Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə73/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   69   70   71   72   73   74   75   76   ...   205

M Ə H SƏ T İ  İSM A YIL

m

AM E

a

\  Naxçıvan Bölməsinin incəsənət,

Dil və  Ədəbiyyat institutu

ƏFSANƏLƏRDƏ MİFİK  İNAMIN TƏZAHÜRÜ

Uzaq məsafə və ayrılıqda yaşayan türk  topluluqlarının 

ümumi  bir  fikir,  yaradıcılıq  anlayışında  birləşməsi 

onu 

göstərir  ki,  zaman  və  məkan  insanın  mənsub  olduğu  genetik 



əlaqələri 

poza  bilmir.  Bizi  keçmişimizdən  ayıran  illər  və 

əsrlərdir.  Yaxud  uzun  illərin  zaman  ayrılığında  vətənin  bir 

parçasından 

qopmuşuq 

deyə 


bilərik. 

Bu 


qopmalar, 

parçalanmalar soy  yaddaşını silmir, əksinə  nəinki  ümumxalq 

yaradıcılığında,  həmçinin  şəxsi  anlayışda  da  formalaşa  bilir. 

Yaşanan  müasirlik  keçmişlə  bu  gün  arasında  mümkün 

olmayan  keçilməzlik  görüntüsü,  bir  ilğım  kimi  görünür. 

Amma zaman və məkanlar fərqli olsa da yaşayan  və var olan 

köklü  mədəniyyətdir.  Bu  mədəniyyət  xalqın  adi  həyat  tərzi, 

günlük  yaşayışında  əks  olunur  və  ailələrdə  kök  salaraq 

cəmiyyətin  yaşayış  özülünü  təşkil  edir.  Gen  yaddaşından 

hazırda yaşadığı  müasirliyə,  sabaha daşınır.

Məlum  olunduğu  kimi  inancda  qurd  müqəddəsdir. 

Yəni  xilasedici,  qurtuluş  rəmzi,  türk  oğlunun  hamisi,  yol 

göstərənidir.  Qurda  müqəddəs  simvolik  baxışın  bariz 

nümunəsi  kimi  Azərbaycan  folklor  nümünələrindən  olan 

əfsanələri  göstərə  bilərik.  Əfsanəyə görə,  Nuhun  gəmisindən 

kimsəsiz,  tənha  cəzirəyə  düşən  Türk  atasının  məsləhətilə  özü 

üçün  bir  qoyun  və  qoç  götürür.  Heyvanlar  o  qədər  artıb 

çoxalır  ki,  adada  yeməyə  heç  nə  tapılmır.  Çarəsiz  qalan 

Türkü  qurd  xilas  edir.  Heyvanların  parçalanaraq  yeyildiyini 

görəndə Türk gecəni yatmayıb güdür və boz qurdla qarşılaşır. 

Türk  baxır  ki,  bozqurdun  getdiyi  yolda  su  heç  topuğa  da 

qalxmır.  Türk  boz  qurdu  izləməklə  adadan  çıxış  yolu  tapır  . 

Əfsanəyə  görə,  türk  öz  nəslindən  olanlara  boz  qurd  bizim 

xilaskarımızdır,  şəklin  bayraqlara  çəkin,  çətinliyə  düşsəniz 

boz qurdu  köməyə  çağırın  öyüdünü  verir  (  l,s.42,43).  B.Ögəl

‘  


222


qurdu  türk  mifologiyasının  ən  önəmli  müqəddəs  simvolu 

adlandıraraq  qeyd  edir;  «Kurt  başlı  sancaklar,  Göktürk 

devletinin  yıkılışından 

sonra  da  unutulmamış 

ve  Çin 

İmparatorları,  mesela  Türgeş’ler  gibi  Türk  kavimlerine 

Kağanlık ünvanları verecekleri zaman, kurt  başlı  bir bayrakla 

bir davul  vermeği  de unutmamışlardı»  (3,s.40).  Demək əfsanə 

inanclarla  yanaşı  Göytürklərin  hakimiyyətinin  keçmişdə 

mövcud  olan  dövlətçilik 

ənənəsini  özündə  əks  etdirir.  Bu 

baxımdan digər bir əfsanənin də süjet xətti maraq  doğurur.

Əfsanədə  deyilir  ki,  bir  tayfa  varmış 

və  tayfanın 

başçısı  sonsuzmuş.  Xeyli  nəzir  -  niyazdan  sonra  tayfa 

başçısının  bir  şikəst  oğlu  dünyaya  gəlir.  Günlərin  bir  günü 

düşmənlər  hücum  edir  və  tayfanın  kişilərini  öldürür,  qalan­

larını  əsir  edib  aparırlar.  Kimsəsiz  qalan  uşağı  dişi  canavar 

südü  ilə  bəsləyərək  böyüdür.  Oğlan,  igidliyin  sorağını 

eşidərək onu öldürməyə gələn düşmənlərinə qarşı  ana qurdla

birlikdə  döyüşür  və  əsir  düşmüş  tayfasını  xilas  edərək  öz

• •


torpağına  gəlir  və  tayfanın  başçısı  seçilir  (2,s.92,93).  Ümu­

miyyətlə,  qəhrəmanlığa  görə  seçilmə  sayılma  dünya  folklor 

nümunələrində  bilinən  spesfıklikdir.  Əfsanədə  seçilən  qəhrə­

man  yüksək  soya  mənsubdur.  Bu  mənsııbluq  qəhərəmanlığa 

aparan  yoldur.  Başlanğıcda  şikəstlik  və  çarəsizlik  qeyri  adi 

qüvvənin  köməyi  ilə dəf edilir.  Bu sadə  bir  himayədarlıq  yox, 

güclü  təlimə əsaslanan  sistemlə  mümkün  olur.  Əfsanədə  qurd 

ana -  himayəçi  rolunu  oynayır.  Əslində  analıq  burada  rəmzi 

məna  daşıyır.  Demək  gələcək  qəhrəmanın,  etnik  xilaskarın 

Kök  -   Güc  qaynağının  bəşər  deyil,  xalqın  mifoloji  təvək- 

kiiründə  formalaşdırdığı  böri-qurddur.  Məlum  olduğu  kimi 

Azərbaycan  folklor  nümünələrinin  əkssəriyyətində  qəhrə­

manın güc qaynağı, dirçəlişi,  qeyri-adi  güclərlə əlaqələndirilir. 

Təsadüfi deyil  ki,  xalq  arasında igid  qorxmaz pəhləvanlar «şir 

südü»,  «aslan  südü  əmib».  cəsarətli  cəsur  adamlara,  «elə  bil 

qurd  ürəyi  yeyib»  ifadələri  işlənir.  Sadaladıqlarımız  vəhşi 

təbiətin  insan  ruhunda  təzahürü  kimi  başa  düşünülmür.  Belə 

ki,  müqəddəs  sayılan  qurda  da  ikili  baxış  mövcuddur.

223



Folklor  nümunələrində  qurd  donu  başına  düşən  insanlar 

vəhşiləşir,  adam  yeyir,  yaxud  adamcıla  çevrilir. 

Mifik 

inamlara  görə  qurd  yağı  insanlar  arasına düşmənçilik,  ədavət 



salır.  Bu  çevrilmələrdən  ən  çox  xalq  arasında  yayılan 

qurd 


Şərəbanı,  qurd  Zalxa  adı  ilə  bilinir.  Bir  baxışa  görə  isə  «qurd 

kəsən  bıçaq  qınından  çıxmaz.  Çünki  qurdu  kəsmək 

günahdı.r»(l,s.l59).  Bu  əski  insanın  mifoloji  yaradıcılığı  və 

dünyanın  dərki  ilə  bağlı  məsələdir.  Mifoloji 

əfsanələrdən 

birində  deyilir ki,  çoban  iki  qurdun  gəldiyini görüb qorxudan 

ağaca çıxır.  Qurdlar acımış,  onlar uluyur, Allah  onlara yemək 

göndərir.  Qurdlar  yeməyi  üç  yerə  bölür.  İkisini  yeyib, 

üçüncünü  çobana  saxlayıb  gedirlər.  Əfsanədə  bir  çox 

mətləblərlə  yanaşı  qurdun  tanrıya  yaxınlığı,  insanoğlunun 

mənəvi  yardımçısı  ilə  kod  əlaqə  izah  olunur.  Qeyd  etmək 

yerinə  düşərdi  ki,  Tuba  türkləri  də  göy  qurda  söylədikləri 

alqış  və  dualarında  «tanrının  xəbərçisi  qurd»  sözlərini 

işlədərək  deyirlər:  «Yücelerdeki  (üstü)  Tanrıdan 

emir 

getirenim  (çarlıktım)!  Yedi  gün  yemek  yemedim!..Tanrının 



yakını  (kayırazı)!  Gök  Börü  erenim  Kayra-Haıı!  Ağzını 

burnunu yalayan!  Boz kurdum (Kuu Pörüm)!..»(4,s.l26).

Qurd  əfsanələri  dastan  yaddaşında  da  öz  orijinal 

üslubunu  qoruyub  saxlayır.  «Boz qurd»  dastanına  görə  qurd 

yox  olmaq  təhlükəsinə  düşən  göy  türklərin  dirilib  çoxal­

masına  səbəbkar,  «Ərgənəkon»  dastanında  isə  xilaskardır. 

Hər  tərəfdən  dağlarla  çevrəli  Ərgənəkonda  400  il  qalaraq 

çoxalan  türk  yaşadığı  bu  yerlərə  sığmır.  Çıxışı  üçün  yollar 

arayır və qurdun  çıxdığı yerdə dəmir mədəni  olduğunu  görür. 

Türk  müqəddəs  dəmirçilik  sənətinin  köməyilə  dağların 

arasındakı  dəmir  mədənini  əridərək  çıxış  yolu  açır.  Dastanda 

göy  türklərin  başçısının  adı  bozqurd  adlanmaqdadır. 

Dastanda  deyilir:  «Ərgənəkondan  çıxdıqları  zaman  göy 

türklərin  başçısı  Qıyan  soyundan  Börtə  Çönə  (monqolca 

bozqurd) idi» (4,s.l24).

«Oğuz  xaqan»  dastanında  göy  rəngli  qıırd 

Oğuz 

xaqanın  qələbə  simvoludur.  Göy  rəngli  qurd  Oğuz  xaqanın 



çadrma  göydən  göy  şüanın  içində  gəlir.  Burada 

qurdun


224


Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə