Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə54/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   50   51   52   53   54   55   56   57   ...   205

1994-cü  il  sentyabrın  20-də  Bakıda  Azərbaycan 

hökuməti  on  əcnəbi  nelt  şirkətinin  daxil  olduğu  konsorsium 

arasında  Xəzər  dənizinin  Azərbaycan  sektorundakı  Azəri. 

Çıraq  və  dərinsulu  Günəşli  yataqlarının  kəşfiyyatı,  işlənməsi 

və hasilatın  pay bölgüsü haqqında Saziş -  “Əsrin  müqaviləsi” 

imzalanmışdır.  Bu  müqaviləyə  əsasən  “Bi-Pi”  və  “Remko” 

ilkin  müqavilənin  pay  bölgüsündə  miivafıq  olaraq  17,1  və 

2,08 faizə malik olmuşdur.

“Əsrin  müqaviləsi”  ideyası  və  onun  gerçəkləşdirilməsi 

görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  adı  və  uzaqgörən 

məqsədyönlü  siyasi  fəaliyyəti  ilə  bağlı  olan  beynəlxalq 

əhəmiyyətə  malik  iqtisadi  proqramdır.  Bu  proqramın  uğurla 

həyata  keçirilməsi  müstəqil  Azərbaycanın  iqtisadi  inkişafının 

əsasını  təşkil  edir.  ‘'Əsrin  müqaviləsi”  həmçinin  Azərbaycan 

dövlətinin dünya  birliyindəki yerinin və mövqeyinin  müəyyən 

olunmasında,  ölkəmizin  beynəlxalq  aləmdəki  nüfuzunun 

artmasında mühüm rol  oynayır.

1996-cı  il  iyunun  4-də  Bakıda  keçirilən  “Xəzərneftqaz- 

96”  üçüncü  beynəlxalq  sərgisi  zamanı  ARDNŞ  ilə  xarici  neft 

şirkətləri  arasında  “Şahdəniz”  perspektivli  strukturunun 

kəşfiyyatı,  işlənməsi  və  hasilatın  pay  bölgüsü  haqqında  saziş 

imzalanmışdır.  Kontraktda  BP şirkəti 25,5 faiz pay almışdır.

Daha sonra Azərbaycan Prezidentinin  1998-ci  il iyulun

19-24-dək 

Böyük 

Britaniyaya 



səfəri 

zamanı 


“Britiş 

Petrolium”,  “Monument  Oyl  and  qaz”  və  “Remko” 

şirkətlərinin 

iştirakı 

ilə 

Xəzər 


dənizinin 

Azərbaycan 

sektorunda  “Araz”,  “Alov”,  “Şərq”  və  “İnam ”  perspektivli 

strukturlarının,  quruda  yerləşən  “Muradxanlı”  və  “Cəfərli” 

neft  yataqlarının  və  “Zərdab”  perspektivli  srukturunun 

kəşfiyyatı,  işlənməsi  vo  hasilatın  pay  bölgüsü  haqqında  üç 

saziş  imzalanmışdır.  Araz-Alov-Şərq  layihəsində  “ Bi-Pi”-nin 

15%,  İnamda  isə  “Bi-Pi”  vo  “Şell”  şirkətlərinin  hər  birinin 

25% pay sahibliyi  vardır.

“Bi-Pi” 


şirkəti 

Azərbaycanın 

neft 

yataqlarının 



kəşfiyyatı,  işlənməsi  və  hasilatın  pay  bölgüsü  haqqında

164



sazişlərdəki  pay  bölgüsünə  görə  aparıcı  yer  tutur.  Bu  şirkət 

həmçinin  3  iri  layihənin  Azəri,  Çıraq  və  dərinsulu  Günəşli 

yataqlarının  tammiqyaslı  işlənməsi  üzrə  və  eləcə  də  Bakı- 

Tibilisi-Ceyhan  (BTC)  Neft  Boru  Kəməri  və  Şahdəniz 

layihələrinin  operatorudur.  Azərbaycanın  bu  nəhəng  şirkət 

üçün  nə  qədər  əhəmiyyətli  olduğunu  anlamaqdan  ötrü  ‘"Bi- 

Pi'’  şirkətinin  rəhbəri  Con  Braunun  2003-cü  ilin  fevralındakı 

çıxışına nəzər salmaq lazımdır.  Cənab  Braun  BP-nin  prioritet 

istiqamətlərindən  danışarkən  Azərbaycanın  BP-nin  fəaliyyət 

göstərdiyi  beş  prioritet  regiona  daxil  olduğunu  bildirmişdir. 

Onun  sözlərinə  görə,  şirkət yaxın  beş  il  ərzində  öz gəlirlərinin 

yarıdan  çoxunu  Meksika  körfəzi,  Trinidad,  Azərbaycan, 

Anqola  və  Sakit  Okean  Asiyasına  yönəldəcək  və  bu 

regionlara çox sərmayə qoyulacaqdır.7

Hazırda  Azərbaycanın  neft  yataqlarının  işlənməsi 

layihələrində  Böyük  Britaniyanın  “ BP”  və  “Şell”  şirkətləri 

iştirak  edir.  1999-cu  ilin  fevralında  BP-nin  30  faiz  payı  olan 

“Dan ulduzu”,  “Əşrəfi”  perspektiv strukturları üzrə saziş  ləğv 

olunmuşdur.  2000-ci  ilin  iyulunda  isə  Remko  şirkəti  “Əsrin 

müqaviləsindəki”  2,08  faiz  payını  ABŞ-ın  “Amerada  Hess” 

şirkətinə  150  milyon  dollara  satması  haqqında  razılaşmışdır. 

2001-ci  ilin  iyunun  22-də  isə  Remko  şirkəti  “Muradxanlı- 

Cəfəıii-Zərdab”  bloku  üzrə  işlərin  dayandırılması  haqqında 

ARDNŞ  ilə saziş imzalamışdır.

Böyük  Britaniyanın  “Lazmo”  şirkəti  “Monument  Oyl 

and  Qaz”  şirkətini  aldıqdan  sonra  2000-ci  ilin  martında 

“İnam”  perspektivli  strukturu  üzrə  bağlanmış  müqavilə- 

lərdəki  12,5  faiz  payını,  bunun  ardınca  isə  Rusiyanın 

“Mərkəzi  Yanacaq  Şirkəti”  həmin  layihədəki  12,5  faiz  payını

“Şell” şirkətinə satmışdır.

• •

Ümumilikdə 



dünya 

iqtisadiyyatının 

neftdən 

bu 


dərəcədə  asılı  olduğu  bir zamanda  Böyük  Britaniyanın  Yaxın 

Şərq  neftinə  alternativ  ola  biləcək  Xəzər  regionunun 

karbohidrogen 

ehtiyatlarına  olan  marağı  2003-cü  ilin 

aprelində  Birləşmiş  Krallığın  energetika  üzrə  dövlət  naziri

165



Brayan  Uilsonun  çıxışında  tam  əks  olunmuşdur.  Nazir  öz 

ölkəsinin  Azərbaycanın  neft və qazma,  o  cümlədən  Rusiya və 

Qazaxıstan  da  daxil  olmaqla  digər  Xəzəryanı  dövlətlərin 

karbohidrogen  ehtiyatlarına  ehtiyacı  olduğunu  bildirmişdir. 

O,  Şimal  dənizində  hasilatın  saxlanılmasına  olan  bütün 

cəhdlərə  baxmayaraq,  ölkənin  enerjidaşıyıcıları  ilə  təminatı 

vəziyyətinin gərgin  olduğunu və  Böyük  Britaniyanın  xaricdən 

neft  və  qaz  idxalına  ciddi  ehtiyac  hiss  etdiyini  vurğulamışdır. 

B.Uilson  Birləşmiş  Krallığın  Şimal  dənizindəki  yataqların 

hesabına  özünü  2010-cu  ilə  qədər  təmin  edə  biləcəyini  qeyd 

edərək,  bundan  sonra  Хэг;эг  hövzəsinin  B.Britaniyanın 

enerjidaşıyıcılarına  olan  ehtiyacının  ödənilməsində  əsas  rol 

oynayacağını bildirmişdir.8

Göründüyü  kimi,  Böyük  Britaniyanın  Xəzərin  enerji 

sektoru  ilə  bağlı  siyasətində  Azərbaycan  xüsusi  yer  tutur. 

Azərbaycan  dövləti  məsələnin  bu  cəhətini  nəzərə  alaraq, 

Böyük  Britaniya  ilə  əməkdaşlığa  ciddi  əhəmiyyət  verir  və 

ölkəmizin  real  iqtisadi  inkişafını  təmin  etmək  məqsədilə 

Britaniya  şirkətləri  ilə  bağlanan  müqavilələrdə  respublikanın 

pay  bölgüsünün  nəzərə  alınmasım  daim  diqqət  mərkəzində 

saxlayır.

Ədəbiyyat::

1. 


Aliev  N.  «The  history  of  oil  in  Azerbaijan»,  Azerbaijan 

International, California, (spring.  1994), p. 22.

2. 

Mir-Babayev  M.  «Foreign  Investment  in  Azerbaijan’s  Oil», 



Azerbaijan international (12.2), (summer, 2004),  p.  82.

3. 


Məmmədli  E.  Azərbaycan-Böyük  Britaniya  münasibətləri. 

Bakı 2003. s. 15.

4. 

Mir-Babayev  M.  «Foreign  investment  in  Azerbaijan’s  Oil», 



Azerbaijan  international, (summer, 2004), p.  84.

5. 


Azərbaycan  neftinin  dünəni,  bu  günü  və  sabahı.  Bakı  1997. 

s.  115-116.

6. 

Mir-Babayev  M.  «Foreign  investment  in  Azerbaijan’s  Oil», 



Azerbaijan international (12.2), (summer, 2004), p.  85.

166



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə