Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə47/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   43   44   45   46   47   48   49   50   ...   205

konsepsiya  tərəfdarlarından  olan  L.S.Vıqotski  şəxsiyyəti  hər 

şeydən  əvvəl,  fəaliyyətdə  olan  varlıq  kimi  araşdırır  və  belə  bir 

mühakimə  yürüdür  ki,  şəxsiyyətin  dərk  olunmasına  imkan 

yaradan müəyyən edici  amil məhz,  "fəaliyyət"  kateqoriyasının 

təhlilidir.  Çünki  şəxsiyyətin  məqsədi,  vəzifələri,  davranışı  və 

hərəkətləri  yalnız  onun  fəaliyyətində  üzə  çıxır.  Beləliklə, 

şəxsiyyət insanın  biososial  başlanğıcının  son  və  yekunlaşdırıcı 

funksiyası  kimi  çıxış  edir.  Şəxsiyyət  inteqrativ  başlanğıca 

malik  fenomen  plmaq  etibarilə  insanda  üç  əlamətin-bioloji, 

sosial  və  psixoloji  komponentlərin  məcmuu  kimi  səciyyələnir. 

"Şəxsiyyət  onu  təşkil  edən  üç  başlıca  cəhətin:  biogenetik 

qabiliyyətin,  sosial  amillərin  (mühit,  şərait,  normalar)  və 

onun  psixososial əsasının məcmuudur (4,s.  360-364).

"Şəxsiyyət" 

anlayışını 

təşkil 


edən 

cəhətlərin 

məcmuunun 

müəyyənləşdirildməsi 

iki 

mühüm  cəhətə



malikdir: 

Əvvəla 


şəxsiyyətin 

sosial 


əhəmiyyətini

səciyyələndirir.  Şəxsiyyət  insani  fərddir,  münasibətlərin  və 

şüurlu  fəaliyyətin  fəal,  məqsədyönlü  subyektidir.  İkinci  cəhət 

insanın  sosial-psixoloji  simasının  kifayət  qədər 

sabit 

təzahürünü göstərir.  Burada  şəxsiyyət fərdləri səciyyələndirən 



daimi  və  müəyyən  sosial  əhəmiyyətli  amillərin  məcmuu  kimi 

çıxış edir.

Bəzən  elmi  ədəbiyyatda  şəxsiyyətinin  xüsusiyyətinin 

müxtəlif  növlərinin  öyrənilməsi  bir-birindən  təcrid  olunmuş 

halda  aparılır,  hətta  bir  sıra  hallarda  onlar  bir-birinə  qarşı 

qoyulur.  Nəticədə  nəzəri  idrakın  inkişafı  üçün  təbii  hal  hesab 

olunan  şəxsiyyətin  müxtəlif  səpkilərinin  sadəcə  seçilib 

ayrılması  deyil,  onların  bir-birindən  təcrid  edilməsi  və 

şəxsiyyətin  varlığının  ayrı-ayrı  cəhətlərinin  fetişləşdirilməsi 

baş verir (6,s.l88).

İnsanın  məcmu  fəaliyyəti  haqqında  idea  müasir 

dövrdə  şəxsiyyətin  fəlsəfi  araşdırılmasında  aşağıdakı  üç 

mühüm nəticəyə gətirib çıxarır:

1) 


şəxsiyyətin  inkişafının  köklərini  təkcə  insan 

şüurunun  subyektiv  təzahürlərində,  onun  tələbatlarında  və

143



ona  xarici  mühitin  təsirində  deyil,  məqsədyönlü,  çoxtərəfli 

fəaliyyət  prosesində  axtarmağın  zəruriliyini  əsaslandırır. 

Göstərir  ki,  insan  öz  fəaliyyətində  subyektiv  və  obyektiv 

momentləri 

birləşdirərək, 

bütünlükdə 

təbiəti 

yüksək 


səviyyədə  insaniləşdirməyə  qadirdir.  İnsanın  fəaliyyəti  nə 

dərəcədə  çox  universaldırsa,  o  insan  kimi  bir  o  qədər  də  çox 

spesifik  olur.

2) 


insanın 

fəaliyyət  sisteminin 

öyrənilməsi 

bu 


fəaliyyətin  yaradıcı  və  məqsədyönlü  xarakterini  üzə  çıxarır. 

Bununla  da  nəzəri  fikir  insanın  nə  üçün  yaşadığını  və 

çalışdığını anlamaq imkanı əldə edir (3,s.l97).

3)  bu  mövqedən  aparılan  təhlil  insanın  dünyasını 

yalnız  tələbatların  ödənilməsinə  muncəı*  edən  baxışların  bir 

tərəfliliyini aradan qaldırmağa kömək  edir.

Şəxsiyyətin 

problemlərinin 

tədqiqində 

fəlsəfi 


metodologiyanın 

mühüm 


bir 

prinsipi 

aşağıdakından 

ibarətdir:  anlayışı  ilə  məzmunca  ona  yaxın  olan  insan 

orqanizmi, 

fərd 


və 

fərdiyyət 

anlayışları 

arasındakı 

münasibətləri  araşdırarkən  zahiri,  sxematik  əlaqələri  əsas 

götürmək  yolverilməzdir.  Əks  halda  stereotip  təfəkkürdən 

doğan  nöqsanlar  labüd  surətdə  özünü  göstərir.  Halbuki, 

fəlsəfi ədəbiyyatda bəzən  sözügedən  anlayışları yalnız dairə və 

sxemlərlə  izah  etmək  cəhdlərinə  rast  gəlinir  (l,s.54).  Keçid 

dövrü şəxsiyyət tipinin  sosial-fəlsəfi  təhlili  həm də  onun  sosial 

rolunda  baş  verən  əsaslı  dəyişiklikləri  nəzərə  almağı  tələb 

edir.  Çünki  məhz  şəxsiyyətin  sosial  rolu  onun  konkret 

şəraitdə  davranışı  üsullarını  şərtləndirir,  beləliklə  də  onun 

əhatəsində 

olan 

insanların 



bu  .* barədə 

ümidlərini 

formalaşdırır.  Şəxsiyyətin  sosial  rolu  sabit  deyildir,  daim 

yeniləşməkdə  olan  sosial  şəraitin  təsiri  altında dəyişilir.  Sosial 

rolun digər bir xüsusiyyəti bundadır ki, o  özündə həm  tipik  və 

ümumiləşmiş,  həm də individual, fərdi tərəfləri əhatə edir (5,s. 

112

).

Müasir  şəxsiyyətin  çox  mühüm  keyfiyyətini  onun 



tərəfindən  dəyərlərin  yenidən  mənalandırması  prosesinin

144



həyata  keçirilməsi  təşkil  edir.  Dəyərlər  sisteminin  və  dəyərlər 

oriyentasiyasındakı  dəyişikliklərin  böyük  rolu  bundadır  ki, 

insanın  daxili  aləmi 

məhz  onların  vasitəsilə  bütövlükdə 

cəmiyyətlə,  habelə  buradakı  ayrı-ayrı  sosial  qruplar  ilə 

əlaqələr  yaradır.  Bununla  əlaqədar  qeyd  edək  ki,  keçid 

dövründə  baş  verən  bir  sıra  proseslər,  xüsusilə  də  bazar 

münasibətlərinin 

və 

azad 


sahibkarlığın 

formalaşması 

gedişində 

şəxsiyyətin 

dəyərlər 

sistemində 

çox 

ciddi 


dəyişikliklər  baş  verir.  Bunları  səciyyələndirərkən  E.From 

hazırda şəxsiyyətin yeni -  «bazar» tipinin  formalaşdığını qeyd 

edir. 

Belə  şəxsiyyət  üçün  gəlir  əldə  etmək, 



uğurla 

sövdələşmələrə  daxil  olmaq məqsədi  ön  plana  keçir.  Nəticədə 

şəxsiyyətin  ənənəvi mənəvi  dəyərlərinin  təsir  dairəsi  zəifləyir, 

onların  yerini  maddi  mülahizələri  ifadə  edən  dəyərlər  tutur 

(7,s.27).

Keçid  dövrü şəxsiyyətinin sosial  simasının  çox mühüm 

yeni 

keyfiyyətini 



onun 

fəallığının 

qeyri-adi 

dərəcədə 

yüksəlməsi 

təşkil  edir. 

Bu  proses  milli  dövlətçiliyin 

yaradılması  və  möhkəmləndirilməsi,  ölkənin  siyasi  həyatının 

sabitləşməsi,  siyasi  sferada  fikir  plüralizminin  bərqərar 

olması,  azad  sahibkarlığa  və  işgüzar  rəqabətə  geniş  meydan 

verilməsi,  mənəvi  həyatda  demokratikləşmənin  genişlənməsi, 

şəxsiyyətin  sərbəst yaradıcılığı üçün zəruri  olan mühitin  təmin 

edilməsinin nəticəsi kimi çıxış edir.

Müasir  şəxsiyyətin  həyat  və  fəaliyyəti  prinsipcə  yeni 

şəraitdə  baş  verir,  bu  indiki  şəxsiyyət  tipini  keçmiş  tarixi 

tiplərdən  fərqləndirən  özünəməxsus  cəhətləri  nəzərə  almağı 

tələb  edir.  Şəxsiyyətin 

müasir  tipinin  formalaşdığı  şərait 

özünün  qlobal  miqyasda  və  əsaslı  sürətdə  yeniləşməsi  ilə 

səciyyələnir.  Bu  keyfiyyət  yeniliyi  sosial  həyatda  aşağıdakı 

əsas  amillərdə  ifadə  olunur:  müstəqillik  əldə  olunduqdan 

sonra  digər  postsovet  respublikalarında  olduğu  kimi, 

Azərbaycanda  da  totalitar  rejimin  qalıqlarının  aradan 

qaldırılmasına  və  açıq  cəmiyyətə  keçidi  səciyyələndirən 

strateji  xarakterli  əsaslı  dəyişikliklərin  baş  verməsi,  ictimai

145



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə