Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə66/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   62   63   64   65   66   67   68   69   ...   205

2.  Gətirilməsi qismən məhdudlaşdırılan mallar

3.  Gətirilməsi qadağan olunan mallar

Gətirilməsi  tam  məhdudlaşdırılan  mallara  -   duz,

mineral,  su,  kolbasa,  süd  məhsulları  və  sair  daxildir.  Çünki 

regionda bu malların istehsalı genişlənmişdir və daxili  tələbatı 

ödəmək gücünə malikdir.

Qismən  məhdudlaşdırılan  mallara  əsasən  mövsümi 

xarakter  daşıyan  kənd  təsərrüfatı  malları  -   xiyar  (15  may-30 

sentyabr),  kartof (15  avqust-15  sentyabr),  qarpız-qovun  və  s. 

məhsulları  aid  etmək  olar.  Hər  il  bu  məhsulların  gətirilməsi­

nin  müvəqqəti  olaraq  qarşısının  alınması,  daxili  bazara 

nəzarət  olunmaqla  yerli  məhsulların  becərilmə  vaxtına 

uyğunlaşdırılaraq  həyata  keçirilməkdədir.  Bu  da  muxtar 

respublikada  kənd  təsərrüfatının,  əkinçilik  mədəniyyətinin, 

fermer  təsərrüfatlarının  inkişaf  etdirilməsinə  müsbət  zəmin 

yaradır.


Gətirilməsi  qadağan  olunan  mallara  isə  əsasən 

sağlamlığa və mənəviyyata ziyan  vura bilən  mallar  aiddir.  Bir 

qayda  olaraq  bu  qəbildən  olan  malların  siyahısı  əvvəlcədən 

müəyyən  edilir  və  onların  ölkəyə  gətirilməsinin  qarşısı  ciddi 

surətdə almır.

Beləliklə,  Naxçıvan  Muxtar  Respublikasının  gömrük 

orqanları  həm  daxili  bazarı  qoruyub  inkişaf  etdirir,  yorli 

istehsala  və  sahibkarlığın  dirçəldilməsinə  dəstək  olur,  həm  də 

əhalinin  sağlannğma  dair  əhəmiyyətli  tədbirlər  həyata 

keçirirlər.

Bütün  bunlarla  bərabər,  daxili  bazarın  tənzimlənməsi 

və  sahibkarlığın  inkiafı  naminə  aşağıdakı  məsələlərin  həllinə 

ciddi fikir verilməlidir:

1.  Tam qorunan bəzi malların  keyfiyyətini artırmaq və 

rəqabət  qabiliyyətini  yüksəltmək  məqsədi  ilə  yerli  tələbatın 

həcmi  müəyyənləşdirilməklə  bu  malların  qismən  qorunan 

vəziyyətə gətirmək lazımdır.

2. 


M uxtar 

respublikada 

yerli 

tələbatın 



həcmi 

araşdırılmaqla  və  müəyyənləşdirilməklə  qorunmaya  alınan

201



malların  qorunma  dərəcəsinin  düzgün  təyin  edilməsinə  nail 

olunmalıdır.

Bütün  bunlar  regionda  daxili  bazarın  qorunması  və 

tənzimlənməsinə,  yerli  istehsalın  və  sahibkarlıq  fəaliyyətinin 

inkişaf  etdirilməsinə,  yeni  iş  yerlərinin  açılmasına  özünün 

müsbət töhfəsini verir.



M E H R İB A N  Q A SIM  О VA 

Naxçıvan Dövlət  Universiteti

İQTİSADİ ARTIM VƏ ƏHALİNİN  RİFAHI -  

SOSİAL-İQTİSADİ İNKİŞAFIN ƏSAS AMİLİ KİMİ

İqtisadi  artım  konsepsiyası  sosial-iqtisadi  inkişafın 

ümumiləşməsi  və  sintetik  nüvəsi  olub,  mövcud  iqtisadi 

imkanları  davamlı  və  tarazlı  struktur  siyasəti  və  əhali 

rifahının  daim  yüksəlməsi  üçün  əsas  aparıcı  rol  oynayır. 

İqtisadi  artım  və  rifah  arasında  səbəb  və  nəticə  əlaqələri 

qarşılıqlı  təsir  və  tarazlı inkişaf meylləri,  perspektiv  keyfiyyət 

dəyişmələrinin  ilkin  şərtidir,  ilkin  növbədə  iqtisadi  artımın 

optimal  ölçüsü,  onun  tələbat  sisteminə  həm  temp  və  struktur 

baxımından  uyğunluğu  ilə  ölçülür.  Artımı  təmin  edən 

amillərin  məhz  artımdan  asılı  dinamikası  bölgü  və  yenidən 

bölgü  parametrlərinin  seçilməsi  və  onların  yenidən  artıma 

təsir gücü ilə qiymətləndirilir

İqtisadi  artımın  maddi  rifahı  təsiri  və  əksinə  bir  sıra 

amillərdən  və  tənzimləmə  siyasətinin  həcmi  və  prioritetlərin 

proqnoz səmərəsindən asılıdır.

İqtisadi artımın dinamikası, əhalinin həyat səviyyəsi və 

onun  sosial  inkişafı  üçün  maddi  zəmin  resurs  təminatı  və 

hüquqi  baza  yaratmaqla,  alternativ  və  əməli  qərar  qəbulu 

üçün  zəmin  yaradır.  Sosial  sahələrin  əsas  tərəfi  olan  istehlak




üçün  ayrılan  vəsaitin  son  istchlak  resurslarının  və  transfert 

gəlirlərinin  formalaşmasına fəal təsir edir.

Sosialyönlü  strategiya,  əmək  haqqı  və  transfert 

gəlirləri  arasında  nisbətlərin  tənzimlənməsi,  əmək  haqqının 

daima  artımı  ilə  pensiya  təminatının  və  sosial  müdafiə 

məqsədlərinin  ödənilməsi yolları arasında  tarazlığı  təmin edir. 

Bazar 

tipli 


iqtisadiyyatda 

sosial 


inkişaf  və 

rifahın 


tənzimlənməsində əmək haqqından başqa sahibkarlıq  və fərdi

gəlirlər daha geniş yer tutur._____________________________

İqtisadi  artım  maddi  rifah  problemləri  və  onların  həlli  yolları 

dövlət  siyasətinin  bir  sıra  tənzimləmə  xarakterindən  və 

həmçinin  onun  xüsusiyyətlərindən  asılı  olaraq  formalaşır. 

İlkin  növbədə  dövlətin  büdcəsi,  onun  sosial  strukturları, 

təminat  sistemli,  pul-kredit  və  gömrük  siyasəti  iqtisadi 

artımın  və  onun  sosial  nəticələrinin  üzvü  və  fəal  təsir 

momentlərini  uyğunlaşdırır.  Dövlət  büdcəsində  sahələrin  və 

ərazilərin 

ayrı-ayrı 

funksional 

məqsəd 

və 


vəzifələrin 

maliyyələşdirilməsi  texnologiyası  işlənib hazırlanır.

Regionun  iqtisadi  inkişaf  səviyyəsi,  həmin  regionun 

iqtisadi  potensialı,  əhalinin  rifahı  və  regionun  perspektiv 

inkişaf  istiqamətləri  ilə  ölçülür.  Regionun  iqtisadi  potensialı 

ölkə  iqtisadiyyatında  baş  verən  qlobal  dəyişmələr,  iqtisadi 

sabitlik,  dinamik  inkişaf  aparıcı  sahələr  olan  neft  və  digər 

karbohidrogenlərin  istehsal  həcmi,  valyuta  gətirən  istehsal 

sahələrin  inkişafı  və  hökumətin  təşkilati  iqtisadi  idarəetmə 

prinsipləri və metodları ilə formalaşır və inkişaf edir.

Naxçıvan  Muxtar  Respublikasının  regional  iqtisadi 

potensialı 

başqa 

inzibati 



regionlardan 

fərqli 


olaraq 

konstitusion  hüquqlar,  büdcə  vəsaiti  və  yerli  institusion 

icraetmə  mexanizmləri  vasitəsilə  reallaşır.  Regionda  inkişaf 

üçün  coğrafi,  inteqrasiya  sərhəd  amilləri  mövcud  olduğu 

kimi,  onun  xarici  ölkələr  və  respublika  ilə  təsərrüfat 

əlaqələrinin  məhdud  səviyyəsi  və  bir  başa  nəqliyyat 

əlaqələrinin  olmaması ilə izah olunur.

203



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə