Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə75/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   71   72   73   74   75   76   77   78   ...   205

Kəndin  mollası  bir  dəfə  Məhərrəm  əminin  qabağını 

kəsib deyir:

-  Məhərrəm  kişi  ,  üç manat ver,  dədənə quran  oxuyum, 

göndərim cənnətə.

Məhərrəm  əmi  dinməz-  söyləməz  pulu  çıxarıb  verir. 

Bir müddət keçəndən  sonra  Molla  yenə  Məhərrəm əmidən  üç 

manat istəyir ki, yasin oxuyub atasını cənnətə göndərsin.

Məhərrəm  əmi  özünü  saxlaya  bilməyib,  bu  dəfə  gülə- 

gülə deyir:

-  Molla,  dədəm  cənnətdə  nə  günah  işlətdi  ki,  oradan 

çıxardırlar ? 4

Nəzərdən  keçirilən  lətifələrdə  dini  ehkamlara  qarşı 

çıxmış,  mürtəce  din  xadimlərinə,  rühanilərə  xas  səciyyəvi 

keyfiyyətlər də sənətkarlıqla ifşa olunmuşdur.

Lətifələr 

quruluş, 

kompozisiya 

cəhətdən 

tezis, 

antitezis,  nəticədən  və  ya  sübutdan  ibarət  olur.  Lətifələrdə 



irəli  sürülən  tezis  və  onun  əksi  olan  antitezis  nəticəni 

doğurur, estetik idealı sübuta yetirir.

Bu 

baxımdan  təzad 



lətifə  janrının  meyarıdır. 

Təzadsız lətifə yoxdur.  Lətifə janrında  konkretlik,  yığcamlıq, 

az  sözlə 

geniş  mənalı  fikir  söyləmək  və  məqsədəuyğun 

hərəkət  etmək  əsas  şərtlərdəndir.  Lətifələrin  dili  sadə 

ümumxalq  dilidir.  Şifahi  ədəbiyyatımızın  digər  növləri  kimi 

onun  da  əsasını  canlı  xalq  danışığı  təşkil  edir.  Lətifələrdə 

uzunçuluq,  sözçülük,  artıq  ifadə  yoxdur.  Bədiilik,  canlılıq, 

səlislik,  yığcamlılıq,  aydınlıq,  konkretlik,  şirinlik  lətifə  dilinin 

əsas  xüsusiyyətlərindəndir.  Lətifələrin  dili  obrazlıdır.  Bu  dil 

vasitəsilə  hər  bir  tipin  daxili  aləmi,  psixologiyası  aşkara çıxır. 

Xalq  dilinin  bütün  incəlikləri  lətifələrdə  özünə  yer  tapır. 

Lətifələrdə  poetik  güc,  incə  yumor,  hikmətli  fikir,  məntiqi 

nəticə və tənqidlə səciyyələnir.

Ə d ə b i y y a t :

1. 


Azərbaycan  folkloru  antologiyası.  Naxçıvan  folkloru. 

Bakı, “Sabah”,  1994, s.256-257

228



2.  Nümunə  2004-cü  ildə  Ordubad  rayonunun  Əylis  kənd 

sakini  Əliyeva  Zərifə Hüseyn  qızından qeyd alınıb.

3.  İbrahimov  İ.  Atalar  sözü  və  məsəllər.  Azərbaycan  şifahi 

xalq  ədəbiyyatına  dair  tədqiqlər.  Bakı,  Azərbaycan  Elmlər 

Akademiyası nəşriyyatı,  1961, s. 141

4.  Azərbaycan  folkloru  antolgiyası.  Naxçıvan  folkloru.  Ba­

kı, “Sabah”,  1994,s.259

YUSİF  SƏ FƏ RO V

Naxçıvan Muxtar Respublika Kitabxanası

\

BƏZİ  NAĞILLARIN  TARİXİ  KÖKLƏRİ



%

Toplama  və  çap  materialları  göstərir  ki,  nağıl 

Naxçıvan  regionunda  yayılmış  şifahi  xalq  yaradıcılığı  nü­

munələrindən  biridir.  Bunlar  arasında  tarixi  köklərə  mA- 

lik  olan  nağıllar  az  deyil.  Xalq  belə  nağıllarda,  bir  çox 

məşhur  hökmdarların  adlarını  çəkmiş,  onların  həyat  və 

fəaliyyətinə  dair  özünəməxsus  mülahizələrini  bədii  formA- 

da  ifadə  etməyə  çalışmışdır  (1,  s.  121).  Belələrinə  Şah  Ab­

basla  bağlı  nağıllar  daha  yaxşı  nümunədir.  «Şah  Abbasla 

kəndçi  qızı»  nağılı  da  bu  qəbildəndir (2,  s.  197-202).

Nağılın  qısa  süjetinə  görə,  kəndli  qızı  atasının  rast 

gəldiyi  dərvişlərin-  Şah  Abbasla  vəzir  Allahverdi  xanın 

ağıllı  adamlar  olduğunu  hiss  (idib  onları  evə  qonaq  dəvət 

edir.  Qızm  da  ağıllı  olduğunu  görən  Şah  Abbas  kəbin 

kəsdirib  onunla  evlənir.  Az  sonra  şah,  adı 

üstündə 


yazılmış  bazubəndini  qıza  verib  İsfahana  dönür.  Şah 

Abbasın  qızdan  olan  oğlu  18  yaşma  çatdıqda  İsfahana 

gedir,  bir  dükan  açıb  işləyir.  Allahverdi  xanın  qızı  oğlanı 

sevir,  gizli  yolla  onunla  görüşür.  Məsələdən  xəbər  tutan 

Şah  Abbas  şahlığı  üç  günlüyə  Allahverdi  xana  verir. 

Vəzir  qızı  da,  oğlanı  da  ölümə  məhkum  edir.  Oğlanın 

qolundakı  bazubənddən  onun  şahın  oğlu  olduğu  məlum 

olduqda  hökm  ləğv  edilib,  hər  iki  gənc  evləndirilir.

229



«Qızıl  təsbeh»  (2,  s.  98-103)  nağılında  da  Şah 

Abbas  rəiyyət  qayğısına  qalan  şah  kimi  təsvir  olunur. 

Şah  qızıl  təsbehini  pul  və  azuqə  ilə  birlikdə  bir  ailəyə 

bağışlayır.  Qızıl  təsbehi  zorla  bir  cühud  həmin  ailənin 

əlindən  aldıqda  şah təqsirkar  yəhudini  cəzalandırır.

Hər  iki  nağılda  xalqın  Şah  Abbasa  dərin  hüsn- 

rəğbəti  ifadə  olunur.

w

«Şahın  tədbiri»  nağılında  da  Şah  Abbas  müsbət 



təsvir  olunur.  Şahın  qonaq  qaldığı  evdə  bir  oğlan  uşağı 

dünyaya  gəlir.  Bəxt  və  tale  yazan  mələklərin  söhbətindən 

məlum  olur  ki,  uşağı  15  yaşında  ilan  çalıb  öldürəcək. 

Bundan  narahat  olan  şah  uşağı  ailəsilə  birlikdə  saraya 

köçürüb  mühafizə  şəraitində  saxladır.  Lakin  deyilmiş 

anda  ananın  saçları  ilan  olub  uşağı  çalıb 

öldürür. 

Nəticədə 

məyus 

olmuş 


şah 

«olacağa  çarə 

yoxdur»,  «ölüm  və  qəza-  qədərin  qarşısını  almaq  olmaz» 

qənaətinə  gəlir.

Naxçıvan  regionunda  belə  nağıllara  az  təsadüf 

olunmur. 

Bunların 

hamısından 

bir  yazıda 

danışmaq 

imkan  xaricindədir.  Sonuncu  nağılla  bağlı  onu  qeyd  edək 

ki, 


nağıldakı 

«ölümə 


qarşı 

çıxmaq»  ,  yəni 

ölməzlik 

uğrunda  mübarizə  arxaik  motiv  olmaqla  din,  şəriətlə  yox, 

şifahi  xalq  yaradıcılığı  ilə  bağlıdır.  Məlum  olduğu  kimi, 

Makedoniyalı  İsgəndər  də  bir  çox  nağıl  və  əfsanələrdə 

«abi-həyat»  suyunu  içmək  məqsədilə  qaranlıq  dünyaya 

səfər  etsə  də,  məqsədinə  nail  ola  bilmir.  Çünki  xalq 

ədəbiyyatında 

yaşayan 


motivə 

görə, 


ölməzlik 

adi 


insanlara  yox, tanrı  və  ərənlərə  məxsusdur.

Ölümün  çarəsizliyi  tarixən  insanları  düşündürən 

məsələ 

olub. 


Sehirli 

nağıllarda 

olduğu 

kimi,  tarixi 



nağıllarda  da  bu  motivə  tez-tez  təsadüf  olunur.  «Şahın 

tədbiri»  nağılında  buna  qismən  orta  əsrlər  şəraitinə 

uyğunlaşdırılmış  şəkildə  rast  gəlirik.

«Birinə  100  tümən,  birinə  100  çubuq»,  «Ağıllı 

gəlin»  nağıllarında  da  demək  olar  ki,  Şah  Abbas  müsbət 

planda  verilmişdir.  Qeyd  edək  ki,  Şah  Abbas  nağıllarda

230



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə