Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə68/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   64   65   66   67   68   69   70   71   ...   205

M Ə M M ƏD CƏFƏR  SAD IQ O V  

Naxçıvan Dövlət  Universiteti

J

HAZIRLIQ İCLASININ NƏTİCƏLƏRİNƏ DAİR

ÇIXARILMIŞ XÜSUSİ QƏRAR

Məhkəmənin  hazırlıq  iclasının  keçirilməsi  nəticəsində 

hakim  (hakimlər  kollegiyası)  başqa  qərarla  yanaşı  xüsusi 

qərar çıxarmaq  hüququna malikdir.

Cinayət  mühakimə  icraatının  əvvəlki  mərhələlərində 

cinayət prosesini  həyata keçirəri  orqan  tərəfindən  araşdırılmış 

işlə  əlaqədar  olaraq  cinayət  prosesi  iştirakçılarının  cinayət 

prosessual  qanunvericilikdə  təsbit  edilmiş  hüquqlarının 

əhəmiyyətli  dərəcədə  pozulmasına  yol  verildiyi  hallarda 

hakim  (hakimlər  kollegiyası)  tərəfindən  əsaslandırılmış  qərar 

qəbul edilir.

Məhkəmənin  hazırlıq  iclasının  keçirilməsi  nəticəsində 

hakim  (hakimlər  kollegiyası)  tərəfindən, xüsusi  qərarın  qəbul 

edilməsində  məqsəd  cinayət  mühakimə  icraatının  əvvəlki 

mərhələsində  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  müdaifə 

hüququnun  pozulmasına,  əməliyyat-axtarış  tədbirləri  zamanı 

yol  verilmiş  kobud  pozuntulara,  sübutların  saxtalaşdırıl- 

masına,  iş  üzrə  icraat  zamanı  süründürməçiliyə  yol 

verilməsinə,  məlumatların,  sənədlərin  və  digər  əşyaların 

cinayət 


prosessual 

qanunvericilikdə 

nəzərdə 

tutulmuş 

qaydalara  zidd  olaraq  əldə  edilməsinə,  həyata  keçirilən 

prosessual ’ hərəkətlər  və  qəbul  olunan  prosessual  qərarlar 

zamanı yol verilmiş kobud  qanun pozuntularına və s.  bu  kimi 

qanunsuz hərəkətlərə diqqəti cəlb  etmək,  həmin  pozuntuların 

bundan  sonra  təkrarlanmaması  üçün  tədbirlər  görmək, 

həmçinin  belə  pozuntulara  yol  vermiş  vəzifəli  şəxslər 

barəsində  müvafiq  hüquqi  məsuliyyət  tədbirlərinin  müvafiq 

orqan tərəfindən  tətbiq edilməsini  təmin etməkdir (1).

207



Cinayət-Prosessual  Məcəlləsinin  307.1-ci  maddəsinin 

tələblərinə  əsasən  məhkəmənin  hazırlıq  iclasının  nəticələrinə 

dair 

cinayət 


prosessual 

qanunvericiliyin 

müvafiq 

normalarının  tələblərinin  kobud  surətdə  pozulmasına  yol 

vermiş  ıniivafiq  şəxslər  barəsində  xüsusi  qərar  yalnız  aşağıda 

göstərilən  iki əsas qərarın çıxarılması ilə yanaşı çıxarıla bilər:

1.  cinayət  işinin  və  ya  məhkəməyədək  sadələşdirilmiş 

icraat  materiallarının 

baxılmasına  xitam  verilməsi  və 

onun  ibtidai  araşdırmaya

prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora  qaytarılması 

haqqında qərar;

2.  cinayət  işi  və  ya  məhkəməyədək  sadələşdirilmiş 

icraatın  materialları  üzrə  icraata  xitam  verilməsi  haqqında 

qərar.

Məhkəmənin  hazırlıq  iclasının  keçirilməsi  nəticəsində 



hakim  (hakimlər  kollegiyası)  tərəfindən  yuxarıda  qeyd  edilən

1-ci  bənddəki  qərarın  çıxarılması  üçün  əsas  olan  prosessual 

xarakteri  dissertasiyanın  III  fəslinin  3.1-ci  bəndində  nəzərdə 

tutulmuşdur.

Yuxarıda  qeyd  edilən  2-ci  bənddə  göstərilən  qərarın 

məhkəmənin  hazırlıq  iclasının  keçirilməsi  nəticəsində  hakim 

(hakimlər  kollegiyası)  tərəfindən  çıxarılması  üçün  əsas  olan 

prosessual  xarakterli  kobud  qanun  pozuntuları 

cinayət 

prosessual 

qanunvericilikdə 

konkret 


olaraq 

nəzərdə 


tutulmamışdır.  Həmin  pozuntulara  şəxsin  əsassız  olaraq 

cinayət  məsuliyyətinə  cəlb  edilməsi,  onun  barəsində  əsassız 

olaraq  cinayət  təqibinin  həyata  keçirilməsi,  cinayət  təqibini 

istisna  edən  halların  mövcud  olmasına  baxmayaraq  icraata 

vaxtında xitam verilməməsi və s.  bu kimi qanuna zidd əməllər 

aiddir.  Cinayət-Prosessual  Məcəlləsinin  37.5-ci  maddəsində 

imperativ  qaydada  göstərilən  aşağıdakı  hallar  olmadan 

ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokuror  tərəfindən  ictimai-xüsusi  ittiham  qaydasında 

cinayət  təqibi  üzrə  icaatm  başlanması  kobud  qanun 

pozuntusu hesab edilir:

208



1.  törədilmiş  cinayət  dövlətin  və  ya  cəmiyyətin 

mənafeyinə toxunduqda;

2.  cinayət  hakimyyət  nümayəndəsi  və  ya  dövlət 

orqanlarının  digər  vəzifəli  şəxsləri  tərəfindən,  yaxud  onlara 

qarşı törədildikdə;

3.  cinayət  hamilə  vəziyyətdə  olan  qadın,  qoca  və 

köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;

4.  cinayət  hədə-qorxu,  məcburiyyət  təsiri  altında  və ya 

onu törətmiş şəxsdən

asılı vəziyyətdə olan  digər şəxs barəsində törədildikdə;

5.  cinayət  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  cinayət 

məsuliyyətinə cəlb etməyə imkan  verən  yaş  həddinə .çatmamış 

şəxs tərəifndən və ya ona qarşı törədildikdə.

Məhkəmənin  hazırlıq  iclasının  keçirilməsi  nəticəsində 

hakim  (hakimlər  kollegiyası)  tərəfindən  çıxarılmış  xüsusi 

qərarda  onun  çıxarıldığı  yer  və  vaxt,  hansı  cinayət  işi  və  ya 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  üzrə  və 

kim  tərəfindən  çıxarıldığı  qeyd  edilməlidir.  Qərarda  cinayət 

prosesini 

həyata 


keçirən 

orqanın 


müvafiq 

əməkdaşı 

tərəfindən  konkret  olaraq  cinayət  prosessual  qannvericili- 

yinin  hansı  normasının  pozulduğu  əsaslandırılmış  formada 

göstərilməli,  işin  mahiyyəti  əsaslı  surətdə  əks  etdirilməli,  yol 

verilmiş  pozuntunun  iş  üzrə  icraatın  sonrakı  gedişinə  necə 

təsir etdiyi  dəqiq göstərilməlidir (2).

Prosessual  xarakterli  pozuntuya  cinayət  prosesini 

həyata keçirən  orqanın  bir  neçə  müvafiq  əməkdaşı  tərəfindən 

yol 


verildikdə, 

onların 


hər 

biri 


barəsində 

ayrıca 


əsaslandırılmış qərar çıxarılmalıdır (3).

Əgər  prosessual  xarakterli  pozuntuya  yol  vermiş  şəxsi 

müəyyən  etmək  mümkün  olmadıqda  kobud  pozuntu  ilə 

keçirilmiş  istintaq  və  prosessual  hərəkətə,  yaxud  prosessual 

qərara  görə  kimin  məsuliyyət  daşıdığı 

çıxarılmış  qərarda 

göstərilməlidir. 

Lakin  heç  bir  halda  qanunvericiliyin 

tələblərini  kobud  surətdə  pozmuş  şəxs  tərəfindən  törədilmiş 

əmələ  (hərəkət  və  ya  hərəkətsizliyə)  hüquqi  qiymət  vermək

209

 

'




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə