Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə61/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   57   58   59   60   61   62   63   64   ...   205

İqtisadiyyatın  bünya  təsərrüfat  sisteminə  inteqrasiya­

sının  Azərbaycan  üçün  əhəmiyyəti  isə  daha  da  böyükdür. 

Belə  ki,  dövlət  müstəqilliyinin  bərpasından  sonra  Azərbay­

can  Respublikası  iqtisadiyyat  sahəsində  iki  fundamental 

problemi  eyni  zamanda  həll  etmək  zərurəti 

qarşısında 

qalmışdır.  Bunlardan  birincisi  və 

ən  mühümü  dövlət 

müstəqilliyini  qoruyub  yaşatmaq  və  iqtisadiyyatı  daha  da 

gücləndirmək  imkanına  malik  olan  bütöv  milli  iqtisadi 

sistemin  formalaşmasıdır(4).

Bu  problemin  lıəlli  milli  mənafe  baxımından  iqtisadi 

sistemin  yenidən  qurulmasını,  ölkənin  iqtisadi  potensialının 

millətin iqtisadi  və sosial inkişafına  yönəldilməsini  tələb  edir 

ki,  bu  da  öz  növbəsində  xalq  təsərrüfatının  struktrunun 

iqtisadi  potensiala,  daxili  tələbata  və  ölkənin  beynəlxalq 

əmək  bölgüsündə  malik  olduğu  üstünlüklərə  uyğun  olaraq 

təkmilləşdirilməsini,  məhsuldar  qüvvələrin  optimal 

inkişa­

fının  təmin  olunmasını,  mükəmməl  iqtisadi  təhlükəsizlik 



sisteminin  yaradılmasını və s.  nəzərdə tutur.

İkinci  mühüm  məsələ  isə  real  bazar  münasibətlərinə 

keçidlə 

əlaqədar  olaraq 

iqtisadi 

münasibətlərin  əsasılı 

şəkildə yenidən  qurulması zərurətidir.

Bu  problemlərin  həlli  isə,  bazar  intrastrukturunun 

formalaşdırılmasını,  mülkiyyət çoxnövçülüyünün  yaradılma­

sım,  istehsalçı  və  istehlaçıların  sərbəstliyinin  təmin  olunma­

sını,  azad  rəqabət  üçün  şərait  yaradılmasını  və  s.  nəzərdə 

tutur (5).

Dünya  təsərrüfat  sistemində  inkişaf  etmiş  ölkələrin 

təcrübələrini  tədqiq edərək bu  nəticəyə gəlmək  olur ki,  müa­

sir  dövrdə  hər  hansı  bir  ölkənin  xarici  iqtisadi  fəaliyyəti 

aşağıdakı  ümumi  prinsiplər  nəzərə  alınmaqla 

forma­

laşdırılmalı və həyata  keçirilməlidir:



milli iqtisadiyyat açıq sistem  olmalıdır;

ölkədə  iqtisadi  fəaliyyətin  tənzimlənməsi  mexanizmi 



beynəlxalq hüquq  normalarına və dünya  praktikasına 

uyğun  olmalıdır;

185



iqtisadiyyatın  və  xarici  ticarət  əlaqələrinin  strukturu 

ölkənin  iqtisadi  potensialına  daxili  təlabatına  və 

beynəlxalq  əmək 

bölgüsündə 

malik  olduğıı 

üstünlüklərə  uyğun olaraq  formalaşdırılmalıdır; 

xarici  iqtisadi  əlaqələrin  mütərəqqi  formalarının 

tətbiqi üçün  əlverişli  şərait yaradılmalıdır;

xarici 


iqtisadi  əlaqələr,  siyasi  psixoloji-etnik 

amillərlə  deyil, 

iqtisadi  səmərəlilik  və 

zərurilik 

məntiqi ilə  şərtlənməlidir;

ölkənin  milli  mənafelərinə  cavab  verən  beynəlxalq 

və  regional  iqtisadi  birliklərə  və  təşkilatlara  daxil 

olmalı və onların  işində fəal  iştirak  etməlidir;

xarici  iqtisadi  əlaqələr  həmişə  strateji  məqsədləri  və 



elmi  texniki  tərəqqinin  nailiyyətlərini  nəzərə  almalı 

və  ehtiyatlardan  qənaətlə  istifadə 

olunmasına 

xidmət etməlidir;

ölkənin iqtisadi təhlükəsizliyi təmin  olunmalıdır. 



Təhlil  göstərir  ki,  iqtisadiyyatın  dünya 

təsərrüfat

sisteminə  səmərəli  inteqrasiyası  üçün  Azərbaycanda 

real 


imkanlar  vardır  və  bu 

imkanlardan 

bacarıqla  istifadə 

olunması  ölkə  qarşısında  duran  bir çox  aktual  sosial-iqtisadi 

problemlərin 

həllində 

mühüm 

rol 


olmaqla 

yanaşı 


perspektivdə  Azərbaycanın  dünyanın  inkişaf  etmiş  ölkələri 

sırasına  çıxmasını təmin edə bilər.

1.

2

.



3.

4.

5.



Ədəbiyyat:

D.Vəliyev  Beynəlxalq iqtisadiyyat.  Bakı,  1998, s. 276.

Z.Məmmədov  Azərbaycan  Respublikasının  xarici  iqtisadi

əlaqələri.  Bakı, 2004, s.27.

R.Həsənov.  Azərbaycan  Respublikasının  sosial-iqtisadi  inki­

şafının  bazar  modelinin  konseptual  əsasları.  Bakı,  1998,  s. 

331.

C.Kərimov,  G.Gənciyev.  Dünya  iqtisadiyyatı.  Bakı,  2001,  s. 



408.

A.Əliyev. Azərbaycanın xarici siyasəti.  Bakı, 2003, s. 214.

186



Ə Lİ SƏ F Ə R Lİ

A M E  A  Naxçıvan Bölməsi 





Təbii Ehtiyatlar institutu

BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ KƏND 

TƏSƏRRÜFATININ SƏMƏRƏLİLİYİNİN 

YÜKSƏLDİLMƏS İ MƏSƏLƏLƏRİ

Bazar  münasibətləri  şəraitində  Müstəqil  Azərbaycan 

Respublikasının  'aqrar  sahəsinin  inkişaf  etdirilməsi  mühüm 

əhəmiyyət  kəsb  edir.  Müstəqillik  qazanmış  respublikamızın 

iqtisadi  cəhətdən  möhkəmləndirilməsi  və  müstəqilliyin  qoru­

nub  saxlanması  birinci  növbədə  onun  iqtisadi  gücündən  xeyli 

dərəcədə  asılıdır.  Ölkənin  iqtisadi  qüdrətinin  artırılması  isə 

xalq  təsərrüfatının  bütün  sahələrinin  inkişafından,  xüsusi  ilə 

aqrar bölmənin  inkişaf etdirilməsindən xeyli dərəcədə asılıdır.

Bazar  münasibətləri  şəraitində  müstəqil  Azərbaycan 

Respublikasının 

iqtisadiyyatını 

inkişaf 

etdirmək 

və 

yüksəltmək  aqrar  sahədə  kompleks  tədbirlərin  həyata 



keçirilməsini  tələb  edir.  Bu  tədbirlər  kompleksi  sistemində 

özəl  qurumların  təşkili  və  inkişaf etdirilməsi  problemi  böyük 

əhəmiyyət  kəsb  edir  ki,  bu  da  sistemli  proqram  və 

əsaslandırılmış  iqtisadi mexanizm  olmadan  ardıcıl  və səmərəli 

həll edilə bilməz.

iqtisadiyyatın  aqrar  bölməsində  islahatlar  aparmaq 

üçün  qəbul  edilən  qanunlar  və  xüsusilə  «Torpaq  islahatı 

haqqında»  qanun  kənddə  aqrar  münasibətləri  tamamilə 

yenidən  qurmağa  imkan  verən  mühüm  qanunvericilik  sənədi 

kimi diqqəti cəlb etmişdir.

Heç  də  təsadüfi  deyil  ki,  bu  qanunda  qarşıya  qoyulan 

tələblərin  yerinə  yetirilməsi  nəticəsində  1  yanvar  2003-cü  ilə 

olan  məlumata  görə  respublikada  257,6  min  kəndli  ailəsi 

torpaq mülkiyyətçisinə çevrilmişdir.

Dövlət  mülkiyyətinin  özəlləşdirilməsi,  ənənəvi  kolxoz

187



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə