Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə62/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   58   59   60   61   62   63   64   65   ...   205

vo  sovxozların  (dövlət  müəssisələri)  məhv  edilməsi,  kənd 

təsərrüfatına  yararlı  torpaq  sahələrini  kənd  əhalisinin  xüsusi 

mülkiyyətinə  verməklə  yeni  iqtisadi  sistemdə  fəaliyyət 

göstərmək  üçün  onlara  ilkin  bərabər  şəraitin  yaradılması, 

kənd  təsərrüfatı  sferasında  müxtəlif  mülkiyyət  formasına 

əsaslanan  yeni  istehsal  subyektlərinin  yaradılması  və  s. 

cəmiyyətin  köhnə  istehsal  münasibətlərinə  dözməzliyinə  tam 

təminat erir.

Elütün  bunların  nəticəsidir  ki,  son  dövrlərdə  kənd

m

təsərrüfatında  istər  əkinçilikdə,  istərsə  də  maldarlıqda 

respublika üzrə məhsul  istehsalı xeyli dərəcədə artmışdır.

Qeyd  etmək  lazımdır  ki,  muxtar  respublikada  kənd 

təsərrüfatı  məhsullarının  99%-don  çoxu  özəl  bölmənin  payına 

düşür.  Bu  isə  aqrar  bölmədə  birinci  mərhələdə  keçirilən 

islahatların 

nəticəsidir. 

Kənd 

təsərrüfatında 



məhsul 

istehsalının  artmasına  baxmayaraq,  göstərmək  lazımdır  ki, 

bu  sahədə  hələ  də  məhsuldarlıq  aşağıdır.  Ona  görə  də  artıq 

ikinci  mərhələnin,  yəni  bu  sahədə  istehsalın  səmərəliliyinin 

artırılması kimi mühüm vəzifə qarşıya qoyulur.

Bütövlükdə  maddi  istehsalın,  o  cümlədən  də  kənd  tə­

sərrüfat:.  istehsalının  səmərəliliyi  mürəkkəb  iqtisadi  kateqo­

riyadır.  Odur  ki,  müasir  şəraitdə  kənd  təsərrüfatının  gələcək 

inkişafının  təmin  olunmasının  ən  aktual  problemlərindən  biri 

bu sahənin səmərəliliyini yüksəldilməsidir.

Kənd  təsərrüfatı  məhsulları  istehsalının  səmərəliliyin 

artırılması  və  maya  dəyərinin  aşağı  salınması,  fikrimizcə, 

aşağıdakı tədbirlərin həyata keçirilməsindən  asılıdır:

-  kənd 


təsərrüfatının 

maddi-texniki 

bazasının 

möhkəmləndirilməsi, yəni onun  müasir texnika ilə təmin 

olunmasına köməklik göstərilməsi;

-  kənd  təsərrüfatı,  bitkiçilik  sahəsində  istifadə  edilən 

kimyəvi  gübrələr  və  ziyanvericilərə  qarşı  pereparatların 

respublikada  istehsalını  təşkil  etmək  və  istehsalçılara 

aşağı qiymətlə satılmasını təmin etmək;

188



-  aqrar bölməni ixtisaslı  kadrlarla təmin etmək;

-  cins  mal-qaranın  sayını 

çoxaltmaq 

və 


baytarlıq 

idarələrinin  işini gücləndirmək.



EL ÇİN İBRA H İM O  V

Naxçıvan Dövlət  Universiteti

SAHİBKARLIQ MÜNASİBƏTLƏRİNİN MAHİYYƏTİ 

VƏ İQTİSADİ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ YERİ

Sahibkarlıq  istehsal  münasibətlərinin  konkret  təzahür 

forması  olub,  cəmiyyətin  maddi  və  mənəvi 

potensialının 

artmasına  zəmin  yaradır,  hər  bir  fərdin  qabiliyyət  və 

istedadının həyata keçirilməsini şərtləndirir.

Bazar 

iqtisadiyyatından 



irəli 

gələn 


sərbəst 

təsərrüfatçılıq  olan  sahibkarlıq,  yaxud  sahibkarlıq  fəaliyyəti 

iqtisad elminin mühüm  tədqiqat obyektlərindən  biridir.

Sahibkarlıq  fəaliyyəti  (sahibkarlıq)  fiziki  şəxslərin, 

onların  birliklərinin,  habelə  hüquqi  şəxslərin  mənfəət  və  ya 

şəxsi  gəlir  əldə  edilməsi  mqsədilə  özlərinin  cavabdehliyi  və 

əmlak  məsuliyyəti  ilə,  yaxud  digər  hüquqi  və  ya  fiziki 

şəxslərin  adından  qanunvericilikdə  qadağan  edilməyən 

təsərrüfat  fəaliyyətinin  bütün  növləri,  o  cümlədən  məhsul 

istehsalı,  satışı  və  xidmətlər  göstərilməsi  formasında  həyata 

keçirdikləri 

müstəqil 

təşəbbüskarlıq 

fəaliyyətidir.(l) 

Qanunveıiçilik  baxımından  sahibkarlığa  verilən  bu  tərifdə 

bəlkə  də  razılaşmaq  olar.  Nəzəri  və  elmi  metodik  baxımdan 

sahibkarlıq  anlayışının məzmunu dəqiqləşdirilməlidir.

Sahibkarlıq  fəaliyyətinin  nəzəri  əsasları  hələ  əsrlərlə 

qoyulmuş  və  onun  ilk  yaradıcıları  F.Kene,  A.Smit,  C.Sey, 

sonralar  həmin  işin  davamçıları  R.Kantilon,  Y.Şümpeter,

S.Mizes,  F.Xayer  və  başqaları  olmuşdur.  Lakin  sahibkarlıq 

fəaliyyətinin  müəyyənləşdirilməsində  müxtəlif  iqtisadçıların 

verdikləri  təriflər  fərqlidir.  Bəzi  iqtisadçılara  görə  sahibkar

189



mənfəət  əldə  etmək  naminə  istehsal  üçün  maddi  amillərə 

yiyələnən,  digərlərinə görə istehsal  amillərini kombinələşdirən 

və  idarəedən,  müasir  Qərb  iqtisadçılarına  görə  isə  istehsalı 

yaradan,  onun təşəbbüskarıdır.

Sahibkarlıq  fəaliyyətini, ayrı-ayrı  adamlar,  kollektivlər, 

dövlət  və  digər  subyektlər  həyata  keçirir,  iqtisadi  məsuliyyət 

və  risk  etməklə  ümumi  gəlir  və  mənfəət  əldə  etmək 

istiqamətində fəaliyyət göstərirlər.

Bazar  iqtisadiyyatının  əsasını  sahibkarlıq  fəaliyyəti, 

bazar  təsərrüfatının  mühüm  aparıcı  şəxsi  sahibkardır. 

Sahibkarlığın  mahiyyətini  bir  çox  cəhətdən  müəyyənləş­

dirmək olar:

-Sahibkarlıq  fəaliyyətinin  məqsədi  ən  az  istehsal 

amilləri sərf etməklə yüksək mənfəət götürməkdir və ya  başqa 

sözlə desək istehsal  və  təklif əsasında bazarın  tələbini  ödəmək 

və sahibkar mənfəəti əldə etməkdir;

-Sahibkarlıq  fəaliyyətinin  məzmunu  sərəncamında 

olan  resursların  elə  səmərəli  istifadəsini  təmin  etməkdir  ki, 

qarşıda duran məqsədə çatmaq mümkün olsun;

-Sahibkarlıq  gəliri  yenilikdən,  istehsalın  təşkilində, 

idarəçilikdə yeni metodlar nəticəsində əldə edilir.

Yuxarıda  qeyd  edilənlərlə  yanaşı  onu  da  vurğulamaq 

olar ki,  sahibkarlıq  fəaliyyətinin  və  mülkiyyəti  ilə  münasibət­

lərin  xarakterindən  asılı  olaraq  sahibkarlıq  fəaliyyəti  ilə  həm 

mülkiyyətçinin  özü,  həm  də  onun  müəyyən  etdiyi  digər 

subyekt məşğul  ola bilər.

Sahibkarlıq  fəaliyyətinin iqtisadi şərtlərinə ilk  növbədə 

əmtəə  təşkili  və  həmin  əmtəələrə  olan  tələb,  əmtəələrin 

növləri,  pul vəsaitlərinin həcmi, işçi qüvvəsinin və iş yerlərinin 

artıqlığı  və  çatışmazlığı,  işçilərin  əmək  haqqının  səviyyəsinə 

təsir edən amillər  və s.  aid edilir.

Ümumi  şəkildə desək  Sahibkarlıq  fəaliyyəti  (sahibkar­

lıq)  cəmiyyət  üzvlərinin  şəxsi  gəlir  və  ya  mənfəət  əldə  etməyə 

yönəldilən,  öz  riski  və  öz  əmlak  cavabdehliyi  ilə  həyata 

keçirilən 

müstəqil 

təşəbbüskar 

iqtisadi 

fəaliyyətdir.

190



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə