Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə74/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   70   71   72   73   74   75   76   77   ...   205

yerinə  yetirəcəyi  məqsəd,  göründüyü  kimi  xilaskarlıq 

funksiyasından  daha  çox  Göy  tanrının  istəyi  ilə  Oğuz  xa­

qanı,  türk  ulusunun  yüksəlişi  istiqamətinə  yönləndirməkdir. 

Özbəkistanın  qədim  Əfrasiyab  şəhərində  bir  tapıntı  üzərin­

dəki  şəkil  də  bu  baxımdan  maraqlıdır.  Quyruğu  buta  olan 

qurd qanadlı  təsvir olunmuşdur.  Əlbəttə, qanadlı qurd  təsviri 

göylə  əlaqə  deməkdir.  M.Seyidovun  fikrincə  :  «  qurd  inama 

görə kainatın yaradıcısı günəşin  bəliı*tisidir»(4, s.46).

Fikrimizcə,  inanclar,  ilkin  təsəvvürlər,  mifik  düşüncələr 

dərin kök  salaraq  əfsanələşir.  Kök  qaynaq  olan  şifahi yaddaş 

-   əfsanələrdən,  yazılı  tarixin  özü  olan  dastan  yaddaşına

f  


m

 

••



koçur.

Qurd  motivi  bədii  ədəbiyyatda  C.Londonun  yaradı­

cılığında,  Ç.Ayıtmatovun  «Qiyamət»  romanında  da  geniş 

təsvir olunmuşdur.

Ə d ə b i y y a t :

1.  Azərbaycan mifoloji mətnləri.Bakı, Elm,  1988

2.  Azərbaycan  folkloru  antologiyası.  Naxçıvan  folkloru.  Bakı, 

Sabah, 1994

3.  Ögəl Bahaəddin.Türk mifologiyası. I- cild. TTKB- Ankara,  1993

4.  Ögəl Bahaəddin.Türk mifologiyası.IJ- cild.TTKB- Ankara, 1993

5.  Rəfik Özdəlc. Türkün qızıl kitabı.  Bakı. Yazıçı,  1992

6.  Seyidov M.M. «Qızıl döyüşçü»nün taleyi. Bakı, Gənclik,  1984



N A Z İR Ə   ƏSGƏROVA

Ф

A M E  A  Naxçıvan Bölməsi İncəsənət,



Dil və Ədəbiyyat İnstitutu

NAXÇIVAN LƏTİFƏLƏRİ VƏ ONLARIN 

İDEYA-BƏDİİ  XÜSUSİYYƏTLƏRİ

Azərbaycan  folklorunda  lətifə  janrı  qədim  tarixə 

malikdir.  Lətifələr  müxtəlif  dövrlərdə, 

müxtəlif  şəxslərin 

adları  ilə  əlaqələndirilmişdir.  Bəzən  bir  şəxsin  adı  yaddan 

çıxmış lətifə, digər bir şəxsin adma bağlanmış və yaşamışdır.

225



Şifahi  xalq  ədəbiyyatında  lətifəsi  olmayan,  gülüşsüz 

ötüşə bilən  Xalq  təsəvvürə gətirmək  miimükün  deyil.  Bu  zərif 

söz  xəzinəsinin  zənginləşməsi,  iki  istiqamətlə  bağlıdır. 

Birincisi,  adsız,  yəni  qəhrəmanı 

tanınmayan  lətifələrdir. 

Bu  sıraya  daxil  olan  lətifələr  çoxdur.  Belə  lətifələr  bəzən 

«günlük  lətifələr»  də  adlanır.  Çünki  belə  lətifələr  xalq  həyatı, 

içtimai-  siyasi  proseslər,  şəxsi  münasibətlər  çevrəsində 

yaranır,  yaşayır  və  zaman-zaman  ümumiləşir.  İkinci  qurupa 

daxil  olan  lətifələr  isə  daha  çox  tanınan  şəxs  adlarıyla 

bağlıdır.  Belə  lətifə 

yaradıcıları  Azərbaycanda,  onun  hər 

bölgəsində  olub,  indi  də  vardır.  Naxçıvan  regionunun  Əlincə 

çay  bölgəsində  Qəssaboğlunun,  Naxçıvanda  Mirabdulla 

ağanın  adları  ilə  bağlı  lətifələr  məlumdur.Bəzən  lətifələrdəki 

adlaııdırmalar simvolik xarakter daşıyır.

Məlum  olduğu  kimi  lətifələr  alalar  sözlərindən  və 

zərbi -  məsəllərdən və əksinə,  atalar sözləri  və zərbi  -məsəllər 

lətifələrdən  yaranır.  Lətifələrdən  əmələ  gələn  atalar sözləri və 

məsələlər lətifənin mətnindən çıxan  nəticədən ibarətdir.  Başqa 

sözlə  lətifənin  sonluğu  aforizim  kimi  yekunlaşır,  atalar  sözü 

və zərbi- məsələ çevrilir.

Aşağıdakı lətifəni  nəzərdən keçirək:

Bir xəsisin evinə  qonaq gəlir.  Bu qonaq ev sahibini çox 

yaxşı  tanıyırdı.  Bilirdi  ki,  o  təkdi.  Nə  arvadı  var,  nə  də  uşağı. 

Ancaq  çoxlu  pulu  vardı.  Qonaq da  borc pul  almaq məqsədilə 

onlara  gəlir.  Ev  sahibi  qonağı  gülərüzlə  qarşılayır.  Uzun  qış 

gecəsi  xeyli söhbət edirlər.  Söhbət əsnasında ev sahibi dolana 

bilmədiyindən,  güzəranının  yaxşı  olmadığından  gileylənir.  O 

qədər sızıldayır ki, qonaq ondan pul istəmədən  xudahafizləşib 

gedir.

Evdə arvadı soruşur:



- Nə oldu,  pul aldınmı?

Kişi ah çəkərək deyir:

-  Yox,  evi  tikilmişin  balası  elə  bil,  yeddi  yetimlə  bir 

dərədə qalıb.1

Başqa  bir  lətifədə:  Mərdan  kişi  Naxçıvana  gedirmiş. 

Bazarlıq  edib,  böyük  bağın  içində  yadına  düşür  ki,  papiros

226



almayıb.  Əlindəki zənbili  Leninin  heykəli  yanında yerə qoyub 

deyir  ki,  ağsaqqal,  zənbildə  gözün  olsun,  lotu-polu  aparar. 

Papiros  alıb  qayıdıram.  Mərdan  kişi  papirosu  alıb,  geri 

qayıdır  və  görür  ki,  zənbilini  oğurlayıblar.  Üzünü  heykələ 

tulub  deyir:  «Ay  ağsaqqal,  zənbili  sənə  əmanət  etmişdim. 

Mərdan  onun  cavab  vermədiyini  görüb,  əlini  onun  yaxasına 

atır  və  görür  ki,  bu  daşdır.  Mərdan  kişini  təəccüb  bürüyür, 

təskinlik tapmış kimi deyir:

-  Xəyanət edən belə daşa dönər ha».2

Məlumdur  ki,  «yeddi 

yetimlə 

bir  dərədə  qalıb», 

«xəyanət  edən  belə  daşa  dönər»  və  s.  atalar  sözləri  və  zərbi  -  

məsəllərdən lətifələr yaranmışdır.

Mərhum  folkloşüııas  İdris  İbrahimov  bu  prosesi,  yəni 

bir  sıra  atalar  sözləri  və  zərbi-  məsələlərin  yaranmasında 

lətifənin  və  əksinə  lətifənin  əmələ  gəlməsində  atalar  sözləri 

və  zərbi-  məsəllərin  rolu  məsələsini  belə  aydınlaşdırmışdır: 

“Bu  janr  (Atalar  sözləri  və  məsəllər)  lətifələrdən,  xüsusilə 

Molla Nəsrəddin  adı  ilə  bağlı  olan  lətifələrdən də çox istifadə 

etmişdir.  Lətifələrin  fəal  surətdə  atalar  sözləri  sırasına 

keçməsinin  başlıca  səbəbi  onların  dərin  tənqidi,  təlimi, 

məzmunundan  başqa,  bir  də  həcmcə  çox  yığcam  olması  ilə 

bağlıdır.3

Nəzərdən  keçirilən  bu  və  digər  lətifələrin  məzmun  və 

bədii  forma  xüsusiyyətlərini  nəzərdən  keçirəndə  məlum  olur 

ki,  burada  gülüş,  əyləncə,  məzəli  əhvalatlar  əsas  yer  tutur. 

Satira, gülüş də lətifələrin əsas xüsusiyyətlərindən biridir.

Lətifələrin  əsas  predmeti  insan  olduğuna  görə  birinci 

növbədə 


onlardakı 

insan 


surətləri 

silsiləsinə 

nəzər 

salınmalıdır.  İnsan  obrazları lətifələrdə çoxdur və müxtəlifdir. 



Bunların  hər  biri  real,  həyati  və  təbiidir,  onlar xalq  tərəfindən 

ümumiləşdirilmiş 

tipik 

obrazlarıdır. 



Onlar 

cəmiyyətin 

müxtəlif təbəqələrini  təmsil  edir.  Tiplərin  biri  həmişə  müsbət, 

digəri isə mənfi göstərilir.

Lətifələrin  xeyli  hissəsi  dindən  istismar  aləti,  gəlir 

mənbəyi  kimi  istifadə  edən  ruhanilərin  ifşasına  həsr 

olunmuşdur.  Aşağıdakı  lətifəni nəzərdən keçirək:

227



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə