Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə60/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   56   57   58   59   60   61   62   63   ...   205

başa  gəlməsi  üçün  bu  siyasətə  arxalanmaq  lazımdır.  Əvvəla 

onu  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanla  iran  dövlətinin 

iqtisadi  sistemləri  bir-birindən  köklü  sürətdə  fərqlənir. 

İkincisi  qiymətlərin  süni  şəkildə  aşağı  salınması  azad  bazar 

iqtisadiyyatının  prinsiplərinə  ziddir  və  bu  iqtisadiyyatda 

subyektiv amillərin rolunu artırır.

Belə  yanaşma  aqrar  sahdə  neqativ  hallara  şərait 

yaradır,  istehsalçıları  dövlətdən  asılı  edir,  kənd  əhalisini 

ələbaxırn edir.

Avropanın 

inkişaf  etmiş  ölkələrindən 

biri 


olan 

Hollandiyada  bu  məsələ  daha  uğurla  həll  edilmişdir.  Belə  ki, 

bu  ölkədə  zəruri  kənd  təsərrüfatı  məhsullarının  ən  böyük 

sifarişçisi  dövlətdir  və  dövlət  öz  fermerlərindən  aldığı  kənd 

təsərrüfatı  məhsullarını  dünya  bazarı  qiymətlərindən  25-30% 

baha  qiymətə  alır.  Bu  insanların  təşəbbüskarlıq  fəaliyyətinə 

geniş imkanlar açır.

Sadalananlar 

aqrar 

sahənin 


inkişafına, 

ölkədə 


məşğulluğun  yüksəldilməsinə,  ölkədən  valyuta  axınının 

qarşısının  xeyli  alınmasına  gətirib  çıxarar.  Dövriyyədən 

çıxarılmış  əkin  sahələrinin  dövriyyə  qaytarılmasına  çox 

kömək  etmiş  olardı  ki,  bu  da  regionların  dinamik  inkişafını 

stimul  yaradardı.

Fikrimizcə  aqrar  sahəyə  dövlət  himayəsi  və  qayğısının 

daha  çox  olması,  ölkəmizin  iqtisadi  strategiyasının  optimal 

hədəflərə nail  olmasının əsas şərtlərindən biridir.

Ədəbiyyat:

1. 


Səfərov S. iqtisadi siyasət strategiyası.  Bakı,2000.

2. 


Əmiraslanov 

A. 


Azərbaycan 

iqtisadiyyatı 

və 

bazar 


münasibətləri.  Bakı, 1998.

3. 


Axundov M.  Müəssisə iqtisadı.  Bakı,2002.

4. 


iqtisadi nəzəriyyə. Dərslik.  Bakı,2002.

5. 


Rəhimov  M.  Azərbaycan  Respublikasının  iqtisadi  inkişafını 

təm'.imləyən qanunlar.  Bakı, 1996.

182



6. 

Allahverdiyev  H.B.  iqtisadiyyatın  dövlət  tənzimlənməsi. 

Bakı,2002.

7. 


Müxtəlif mətbuat materialları.

A SƏ F QƏRİBƏ У

Naxçıvan  Dövlət  Universiteti

AZƏRBAYCANIN  DUNYA  İQTİSADİYYATINA 

İNTEQRASİYASININ ZƏRURİLİYİ VƏ ƏHƏiMİYYƏTİ

Azərbaycan  Respublikası  dövlət  müstəqilliyini  bərpa 

etdikdən  sonra qarşılaşdığı əsas  problemlərdən  biri  bu  müstə­

qilliyi  qoruyub  yaşatmaq  və  möhkəmləndirmək  imkanlarına 

malik  olan  bütöv 

iqtisadi  sistemin  yaradılması  zərurəti 

olmuşdur.  Beynəlxalq  iqtisadi münasibətlərin  təhlili  və dünya 

təcrübəsi  göstərir  ki,  müasir  dövrdə  milli  iqtisadiyyatın 

təşəkkülü və  inkişafı prosesində meydana gələn  çətinliklərin, 

problemlərin 

müvəffəqiyyətli 

həlli 


əksər 

hallarda 

və 

əhəmiyyətli  dərəcədə  xarici  iqtisadi  əlaqələrin  inkişafı 



hesabına  ölkə  iqtisadiyyatının  dünya  təsərrüfat  sisteminə 

səmərəli  şəkildə  inteqrasiyasının  təmin  edilməsindən  asılı 

olıır.  Bu  onunla  izah  olıınur  ki,  müasir  dövrdə  dünyada  baş 

verən 


köklü 

keyfiyyət  dəyişikləri 

beynəlxalq 

iqtisadi 

inteqrasiyanı, 

milli 


iqtisadi 

inkişafın 

zəruri 

şərtinə 


çevrmişdir.  Bunun  nəticəsidir  ki,  hazırda  dünyada  tədricən 

iqtisadi  sərhədlərinin  aradan  qaldırılması,  beynəlxalq  aləmdə 

ölkələr  üçün  eyni 

qanunlara  tabe  olan 

qlobal 

iqtisadi 



sistemin-dünya  təssərrüfat  sisteminin  təşkili,  formalaşması 

prosesinə  daha çox  diqqət  yetirilir.

Ümumiyyətlə,  belə 

şəraitdə  sosial-iqtisadi 

inkişaf 

səviyyəsindən  və  milli  xüsusiyyətlərdən  asılı  olmayaraq  hər 

haıısı  bir ölkənin  iqtisadi  siyasəti  o  vaxt  səmərəli  ola  bilər  ki, 

o digər ölkələrin  iqtisadi strategiyaları ilə  uzlaşdırılmış  olsun. 

Başqa  sözlə,  ölkənin  iqtisadi  siyasəti  beynəlxalq  qanunlar 

nəzərə  alınmaqla  hazırlansın  və  həyata  keçirilsin  (1).  Məhz

183



belə  siyasətin  nəticəsində  dünya  təsərrüfat  sisteminə  fəal 

surətdə  qoşulmaqla  dövlətlər  bir  tərəfdən  özlərinin  müvafiq 

ehtiyatları  olmadıqları  halda 

belə,  cəmiyyətin 

təlabatını 

daha  dolğun  ödəmək,  iqtisadiyyatın  səmərəli  strukturunu 

formalaşdırmaq  və  s.  bu  kimi  digər  problemləri  həll  etmək, 

digər  tərəfdən  isə  özlərinin  beynəlxalq  əmək  bölgüsündə 

malik  olduqları  üstünlükləri  reallaşdırmaq  imkan  əldə  etmiş 

olurlar.  Təsadüfi  deyildir  ki,  müasir  dünya  iqtisadiyyatında 

inkişaf  səviyyəsinə  görə 

təbii 


ehtiyatları 

baxımından 

özündən  dəfələrlə  artıq  dərəcədə  zəngin  olan  ölkələri  geridə 

buraxan  ölkələrin  müvəffəqiyyətlərinin  başlıca  səbəbi,  onla­

rın  dünya  təsərrüfat  sisteminə  səmərəli  şəkildə  inteqrasiya 

olunmalıdır.

Xüsusi  ilə  XX  əsrin  sonunda  XXI  əsrin  əvvələrində 

dünya  ölkələri  arasında gedən  inteqrasiya  prosesləri  iqtisadi 

əlaqələrin  dünya  dövlətləri  arasında  daha  da  intensivləş­

məsinə zəmin  yaratmışdır (2).

Bütün  bunların  təhlilindən  bu  nəticəyə  gəlmək  olur 

ki,  müasir dövrdə milli  inkişafın  təmin olunması yalnız xarici 

və daxili  iqtisadi  amillərin dialektik vəhdəti  bazasında müm­

kündür.  Məhz buna görə də  xarici  iqtisadi  əlaqələrin inkişaf 

etdirilməsi  və  bu  əsasda  iqtisadiyyatın  dünya  təsərrüfat 

sisteminə  səmərəli  şəkildə  inteqrasiyasının  təmin  olunması, 

son  dövrlərdə  özünün  dövlət  müstəqilliyini  əldə  etmiş 

ölkələrin  sosial-iqtisadi  siyasətinin  strateji  istiqamətlərindən 

birini təşkil edir.

Bu  ölkələr  üçün  dünya  təsərrüfat  sisteminə  inteqra­

siya  həm  də  ona  görə  əhəmiyyətlidir  ki,  ölkə  iqtisadiyyatını 

xarici  dövlətin və beynəlxalq  təşkilatların üzünə  açmadan və 

onlarla 

qarşılıqlı  faydalı  əlaqələr  yaratmadan  nə  onların 

maliyyə  imkanlarına  arxalanmaq,  nə  mütərəqqi  idarəçilik 

və  təsərrüfatçılıq  təcrübəsi  qazanmaq,  nə  də  ki,  müasir 

texnika  və  texnologiya  əldə  etmək  yolu  ilə  ümumi  tərəqqiyə 

çatmaq olar (3).

184



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə