Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə81/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   77   78   79   80   81   82   83   84   ...   205

toponimləri»  adlı  kitabında  Naxçıvan  toponimlərini  özündə 

birləşdirməklə  yanaşı  linqvistik  təhlili  də  əsas  götürərək,  bir 

sıra oykonimi,  oronimi  və s.  təhlilə cəlb etmişdir.

A.Bağırovun 

yazdığı 

«Naxçıvan 

toponimlərinin 

linqvistik  təhlili»  kitabı  hər  bir  toponimist  üçün  stolüstü 

kitablardan  biri  ola  biləcək  dəyərdədir.  Kitabda  Naxçıvan 

MR-də  olan  oykommlərin,  xoronimlərin,  urbanonimlərin, 

dromonimlərin 

linqvistik 

xüsusiyyətləri, 

toponimlərin 

qrammatik  xüsusiyyətləri  izah  edilmiş,  sözlərin  etimologiyası 

verilmişdir.  Təqdirə  layiq  bir  haldır  ki,  kitabın  sonunda 

Naxçıvan  toponimləri  sözlüyündə  doğma  yurdumuzla  bağlı 

yer  adları  öz  əksini  tapa  bilmişdir.  Tədqiqatçı  alim  giriş 

hissədə  Naxçıvan  MR  ərazisindəki  coğrafi  adları  dil 

mənsubiyyətinə görə dörd  qrupa bölmüşdür:  (3, s.lS)

1.  Türk mənşəli  toponimlər

2.  iran  mənşəli  toponimlər

3.  Ərəb mənşəli  toponimlər

4.  Monqol mənşəli toponimlər.

Son  zamanlar  bu  sahədə  F.Rzayevin  də  əməyi  xüsusi 

diqqətə  layiqdir.  Onun  bir  sıra  məqalələrində  (6;  7;  8;  9;  10; 

11)  Naxçıvan  toponimlərinin  etimologiyası,  leksik-semantik 

xüsusiyyətləri, mənşəyi və s.  kimi məsələləri əsas yer  tutur.

F.Rzayev  «Əlincə  çayı  vadisi  toponimlərində  türk 

layı”  ac.lı  dissertasiyasında  bu  vadidəki  yer  adlarını  sistemli 

şəkildə tədqiq etmişdir.

Son  zamanlar  A.Imanlınm  Şərur  rayonu  toponim­

lərinə  dair  tədqiqatları,  Siyaqut  yer  adının  etimologiyası,

N.Əsgərovun  «Xələc etnoniminə dair»  fikirləri  İ.Bayramovun 

«Qərb  bölgəmiz  İrəvan  əyalətinin 

oronimlərinə  dair» 

məqaləsi,  I.Hüseynovun  «Unus  etnotoponimi  haqqında» 

fikirləri  bu  sahədə yeni-yeni  tədqiqat işlərinin aparılmasından 

xəbər verir (1, s.52,61,94, 96,  101)

Bununla  bərabər  son  dövrlər  arxiv  sənədlərinə  əsasən 

1509-cu  ildən  2004-cü  ilə qədər bir  tarixdə  fəaliyyət  göstərmiş 

Şərur  rayon  oykonimlərinin  toplanıb  sistemləşdirilməsi

246



məsələsində  F.Rzayevin  tədqiqat  işi  bu  tədqiqatların  davamı 

kimi aktual məsələlərdəndir.

Naxçıvan  toponimik  sisteminin  öyrənilməsi bu  gıın  də 

davam edir  və  bu  sahədə dilimizin  tarixi,  etnik  təşəkkülümüz 

haqqında yeni-yeni elmi nəticələr Naxçıvan  tarixinin qaranlıq 

səhifələrinin  işıqlandırılmasında  mühüm  elmi  əhəmiyyət  kəsb 

edir.

Ə d ə b i y y a t :



1.  Azərbaycan onomastikası problemləri. Bakı, 2002, №10.

2.  Babayev  S.  Naxçıvanda  «Kitabi-Dədə  Qorqud»  topo­

nimləri.  Bakı, 2002.

3.  Bağırov  A.  Naxçıvan  toponimlərinin  liqvistik  xüsu­

siyyətləri. Bakı, 2002.

4.  Бакыханов А.  Глюстани-Ирем Бакы,  1991.

5.  Гейбуллаев Г. Топонимия Азербайджана Бакы.,  1986.

6.  Мамедов  Т.  Албания  и  Атропатена  по  древпеармяп- 

ским источникам (IV-VII  вв) Баку,  1971.

7.  Rzayev  F.  Əlincə  vadisi  toponimlərində  qədim  leksik 

və  fonetik  türk  elementləri  «Filologiya  məsələlərinə  dair 

tematik toplu».  Bakı, 2002, №1-7

8.  Rzayev F.  Ərəb,  fars, erməni mənşəli hesab edilmiş  bə­

zi  türk  toponimləri.  «Azərbaycan  onomastikası  problemləri» 

Bakı, 2002, №10.

9.  Rzayev  F.  Bir  daha  Xanağa  toponimii  haqqında.  «Fi­

lologiya məsələlərinə dair tematik toplu»  Bakı, 2001, №1-2.

10. Rzayev  F.  Naxçıvan  ərazisində  kass  və  sak  etnosları 

ilə bağlı yer adları «Elmi əsərlər» №9,  ARTN.  NDU, 2002.

11. Rzayev  F.  Onomastik  vahidlər  «Böyük  Ermənistanın 

mövcudluğunu  təkzib  edir.  «Naxçıvanın  tarixi,  maddi  və  mə­

nəvi  mədəniyyətinin,  təbii  sərvətlərinin  öyrənilməsi»  Bakı, 

2004.

247



A D İ L   B A Ğ I R O V  

• •


N a x ç ıv a n   O zM   U n iv e rsite ti

 

#



NAXÇIVAN ƏRAZİSİNDƏKİ BƏZİ OYKONEVİLƏRIN

MƏNŞƏYİ HAQQINDA

Naxçıvan  Muxtar  Respublikasının  oykonimlori  dil 

mənsubiyyəti  və  leksik  tərkibinə  görə  zəngin  xüsusiyyətlərə 

malikdir.Bu  oykonimlər  tarixin  müəyyən  zamanlarında 

yaranaraq  maddi  mədəniyyət  abidələri  kimi  zəmanəmizə 

qədər gəlib çatmışdır.

Ancaq  uzun  illər qaniçən hökmdarların  işğalçılıq  siyasəti, 

bədnam 

qonşularımızın 



məkrli 

niyyətləri 

nəticəsində 

xalqımızın 

yaratdığı 

maddi 


mədəniyyət 

abidələri-milli 

adlarımızın  bir  qismi  zaman-zaman  məhv  olmuş,  unudulmuş 

və  daş  yaddaşımızdan  silinmişdir.  Bir  qisim  adlarımız  isə 

minilliklər  boyu  xalqımızın  qanı  ilə  yoğrularaq  dağlara, 

qayalara  hopmuş,  hər  döngədə,  hər  cığırda  xalqımızın  dil 

yaddaşı  kimi  yaşamışdır.  Ona  görə  də  bu  gün  dilimiz, 

tariximiz  və  gələcəyimiz  üçün  çox  qiymətli  olan  bu  adları 

toplayıb  sistemə  salmaq,  onları  müasir  toponimik  səviyyədə 

öyrənib,  gələcək  nəslə  çatdırmaq  hər  birimizin  mənəvi 

borcudur.

Dil  materialları  sübut  edir  ki,  Naxçıvan  oykonimləri 

əsasən  şəxs,  nəsil,  qəbilə,  tayfa,tirə  su  obyekti  və  s.  adları 

əsasında  yaranmışdır.Bu  adların  bəzilərinin  məna  açımına 

diqqət edək.

Yanıxana. 

Babək  rayonunda  kənd  adıdır.T.  Əhmədov  bu 

adın  iki  komponentdən  ibarət  olub,  birinci  komponentinin 

uyğur,  osmanlı  və  cığatay  ləhcələrində  «poçt  stansiyası», 

«poçt  atları»  mənasında  işləndiyini  və  qədim  türk  leksik 

vahidlərindən  biri  olan 

yanı 


sözündən  yarandığını  qeyd  edir 

[5,s.257].

XVIII  əsrə  aid  mənbələrdə  bu  ad 

Y e m x a n a

  şəklində 

işlədilir  [10,s.29].  Fikrimizcə,  sözün 

y e m

  hissəsi 



y a m

  sözünün

248



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə