Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə59/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   55   56   57   58   59   60   61   62   ...   205

sıra  inkişaf  etməkdə  olan  ölkələrində 

təşəkkül  tapmışdır. 

Avropa  ölkələrindən  fərqli  olaraq  iqtisadiyyata  dövlət 

müdaxiləsi  ABŞ,  Kanada,  Avstraliya  kimi  ölkələrdə  daha 

məhdud  xarakter  daşıyır.  Çiinki  Avropadan  fərqli  olaraq  bu 

ölkələr  ikinci  dünya  müharibəsinin  doğurduğu  kəskin  sosial 

iqtisadi  problemlərlə,  sosializm  düşərgəsinin  bu  bölgəyə 

nüfıız  etməsi  ilə  qarşılaşmamışlar.  Bununla  belə  bu 

cür 

ölkələrdə  dövlətin  iqtisadiyyata  müdaxiləsi  əsasən  işsizlik  və 



inflyasiyasının dərinləşdiyi şəraitdə  daha  çox nəzərə çarpır.2

Bazar münasibətlərinin  formalaşmaqda olduğu  müasir 

şəraitdə  dövlət  iqtisadiyyata  müdaxilə  etməklə  iqtisadi 

artımın  stimullaşdırılması,  inhisarçılığın  aradan  qaldırılması, 

iqtisadiyyatda  mütərəqqi  struktur  dəyişikliklərinə  şərait 

yaradılması,  ixracata  yardım  göstərilməsi,  infılyasiyanın 

qarşısının 

alınması, 

gəlirlərin  yenidən 

bölüşdürülməsi, 

məşğulluğun  tənzimlənməsi  və  ölkələrin  iqtisadi  maraqla­

rının qorunması  kimi mühüm  vəzifələri  həyata  keçirməlidir.

Bazar  mexanizmi  dövlətin  iqtisadi 

fəaliyyəti  üçün 

spesfik  və  sərt  tələblər  qoyur.  Dünya  təcrübəsinə  əsasən 

demək  olar  ki,  heç  bir  ölkədə  iqtisadiyyat  dövlət  tərəfindən 

ideal  şəkildə  tənzimlənmir.  Əksər  ölkələrdə  iqtisadiyyatın 

idarə  edilməsində  dövlətin  rolu  böyükdür.  Bu  isə  həmin 

ölkələrdə 

bazarın 


stimullaşdırıcı 

potensialından  kifayət 

qədər istifadə  olunmasını səciyyələndirir.

Dövlət  tərəfindən  bazar  mexanizminin  daxili  əlaqə­

lərinin  pozulmasına  yönəldilən  hər  cür  fəaliyyət  prinsipcə 

yolverilməzdir.  Rəqabət  münasibətlərinin  mövcud 

bazar 

mexanizmi 



özünütənzimləyən 

etdiyinə  görə,  ona  əsasən  dolayı,  yaxud  iqtisadi  üsullarla 

təsir  göstərmək  lazımdır.  Yalnız  inzibati  üsullara  üstünlük 

verməklə  dövlət  bazarın  tənzimləyici  mexanizmini  dağıda 

bilər və  iqtisadiyyatın  səmərəliliyini,  dinamikliyini  təmin  edə 

bilməz.  Lakin  bu heç də  bazar  təsərrüfatı  şəraitində  inzibati 

üsulların 

tətbiqini 

istisna  etmir.  Nəzərə  alınmalıdır  ki,

olduğu 


sistem  kimi  çıxış

179



inzibati  təsir  bəzi 

dür.


hallarda  nəinki  lazımdır,  hətta  o labiid-

Aydın  olur  ki,  iqtisadi  inkişafın  başlıca  təminatçısı 

dövlətdir.  Bununla,  belə  dünya  təcrübəsi  nəzərə  alınmaqla, 

iqtisadi  siyasətdə  ölkənin  spesflk  xüsusiyyətləri  də  diqqət­

dən yayılmamalıdır.

Dövlətin  aqrar  siyasətinin  ana  xətti  əhalinin  ərzaqla 

təminatı,  sənayeni  isə  kənd  təsərrüfatı  xammalı  ilə  fasiləsiz 

təmin  etməkdir.  Bundan  başqa  ölkənin  kənd 

təsərrüfatı 

məhsullarına  ehtiyacının  təmin  olunmasının,  xarici  ölkələr­

dən  asılılığının  maksimum  azaldılması  əsas  məqsədlərdən 

biridir.


Nəzərə  almaq  lazımdır  ki,  aqrar  sahənin  inkişafı 

dövlətin  mühüm  trateji 

iqtisadi  maraqlarının  tərkib 

hissəsidir,  bu  sahəyə  təsir  xüsusi  elmi  yanaşma  tələb  edir. 

Belə  ki,  iqtisadi  maraqlarının  necə  təmin  olunmasından 

asılıdır və aqrar sahə digər  sahələrdən  fərqli olaraq adətən az 

gəlirli  və  yaxud  ziyanla  işləyən  sahələrdən  biridir.  Onu  da 

qeyd  etmək  lazımdır ki, kənd  təsərrüfatının əksər sahələri qısa 

müddətdə  deyil,  xeyli  müddətdən  sonra  xeyir 

verməyə 


başlayırlar.

Bu  gün  Azərbaycanın  kənd  rayonlarından  sənaye 

rayonu  olan  Apşeron  yarımadasına  axın  var.  Bu  ondan  irəli 

cəlir  ki,  Bakı  və  onun  ətrafı  çox  gəlir  gətirən  sənaye  sahələri 

və  xidmət  sahələrinin  inkişafı  ilə  əlaqdardır.  Bu  qonşu 

Türkiyə,  Rusiya,  Qazaxıstan  və  bir  çox  digər  ölkələrdə  də 

ağrılı problemlərdən biridir.

Aqrar  islahatların  əsasları  haqqında  Azərbaycan 

Ruspublikasının  qanuna  əsasən  aqrar  bölmə  iqtisadiyyatın 

vacib  sahələrindən  biri  kimi  dövlət  himayəsindədir.  Dövlət 

himayəsi aşağıdakı istiqamətlərdə həyata keçirilir:

aqrar sahəyə investisiya qoyuluşunun stimullaşdırılması; 

məqsədi  dövlət  proqramları  əsasında  meliorasiya  və 

irriqasiya 

işlərinin 

aparılması, 

kənd 

təsərrüfatı



180


maşınlarının  və  digər  mac.di-texniki  vasitələrin  istehsal 

bazasının  yaradılması,  işğal  altından  azad  edilmiş 

ərazilərdə  aqrar-sənaye  kompleksinin  bərpası  və  inkişaf 

etdirilməsi;

kənd 

təsərrüfatının 



yoluxucu 

xəstəliklərə 

və 

zərərvericilərə  qarşı  karan tin  və  müalicə  tədbirlərinin 



aparılmasına,  kadr hazırlığına və elmi təminata,  istehsal 

və 


sosial 

infrastrukturun 

yaradılmasına 

dövlət 


vəsaitinin ayrılması;

mühüm  kənd  təsərrüfatı  məhsullarının  qiymətləri  ilə 

onların 

istehsalında 

istifadə 

olunan 


maşın 

mexanizmlərin, yanacaq-sürtgü materiallarının, mineral 

gübrələrin,  zəhərli  kimyəvi  maddələrin  qiymətləri 

arasında mütənasibliyin təmin edilməsi; 

differensial  kreditləşmə və vergi tətbiqi;5

Qanun  eyni  zamanda  aqrar  sahədə  kənd  əhalisinin 

sosial  müdafiəsinin  təmin  olunmasını  nəzərdə  tutur.  Bununla 

əlaqədar  olaraq  mülkiyyət  münasibətlərinin  dəyişməsi  ilə 

əhalinin  sosial  müdafiəsinin  uzlaşdırılması,  kənddə  səhiyyə, 

mədəni-məişət  və  digər  sosial  xidmət  sahələrinin  üstün 

inkişafının  təmin  edilməsi  və  s.  tədbirlərin  həyata  keçiril­

məsinə Qanun təminat verir.

Hələ  SSRİ  dövründə  qanunvericilikdə  belə  bir  maddə 

vardı  ki,  istifadə  olunmayan  sahələri  yararlı  hala  salan 

vətəndaşlar  həmin  torpaqlardan  istifadəyə  görə  5  il 

müddətinə  bütün  vergilərdən  azad  olunurdular.  Fikrimizcə 

indiki  şəraitdə  uyğun  bu  tip  qanunvericiliyə  ehtiyac  var  və 

aqrar sahənin inkişafına stimul verə bilər.

Bəzi 

mütəxəssislər  aqrar  sahəyə  silsilə  güzəştlərin 



tətbiqini  ön  plana  çəkirlər  ki,  bunların  içərisində  yanacaq- 

sürtgü  materiallarının,  maşın  və  avadanlıqların  fermerlərə 

ucuz  qiymətə  satılmasını  özündə  etiva  edir.  Bu  fikri  müdafiə 

edənlər  İran  dövlətinin  aqrar  sahəyə  yanaşmasını  əsas 

gətirərək,  qeyd  edirlər ki,  kənd  təsərrüfatı  məhsullarının  ucuz

181



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə