Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə65/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   61   62   63   64   65   66   67   68   ...   205

təmin  edilib  istifadəyə  verilməsidir.Qeyd  edək  ki,emal 

müəssisələrinin  əksəriyyətinin  işləməməsi  aqrar  məhsul 

istehsalçılarını 

çətin 


vəziyyətdə 

qoyur.Belə 

ki,əvvələr 

respublikamızda  istehsal  olunan  meyvə,tərəvəz  və  üzümün 

yarısından  çoxu  emal  müəssisələrinə  verilirdi.Lakin  indi 

respublikamızda  olan  konserv  zavodlarının  və  digər  emal 

müəssisələrinin  demək  olar  ki,fəaliyyət göstərməməsi  tonlarla 

aqrar  məhsulun  qalıb  çürüməsinə  səbəb  olıır.Emal  müəssisə­

lərinin  mövcud  tələblər  səviyyəsində  yenidən  qurulması 

məhsulların  rəqabətə  davamlılığım  artırmaqla  aqrar  məhsul 

istehsalçılarını həvəsləndirmiş olar.

Aqrar  məhsulun  keyfiyyətinin  və  rəqabət  qabiliyyə­

tinin  yüksəldilməsinə  təsir  edən  amillərə  aqrobizrıesə  xidmət 

edən  sahələrin,informasiya  və  məsləhət  xidmətlərinin,  tədris 

kurslarının  təşkilidə  daxilidir.Hal-hazırda  aqrar  sahibkarlar 

marketinq  və  menecment sahəsində  hələ səriştəsizdirlər.Onlar 

biznes  ideyalarının  formalaşması  və  layihələrinin  tərtibin­

də,kredit 

alınmasında 

çətinliklərlə 

üzləşirlər. 

Bununla 


əlaqədar  aşağıdakı  bir  sıra  problemlərin  həllinin  və  aqrar 

sahibkarlara lazımi vərdişlərin verilməsini vacib  hesab edirik:

•  Rayonlarda  aqrar  məsləhətçilər  şəbəkəsi  yaradılmalıdır. 

Bu  şəbəkələrdə  yerli  məsləhətçi  kadrlardan  istifadə  olun­

ması.  daha  məqsədəuyğundur.Çünki,yerli  məsləhətçilər 

aqrar  sahibkarlarla  daha  tez-tez  ünsiyyətdə  olmaq  imka­

nına malikdir;

•  Aqrar  sahibkarların  ehtiyacları  (aqro-texnikaya,aqro-ser- 

visə,  aqro-kimyəvi  preparatlara  və  s.)  öyrənilməli  və 

qiymətləndirilməlidir;

•  Aqrar  sahibkarlara  yüksək  səviyyəli  marketinq  xidmət­

lərinin  göstərilməsi  üçün  rayonlarda  marketinq  məsləhət 

müəssisələri yaradılmalıdır.

Ədəbiyyat:

1.  Naxçıvan  Muxtar  Respublikası  80  (tarixi-statistik  məcmuə). 

“Səda” nəşriyyatı, 2004, 212 s.

198



2. 

Standartlaşdırma  haqqında  Azərbaycan  Respublikasının 

Qanunu.  Bakı, Biznesmenin  bülleteni.  1996, 57 s.

3.  Məmmədov C.C.,Aqrar bölmədə maddi-texniki təminat və xidmət

işinin təşkili.  Dərs vəsaiti.Bakı, 2004, 530 s. (s.436-453)

WEB saytlar

1. 


vvww.economy.gov.az-Azərbaycan  Respublikasının  iqtisadi 

İnkişaf Nazirliyi

2. 

www.sahibkar.biz - Sahibkarlara yardım saytı



3. 

www.kitab.az -Azərbaycanda elektron kitabxana

4. 

www.mmazeri.com  -Azərbaycan  Respublikasının  Elektron 



Qanunvericilik Bazası

SƏ  H Ə T  HƏBİB B Ə Y L İ 

A zdrbaycan D övht iqtisad Universiteti

• 



DAXILI BAZARIN TƏNZİMLƏNMƏSİNDƏ

GÖMRÜK  AMİLİ

Bazar  iqtisadiyyatına  əsaslanan  ölkələrdə  daxili

bazarın  qorunması  və  tənzimlənməsi  iqtisadi  siyasətin  vacib

• •

şərtlərindən  biridir.  Ölkələrin  iqtisadi  inkişaf,  vergi,  maliyyə, 



kənd  təsərrüfatı,  staistika  ilə  məşğul  olan  nazirikləri,  hətta 

bəzi  hallarda  inzibati  orqanları  bu  sahəyə  müntəzəm  olaraq 

nəzarət  edir,  tənzimlənmə  proseslərinin  düzgün  təşkilinə  nail 

olmağa  çalışırlar.  Bunsuz  ölkədaxili  iqtisadiyyatı,  yerli 

istehsalı  inkişaf  etdirmək,  rəqabətə  davamlı  məhsulların 

daxili  və  xarici  bazarda  özünə  münasib  yer  tapmasını  təmin 

etmək mümkün deyildir.

Dünyada  gedən  iqtisadi  proseslər  göstərir  ki,  daxili 

bazarın  qorunması  və  tənzimlənməsində  gömrük  orqanla­

rının  da  üzərinə  mühüm  vəzifələr  düşür.  Əslində  gömrük 

orqanları  daxili  bazarın  açarı  funksiyasını  yerinə  yetirir. 

Ölkəyə  daxil  olan  və  ölkədən  xaric  olan  məhsulların  düzgün 

müəyyən  olunması  daxili  bazarın  tənzimlənməsində  həlledici

199



faktora  malik  olduğu  üçün  bu  mühüm  və  məsul  vəzifəni 

həyata  keçirən  gömrük  orqanları  bazar  münasibətlərinin 

tənzimlənməsinin 

mərkəzində 

dayanır. 

Bu 


məsələdə 

Azərbaycanda  və  onun  ayrılmaz tərkib  hissəsi  olan  Naxçıvan 

Muxtar  Respublikasında  gömrük  orqanlarının  həmin  sahə 

üzrə  fəaliyyətinin  araşdırılıb  ümumiləşdirilməsi  mühüm 

əhəmiyyət  kəsb  edir.  Naxçıvan  Muxtar  Respublikasının 

təcrübəsinə  əsaslanaraq  demək  olar  ki,  daxili  bazarın 

qorunması  və  tənzimlənməsi  planlı,  ardıcıl,  məqsədyönlü  və 

əlaqəli  şəkildə  aparıldıqda  daha  müsbət  nəticələr  əldə  etmək 

mümkün  olur.  Bu  münasibətlə  daxili  bazarın  öyrənilməsi 

zamanı  aydın  olmuşdur  ki,  yerli  sahibkarlığın  inkişafına  təsir 

edən  adekvat  malların  gömrük  səıiıəddindən  keçirilməsinin 

qarşısı  alındıqda  artıq  yerli  istehsalçılara  əks  təsir  göstərən 

malların gömrük orqanlarından gi/:lətmə üsulu ilə, yəni qaçaq 

yolla  keçirilməsinə  zəmin  hazırlanır.  Bu  zaman  da  gömrük 

nəzarətinin  daha  ciddi  və  səmərəli  həyata  keçirilməsində 

gömrük  orqanlarının  üzərinə  düşən məsuliyyət  daha  da  artır. 

Bu  zaman  gömrük  sərhəddindən  keçən  yük  və  sərnişin 

avtomaşınlarının  gizli  saxlanc  yerlərinə  nəzarətin  daha  da 

gücləndirilməsi  təmin  olunur.  Bu  tədbirlər  öz  növbəsində 

muxtar  respublikada  daxili  bazarın  tənzimlənməsinə,  yerli 

istehsalın 

daha 


da 

inkişaf  etdirilməsinə, 

sahibkarlıq 

fəaliyyətinin  meydanının  genişləndirilməsinə  müsbət  təsir 

göstərmişdir.

Gömrük  orqanları  daxili  bazarda  qorunmalı  olan 

malların  mühafizəsi  üçün  Nazirlər  Kabinetinə  təkliflər  verir. 

Gömrük  sərhəddindən  keçirilən və yerli  sahibkarlığa əks  təsir 

göstərən  malların  siyahısının  tərtib  edilməsi  və  onların 

gətirilməsinin 

qarşısının 

alınmasının 

daima 

nəzarətdə 



saxlanılması da gömrük orqanlarının üzərinə düşür.

Regionda  daxili  bazarın  xarici  rəqabətdən  qorunması 

məqsədi  ilə  gətirilməsi  məhdudlaşdırılan  mallar  əsasən  üç 

qrupa ayrılmışdır:

1.  Gətirilməsi tam məhdudlaşdırılan mallar

200



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə