Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə70/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   66   67   68   69   70   71   72   73   ...   205

Onun  böyük  eşqi  yolunda  ilkin  qarşılaşdığı  adam  Güloğ­

landır.  Bu  qarşılaşmada  Aşıq  Qərib  iki  ciddi  keyfiyyəti  ilə 

riskə  gedir.  Belə  ki,Aşıq  Qərib  Güloğlana  məğlub  olsa, 

birincisi,  el  adətincə  sazını  məğlub  olduğu  aşığa  verməlidir, 

ikincisi,  o,  ən  böyük  amalı  olan  aşiqliyindən  də  imtina 

edəcəyinə  söz  verir.  Buradan  tam  aydındır  ki,  dastanın  əsas 

qəhrəmanlarından  biri  olan  Aşıq  Qərib  onun  şəxsiyyətini 

təyin  edən  və  tamamilə  aşıqlığını  və  aşiqliyini  son  dərəcə 

çətin, ciddi  bir imtahan qarşısında qoyur.

Əslində  bu  dava  söz  davasıdır.  Həmin  söz  davasında

t

Aşıq  Qəribin  söylədiyi  poetik  bəndlər  məna  və  məzmunca 



öyrənilməyə daha çox layiqdir:

%

Xəbər söylə mənə, ay ustadbaşı,



Əlindəki  sazı necə çalırsan?

Əzəl mənə ulduzların sayın de,

Ver cavabın, qalsın  başın ağrısız.

O necə şeydir ki, dolar boşalar,

Ruzigar əsdikcə yerində durar.

Geyibsən yaşılı, gələr boşalar,

Ver cavabın,  qalsın  başın ağrısız.

Qəribəm, sualım eşit, döz indi,

Qəvvas isən dəryalarda üz indi.

O nədir ki, baş yox, əli yüz indi.

Ver cavabın, qalsın  başın ağrısız (1-174,  175).

Təbii  ki,  bu  bəndlərin  söz  sənətimiz  üçün  ciddi 

əhəmiyyəti  vardır.  Dastanın  qəhrəmanı  Aşıq  Qərib  üçün  isə 

belə  bir  məqamın  əhəmiyyəti  ondadır  ki,  o,  bu  qələbə  ilə 

amalına  yaxınlaşmaq  yolunda  ən  böyük  və  həlledici  addım 

atır.  Ev  yiyəsi  Dəli  Mahmud  Aşıq  Qəribin  əhvalatından  hali 

olub,  onu  Şahsənəmin  atası  Xacəgilə  gətirir  və  beləliklə, 

dastanın süjeti  öz axarına düşür.  Lakin şərt amili  davam edir.

213



Aşıq  Qəribin  məqsədini  bildikdə  isə  Xacə  müəyyən 

qədər  fikirləşdikdən  sonra  onunla  özünəməxsus  tərzdə 

tamamilə başqa  bir şərt kəsir, Qəribin  anasına deyir:

«  -  Nə  eybi  var,  razıyam,  ancaq  oğlun  otuz  kisə  qızıl 

başlıq verməlidir» (1-179).

Lotularııı  hiyləsiylə  bütün  malı  və  mülkü  dağılan, 

kasıblığın  bəlasım  hiss  edən,  yalnız  aşıqlıq  və  aşiqliyini 

özünün  glivənc  yeri  bilən  Aşıq  Qərib  bu  çətinliyi  də  dəf 

edəcəyinə arxayın olub,  Hələb şəhərinə yola düşür.

Hələb  şəhərində  də  Aşıq  Qəribin  nicatı  yenə  dediyi, 

söylədiyi sözündə olur:

«Söz tamam oldu,  Hələb paşası dedi:

-  Mən  bilirəm  sən  qəribsən  və  bu  ölkədə  kimsən 

yoxdıır,  ancaq  deyirlər  ki,  sən  çox  zor  aşıqsan.  Əgər  bizim 

aşıqla  döş-döşə  gəlib  onu  bağlaya  bilsən,  səni  azad  edərəm, 

yox, bağlaya bilməsən boynun vurulacaq» (1-194,  195).

Bu,  daha  ağır  bir  şərt  idi.  Başqa  sözlə,  Aşıq  Qərib 

«olum  və  ölüm»  qarşısında  qalır.  Əslində,  onun  başqa  çarəsi 

də yox idi.

Burada yenə sözün gücü qalib gəlir.

Maraqlıdır  ki,  başqa  bir  məhəbbət  dastanında 

«Qurbani»  dastanında  da  Mahmud  bəyin  Qurbani  ilə  şərti 

söz  üstündədir.  Ancaq  burada  «Pəri»  sözünün  şerdə 

işlənməməsi əsas şərt kimi qoyulur.

Mahmud  bəy Qurbaniyə deyir:

-  İndi mən  səni evə aparacağam.  Ancaq səninlə bir şərt 

kəsirəm.  Mənim  evimdə  oxuyanda  gərək  elə  şey  oxuyasan  ki, 

içərisində  Pəri  sözü  olmaya.  Əgər  Pəri  adı  çəksən,  Qara  vəzir 

səni  öldürər, mənim də nəslimi kəsər.

Qurbani dedi:

-Yaxşı, şərtlərinə əməl edərəm.

Mahmud  bəy dedi:

-  Mən  deyən  kimi  oxusan,  altımdakı  kəhər  atı  da,  bir 

yaxşı saz da sənə verib, səni dünya malma qəni edəcəyəm».

Bütün bunlarla bərabər,  Qurbani söylədiyi  qoşmaların 

iki bəndində «pərzad» və «məlayik» sözlərini işlədir.

214



Qurbaninin  istəyinə  və  amalına  uyğun  gəldiyi  üçün  o, 

həmin  sözlərdən  qaça  bilməzdi.  Yəni  Qurbani  müəyyən  şərti 

pozur.  Ancaq  bu,  aşığın  bacarıqsızlığı  deyildir.  O  Mahmud 

bəyə bildirir ki,  heç vaxt öz eşq məsləkindən dönməyəcəkdir.

Dastandakı ikiııci bir şərt də söz və saz  üstündədir.

Qurbani dedi:

«-  Usta,  niyə  acığın  tutur?  Bax,  o  sazı  çala  bilmir,  indi 

sən çalacaqsan? Get, hələ ağzının qatığını sil.

Qurbani dedi:

-Sən  o sazı mana ver, gerisi  ilə işin  yoxdur.

Usta Bədəl sazı alıb acıqlı-acıqlı Ç'urbaniyə verib dedi:

-Al,  əgər  bu  sazı  dindirə  bilsən,  pulsuz  sənə 

bağışlayıram, dindirə bilməsən,  vay sənin  gününə».

Dastanda  deyildiyi  kimi,  Qurbani  sazın  zilini  zil, 

bəmini bəm eylədi.  Şərti  udub sazı pulsuz götürdü.

«Tahir  və Zöhrə»  dastanının  bir  yerində  gözəllik  amili 

əsas  şərt  kimi  irəli  sürülür.  Həştərxan  paşasının  qızı  Sona 

buraya  gəlib  çıxan  Tahirə  vurulur.  Lakin  Tahir  qəti  şəkildə 

öz  sevgilisi  Zöhrənin  dalısınca  gedəcəyini  bildirir.  Zöhrəyə 

vurulan  Tahirə,  Sona  xanım  o  şərtlə  güzəştə  gedəcəyini 

bildirir  ki,  Zöhrə  ondan  gözəl  olsun.  Bu  şərtin  nəticəsi  Sona 

xanımın Zöhrə ilə  münasibətinə ciddi əsas  olur.  Belə  ki,  Sona 

xanım  Zöhrə  ilə  qarşılaşdıqdan  sonra,  doğrudan  da  güzəştə 

gedir.


Bəzən  də  məhəbbət  dastanlarında  şər  işlər  üçün 

yönəlmiş  şərtlərlə  rastlaşırıq.  Şübhəsiz  bu  şərtlər  baş 

qəhrəmanların  öz aralarında  deyil,  onlara  qarşı  yönəlmiş  bəd 

əməlli  və  fikirli  mənfi  obrazların  düşüncəsi  ilə  bağlıdır.  Başqa 

sözlə,  dastanların  təhlili  belə  nəticə  çıxarmağa  əsas  verir  ki, 

müsbət  qəhrəmanların  irəli  sürdüyü  şərtlər  mənfi  ideyalarla 

əlaqədardır.

Məsələn,  «Aşıq  Qərib»  dastanının  başlanğıcında 

lotubaşı  ilə  keçəl  arasındakı  söhbət  və  keçəlin  irəli  sürdüyü 

şərt bu fikri təsdiq edə  bilər:

«Lotubaşı  keçəli  tutub  qovunu  əlindən  aldı.  Keçəl  ha 

ağladı ki,  qovunu ver,  lotubaşı vermədi, axırda keçəl dedi:

215



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə