Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə78/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   74   75   76   77   78   79   80   81   ...   205

«öyün  banı  uçub»  ifadəsi  ayrı-ayrı  bölgələrimizdə  hələ  do 

işlənilir.  «Uca»  mənalı  -ban  komponenti  «Kitabi-Dədə 

Qorqud»  dastanında  «...  Altun  başlı  ban  ev  vergil»...16 

ifadəsində  do öz məna çalarında söylənilmişdir.  Deməli -vəng 

komponenti  fonetik  paralellə  işlənilən  van/ban  leksik 

vahidinin səğir mini (nq) diftonqu ilə yazılış  formasıdır.

Biz  oykonimlərin  tərkibində-  ovit  arxaik  leksik  söz 

tərkibi  ilə  də  (Sinqovit)  qarşılaşırıq.  Bu  komponent  Alban 

toponimlərində  Pisuauvat  yer  adının  son  -auvat  tərkibi  ilə 

müqayisə  oluna  bilər.  Tərkib  ovat  /obat/  bat  formasında 

Ordubad,  Aşqabad  kimi  toponimlərdə  də  işlənərək  «yer», 

«məkan»17  bildirir.  O  zaman  Şenqovit  «Sak  yurdu»,  «Sak 

məkanı»  anlamını verir.  Əgər diqqət etsək  yer adları əsasən II 

növ ismi  birləşmə şəklində  formalaşıblar.  Bu  üslub  Saqazgird 

sözündə  də  özünü  göstərir.  Burada  sak  etnos  adı,-  az  /as/  es 

«zəkalı»,  «ağıllı».-  qit/get  isə  «möhkəm»,  «qüvvətli»18 

mənalarında  arxaik  sözləridir.  Müasir  dilimizdə  «ürəyində 

qut yoxdur-qüvvə  yoxdur»  ifadəsi  şübhəsiz bu  qədim  kökdən 

gələn  sözdür  və  oykonim  burada  I  növ  ismi  birləşmə 

formasında  «ağıllı,  qüvvətli  saklar»  mənasım  daşıyır. 

Oykonimin  tərkibindəki  - r   hərfi  sonradan  artırılmadır. 

Deməli  Azərbaycan  dilinin  ismi  birləşmə  növləri  hələ  e.ə. 

türkdilli  etnoslarımız  arasında  dilin  qrammatik  ünsürü  kimi 

mövcud  olmuşdur.  II  növ  ismi  birləşmə  şəklində  olan 

Saqaraq  («Uca-aq/ağ19,  ər  «kişi»)  «Uca  sak  kişiləri» 

oykonimi 

də 

dediklərimizi 



təsdiq 

edən 


oykonimik 

formalaşma  üslubudur  və  bütün  bu  birləşmələrdə  dilimizin 

uzun  təkamül  prosesi  özünü  saxlayıb  günümüzə  qədər 

gətirmişdir.

Sadalanan 

oykonimlərdə  -in  məxsusluq  şəkilçisinə 

(an)20,-ni  «verdi  bağışladı»21,-il  «el,  yurd»  qədim  türk 

komponentlərinə də rast gəlirik.  F.Rəşidəddinin  «Oğuznamə» 

əsərində  -il  komponenti  dönə-dönə  «el»,  «yurd»  anlamında 

«il arasında»,  «il  oldu»  ifadələri  ilə  işlədilmişdir22,  Göstərilən 

komponentləri  tərkibində  daşıyan  Çiqin  yer  adı  «Saklara

237



məxsus»,  Çəkni  «Saklann  verdiyi,  bağışladığı»  Çaklı  isə 

(burada dilimizin  metateza hadisəsi

-səslərin  yerdəyişməsi  prosesi  il-li  vağzal-  vazğal  izlənilir23) 

Sakil  tərkibindən  ibarət  olub  «Sak  eli»  mənalarını  özündə 

cəmləşdirir.

Ərazidə  saklarla  bağlı  adı  çəkilən  oykonimlər  içində  2 

Əlincə  (Əlincə  Aralıq  nahiyələrində),  3  Ərəfsaq  (Əlincə, 

Sisiyan  nahiyələrində)  yer  adlarına  da  təsadüf edirik.  Burada 

Əlincə  «Qüvvətli  saklar»,  Ərəfsaq  isə,  «Sak  ərlərinin  evi» 

mənalarında  olub24  arxaik  türk  sözləri  ilə  oykonimləri 

formalaşdırmışlar.

Saklann  Naxçıvan  və  qərb  bölgəmiz  İrəvan  əyalətində 

yerli  sakinlər  olduğunu,  türk-  azərbaycanlı  etnosu  olduğunu 

təsdiq edən digər bir məqama diqqətinizi çəkmək istərdik.

1728-ci  ilə  aid  adı  çəkilən  icmal  dəftərində,  46-47-ci 

səhifələrdə  belə  bir  məlumatla  da  qarşılaşırıq  :  «Korlavəng, 

Kəngənə,  Ağsaqlı,  İrmələi,  Ağrılı 

və  Qışlaq  kəndlərinin 

əhalisi  özlərini  Saqiabat  camatı  hesab  edirlər».  Deməli 

saketnos  adını  özündə  daşımayan,  lakin  türk  leksik 

vahidlərindən  olan  bu  kəndlərin 

əhalisi  hələ  XVIII  əsrə 

qədər  özlərinin  sak  soyundan  olduqlarını  bilir  və  bir  türk- 

azərbaycanlı  olmaqları  ilə  öyünürdülər  (F.R). 

Kəndlərin 

daxil  olduğu  Xınzirək  mahalı  isə  başabaş  azərbaycanlı 

kəndlərindən ibarət idi.

Digər  bir  məsələni  diqqətinizə  çatdırmağı  da  lazımlı 

hesab  edirik.  Naxçıvan  və  onun  ətrafı  bölgələrdə  qaynaq 

sənədlərinin  verdiyi  məlumatlara  əsasən  6  nahiyədə  (Vedi, 

Ağsaqlı, Şorlut, Dərələyəz, Göyçə, Abaran) 7 Gənzə, Gənzək, 

Gənizək  eyniadlı  müxtəlif yazılışlı  kənd  adları  da  fəaliyyət 

göstərmişdir25.  Tarixi  qaynaqlar  gənzəklərin  türkdilli  etnos 

olduqlarını,  saklarla  birgə  yaşayaraq 

onların  bir  qolunu 

təşkil etdiklərini təsdiqləyir26.

E.ə. 

Orta 


Asiya, 

Atropatena, 

Albaniya 

Arran 


ərazilərində  Gənzə,  Gənzək  kimi  yer  adlarının  tarixi 

məlumatlarda  əks  olunması,27  saklann  yaşadığı  türk  xalqları 

qazax, 

qırğız,  başqırd,  türkmən  ərazilərində  -   türk



238


torpaqlarında  gənzə,  gənzək  türk  etnoslarının  yaşaması28 

bütöv  sak-  gənzək  etnos  birliyindən  xəbər  verir.  Deməli 

Naxçıvan  və  İrəvan  əyalətlərində  çoxsaylı  .sak,  gənzək 

etnosları ilə adlanan  yer  adları  türk- azərbaycanlılara  məxsus 

idi və  buradakı  mahallar  belə  (Ağşaqlı,  Əlincə,  Sisakan)  sak 

mahaları və digər  türk  tayfa birliklərinin  (kas,  manq,  şirak  və 

s.29) yaşadığı ərazilər idi.

Sak 


etnoslarının 

yaşam 


tərzindən 

və 


geyim 

adətlərindən  bəhs  edən  Herodot  onların  şişuclu  papaqlar 

gəzdirdiyini  və  bu  adəti  Orta  Asiya  ərazilərində  müşahidə 

etdiyini söyləyir3®.

Bu  məsələni  diqqətlə  öyrənən  Levina  L.M.Aralətrafı 

bölgələrdə bu  baş geyimindən  istifadə  olunduğunu  söyləyərək 

onu  sivri  uslu  təsvir  edir.  Bu  sahənin  digər  tədqiqatçısı 

Trofimov  T.A.  isə  onu  (  sivriuclu  papağı)  Ceti-asar 

mədəniyyətinə  aid  edərək  Altay  türklərindən  gəldiyini 

söyləyirdi31. 

Bu  məsələdə 

daha  geniş  tədqiqat  aparan 

E.E.Kuzmina  isə  istər  Altayda,  istər  Aralətrafı  bölgələrdə 

istərsə də Orta Asiyada istifadə olunmuş, şişuclu,  sivriuclu  baş 

geyimini  konkret  olaraq  saklarla  bağlayır  və  onlara  aid 

edirdi.32

XIX  əsrdə  Gəncə  ətrafında,  Şəki,  Şamaxı  zonalarında 

bu  baş  geyiminin  geniş  yayıldığım,  görkəməli  filosof  şair 

M.Ş.Vazehin  də  istifadə  etdiyini  bildiyimizdən  belə  bir  fikir 

söyləyə  bilərik  ki,  e.ə.  I  minillikdə  ərazilərimizdə  yaşayan 

sak,  gənzək  tayfaları  da  bu  baş  geyimindən  istifadə  etmiş  və 

XIX əsrə qədər bu adət davam etmişdir.  (F.R.)

Eramızdan  əvvəl ikinci  minilliyin  axırlarına  (  bu  tarixə 

diqqət  edin)  aid  olan,  Naxçıvnm  Qızılvəng  ərazisindən 

tapılmış  insan  heykəlinin 

başında  uzun  şişuclu  papaq 

əynində çuxaya  bənzər geyim  və belində  qurşaq  var  idi.  1895- 

ci ildə  N.V.Fedorov  tərəfindən  aşkarlanan  bu  kişi  heykəlinin

20sm,  idi  və  (Diqqətlə  baxsaq  XX  əsrin 

əvvəllərinin  geyimi ilə eyni  və milli geyim  nümunəsidir.  F.R.). 

tədqiqatçılar bunu bütpərəstliklə əlaqələndirdilər.33

239



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə