Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə51/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   47   48   49   50   51   52   53   54   ...   205

iqtisadiyyatının,  mədəniyyətinin  müdafiə  olunması  üçün  çıxış 

yolları axtarmalı və tədbirlər görməlidir.

Qloballaşma  prosesi  geniş  və  əhatəli  bir  proses 

olduğundan  bütün  dünya  ölkələrini,  o cümlədən  Azərbaycanı 

da  əhatə  edir.  Azərbaycan  Respublikası  indi  müxtəlif 

problemlərlə bağlı bir sıra  beynəlxalq  təşkilatlarla əməkdaşlıq 

edir, müxtəlif layihələrdə iştirak edir.

Həmçinin  Azərbaycan  bir  çox  ölkələrlə  istehsal  və

ıl

ticarət  əlaqələri  saxlayır.  Digər  tərəfdən  isə  internet 



xidmətləri  digər xalqlarla əlaqələrin  artmasına geniş  imkanlar 

yaradır.


Hələ 2000-ci  ilin  7  sentyabrında Azərbaycan  Respubli­

kasının  prezidenti  Nyu-York  şəhərində  Minilliyin  zirvə 

toplantısındakı  çıxışında  demişdir  ki,  Azərbaycan  qlobal­

laşmanın  inkişafına  müsbət  mənada  öz  tövhəsini  verir. 

Mənim  ölkəm  dünya  miqyasında  geostrateji  əhəmiyyətə 

malik  öz  coğrafi  mövqeyindən,  ehtiyatlarından  və  poten­

sialından  istifadə  edərək,  şərq  ilə  Qərb  arasında  zəngin  tarixi 

keçmişdən  başlanan  və  gələcəyə  istiqamətlənən  körpü  rolunu 

səmərəli  surətdə  həyata  keçirir.  Biz  böyük  ipək  yolunun 

bərpası,  Avropa  -  Qafqaz  -  Asiya  nəqliyyat  dəhlizinin 

yaradılması və Xəzər hövzəsinin karbohidrogen eh tiy atla n ın  

hasilatı  və  dünya  bazarlarına  nəqli  üçün  çox  böyük  səylər 

göstəririk.  Dünyanın  bir  çox  regionunun  dövlətlərinin  azad 

və  mükəmməl  inkişafı  üçün  bu  layihələrin 

həlledici 

əhəmiyyəti  var,  bunlar  fövqəlmilli  əməkdaşlığa  təkan  verəcək 

və qlobal  şəraitin inkişafına müəyyən  təsir göstərəcəkdir.

Qloballaşma  prosesində  yaranan 

iqtisadiyyatların 

və  milli-mənəvi  dəyərlərin  inkişafını  və 

müasir  dövrə  uyğun  formalaşmasını  təmin  edə  bilər.  Bu 

prosesdə  milli-  mənəvi  dəyərlərin  saxlanması  və  inkişaf 

etdirilməsi  mümkündür,  lakin  bunun  üçün  mükəmməl 

modelin yaradılması lazımdır.

Qloballaşmanı  özünə  bir  bəşəri  dəyər  kimi  yanaşaraq 

onun  imkanlarından  bütün  bəşəriyyətin  xeyrinə  istifadə

155

imkanlar  milli




edilərsə  cəmiyyəti  hədələyən  müharibə,  ekoloji  problemlər, 

beynəlxalq  terrorizm və s.  kimi  qlobal bəlalardan xilas  olmaq 

mümkündür.

Beləliklə,  qloballaşma  dedikdə  məkan  və  zaman 

çərçivəsində  sosial  əlaqə  və  təsisatların  elə  formada 

genişlənməsi  və  dərinləşməsi  başa  düşülür  ki.  bir  tərəfdən 

insanların 

gündəlik 

fəaliyyətinə 

Yer 


kürəsinin 

digər 


hissələrində  baş  verən  hadisələr  daha  çox  təsir  edir,  digər 

tərəfdən  isə məhəlli hadisələr vacib qlobal nəticələr doğurur.



Ə d ə b i y y a t :

1.  Allahyarova T.  Qloballaşma dünyanın sosial energetikası kimi. 

Qloballaşma  və  Azərbaycan  Respublikası  elmi-praktiki 

konfransı.  Bakı, «Adiloğlu», 2002, s.46.

2.  Şükürov A.M.  Fəlsəfə və qloballaşma.  Bakı, «Adiloğlu», s.333.

3.  Şükürov  A.M.  Qloballaşma: mahiyyəti və perspektivləri.  Bakı, 

«Adiloğlu», 2001, s.55.

AĞ ARZA  R Ü ST Ə M O V  

Naxçıvan Dövbt  Universiteti.

BAZAR MÜNASİBƏTLƏRİ ŞƏRAİTİNDƏ KƏND 

ƏHALİSİNİN SOSİAL MÜDAFİƏSİNİN İQTİSADİ 

MEXANİZMİNİN MAHİYYƏTİ VƏ ONUN  ƏSAS

PRİNSİPLƏRİ

Əhalinin  maddi  rifah  halının  formalaşması  qarşılıqlı 

əlaqələrin  və  xüsusiyyətlərini  özündə  əks  etdirir.  Bu  baxım­

dan  rifah  halı  öz  göstəriciləri  ilə  meydana  çıxır.  Regional 

iqtisadi  şəraiti,  istehsalın  ixtisaslaşması,  inkişaf  səviyyəsi, 

məhsuldar 

qüvvələrin 

yerləşməsi, 

demoqratik 

inkişaf 


xüsusiyyətləri,  əhalinin  maddi  rifah  halının  yüksəldirməsi 

yollarının xüsusiyyətlərini yaratmış olur.

Əhalinin 

yaşayış 


həyat 

səviyyəsi 

rifah 

halı 


kateqoriyasının məzmununa daxildir.

156



Lakin  bunlar  mahiyyətcə  üst-üsə  düşmür.  Əhalinin 

maddi rifah halının  maddi əsasmı istehsal  olunmuş  milli  gəlir, 

region  daxilində  istehsal  olunan 

milli  gəlir,  tam  mənada 

onun  istehlak  fonduna  ayrılan  hissəsi  təşkil  edir.  Əhalinin 

yaşayış  həyat səviyyəsini,  onların  rifah  halını  müəyyən  edərək 

hər  hansı  bir  göstəricidən  istifadə  olunması  kifayət  eləmir 

burada  kompleks  göstəricilər  sistemindən  istifadə  edilməsi 

məqsədəuyğundur.

Fikirirnizcə  respublikamızın  ayrı-ayrı  bölgələrinin 

əhalisinin  həyat  səviyyəsi  həmin  regionun  mənsub  olduğu 

kompleks şəraitdən  asılı olaraq formalaşır.

Bu  şəraitin  müxtəlifliyi  əhalinin  həyat  səviyyəsinin 

fərqlənməsinə  səbəb  olur.  Buna  görə  də  hər  hansı  bölgənin 

həyat  səviyyəsinin  kompleks  tədqiqi  aşağıdakı  göstəricilər 

sistemi ilə müəyyən  olunur:

1. 

Əhalinin  gəlir  və  istehlakının  səviyyəsini  və  quruluşunu 



əks  etdirən  region  göstəriciləri,  istehsalın  həcmi,  sahə 

quruluşu,  ictimai  əmək  bölgüsü,  respublika  iqtisadiy­

yatında  onun  rolu,  əhalinin  məşğuliyyət  səviyyəsi  və 

quruluşu,  istehsal  mallarının  və  xidmətlərin  qiymətləri, 

təbii-iqlim  şəraiti,  regionlararası  iqtisadi  əlaqəlrin 

səviyyəsi,  sosial-iqtisadi  inkişaf  üçün  ayrılan  fondların 

miqdarı;

2. 


Respublika üzrə və onun təbii-iqtisadi  bölgələrində əha­

linin  həyat səviyyəsinin,  a.yrı-ayrı cəhətlərini  xarakterizə 

edən  göstəricilər:  əmək  haqqının  normal  səviyyəsi, 

istehlak  üçün  ehtiyatların  həcmi,  ictimai  istehlak 

fondlarının  və  şəxsi  yardımçı  təsərrüfatlardan  və  s. 

mənbələrdən  gələn  gəlirlər,  sosial  transferlər,  pərakəndə 

əmtəə  dövriyyəsinin  həcmi,  sosial  infrastrukturun 

inkişafı;

3. 

Sosial  qrumlar  və  onların  daxilində  ailələrin  maddi 



təminatına görə bölünən  həyat səviyyəsi göstəriciləri.

Əhalinin  həyat  səviyyəsinin  göstəricilərini  iki  qrupa 

bölmək  olar.  Birinci  qrupa istehsalın  səviyyəsi  və strukturunu

157



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə