tarixi  mənbələrdə  adı  çəkilən  sak 

etnoslarıdır.3  Naxçıvan  ərazisinin  etnik  tərkibi  haqqında 

digər  qiymətli  məlumatlar  L Hacıyev  və  Ş. Məmmədovun, 

İ.Hacıyev  və  Ə.Amanoğlunun  birg;ə  Naxçıvanla  bağlı  işlədiyi 

kitablarında da öz geniş əksini tapmışdır.4

Diqqətimizi 

daha 

çox 


çəkən 

sak 


etnoslarının 

Naxçıvanda, 

vətənimizin  qərb  bölgəsində  (qondarama 

Ermənistan)  və  Cənub  bölgəmiz Azərbaycanda  məskunlaşma 

tarixi,  onlarının  izlərinin  aşkarlanması,  e.ə.  VIII  əsrdə  bu 

ərazilərə  köçetmə  məsələləridir. 

Bəri  başdan  qeyd  etmək 

istərdik  ki,  biz  gəlmə  məsələsi  ilə  razılaşmırıq,  çünki  sakların 

ərazidə yerli -  avtoxton  sakinlər olduğunu qeyd- şərtsiz sübut 

edən xeyli faktlar mövcuddur.

Yunan  səyyahı  Strabon  «Coğrafiya»  əsərində  iki 

Şakaşena  və  bir  Sisakan  ərazisinin  olduğunu  qeyd  edir  və 

ərazi olaraq Azərbaycanı göstərir.5

Naxçıvan 

və 

İrəvan 


əyalətlərimizin 

osmanlılar 

tərəfindən  işğalından  sonra  tərtib  olunmuş  1590-cı  il  tarixli  « 

Iravan  əyalətinin  müfəssəl  dəftəri  sənədində6  yer  adlarındakı 

sak  etnosları  bu  fikri  və  məlumatı  təsdiq  edir  və  adlara

234



qoşulmuş  küllü  miqdarda  arxaik  türk-Azərbaycan  leksik 

vahidlərininin işlənilməsi də məlumatla uyğun  gəlir.

İrəvan 

nahiyəsində  Zak,  Zakevəng,  Caqerşin,  Saki, 



Sisaqgird,  Sənqovit,  o  dövr  alaybəyi  və  onun  adamlarının 

yayladığı  Şaqraq  yaylağı,  Karbi. nahiyəsində Aseçak,  Osakan, 

Sakuni,  Sərkuııi,  Saqazgird,  Naxçıvan  qəzasının  Naxçıvan 

nahiyəsində 

Qaraçuq,  Qarabağ  nahiyəsində  Səng,  Sükar, 

Zoq,  Bazarçay  nahiyəsində  Siqad,  Vedi  nahiyəsində  Çiqin, 

Çiqindər,  Çaqlı,  Gənzək,  Abaran  nahiyəsində  Səkni,  Əlincə, 

Ağsaq,  Şorlut  nahiyəsində  Gənzək,  Əlincə  nahiyəsində 

Əlincə,  Əlincəqala,  Böyük  Ərəfsaq,  Kiçik  Ərəfsaq,  Sisiyan 

nahiyəsində  Sənkar,  Şəki,  Ərəfsəcik  (Ərəfsaq),  Sisəcan,  Pişək 

( Kisək  yazılışı da  var),  Məzrə  nahiyəsində  Sanqur, .Dərələyəz 

nahiyəsində  2  Gənzək  kəndi,  Caqazur,  Danzik,  Göyçə 

nahiyəsində  Kənzək,  Abaran  nahiyəsində  Şiqşaq  və  Gənzək 

belə adlardan7 olub  tarixi sübutların canlı daşıyıcılarıdır.

İstanbul  Başkanlığı  Arşivinin  1727-28-ci  illərinə  aid 

sənədlərindəki  məlumatlarda  bu  adların  bir  qismi  müəyyən 

fonetik  dəyişikliyə  uğramış,  (E)anzik-Danzit,  Kənzək-Kənzə, 

Şaqşaq-Çaqçaq  (2  kənd),  Ərəfsaq-  Ərəfsə-  Ərəfsəcik  və  s.)  , 

lakin  sak  etnos  adı  tərkiblərdə  özünü  qismən  qoruya 

bilmişdir.8

Yüzillərlə  davam  edən 

tarixi  proseslər  yer  adlarına 

müəyyən  qədər  təsir  etsə  də  xanlıqların  Rusiya  tərəfindən 

işğalından 

sonra 

(1828) 


və 

1920-ci 


ildə 

Rusiyanın 

Azərbaycanı 

yenidən  işğalı  ilə  əlaqədar  yer  adlarımıza 

məqsədyönlü 

siyasət 


istiqamətlənmiş, 

etnoslarla 

bağlı 

etnooykonimlər  ya  tamamilə  dəyişdirilmiş,  ya  da  ərazi 



erməni,  gürcü,  rus 

torpaqlarına  qatılaraq  ilkin  adlar  bu 

millətlərin  yer  adlarına  uyğunlaşdırılmışdır.8  Nəticə  etibarı 

ilə qədim  türk  etnoslarının  izi  silinmiş  və  erməni,  gürcü,  fars, 

rus 

qondarma 



konsepsiyaları 

ədəbiyyatlara, 

tədqiqat 

əsərlərinə  yol  almışdır.  Biz  yalnız  hazırda  fəaliyyət  göstərən 

etnooykonimlərə 

sahib 


dura 

bilirik 


və 

qondarma 

konsepsiyalardan  öz 

tariximizin  izlərini  üzə  çıxarmağa 

çalışırıq.

235



Yuxanda 

qeyd 


olunan 

Naxçıvan 

və 

İrəvan 


əyalətlərimizdəki  sak  etnosu  ilə  bağlı  43  yer  və  3  mahal 

adlarının (Ağsaqlı,  Əlincə,  Sisakan və b.)qədim sak  türklərinə 

mənsubluğu  Azərbaycanın  cənubunda  da  özünü  təsdiq  edir. 

Meşkində  Şəkərli,  Yaşılbaş  Gəncəli.  Təbriz  və  Miyanda 

Ərşaq,  Arsaq,  Sulduzda  Qazzaq  kimi  yüzlərlə  yaşayış 

məntəqə  adları10  bu  etnosların  Azərbaycanımızın  şimal, 

cənub,  qərb  bölgələrində  çox  geniş  məskunlaşdığından  xəbər 

verir.


Sak  etnoslarının  türk  etnosu  olduğunu  Orxon-Yenisey 

abidələrində  Sakiş  toponimi11,  qazaxlarda  saqa,  özbəklərdə 

sakay,  qırğızlarda  saka,  türkmənlərdə  saklar,  ııaqoylarda 

sankay,  xakaslarda  saqay  etnonimləri12  qeyd-  şərtsiz  sübut 

edir.

Yüzillər boyu  fəaliyyət göstərərək mühüm sənədlərdə bu 



günümüzə  gəlib  çatan  oykonimlərin  tərkibindəki  türk- 

azərbaycan  dilinə  məxsus  komponentlər  də  sakların  türk 

etnosu olduğunu təsdiq edən təkzibolunmaz dil faktorlardır.

Türk  dilləri  ailəsinin  özünəməxsus  z  ~  c,  ç  ~  ş,  s  ~  ş 

fonetik  səsəvəzlənmələrinin  səciyyəvi  xüsusiyyətlərini  özündə 

cəmləşdirən13 

bu 

yer  adlarının 



20-dən 

çoxunun  ilk 

komponenti  birbaşa  sak  etnosunun  adını  bildirməklə  (Zak, 

Zakevəııg,  Çaqerşin,  Çaqazur, 

Saki,  Sənqovit,  Şaqraq, 

Saqazgird,  Şükar,  Sənq  Çiqin,  Çaqlı-çaklı,  Cəkni,  Sənkar, 

Şəki  və  s.)  qədim  türk  arxaik  komponentləri  ilə  oykonim 

kimi  formalaşıb.  Burada  müasir  leksikonumuza  daxil  olan  -  

ər  «kişi,  igid»14,  komponenti  sak  etnos  adına  qoşularaq 

(Çaq-ər-şin,  Saq -ər-  aq,  Şuk-ar,  Sərk-ar  və  s.)  «sak  kişiləri», 

«sak  igidləri»  mənalarını  verməklə  kimmer,  xəzər,  subər  kimi 

qədim  türk 

etnoslarının  quruluşunu  təkrarlayır.  Bir  çox 

oykonimlərdə  oğuz  dillərində  çox  işlənən  səğir  nuni  (nq) 

diftonq  səsi15  (Sənq,  sənq-ovit,  sanq-ur  və  s.)  bu  günümüzə 

qədər  qorunub  saxlanılmışdır.  Oykonimlərdə  sak  etnosuna 

qoşulan-vəng  arxaik  komponeti  də  bu  gün  şivə  və 

ləhcələrimizdə  v ~  b  fonetik  hadisəsi  ilə müşahidə olunur  və

236



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə