Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə82/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   78   79   80   81   82   83   84   85   ...   205

fonetik  dəyişikliyə  uğramış  formasıdır.  Bu  sözün 

y e m  

şəklində  işlənməsi  isə  Naxçıvan  şivələrinə  məxsus  a  səsinin  e 

səsinə keçməsi  hadisəsi ilə bağlıdır.

Məlumdur  ki,  qədim  zamanlarda  şəhərlər  və  dövlətlər 

arasında  rabitə  əlaqəsi  yaratmaq  üçün  əsas  karvan  və  ticarət 

yolları üzərində poçt məntəqələri yaradılırmış.  Hələ Hülakilor 

hakimiyyəti  dövründə  Qazan  xanın  fərmanına  əsasən,  bütün 

əsas  yollarda  hər  3  fərsəxdən  bir  (21 

km)  rabitə 

dayanacaqları-yamlar  yaradıldı.  Yamlara  əmirlər  təyin 

olundu  və  onlar  lazımi  qədər  qulluqçularla  və  atlarla  təmin 

olundu.  Mühüm  dövlət  sənədləri  və  məktublar  bir  yamdan 

digərinə  ötürülməklə  ünvana  çatdırılırdı  [2,s.343].  Hazırda 

dilimizdə 



y a m

  sözü  qasid  anlamında  işlənir.  Qasid  sözü  «atla 

bir yerə məktub,  əmr,  xəbər  aparıb  gətirən  şəxs;  qasid,  yamçı 

mə'nasmdadır»  [1 ,s.416].  Çox  ehtimal  ki,  Araz  çayı  boyunca 

uzanan karvan yolu  üzərində 

y a m

 kimi  fəaliyyət göstərən belə 

rabitə  məntəqəsi  sonralar  daimi  yaşayış  məskəninə  çevrilmiş 

və  nəticədə  Yamxana  adı  əmələ  gəlmişdir.  Yamxana  yaşayış 

məntəqəsi  kimi  1969-cu  ilə  qədər  fəaliyyət  göstərmiş  və  Araz 

su  qovşağının 

tikintisi 

zamanı 


kənd 

başqa 


əraziyə

Çeşməbasar.  Babək  rayonunda  kənd  adıdır.  Bu  adın 

Çeşmasara  variantına  ilk  dəfə  XIX  əsr  mənbələrində  rast 

gəlinir  [7,s. 184].  Ehtimal  edirik  ki,  kəndin  əsası  da  XVIII 

əsrin  axırları  və  ya  XIX  əsrin  əvvəllərində  qoyulub,  çünki 

XVIII  əsrin  əvvəllərində  bu  ada  təsadüf olunnun.  XIX  əsrin 

əvvəllərində  isə  kənddə  yaşayış  olmayıb. 

«Bura  Küzrrüt 

kəndinin əkin sahələri imiş» [7,s.l84].

Xalq  yozumuna  görə,  Çeşməbasar  «su  basan  yer» 

deməkdir.  Ancaq  bizim  fikrimizcə,  bu  yozum  özünə  haqq 

qazandırmır,  çünki  kəndin  ilkin  adı 



Ç e şm ə sa ra

  olub  və  sonra 

tədricən  bu  adda  sara  sözü 

b a sa r

  komponenti  ilə  əvəzlənib. 

Düzdür,  ifadənin 

b a sa r

  hissəsini  qədim 



b a z a r

  tayfa  adı  ilə 

əlaqələndirmək 

mümkündür.Yəni,  1930-cu  illərdə  kəndin 

Çeşməbasar  adı  ilə  yanaşı,  həm  də  Çeşməbazar  kimi

249



adlandırılması [  12, s.  204]  və kəndə yaxın ərazidə Qarğabazar 

yer  adının  olması  da  bu  fikrə  dəstək  olur.Ancaq  Çeşməbasar 

birləşməsinin  tərəfləri  arasında  məna  və  məntiqi  əlaqənin  zəif 

olması  bizdə  belə  güman  yaradır  ki,  kənd  adının  düzgün 

variantı Çeşməsaradır.

Çeşməsara  fars  mənşəli 



çe şm ə

  və 


sa ra

  sözlərinin 

birləşməsindən  əmələ  gəlib.  Burada 

ç e şm ə

  «bulaq,  dirilik 

bulağı,  həyat  bulağı,  göz bəbəyi», 

sara

  isə çoxmənalı  söz olub 

«xalis,  saf»,  «dəvə»,  «sığırçın»  mənalarında  işlənir  [6,  s.744, 

535].Göründüyü  kimi,  bu  ad  “saf  su,  saf  bulaq,  çoxlu 

çeşməsi,  təmiz  suyu  olan  yer”,  “ətrafı  dəvə,  sığırçın  yığnağı 

olan  bulaq”  anlamları  bildirir  və  bütün  məqamlarda  bulaq, 

su  ilə  bağlı  məna  ifadə  edir. Elə  bu  fikrə  əsaslanıb  güman 

edirik  ki,  vaxtilə  ətraf  zonalarda,  xüsusilə  də  Çeşməbasara 

yaxın  ərazidə  “Naxçıvanın  7  verstliyində  dağ  çayının  axarı 

boyunca  “Naxşu-  narqiz”  adlı  karbonat  bulaqlara  rast 

gəlinməsi”[ 10,  s.20]  və  kəndin  ərazisindən  bulağın  çıxması  bu 

adın  yaranmasına  səbəb  olub.Ona  görə  buraya  “həyat 

bulağı”,  “saf,  göz  bəbəyi  kimi  təmiz  suyu  olan  yer”  anlamı 

bildirən Çeşməsara adı verilib [3, s.71-72 ].

Bu  adla  bağlı  belə  bir  ehtimal  da  inandırıcı  görünür  ki, 

kənd yol  ayrıcında yerləşdiyindən buradakı bulağın başı daha 

çox  sarbanların  dayanacaq  yeri  olub.Ona  görə  də  buraya 

Çeşməsara  yəni  “dəvə  yığnağı  olan  çeşmə”,  “dəvə  bulağı- 

dəvəli bulaq” adı verilib.

Naxçedəniz. 

Qədim  yaşayış  məntəqəsi  olan  bu  kənd 

Babək  rayonunun  Pircuvar  düzündə  Əshabü-kəhf  yolunun 

kənarında  yerləşir.  «Kənd  XVIII  əsrin  20-ci  illərində 

Naxçıvan  sancağının  Sair  Məvazi  nahiyəsinə  daxil  olub  və 

ildə  4411  ağca  vergi  verib»  [10,s.98-99].  Hazırda  belə  kənd 

yoxdur,  ancaq  kəndin  ərazisi  el  arasında 



N a x ış n ə r g iz

  kimi 


tələffüz olunur.

Naxçedəniz  adı 



N a x ç

  və 


d ən iz

  komponentlərindən 

ibarətdir.  Bu  haqda  danışan  mərhum  akademik  Z.Bünyadov 

yazır 


ki, 

Naxçe-dəniz 

yaşayış 

məntəqəsinin 

yerini

250



müəyyənləşdirərkən  maraqlı  bir  faktla  qarşılaşdıq.  «Naxçe- 

dəniz»  adlı  yaşayış  məntəqəsi  bu  giınkü  «Nəqşi-nərgiz» 

kəndinin  ərazisinə  təsadüf  etdi.  Keçən  əsrin  müəlliflərindən 

K.A.Nikitinin  «Nəqşi-nərgiz»  kəndi  barəsində  olan  bir  qeydi 

«dəniz»  kəlməsinə  bir  aydınlıq  gətirdi.  O  yazırdı  ki, 

Naxçıvanın  7  verstliyində dağ çayının  axarı  boyunca «Naxşu- 

narqiz»  adlı  karbonat  bulaqlara  rast  gəlmək  olar.  Görünür, 

osmanlıların  «dəniz»  kimi  yazdıqları  kəlimə  «bulaq» 

mə’nasında,  «naxçe»  (bu  sözü  açmaqda  doğrusu  çətinlik 

çəkirik)  sözü  isə  bəlkə  «duzlu»,  «turş»  anlamında  işlənmişdir 

[10,s.20].

Göründüyü  kimi,  mərhum  akademik  Z.Bünyadov 



n a x ç ı 

sözünün  açılmasında  çətinlik  olduğunu  yazır  və.  bu  adın 

mənşəyi  ilə  bağlı  konkret  fikir söyləmir.  Bu  da  təbiidir,  çünki 

ııaxç

 sözü  hələlik şəffaflaşdırılmayıb.bu  haqda son söz demək 

çətindir.  Ancaq  belə  ehtimal  edirik  ki,  Naxçe-dəniz  adındakı 

naxçı

  sözü  ilə  Naxçıvan  sözündəki 



n a x ç

 

komponenti 



arasında  bir yaxınlıq,  eynilük  özünü  göstərir.  Odur  ki,  hələlik 

sirrini  bizə  açmayan 



n a x ç

  söziinün  mənşəyini  bu  torpaqda, 

bu ərazidə axtarmaq lazımdır [3, s.87].

Nuhdahan. 

Ordubad  rayonunun  indiki  Gəmiqaya 

adlanan  dağ  zirvəsinin  ətəklərində  xarabalıqları  bilinməyən, 

ancaq  adı  hafizələrdə  və  əfsanələrdə  yaşayan  qədim  kənd 

adıdır.


Bu  ad 

N u h

  və 


d a b a n

  tərkib  hissələrindən  ibarətdir.  Adın 

birinci tərəfi  əfsanəvi Nuh  peyğəmbərin  adı ilə bağlıdır, 

d a b a n  

komponenti  isə  «dağın,  qayanın  dabanı»,  «dağ  və  qaya 

ayağının  aşağı  hissəsi»,  «dağın  dibinə  yaxın  yer»  [8,s.52], 

yakut,  tuva,  altay,  özbək, qırğız [9,s.l68] və monqol dillərində 

isə «dağ  aşırımı»  anlamlarında  işlənir 

[4.S.105]. 

Demək,  belə 

güman  etmək  olar  ki,  Nuhdaban  adı  «Nuhun  düşdüyü  dağın 

aşağı  hissəsi,  dağın  dibinə  yaxın  yer, 

dağ  aşırımı» 

mə’nalarmda  işlənir  ki,  bu  da  ərazinin  relyef  quruluşu, 

Gəmiqayanın  yüksək  zirvədə  yerləşməsi  ilə  uyğun  gəlir  və

251



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə