Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə43/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   39   40   41   42   43   44   45   46   ...   205

mərkəzlərindən  biri  kimi  şöhrətlənmişdir.  Mühüm  ticarət 

yollarının  keçdiyi  Culfa  şəhəri  XV  əsrədək  kənd  olmuş,  bu 

zamandan  etibarən  onun  iqtisadi  yüksəlişi  başlamışdır  (8, 

s.237).


Bəzi  mənbələrdə  Culfa  sözünün  orta  əsrlərdə  fəaliyyət 

göstərən  tacir  təşkilatının  adı  ilə  bağlı  olduğunu  göstərilməsi, 

bu  ərazidə  ticarətin  mühüm  rol  oynadığını,  hətta  şəhərin 

salınmasının  ticarətlə bağlı olmasını söyləməyə bizə əsas verir. 

Avropa  ilə bir çox  Yaxın  Şərq  ölkələrini birləşdirən  və  Böyük 

İpək  Yoluna  xidmət  edən  ən  mühüm  yollardan  biri  də  məhz 

Təbriz-Mərənd-Culfa-Naxçıvan  yolu  idi  (2,  s.33).  Bıı  yol 

vasitəsilə 

Culfa 

tacirləri 



Qərbi 

Avropanın 

Venesiya, 

Amsterdam,  Marsel  şəhərləri,  habelə  Suriya,  Türkiyə  və 

Hindistanda  alver  edirdilər.  XVI  əsrin  II  yarısından 

başlayaraq  karvan  yollarının  üzərində  yerləşən  Culfa 

şəhərinin  əhəmiyyəti  daha  da  artır.  1581-ci  ildə  Culfaya 

gəlmiş  .ingilis  taciri  Nyuberi  xəbər  verir  ki,  şəhərdə  evlərin 

sayı  3  minə,  əhali  isə  15-20  min  ııəfərə  çatırdı.  10  il  sonra 

şəhərdən  keçib  gedən  digər  ingilis  taciri  və  səyyahı  Kartvrayt 

burada 2000 ev və  10 min  nəfər əhali  olduğunu  yazır.

Mühüm  ticarət  əhəmiyyəti  olan  Culfa  ipək  və  digər 

mallarla  ticarətin  mərkəzi  hesab  edilirdi.  T.e.d.  O.Əfəndiyev 

ingilis 


səyyahı 

E.Edvardsm  söylədiklərinə  əsaslanaraq 

göstərir  ki,  XVI  əsrin  60-cı  illərində  Culfa  tacirləri  Suriya 

limanı  olan  Hələbə  500  tay  ipək  gətirir  və  əvəzində  yalnız  18 

min  parça  Venetsiya  maddəsi  (qarazəy)  aparırdılar.  1590- 

1613-ctı  illərə  dair  Venetsiya  arxivinin  məlumatlarına  görə 

Suriyadan  yalnız  Venetsiyaya  23724  tay  ipək  gətirilmişdi  (9, 

s.211).  Göründüyü  kimi  Culfa  şəhəri  orta  əsrlər  dövründə 

nəinki  Yaxın  Şərq,  eləcə  də  Avropanın  inkişaf  etmiş  ticarət 

şəhərləri  ilə  geniş  iqtisadi  əlaqələrə  malik  olmuş  və  bu  yolla 

da  dövlət  xəzinəsinin  mühüm  gəlir  mənbələrindən  birinə 

çevrilmişdir.

Qədim  və  orta  əsrlər  dövründə  beynəlxalq  karvan 

yolları  üzərində  mühüm  məntəqə  sayılan  yurd  yerlərindən 

biri  də,  adı  yalnız  mənbələrdə  qeyd  olunan  Azad  (Əsədabad)

130



şəhəridir.  Vaxtilə Azad  şəhərinin  yerinin  müəyyənləşdirilməsi 

müəyyən  mübahisələrə səbəb olsa da sonrakı  araşdırmalar bu 

şəhərin  Ordubad  şəhəri  ilə  Culfa  şəhəri  arasında  yerləşdiyi 

sübut  edilmişdir.  T.e.d.  H.Səfərlinin  aşkar  etdiyi  bir  neçə 

epiqrafık  sənəd,  qəbir  daşı  üzərindəki  yazı  Azad  şəhərinin 

yerinin müəyyənləşdirilməsi  üçün  böyük əhəmiyyətə malikdir. 

Belə  bir  nəticəyə  gəlinmişdir  ki.  Azad  şəhəri  indiki  Aşağı 

Azadkəndinin 

yerində 

qəbristanlığın 

yaxınlığında 

yerləşmişdir.  Şəhər  inkişaf  etmiş  ticarət  və  sənətkarlıq 

mərkəzi  olduğundan  ətraf  ərazi  uzun  müddət  Kiranla 

(hazırda  Naxçıvan-Ordubad  şose  yolunun  sol  tərəfində 

xarabalıqları  qalan  Aşağı  Aza  kəndindən  təxminən  6-7  km 

şimalda yerləşən  orta əsr  şəhəri  Gilan-Xaraba  Gilan)  birlikdə 

onun  adı  ilə  Azad-Gilan  adlanmışdır  (10,  s.10).  Bu  şəhər  XI- 

XII  əsrlərdə  Yaxın  və  Orta  Şərqin  böyük  ticarət  və 

sənətkarlıq  mərkəzi  kimi  şöhrət  tapmışdı.  Rusiya  və  oradan 

da  Qərbə  gedən  mühüm  ticarət  yolları  bu  şəhərdən  keçirdi. 

Gilançay  üzərində  bu  günə  kimi  qalmış  nəhəng  körpü 

deyilənlərə bir daha sübut etməkdədir.

Karvan-ticarət  yolları  üzərində  mühüm  əhəmiyyət 

kəsb  edən  Azad  şəhəri  haqqında  bir  sıra  səyyah  və 

coğrafiyaşünasların 

əsərlərində 

rast 

gəlmək 


olar. 

Coğrafiyaşünas  Həmdullah  Qəzvini  «Nüzhət  əl-qülub» 

əsərində Azad  şəhərinin adını çəkərək  qeyd  edir ki,  Azad  bol, 

taxıl,  üzüm,  pambıq  məhsulları  ilə  şöhrət  tapmış  kiçik 

şəhərdir.  Buranın  şərabı  çox  məşhurdur.  Əhalisi  ağbənizdir 

(11, s.2).

Azad  şəhəri  haqqında  səyyah  J.B.Tavernye  yazır:  İki 

gün  orada  qaldıq,  çox  gözəl  şəhərdir.  İstirahət  üçün 

yararlıdır.  4  karvansara  vardır.  Hər  evin  həyətində  bir  bulaq 

axır.  Suyun  çoxluğu  bu  ərazini  məhsuldar  etmişdir.  Xüsusilə 

oranın  əla  şərabı  vardır.  Bütün  dünyada  marena  (boyaq  otu, 

qızıl  boya)  verən  yeganə  şəhərdir.  Həmin  boyaqotu  vasitəsilə 

iran  və  Hisdistanda  xeyli  ticarət  edirlər.  Marena  elə  bir  bitki 

köküdür  ki,  torpaqda  yayılır  və  şirin  biyana  bənzəyir. 

Dabbaqlıqda  ondan  istifadə  edirlər,  həmin  kökdən  qırmızı

131



boya  alırlar.  O,  elə  qırmızı  boyadır  ki,  Hindistanda  və  Böyük 

Monqol 


ölkəsində 

toxunan 


parçalara 

bəzək 


verir. 

Karvanların 

əksəriyyətinin 

yükləri 


həmin 

marenadan 

ibarətdir  (12,  s.8).  Göründüyü  kimi  əsas  karvan  yollarının 

keçdiyi  bu  ərazidə  yerləşən  Azad  şəhəri  orta  əsrlər  zamanı 

mühüm 

ticarət 


və 

sənətkarlıq 

mərkəzi 

kimi 


şöhrət 

qazanmışdır.

Qədim  yaşayış  məskəni  Qarabağlar  şəhəri  öz  məşhur

bazarları,  karvansaraları,  türbələri  və  qiymətli  məhsulları  ilə

Naxçıvanın  mühüm  ticarət  şəhəri  olmuşdur.  XVIII  əsrin

• •


məşhur  türk  səyyahı  Olviya  Çələbi  Naxçıvan  torpağındala 

çox  qədim  şəhər olan  Qarabağların tarixindən,  abidələrindən, 

təbii  şəraitindən,  təsərrüfatından  bəhs  edərək  göstərir: 

Qarabağlar şəhəri  50  min  nəfər əhalisi,  10 minə qədər evi,  40- 

a  qədər  minarəsi,  70  məscidi,  karvansaraları,  bazarları, 

hamamları,  meyvə  bağları,  üzümlükləri,  yaxşı  havası  və  suyu 

olan  bol  nemətli  bir  yaşayış  məntəqəsidir  (13,  s.118). 

Fikrimizcə  çoxlu  karvansara  və  bazara  malik  olması  şəhərin 

orta  əsr  ticarətində  əhəmiyyətli  rol  oynadığını  sübut  edən 

mühüm  faktdır.  Qarabağlar  şəhəri  Ordubad-Naxçıvan- 

Sədərək  ticarət  yolu  üzərində  salınmış  mühüm  ticarət, 

sənətkarlıq  və  mədəniyyət  şəhəri  olmuşdur.  Şəhər  haqqında 

Tavernye  yazır:  Karvan  Arpa  çayından  keçir.  Bu  çay  Araz 

çayına  tökülür.  Bir  liv  uzaqlaşıb,  cənubda yerləşən  körpüdən 

keçmək  lazımdır.  Oradan  Fəkəııd  qalasına  doğru  gedib 

gecələyirlər.  Birinci  gün  həmin  düzənlikdən  keçdikdən  sonra 

Qarabağlar  adlı  bir  karvansaraya  çatırlar.  1664-cü  il  son 

səfərimdə  həmin  Qarabağlar  karvansarası  yenicə  tikilib 

istifadəyə  verilmişdir.  Karvansaradan  Naxçıvana  bir  günlük 

yolundan da az məsafə var idi (12, s.8).

Göründüyü  kimi  Böyük  İpək  Yolunun  düyün 

nöqtəsində  yerləşən  Naxçıvan  ərazisi  hər  zaman  diqqət 

mərkəzində  olmuş  və  dünyanın  bir  çox  ölkələri,  o  cümlədən 

uzaq Qərb dövlətləri ilə geniş əlaqələr qurmuşdur.

132



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə