Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə63/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   59   60   61   62   63   64   65   66   ...   205

Sahibkarlıq  fəaliyyəti  gəlir,  mənfəət  əldə  edilməsini  təmin 

etmək  üçün  mühüm  təsərrüfat  qərarları  qəbul  olunması, 

fəaliyyətinin nəticələrinə görə məsuliyyətlə bağlıdır.

Sahibkarlıqda  istehsal  amillərinin  düzgün  əlaqələn­

dirilməsi,  yeni  məhsul  (əmtəə)  istehsalına,  yeni  elementlərin 

tətbiqinə  keçilməsi,  istehlakçıların  marağına  uyğun  məhsul 

istehsalının  və  xidmətlər göstərilməsinin  istiqamətləndirilməsi 

tələb olunur.

Sahibkarlıq  iqtisadi  fəallığın xüsusi  bir növü  kimi  çıxış 

etməklə  ilkin  mərhələdə  bir  ideya,  sonra  isə  maddiləşmiş 

formadır.  Sahibkarlıq  ideyası  istehsalçının  müəyyən  bir 

formada öz marağını bildirməsidir.



Sahibkarlıq fəaliyyətinin  ümumi sxemi:

A

T



Sahibkarlıq  fəaliyyətinin  müvəffəqiyyəti  öncə  qəbul 

olunan  təsərrüfat-idarəetmə  qərarlarının  düzgünlüyündən 

asılıdır.  Qərar  qəbul  etmək  həmişə  sahibkar  funksiyasını 

yerinə  yetirən  şəxsin  və  ya  şəxslər  qrupunun  öhdəsinə 

düşür.(3,s. 11)

İqtisadi  münasibətlər sistemi və quruluşu mürəkkəb və 

çoxcəhətli  olub  iki  əsas  subyektin-istehsalçı  və  istehlakçıların 

qarşılıqlı  münasibətindən  ibarətdir.  Həm  istehsalçı,  həm  də 

istehsal  sərbəst  hərəkət  edə  bilmir.  Hər  iki  subyekt  bir-

191



birindən  asılıdır.  Deməli  sahibkar  qərar  qəbul  eldikdə 

aşağıdrkı suallara özü özlüyündə cavab verməlidir:

-Xammal  əldə oluna biləcəkmi?

-Proses  üçün  yarımfabrikatlar  və  digər  dövriyyə 

vəsaitləri varmı?

-Tələb  olunan  əsas  vəsaitlər  (texnika,  texnologiya, 

avadanlıq) almaq imkanı varmı?

-İstehsal olunan əmtəəyə tələbatın səviyyəsi  necədir?

-Sahibkarın  bu  hərəkətinə  dövlətin  baxışı  (vergi, 

qadağan, maliyyə köməyi və s.) necə ola bilər?

Sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  üçün  əsas 

şərtlərdən  biri  də  müəyyən  ictimai  şəraitin  sahibkarlıq 

mühitinin  mövcud  olmasıdır.  Burada  hər  şeydən  əvvəl  bazar, 

bazar  münasibətləri  sistemi,  sahibkarın  şəxsən  müstəqil 

(sərbəst) olması (qərar qəbulunda) nəzərdə tutulur.  (2,s.l2)

Sahibkarın  hərəkətinin  3  əsas  istiqaməti  qeyd  edə

bilərik:

1.  İstehsalın  (xidmətlərin  göstərilməsinin)  idarə  edilməsi 

(onun menecer fəaliyyəti);

2.  Bazarın  təhlil  edilməsi:  Sahibkar  istehsalı  istehlakçı  xa­

tirinə  təşkil  edir.  Bazarı  təhlil  etmədən  faydalı  sahibkarlıq 

fəaliyyəti yaratmaq  olmaz (marketinq  fəaliyyəti);

3.  Əməkdaşlıq (tərəf müqabili) əlaqələrinin təşkili.

Bazar  iqtisadiyyatının  əsas  hərəkətverici  qüvvəsi  olan 

sahibkar  mövcud  iqtisadi  resurslardan 

qənaətlə,  səmərəli 

istifadə 

edərək 


dünya 

standartlarına 

uyğun 

məhsul 


istehsalının  artırılmasına  çalışır.  Məhz  bu  sahədə  sahibkarlar 

tərəfindən  göstərilən  təşəbbüskarlıq  və  dövlət  tərəfindən 

həyata keçirilən  məqsədyönlü  iqtisadi  islahatlar  sahibkarlığın 

inkişafına  şərait  yaradır.  Sahibkarlığın  inkişafı  daxili  bazarın 

kifayət  qədər  məhsulla  təmin  olunmasına,  işsizliyin  aradan 

qaldırılmasına  əhalinin  sosial  halının  yüksəldilməsinə  şərait 

yaradır.  Deməli,  respublikamızın  iqtisadiyyatını  sağlam 

təməllər  üzərində  inkişaf  etdirmək  üçün  sahibkarlıq  mühi­

tinin  yaradılması  və  sahibkarlıq  fəaliyyətinin  öncül  inkişaf

192



istiqamətlərinin  müəyyənləşdirilməsi  daima  öz  aktuallığını 

saxlayacaqdadır.

Ədəbiyyat:

1.  Sahibkarlıq  fəaliyyəti  haqqında  Azərbaycan  Respublikasının 

Qanunu.

2.  G.Gənciyev,  C.Kərimov.  Sahibkarlığın  əsasları  (Mühazirələr 



toplusu). Bakı,"Elm",  1999

3.  F. Abbasov,  R. Quliyev,  S.  Əbdürrəhmanova.  Sahibkarlıq 

fəaliyyətinin əsasları.  Bakı,  1996

R Ə H M A N  M Ə M M Ə D Ə  V 

Naxçıvan Dövlət  Universiteti

AQRAR SEKTORDA MƏHSULUN KEYFİYYƏTİNİN 

VƏ RƏQABƏT QABİLİYYƏTİNİN ARTIRILMASI

YOLLARI


Hal-hazırda Naxçıvan  Muxtar Respublikasında  aqrar 

sahibkarlığın  geniş  inkişaf  etdrilməsi  dövlətin  iqtisadi 

siyasətinin  əsas  istiqamətlərindən  birini  təşkil  edir.Qeyd  edək 

ki,Muxtar 

Respublikamızda 

həyata 


kezirilən 

aqrar


sahibkarlıq  siyasətinin  fundamental  elmi-nəzəri  və  elmi- 

praktiki  əsasları  vardır.Bu  ilk  növbədə  ölkə  rəhbərliyinin 

fərmanlarından və göstərişlərindən,Milli  Məclisin  qəbul etdiyi 

qanunlardan,Nazirlər  Kabinetinin  qərar və sərəncamlarından 

və  həm  də  inkişaf  etmiş  ölkələrdən  uzun  illərdən  bəri 

toplanmış zəngin  təcrübədən ibarətdir.

193



Məlumdur  ki,  Naxçıvan  Muxtar  Respublikasında 

aqrar 


sahədə 

sahibkarlığın 

formalaşması 

və 


inkişaf 

etdirilməsi  bir  qədər  mürəkkəb  prosesdir.Bu  baxımdan  aqrar 

sahədə  sahibkarlıq  faliyyətinin 

irıkiəafmı  təmin  etmək 

məqsədilə  bir  sıra  vacibliyi  ilə  seçilən  işlər  görülməlidir. 

Araşdırmalar  nəticəsində  müəyyən  edilmişdir  ki,  dövlət 

müəssisələrinin  transformasiyası,yeni  təsərrüfat  formalarının 

yaradılması  xüsusi  bölmədə  məhsul  istehsalının  nisbətən 

artmasına,  ümumi  istehsalda  onların  xüsusi  çəkisinin 

yüksəlməsinə  səbəb  olmuşdur.  Əgər  2000-ci  ildə  Naxçıvan 

Muxtar  Respublikasında  istehsal  olunan  taxıl  54,4  min 

ton,şəkər  çuğunduru  45,5  min  ton,kartof  13,5  min  ton, 

tərəvəz  42,7  min  ton,  bostan  məhsulları  33,6  min  ton,meyvə 

və  giləmeyvə  28,4  min  ton  təşkil  edirdisə,  2003-cıı  ildə  bu 

göstəricilər  artaraq  müvafiq  surətdə  81,4; 129,  0;14,2;53,4; 

41,7;28,6 min  ton təşkil etmişdir (l,s.l 12).

Müqayisə  olunan  illərdə  mal-qaranın  baş  sayı  74,0 

min  başdan  81,2  min  başa  qədər  artmışdır (1 ,s. 117).  Bu  onu 

göstərir  ki,aqrar  islahatların  gedişinin  sürətləndirilməsi, 

təsərrüfatların  dövlət  inhisarından  çıxarılması  və  onların 

xüsusi  mülkiyyətə  verilməsi  aqrar  sahibkarlığın  inkişafına 

real şərait yaratmışdır.

Lakin  günümüzdə  aqrar  sahədə  artım  olmasına 

baxmayaraq  yüksək  səviyyəli  inkişafdan  söhbət  açmaq  qeyri




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə