Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə56/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   52   53   54   55   56   57   58   59   ...   205

Azərbaycan iqtisadiyyatının inkişafına  10 milyard  ABŞ  dolla­

rı həcmində xarici sərmayə cəlb olunacaqdır.4

Son  olaraq  qeyd  etmək  olar  ki,  sərmayə  mühitinin 

daha  da  yaxşılaşdırılması  üçün  dünya  ölkələrinin  qabaqcıl 

təcrübələrindən  istifadə  edərək,  xarici  iş  adamlarının 

təkliflərini  öyrənərək  təsirli  investisiya  siyasəti  həyata 

keçirmək olar və fıkrimizcə,  respublikamızda həyata  keçirilən 

investisiya  siyasəti  sənaye,  kənd  təsərrüfatı,  elm,  texnika, 

nəqliyyat,  xarici  iqtisadi  fəaliyyəti  əhatə  etməklə  istehsalın 

texnoloji  strukturunun yaxşılaşmasına,  dərin  emaldan  keçmiş 

məhsulların 

xüsusi 


çəkisinin 

artmasına, 

iqtisadiyyatın 

infrastrukturunun  inkişafına,  əmtəə  və  kapitalın  sərbəst  hə­

rəkətinə istiqamətlənməli  və  investisiya siyasətinin  ən  mühüm 

istiqamətləri aşağıdakılardan ibarət olmalıdır:

1.  investisiya  üçün  əlverişli  mühitin  yaradılması  və  əmanət­

lərin investisiyaya çevrilməsi;

2.  investisiyaların həcminin və səmərəliliyinin artırılması;

3.  xarici  investisiyaları  cəlb  etmək  üçün  əlverişli  şəraitin 

yaradılması;

4.  xarici investisiyaların cəlb edilməsini tənzimləmək üçün sabit 

və «şəffaf» normativ - hüquqi bazanın formalaşdırılması;

5.  Azərbaycanın 

beynəlxalq  investisiya  əməkdaşlığında 

iştirakını  təmin  etmək  üçün  müqavilə  -  hüquqi  əsasların 

inkişafı.

Ədəbiyyat:

L  A.Ə.Əliyev,  A.Ş.Şəkərəliyev.  Bazar  iqtisadiyyatına  keçid: 

dövlətin iqtisadi siyasəti.  Bakı, 2002,s.66.

2.  Kərimli  I.A.,  Süleymanov  N.M.Milli  iqtisadiyyatın  əsasları. 

Dərslik, Bakı, 2001, s.206-210.

3.  Əlirzayev  Ə.Q.Azərbaycanın  iqtisadi  inkişafının  konsepsiyası 

və proqramı.  Bakı,  1999, s. 44-47.

4.  «  Dialoq  »  Azərbaycan  iş  dünyası  dərgisi.  Haziran,  2003, 

sayı 14.


5.  Шарп  У.,  Александр  Г.,  Бейли  Дж.  Инвестиции.  Пер.с  англ. 

М.: Инфра-М.,  1999,  1028 стр.

170



H Ə SƏ  lM Ə M M Ə D Ə  V 

Naxçıvan Dövlət  Universiteti

İSTEHSAL İNFRASTRUKTURUNUN FORMALAŞMASI

VƏ İNKİŞAFINDA DEMOQRAFİK

AMİLLƏRİN  ROLU

Bazar  münasibətləri  şəraitində  Azərbaycanın  milli 

iqtisadiyyatının  formalaşması  və  inkişaf  etdirilməsi  məqsədi 

ilə  istehsal  infrastrukturunun  qərarlaşmasına  təsir  edən 

demoqrafik  amillərin  öyrənilməsi  mühüm  əhəmiyyət  kəsb 

edir.  Çünki  istehsal  infrastrukturunun  formalaşması  və 

inkişafına  digər  amillərlə  yanaşı  ölkədə  mövcud  olan 

demoqrafik vəziyyət mühüm təsir göstərir.

Bu  istiqamətdə  apardığımız  araşdırmalar  göstərir  ki,

1995-ci  ilədək  ölkədə  yaranmış  sosial-iqtisadi  böhranın 

nəticəsində 

yaranmış 

çətinliklər 

hələlik 


tam 

aradan 


qaldırılmamış,  sosial  infrastrukturların  zəif  inkişaf  etməsi 

əhalinin  əksər  hissəsinin  onların  xidmətlərindən  lazımi 

səviyyədə  istifadə  etmək  imkanlarını  məhdudlaşdırmışdır. 

Eyni zamanda  Ermənistanın  işğalçı  qüvvələri  Rus  ordusunun 

nizami  qoşunları  ilə  birlikdə  ölkə  ərazisində  mövcud  olan 

xeyli  istehsal  və  sosial  obyektləri  dağıtmış,  nəticədə  işğal 

olunmuş əraziləridə yarım milyona yaxın  iş yerləri  itirilmişdir. 

Lakin  son  illər  cəmiyyətdə  baş  verən  dərin  dəyişikliklər 

hesabına  ölkənin  demoqrafik  inkişaf prossesində  də  mühüm 

dəyişikliklər  baş  vermişdir. 

1990-cı  ildən 

başlayaraq, 

Azərbaycanda 

orta 


ömür 

uzunluğu 

aşağı 

düşməyə 


başlamışdar. Yalnız  1997-ci  ildən yenidən artmışdır.  (2).

Həyata  keçirilən iqtisadi  islahatlar  nəticəsində əhalinin 

məşğulluğunda  və  əmək  bazarında  da  müəyən  dəyişikliklər 

baş vermişdir.  Belə ki,  2003-cü ildə  1990-cı  ilə  nisbətən sənaye 

sahələrində  məşğul  olan  əhalinin  sayı  212,8  min  nəfər  və  ya

45.4  faiz,  tikinti  sahəsində  31,7  min  nəfər  və  ya  12,6  faiz,

171



nəqliyyat  və  rabitə  sahəsində  43,7  min  nəfər  və  ya  20,3  faiz 

azaldığı  halda,  kənd  və  rneşə  təsərrüfatı  sahəsində  359,3  min 

nəfər  və  ya  31,4  faiz,  ticarət  və  ictimai-iaşə,  maddi-texniki 

təchizat və satış,  tədarük sahəsində 258,4 min  nəfər  və ya 70,5 

faiz,  mənzil-kommunal  təsərrüfatı  və  əhaliyə  məişət  xidməti 

sahəsində  5  min  nəfər və ya  4,0  faiz,  səhiyyə,  bədən  tərbiyyəsi 

və  sosial  müdafiə  sahəsində  7,7  min  nəfər  və  ya  4,5  faiz 

artmışdır,  iqtisadiyyatın  ayrı-ayrı  sahələrində  məşğul  olan­

ların sayının  belə dəyişməsi  məşğulluğun  sahə strukturuna  da 

təsir  etmişdir.  Əgər  1990-cı  ildə  sənayedə  məşğul  olanların 

sayı  iqtisadiyyatın  bütün  sahələrində  məşğul  olanların  12,7 

faizini,  kənd  və  meşə  təsərrüfatında  məşğul  olanların  30,9 

faizini,  tikintidə  məşğul  olanların  6,8  faizini,  nəqliyyat  və 

rabitədə  məşğul  olanların  5,8  faizini,  ticarət  və  ictimai-iaşədə 

məşğul  olanların  9,9  faizini  təşkil  etmişdirsə,  2003-cü  ildə  bu 

götəricilər  müvafiq  olaraq  6,8  faiz,  39,9  faiz,  5,8  faiz,  4,6  faiz 

və  16,6  faiz olmuşdur.  Tədqiqatlardan  görünür  ki,  son  illərdə 

maddi  istehsal  sahələrində  çalışanların  xüsusi  çəkisi  aşağı 

düşmüşdür.  Bu  müsbət  hal  kimi  dəyərləndirilə  bilməz.  Çünki 

ölkə  iqtisadiyyatının  inkişafı  əsasən  iqtisadiyyatın  real 

sektorunun  inkişafı  ilə  müəyyən  edilir.  Ona  görə  də  istehsal 

sahələrində  məşğul  olanların  xüsusi  çəkisinin  artırılması  üçün 

tədbirlərin 

görülməsi 

ön 

plana  çəkilməlidir. 



İstehsal 

sahələrində  xüsusən  də  onun  ayrı-ayrı  infrastrukturlarında 

məşğul  olan  əhalinin  xüsusi  çəkisinin  aşağı  düşməsi  yalnız  o 

zaman  müsbət  hal  kimi  qiymətləndirilə  bilər  ki,  bu  vəziyyət 

istehsal  sahələrində  əmək  məhsuldarlığının  səviyyəsinin 

azalmaması  ilə  müşayiət  olunsun.  Azərbaycanda  məşğulluq 

səviyyəsinin  aşağı  düşməsinin  iqtisadi  geriləmə  ilə  müşayiət 

olunması  səbəbindən  bu  meyli  müsbət  qiymətləndirmək 

olmaz (5).

Əhalinin  məşğulluğunun  xüsusi  çəkisnin  artırılması 

sosial-iqtisadi  rifahın  yüksəldilməsinə  gətirib  çıxarır,  bu  isə 

bazar  iqtsadiyyatına  keçid  şəraitində  dövlətin  iqtisadi 

siyasətinin 

əsas 


tərkib 

hissələrindən 

biri 

olmalıdır.



172


Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə