Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə80/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   76   77   78   79   80   81   82   83   ...   205

Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvan 

çox  qədim  tarixə  malikdir.  Arxeoloji  qazıntılar  bir  daha 

sübut  edir  ki,  hələ  eramızdan  əvvəl  burada  yaşayış  mövcud 

olmuşdur.

Toponimlər  uzun  tarixi  inkişaf  yolu  keçmiş  müxtəlif 

dövrlərdə  və  müxtəlif  şəraitdə  formalaşmışdır.  Odur  ki, 

toponimlərin  yaradılması  tarixini  Azərbaycan  dilinin  tarixi 

leksikasından ayrılıqda düşünmək olmaz.

Tarixi,  mədəniyyəti  özündə  əks  etdirən  Naxçıvan 

toponimləri  haqqında  ilk məlumatlara antik Yunan  və  Roma 

mənbələrində  rast  gəlmək  olar.  Məsələn,  e.ə.  VI-V  əsrlərdə 

yaşamış  Hekatey  Miletski  «Zemleopisanie»  əsərində  miki  və 

dondar  etnonimləri  ilə  yanaşı  Araz  və  Girkan  dənizi 

hidrönimləriııin  (5,  s.13)  adını  çəkir.  V  əsr  erməni  tarixçiləri 

Eqişe  və  Moisey  Xorenası  Alban  toponimləri  haqqında 

məlumat  verərkən  Naxçavan  (Naxçıvan),  Şərur  düzü  və  s. 

kimi toponimlərin də adını qeyd edirlər (6,  s.211).

Naxçıvan  toponimlərinin  adı  müəyyən  mənbələrdə 

müxtəlif  variantlarda  qeyd  olunur.  Qevondda  Naxçavan,

K.Qandzaketsidə  Naxiçevan,  Y.  Həməvi  (XII-XIII  əsr)  və 

Həmdullah  Qəzvinidə  (XIII-XIV  əsr)  Naxçuvan,  gürcü 

mənbələrində isə Naxiçevan variantlarında işlənir.

Azərbaycan,  onun  tarixi,  coğrafi  relyefi,  əhalisi  və 

xüsusilə  toponimləri  haqqında  ən  geniş  məlumatı  ərəb 

mənbələri  verir.  IX-XIII  əsr  ərəb  mənbələrində  Nəşəva 

(Naxçıvan),  Əlincə,  Xalxal  toponimlərinə  rast  gəlinir.  Bunlar 

Naxçıvan toponimlərinin tədqiqinin  ilkin  riişeymləridir.

Azərbaycan 

toponimiyası 

üçün 


əsas 

tarixi 


mənbələrdən  biri  də  Abbasqulu  ağa  Bakıxanovun  (1794- 

1848)  «Gülüstani-İrəm» əsəridir.  Burada Azərbaycanın  tarixi 

və  toponimləri  haqqında  xeyli  məlumat  verilməklə  yanaşı, 

Dağıstan  xalqının  da  etnik  tərkibi,  tarixi,  toponimləri 

barəsində məlumat tapmaq mümkündür 

(4,  s. 18-46).  Çox  təəssüf  hissi  ilə  demək  istərdim  ki,  belə 

dəyərli  bir  əsərdə  Naxçıvanla  bağlı  ətraflı  məlumata  rast 

gəlinmir.

243



• •

Ümumiyyətlə, 

toponimlər 

də 


daxil 

olmaqla 


onomastika  sahəsi  Azərbaycan  dilçiliyində  60-70-ci  illərdən 

öyrənilməyə 

başlamışdır. 

Azərbaycan 

onoırıologiyası 

problemlərinə 

həsr  olunmuş 

Respublika 

Elmi 

nəzəri 


konfransları  da  (1986,  1988,  1990,  1992,  1994  və  s.)  bu 

illərdən  sonraya  təsadüf  edir.  60-70-ci  illərdə  Azərbaycan 

toponimikası  öz  inkişafına  yeni  qədəm  qoymuş  və  bu  sahədə 

yeni-yeni 

məqalələr 

yazılaraq 

Naxçıvan 

toponimləri 

haqqında 

müəyyən 


məlumatlar 

verilmişdir. 

Belə 

ki, 


toponimika  sahəsinin istiqamətləndirilməsində xüsusi  xidməti 

olan  A.Həsənov  «Coğrafi  adlarda  tarixi  izlər»,  «Dərəşam 

toponimi 

haqqında», 

Q.Qeybullayevlə 

birgə 


işlədiyi 

«Naxçıvan  MSSR-in  bəzi  oykonimləri  haqqında»  adlı 

məqalələrində  Naxçıvanla  bağlı  toponimlərin  tədqiqinin 

bünövrəsini  qoymuş  və  bəzi  yer  adlarının  linqvistik  təhlilləri 

də verilmişdir.

Azərbaycan  tarixinin,  dilinin  yazıyaqədərki  dövrü 

haqqında  məqalə  və  monoqrafiyalar  yazmış,  toponimlərin, 

etnonimlərin  öyrənüməsində  xüsusi  rolu  olan  etnoqraf- 

toponimist  Q.Qeybullayev  bu  sahənin 

elmi 


əsaslarla 

öyrənilməsində 

əvəzsizdir. 

Onun 


«Naxçıvanın 

bəzi 


oykonimləri»  məqaləsi,  rus  dilində  yazdığı  «К  этногенезу 

азербайджанцев»,  «Топонимия Азербайджана»  adla  kitabları 

Naxçıvan  toponimlərinin  də  elmi  şəkildə  tədqiqində  olduqca 

maraqlı  və  qiymətli  mənbədir.  Bu  kitablarda  toponimlərin 

təhlili  ilə yanaşı,  onların yarandığı zaman  və məkan,  yayıldığı 

ərazi, dil mənsubluğu və s.  ali səviyyədə öz əksini tapmışdır.

Toponimika  son  dövrlərdə  bir  sıra  elmlərin,  xüsusilə 

tarix,  coğrafiya  və  dilçiliyin  kəsişdiyi  nöqtədə  yaranan  yeni 

bir  elm  sahəsi  kimi  çox  tez  inkişaf  etdi  və  layiqli 

tədqiqatçılarını  yetişdirdi.  E’.u  baxımdan  A.Qurbanovun, 

M.V.Baharlının,  A.Axundovun  və  s.  adlarını  qeyd  edə 

bilərik.  Afat  Qurbanovun  «Azərbaycan  dilinin  onomalo- 

giyası»  adlı  kitabı  onomastikanın  elmi-nəzəri  problemlərinin 

şərhilə  yanaşı,  toponimləri,  hidronimləri  və  s.  sistemləşdirən

244



qiymətli  bir  tədqiqat  əsəridir.  Burada  Naxçıvan  MR-sı 

ərazisində  mövcud  olan  onomastik  vahidlərin  bir  qrupu  da 

tədqiq  olunmuşdur.

A.Axundovun  «Torpağın  köksündə  tarixin  izləri»,

T.Əhmədovun 

«Azərbaycan 

toponimikasının 

əsaslan» 

kitabları,  Q.Məşədiyevin,  R.Israfılovun,  Q.Cəfərovun  elmi 

əsərləri 

Naxçıvan 

toponimlərinin 

tədqiqi 

üçün 


əsas 

mənbələrdən sayıla bilər.

Azərbaycan  -  oğuz  türklərinin  dəyərli  xəzinəsi  sayılan 

«Kitabi  -  Dədə  Qorqud»  dastanı  toponimlərlə  zəngin  tarixi 

bir  mənbədir.  Bir  çox  alimlər  bıı  dastanı  tədqiq  edərək 

araşdırmalar  aparmışlar.  Naxçıvan  toponimiyası  üçün  bu 

araşdırmalardan  ən  əhəmiyyətlisi  S.Babayevin  «Naxçıvanda 

«Kitabi  -  Dədə  Qorqud»  toponimləri»  adlı  monoqrafiyasıdır. 

Alim  burada  olan  toponimləri  araşdıraraq  dastanda  yazılan 

hadisələrin  Naxçıvan  ərazisi  ilə  sıx  surətdə  bağlı  olduğunu 

sübuta  yetirmişdir.  S.Babayev  «Salur  Qazanın  evinin 

yağmalandığı  boy»  hissəsində  Naxçıvanla  bağlı  Qaraçuğ, 

Qara  Dərə  -  (Culfa),  Qapılı  Dərbənd  (Şərur),  Altuntaxt 

(Babək) 


toponimlərini  «Bamsı  Beyrək  boyu»  bölməsində 

Dana  Sazı  (Şərur)  (2,  s.43)  sonra  isə  bir  çox  toponim 

(Dərəşam,  Əlincə,  Köksü,  gözəl,  Salaxan  qayası  və  s.) 

haqqında  geniş  mülahizələr  vermişdir.  Xüsusilə  qeyd  etmək 

istərdim  ki,  mənfur  qonşuların  ərazi  iddialarını  puça 

çıxarmaq  üçün  ən  gözəl  vasitələrdən  biri,  məncə,  bu  kitabla 

tanış  olmaqdır.  Çünki  alim  buradakı  toponimlərin  coğrafi 

xəritəsini  elə  gözəl  izah  etmişdir  ki,  Naxçıvanın  oğuz 

türklərinin  yaşayış  məskəni  olmalarına  şübhə  etmək  qeyri- 

mümkündür.

Qeyd  etmək  lazımdır  ki,  son  dövrlərdə  Naxçıvan

toponimləri  haqqında  elmi  əsər  və  məqalələrin  sayı  getdikcə

artmışdır.  Bu  sahədə  aparılan  tədqiqat işləri  Q.Budaqovanm,

Ş.Cəmşidovun,  V.Əliyevin,  A.Qasımovun,  A.Rəhimovun, 

• 

• /


I.Hüseynovun,  A.Bağırovun,  I.Bayramovun,  Q.  M ahmu­

dovun,  Ü.Mirzəyevanm,  F.Rzayevin  elmi  məqalələrində  öz 

əksini 

tapmışdır. 



Q.Budaqovanm 

«Naxçıvan 

MR

245



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə