Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə64/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   60   61   62   63   64   65   66   67   ...   205

mümkündür.  Baxmayaraq  ki,  taxıl,  şəkər  çuğunduru,  kartof, 

tərəvəz  və  s.  bu kimi  məhsulların  istehsalında artım müşahidə 

olunmuşdur,  bu  gün  respublikamızın  kənd  təsərrüfatı 

məhsullarının  nəinki  dünya  bazarına  çıxışı,  hətta  lokal 

şəraitdə  idxal  olunmuş  məhsullarla  rəqabətə  tabb  gətirmə 

qabiliyyəti belə çox aşağı səviyyədədir.

Aqrar  məhsulların  dünya  bazarına  çıxarıla  bilməməsi 

səbəblərindən  biri  həmin  məhsulların  müvafiq  standartlara 

cavab  verməməsidir.  Məlumdur  ki,aqrar  sektorda  əksər 

işlərin  və  məhsulların  keyfiyyətini  tənzim  edən  standartlar 

mövcuddur.  Qeyd  edək  ki,  istehsalçıların,  dövlətin və  təsərrü­

fat subyektlərinin  maraqlarının müdafiəsi  “  Standartlaşdırma 

haqqında”  16  aprel  1996-cı  ildə  qəbul  edilmiş  Azərbaycan 

Respublikasının Qanunu ilə tənzim edilir (2,s. 13).  Nəzərə alaq 

ki,aqrar  məhsulun  keyfiyyətinin  yüksəldilməsində  standart­

ların  rolu  əvəzedilməzdir.  Belə  hesab  edirik  ki,  yeni  iqtisadi 

şəraitdə  aqrar  sektorda  standartların  tətbiqi  və  onların 

tələblərinə  ciddi  nəzarət  edilməsi  iqtisadi  mexanizmin  əsas 

şərtlərindən biri olmalıdır.

Aqrar  məhsulun  rəqabət  qabiliyyətinin  zəif  olması 

səbəblərindən  biri  də  kənd  təsərrüfatı  ilə  digər sahələı  arasın­

dakı  kooperasiya  əlaqələrinin  düzgün  qurulmamasıdn*. Bazar 

münasibətlərinə  keçid  aqrar  sahibkarlığın  inkişafı  şəraitində 

kənd  təsərrüfatında  kooperasiya  əlaqələrinin  formalaşması, 

onun  istehsalın  nəticəsinə  təsirinin  gücləndirilməsi  xüsusi 

əhəmiyyət  kəsb  edən  vacib  məsələlərdəndir.Çünki  çoxnövlü 

təsərrüfatçılığın  formalaşma  prosesi  getdiyi  hazırki  şəraitdə 

təsərrüfatlararası  əlaqələrin  yeni  tələblər,yeni  prinsiplər  əsa­

sında  qurulması  aqrar  bölmədə  böhranlı  vəziyyətdən  çıxma­

ğa,canlanmaya,yüksəlişə  şərait yarada  bilər.Ona  görə  də,  res­

publikada  bazar  münasibətlərinin  formalaşdığı  indiki  dövrdə 

kənd  təsərrüfatında  aqrar  sahibkarlığın  inkişafına  təsər- 

riifatlararası  əlaqələrin  yaradılması  mövqeyindən  yanaşılmalı 

və bu prosesə birinci dərəcəli əhəmiyyət verilməlidir.

195



Kənd  təsərrüfatında  aqrar  sahibkarlığın  normal 

fəaliyyətinin  təmin  olunması,onun  sahələri  arasında  mənafe­

lərin düzgün uzlaşdırılmasından  asılıdır.  Burada söhbət aqrar 

sahibkarlığın  inkişafı  şəraitində  kənd  təsərrüfatının  ayrı-ayrı 

sahələri  ilə  təsərrüfatçılıq  formaları  arasında  elə  əlaqələrin 

yaradılmasından  gedir  ki,o  bir  tərəfdən  aqrar  bölmənin 

inkişafını  təmin  etməyə,bazarın  formalaşdığı  dövrdə  onun 

səmərəli 

fəaliyyətini 

gücləndirməyə  imkan 

versin,digər 

tərəfdən  isə  cəmiyyət üçün  zəruri  olan  hər  bir  məhsul  növünə 

çəkilən məcmu-ictimai zəruri i.ş vaxtına qənaət etsin.

Dünyanın  əksər  inkişaf  etmiş  ölkələrində  kənd  təsər­

rüfatı  kooperasiya  prinsipləri  əsasında  fəaliyyət  göstərir. 

Burada  kooperasiya  münasibətləri  bütün  sahələrdə  kredit, 

təchizat, servis, emal,maşın  və mexanizmlər, meliorasiya,  süd- 

çülük, ətçilik və s.  sahələr üzrə yaradılır və onların  inkişafı  bir 

tərəfdən  yeni  iş  yerlərinin  yaradılmasına,  məşğulluq  proble­

minin  nisbətən  yaxşılaşdırılmasına  səbəb  olur,digər  tərəfdən 

isə  məhsul  itkisinin  qarşısı  alınır.Ona  görə  də,bazar  müna­

sibətlərinin  formalaşdığı  indiki  dövrdə  kənd  təsərrüfatında 

yaranmış  böhranlı  vəziyyətdən  çıxmaq,istehsalın  həcmini 

stabilləşdirmək,  aqrar sahibkarlığın  inkişafını  təmin  etmək  və 

istehlak  bazarını  ərzaq  məhsulları  ilə  doldurmaq  məqsədilə 

kooperasiya əlaqələrinə böyük əhəmiyyət verilməlidir.

Qeyd  edək  ki,  indiyədək  respublikamızda  kənd 

təsərrüfatı  ilə  sənayenin  qarşılıqlı  əlaqəsi  tənzim  edilməmiş 

qalır.Bu  səbəbdən  də  aqrar  sahibkarlar  təsərrüfat  prosesində 

istifadə  olunan  bəzi  sənaye  məhsullarından  istifadədə 

çətinliklərlə  üzləşirlər  ki,bu  da  son  nəticədə  aqrar  məhsulun 

keyfiyyət  normalarına  mənfi  təsir  göstərir.Mövcud  problemi 

aradan  qaldırmaq  üçün  görülməsini  zəruri  hesab  etdiyimiz 

tədbirlər aşağıdakılardan ibarətdir:

Birincisi,ilk  mərhələdə  kənd  təsərrüfatı  istehsalı  üçün 

zəruri  olan  maddi-texniki  ehtiyatların  siyahısı  müəyyənləş­

dirilməli və  həminn siyahıya daxil  edilən sənaye məhsullarının

196



qiymətləri  dövlət  nəzarətində  saxlanılmalıdır.  Zəruri  hesab 

edilən  məhsullar siyahısına müxtəlif markalı  traktorların,  yük 

avtomobillərinin, 

kombaynların,digər 

maşın 

və 


mexanizmləriıı  aid  edilməsini məqsədəuyğun  hesab edirik.  Bu 

qrup  məhsulların  siyahısına  ehtiyat  hissələrini,  yanacağı  və  s. 

daxil etmək olar.

İkincisi,muxtar 

respublikada 

dəniz 


səviyyəsindən 

2500-3000  m  hündürlükdə,  dağ  bölgələrində  müxtəlif  kəndli 

təsərrüfatları  fəaliyyət  göstərir.Bu  təsərrüfatlarda  maddi- 

texniki  baza  zəif  inkişaf  etmişdir,  mövcud  texnikanın 

əksəriyyəti  ömür  müddətini  başa  çatdırmışdır.  Belə  bir 

şəraitdə  kənddə  yeni  təsərrüfat  formalarının  yaranmasını  da 

nəzərə 

alsaq, 


maddi-texniki 

ehtiyatlar 

üzrə 

güzəştli 



təminatların  həyata  keçirilməsinə  əhmiyyət  verilməlidir. 

Bununla 


yanaşı,dağ 

rayonlarındakı 

(əsasən 

Ordubad, 

Şahbuz,  Sədərək,  Şərur,  Culfa  rayonlarında)  mülkiyyətçilərə 

texnika,  tikinti  materialları,  ehtiyyat  hissələri,  yanacaq  və 

sürtkü 

materialları 



güzəştli 

qiymətlərlə 

satılmalı 

və 


respublikanın  sərhəd  rayonları  üçün  lazım  gəldikdə  maddi- 

texniki  ehtiyatların  gətirilməsi  xərclərinin  yerli  büdcə  vəsaiti 

hesabına ödənilməsi məqsədəuyğun  olardı.

Üçüncüsü,respublikanın  sərhəd  rayonları  üzrə  aqrar 

məhsul 


istehsalı 

məqsədilə 

gətirilən 

maddi-texniki 

ehtiyatlardan  istifadə  üçün  vergilər  tətbiq  edilməsin.Bununla 

belə,ilk  mərhələdə  yaxşı  olardı  ki.yeni  yaradılan  müxtəlif 

təsərrəfatçılıq  formalarının  inkişafına  yönəldilən  əsaslı  vəsait 

qoyuluşu  rayonların  və  ya  respublikanın  büdcə  vəsaiti 

hesabına maliyyələşdirilsin.

Dördüncüsü,respublikanın 

dağ 


yerlərindəki 

kənd 


təsərrüfatı  müəssisələrinə  texniki  xidmət  göstərmək  üçün 

aqro-servislər  yardılsın.Bu  cür  servislərin  hər  bir  dağ 

rayonunda təşkil  edilməsi daha məqsədəuyğun  olardı.

Beşincisi,muxtar  respublikada  emal  müəssisələrinin 

dünya  standartlarına  uyğun  formada  yeni  texnologiyalarla

197



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə