Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə76/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   72   73   74   75   76   77   78   79   ...   205

ən  çox  iştirak  edən,  bəzən  də  ziddiyətli  təsvir  olunan 

tarixi 


şəxsiyyətlərdəndir. 

Çox 


nağıllarda 

bu 


tarixi 

şəxsiyyət  ədalətinə  görə  «cənnətməkan»  adlandırılsa  da, 

bəzi  nağıllarda  zülmkar,  ədalətsiz  şah  kimi  verilmişdir.

Xatırlayaq 

ki, 

«bu 


adamın 

Azərbaycan-Iran 

tarixində  oynamış  olduğu  rol  məlumdur.  Səfəvi  dövlətinin 

ikinci  mərhələsinin  ilk  hökmdarı  olan  Şah  Abbasın 

Azərbaycana 

münasibəti  və  bu  münasibətin  aqibəti  də 

bəllidir.  Şifahi  ədəbiyyatımızda  çox  geniş  yer  tu:an  bu 

adam  gah  tamamilə  mənfi,  gah  tamamilə  müsbət  bir  şah 

kimi  təsvir  edilib.  Onlarca  nağıl, əfsanə  və  rəvayətlərdə  o, 

xeyirxah,  ədalətli 

bir 

şah,  mürşid,  cənnətməkan 



kimi 

tərənnüm  edilir»  (3,  s.  247).  Bəzi  nağıllarda  isə  «Şah 

Abbas 

cənnətməkan,  tərəziyə 



vurdu 

təkan,iki  qoz,bir 

girdəkan»  deyə  lağa-məsxərəyə  qoyulursa  da,«lakin  ehtiraf 

etmək  lazımdır  ki,  onun  adilliyi,  xeyirxahlığı  daha  üstün, 

daha  qüvvətlidir» (3,s.247).  «Ümumiyyətlə,  nağıllardakı  Şah 

Abbas  surətinə  daha  çox  xalqın  arzu  və  istəklərinin 

təcəssümü  kimi  baxırıq» (4, s. 264).

Deyilənləri 

ümumiləşdirsək,  bir 

daha 


qənaətə 

gəlirik  ki,  nağıllarda  Şah  Abbasa  münasibət  daha  çox 

müsbətdir.  Bu,  həm  də  xalqın  «ədalətli  şah»  arzusundan 

irəli  gəlib.  Eləcə  də  bu  müsbət  münasibətin  orta  əsrlər 

şəraitilə  səsləşən  tarixi  kökləri,  məqamları  da  az  deyil. 

Bunlar  aşağıdakı  məsələlərlə  daha  çox  bağlıdır.

1.  İran-Osmanlı  müharibələrində 

Şah 


Abbasın 

siyasi 


məqsədlər  üçün  «quruculuq»  işləri  aparmaqla  xalqı  öz 

tərəfinə  çəkə  bilməsi,  əhalinin  kasıb  təbəqəsinə  müəyyən 

dərəcədə  diqqət  yetirməsi.

2.  Şah  Abbasın  xalq  kütlələri  arasında  şiəliyi  təbliğ 

etməsi.

Bizcə,  bunlarla  yanaşı  ordubadlı  Hatəm  bəyin  Şah 



Abbas  sarayında  baş  vəzir  vəzifəsini  tutması  da,  bu 

məsələyə  müsbət  təsirini  göstərmişdir.

Bunun  üçün  tarixə  bir  də  nəzər  salmaq kifayətdir.

231



Səfəvilər 

hakimiyyəti 

illərində 

şiəliyin 

təbliğ 

olunduğu  yerlərdən  biri  Naxçıvan  regionu,  xüsusən  onun 



Ordubad  şəhəri  olmuşdur.  Şah  Abbas  1606-1607-ci  illərdə 

Azərbaycanı  Osmanlı  dövlətindən  geri  aldıqdan  sonra 

Ordubad  şəhərinin  şiəlik  tərəfdarı  olduğunu  və  Səfəviləri 

müdafiə  etdiyini  nəzərə  alaraq,  onu  «xəzinəyə  verilən 

bütün 

vergilərdən 



azad 

etmişdir. 

Belə 

görünür 


ki, 

Hatəmbəy  Ordubadinin  o  zaman  şahın  birinci  naziri 

olması  burada  az  rol  oynamamışdır»  (  5,  s.291  ).  Göstə­

rilən  bu  tarixi  şərait  xalq  yaradıcılığına  təsir  göstərmiş, 

öz  növbəsində  müəyyən  motiv  və  süjetlərin  yaranmasına 

zəmin  yaratmışdır.  Bəzi  tarixi  izlər  isə  nağıl  süjetləri  da­

xilində  ərimiş  və  dəyişmişdir.

Şah  Abbasla  bağlı  nağıllarda  vəzir  Allahverdi  xan 

da  çox  iştirak  edən  surətdir.  «O,  çox  zaman  Şah  Abbas­

la  birlikdə  rəiyyətin  «qeydinə  qalan»,  «dərdinə  şərik  olan» 

bir  adam  kimi  təsvir  edilir.  Onlarca  nağıl  göstərmək  olar 

ki,  şah  və  vəzir  hər  həftə  şəhərbəşəhər  ölkəni  gəzir,  əha­

linin  necə  yaşadığını,  nə  ilə  məşğul  olduğunu  öyrə- 

nirlər»(6,s.84).

Nağıllara  görə,  Allahverdi xan  xalq  kütlələri  arasın­

dan  çıxmış  bir  adamdır.  Bunu  «Həsən  Qaranın  nağılı»  da 

göstərir  (7,  s.  95).  Lakin  onun  tarixi  sima  oluğunu  tək 

nağıllar  deyil,  tarixi  mənbələr  də  təsdiq  edir.  Mərhum 

folklorşünas  alim  N.Seyidov  belə  mənbələrə  əsaslanıb 

yazırdı  ki,  Şah  Abbas  yaxşı  xidmət  göstərən  aşağı  təbə­

qəyə  mənsub  insanlardan  əmirlər  təyin  edirdi.  Belələ­

rindən  biri  də  şahın  ən  yaxşı  sərkərdələrindən  Allahverdi 

xan  idi ( 6, s. 92).

Göründüyü  kimi,  nağıllarda  sevilən  və  təriflənən 

vəzir  Allahverdi  xanın  folklorumuzda  geniş  yer  tutması 

əsassız  deyildir.  Bu  obraz  da  tarixi  mühitdəki  xeyirxah 

işlərinə 

görə,  nağıllarda 

öz 

müsbət 


bədii 

formasını 

tapmışdır.  Vəzir  Allahverdi  xanın  iştirak  etdiyi  nağıllar 

xalqımızın  yüksək  əxlaqi-mənəvi  dəyərlərinə  söykənməsilə 

də  fərqlənir.

232



Beləliklə,  demək  olar  ki,  haqqında  bəhs  olunan 

nağılların  kökləri  Səfəvilər  dövrü,  daha  çox  isə  Şah 

Abbas  hakimiyyəti  illərilə  bağlıdır.  Təbii  ki,  bu  nağıllarda

tarixi  mühitin  izləri  olduğu  kimi  yox,  daha  çox  bədii 

dona  bürünmüş  şəkildə  yaşayır.

Ədəbiyyat:

1.  Əfəndiyev  P.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı,  Bakı, 

Maarif,  1981.

2.  Azərbaycan  folkloru  antologiyası,  Naxçıvan  folkloru,  Bakı, 

Sabah,  1994.

3.  Təhmasib  M.  Azərbaycan  xalq  dastanları  (orta  əsrlər), 

Bakı, Elm,  1972.

4.  Vəliyev  V. A

2

:ərbaycan  folkloru,  Bakı, Maarif,  1985.



5.  Azərbaycan  tarixi,  1  cild.  Bakı,  Azərb.SSR  EA  nəşriyyatı, 

1961.


6.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər,  Bakı, 

Azərb.SSR EA  nəşriyyatı,  1961.

7.  Azərbaycan 

nağılları,  ITI 

cild.  Bakı,  Azərb.  SSR 

EA 


nəşriyyatı,  1949

FIRU D IN R Z A Y E V  

A M E  A  Naxçıvan Bölməsinin İncəsənət,

Dil və  Ədəbiyyat inatitntu

4 

a

 



a

 

a >   «



  ,  

  ^

 

.   • «  



• ’ 



p

NAXÇIVAN VƏ ONUN ƏTRAF BÖLGƏLƏRİNDƏ

QƏDİM  SAK TÜRKLƏRİ

■  

« 4  


2   Ş  




Л

 

щ

 

4



Hələ  e.ə.  birinci əsrdə  yəhudi  İosif Flavi  qədim  əfsanə 

və  əsatirlərə  istinadən,1  əski  qaynaqların  məlumatlarına 

əsaslanaraq  Naxçıvan  ərazisini  bəşər  nəslinin  ilk  beşiyi 

adalandırırdı.2  Ərazidə  aparılmış  çoxsaylı  qazıntıların  elmi 

nəticələri,  tədqiqat  işlərinin  yekunu  ilk  insan  məskənlərindən 

olan  bu  ərazinin  dövlətçilik  tarixini  haqlı  olaraq  e.ə.  Ill  min 

illiyə aid edir.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə