Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə71/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   67   68   69   70   71   72   73   74   ...   205

-  Lotubaşı,  sən  qovun  ver,  mən  sənə  bir  xeyirli  yer

deyim.


Lotubaşı dedi:

- O necə yerdir?

Keçəl dedi:

-  Təbriz  şəhərində  Məmməd  söydəgər  deyilən  biri 

vardı.  O,  bu  günlərdə  vəfat  edibdir.  Oğlu  Rəsul  atasının  var- 

yoxunu ehsan verib, fəqir-füqəraya paylayır.

Lotubaşı keçəlin qovununu verdi və yoldaşlarına dedi: 

-Uşaqlar,  padşahın  xəzinəsindən  bizə  bir  şey  çıxmaz, 

kim  bilir,  bəlkə  birimiz  tutularıq,amma Təbrizə  gedib  Rəsulu 

aldadıb,  onun  var-yoxunu  hiylə  ilə  ələ  keçirə  bilərik»  (1-167, 

168).

Göründüyü  kimi,  keçəlin  öz  qovununun  qaytarılması 



üçün irəli sürdüyü şərt bəd əməl törətməyə yönəlmişdir.  Keçəl 

öz  psixologiyasına  və  təbiətinə  tamamilə  uyğun  olan, 

nağıllardan  və  dastanlardan  tanıdığımız  bəzi  keçəllərin 

gördüyü  əməllərlə  üst-üstə  düşən  bir  addım  atır.  Beləliklə, 

keçəlin  şərti  ödənilir,  lakin  Aşıq  Qərib  ciddi  bir  ziyan  çəkir. 

Var-  yoxu  lotubaşı  və  onun  yoldaşları  tərəfindən  əlindən 

alınır.

«Tahir-Zöhrə»  dastanında əsas  hadisələrin  ciddi  axara 



düşüb  hərəkət  etdiyi  bir  məqamda  isə  ölümlə  bağlı  şərt  irəli 

sürülür:


«Hatəm Sultan o saat bir car çəkdirdi ki,  hər kəs Tahir 

Mirzənin  başını  mənə  gətirsə,  onu  dünya  malına  qəni 

eliyəcəyəm» (1-36).

Aydın  olur  ki,  baş  qəhrəmana  qarşı  yönəldilmiş  şərt 

onun  başını,  yəni  ölümünü  tələb  edir.  Hatəm  Sultan  öz 

xislətinə,  cəlladlıq  təbiətinə  uyğun  olan  şərt  irəli  sürür. 

Əslində  bu  şərt  Hatəm  Sultanla  Tahir  Mirzənin  xarakterləri­

nə  və  əməllərinə  görə  bir-birlərinə  daban-dabana  zidd  adam­

lar olduğunu sübuta yetirir.  Dastanın sonunda isə Tahir M ir­

zənin  başını  istəyən  Hatəm  Sultanın  şərtinin  əksinə  olaraq, 

Hatəm Sultan Tahirin xəncəri ilə öldürülür.

216



Bütün  bu  deyilənlər  göstərir  ki,  Azərbaycan  məhəbbət 

dastanlarında  çox  ciddi  yer  tutan  şərt  amili  dastanların 

strukturunda  əhəmiyyətli  bədii  fiqur  rolunu  oynayır. 

Obrazlar  tərəfindən  irəli  sürülən  şərtlər  bir  tərəfdən  dastanın 

daha  oxunaqlı  olmasına,  oxucu  ilə  dastan  arasında  ünsiyyətə 

şərait  yaradırsa,  digər  tərəfdən  də  obrazların  özlərinin 

xarakterlərinin  açılmasına  köməklik  göstərir.  Bu  mənada 

məhəbbət  dastanlarmdakı  şərt  amilinə  ikinci  dərəcəli  fakt 

kimi baxmaq olmaz.

Şərt amili Azərbaycan  məhəbbət dastanlarının  poetika 

sisteminin mühüm  cəhətlərindən  biridir.  Onlar  bu  dastanların 

spesifikliyini  sübut  edir,  dastan  poetikasının  daha  geniş 

planda öyrənilməsinə şərait yaradır.

Ədəbiyyat:

1.  Azərbaycan məhəbbət dastanları.  Bakı, «Elm»,  1979.

RAFİQ BABA YEV 

A M E  A  Naxçıvan Bölməsi incəsənət,

Dil və  Ədəbiyyat institutu

BƏDİİ DÜNYANIN BUTALI ŞEYX SƏNANI

"Şəbi  -   hicran"  naləsindən,  "yanar  canın",  "qan  tökən 

çeşmi  giryanın"  əfqanından  keçən  sevda  yolları  "Feyləsııfanə 

ruhlu"  aşiqləri  adi  dünyadan  bədii  dünyaya  gətirib: 

başlarında  eşq  havası,  dillərində  yanıqlı  bir  eşq  duası:  "  Səni 

mənə buta verdi  yaradan"...

Məhəbbət  dastanlarının  "alın  yazısı"  kimi  yaradanın 

əli  ilə  verilib  aşiqlərin  dünyasını  "həqq  nurunda"  sehrləyən 

butanın,  milli  mədəniyyətin,  milli  eposun  öz  faktı  olaraq, 

folklor  stixiyasmdan  görünən  missiyasını,  elə  deyəsən, 

dərgahın qanunları müəyyənləşdirib.

"Haqqa  aşiqlik  butadan  başlanır.  Nə  qədər  ki,  buta 

yoxdur,  haqq  aşiqi  yoxdur"  (1,  s.58).  Butadan  -  haqq  aşiqliyi 

statusundan  sonra  bədii  dünyada  "giıli  ruxsarə  qarşı

217



gözündən  qanlı  su  axanların"  cövri  -   cəfa  adlı  dövranı 

başlanır  -   dövranın  əzəməti  aşiqin  çəkdiyi  dərdin  siqlətindən 

görünür, dərd  böyüdükcə ucalıq aliləşir.

"Abbasın  Gülgəzə  çatmaq  üçün  şaha,  Kərəmin  Əsliyə 

çatmaq  üçün  keşiş  və  keşişlərə,  Qurbaninin  vəzirə,  xana, 

hətta  Pərinin  öz  qardaşı  Tapdığa,  Tahirin  öz  əmisi  Hatəm 

Sultana,  Şah  ismayılın  öz  doğma  atası  Aslan  şaha  qarşı 

mübarizəsi  fərdi,  şəxsi  səadət  uğrunda  aparılan  mübarizə 

çərçivəsindən  çıxaraq  onlarla,  yüzlərlə  Kərəmin,  Abbasın  və 

başqalarının mübarizəsi kimi səslənməkdədir" (2,s.64-65).

Hüseyn  Cavidin  Şeyx  Sənanı  "mənəvi  eşqin,  qüdsi 

məhəbbətin  canlı  heykəli  olan  Xumara"  (3,  s. 112)  "uçalım, 

haqqa  doğru,  gəl  uçalım"  -   deyəndə,  Abbas,  Kərəm  kimi 

canında,  ruhunda  butalı  aləmin  əhvalı  vardı,  "eşq  üçün  əvət 

bayılan  bu  əhli  -  halın"  gözləri  yazılı  ədəbiyyatdan  ilkinliyə -  

dastan dünyasına dikilmişdi.

"Öz  poetik  duyğuları  müstəvisində  Cavid  əfəndi  Şeyx 

Sənanı  peyğəmbər  dərəcəsinə  qədər  ucaldar"  (4,  s. 162)  -   son 

vaxtların  qənaətlərindən  biridir  bu;  ideoloji  tələblərin 

məngənəsində  Şeyx  Sənan  ədəbi -  tənqidin  gözünə  başqa  cür 

də  görünmüşdü:  "Əsərin  ən  güclü  tərəfi  dinə,  müsəlman 

ehkamına,  eşq  və  məhəbbət  əsarətinə  qarşı  çıxmaqdır"  (5, 

s.292).

"Onu 


əhatə 

edən 


Şeyx 

Mərvanlaı*  mühitinə

sığmazlığından"  (6,  s.8)  Şeyx  Sənan  mühiti  yaranır,  məlum 

səbəblərə  görə  də  bu  ağrılı  -   əzablı  doğuluş  o  dövrün 

tənqidinin  gözünə  ancaq  "dinə,  müsəlman  ehkamına  qarşı 

mübarizə" kimi  görünür.

Bizcə,  Şeyx  Sənanı  bədii  dünyaya  gətirib,  onun 

mühitini  əbədi  bərqərar  dəyən  məqsədin  kökü  daha 

dərindədir.

"Şeyx  Sənan"  həm  də  və  bəlkə  də  daha  artıq  insanın 

azad  sevgi,  azad  fikir  dünyası  xüsusundakı  romantik 

arzularını  ürəkdən  tərənnüm  edən  şairanə  eşq  dastanıdır"  (3, 

s.  121-122).

218



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə