Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə39/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   35   36   37   38   39   40   41   42   ...   205

hüquqsuz  vəziyyəti  barədə  fikirlər  söyləmişdi  (10).  Noyabrın 

6-da  isə  N.Nərimanov  qaragüruhçular  tərəfindən  qətlə 

yetirilmiş mitinqçilərin matəm  mərasimini təşkil etmişdi.

ф

ilin  sonunda  inqilabi  hərəkatın  zəifləməsindən  istifadə 

edən  çar  hökuməti  tələbə  hərəkatının  daha  güclü  olduğu  ali 

məktəblərdə  dərsləri  müvəqqəti  dayandırmaq  qərarına  gəldi. 

Hökumət  20  dekabr  1905-ci  il  tarixli  qərarı  ilə  Kiyev 

Politexnik  İnstitutu  istisna  edilməklə,  bütün  ali  məktəblərdə 

1906-cı  ilin  sentyabrına  qsdər  məşğələlər  dayandırıldı. 

Bundan  sonra  azərbaycanlı  tələbələr  vətənə  qayıdaraq 

Azərbaycanda  davam  edən  siyasi  mübarizəyə  qoşuldular. 

Onlar  Bakıda  tələbə-müsəlmanlar  arasında  iş  aparır,  qəzet 

səhifələrində  çıxış  edir,  müxtəlif xeyriyyə  tədbirlərində,  kasıb 

tələbələrə 

yardım 

göstərilməsində, 



qarşılıqlı 

yardım 


kassalarının  yaradılmasında  kitabxanaların  təşkilində  iştirak 

edirdilər. 

M. B. Axundov, 

M.Əzizbəyov, 

H.Terequlov,

C.İsmayılov,  N.Nərimanov  və  b.  bu  işlərdə  daha  fəal  idilər.

N.Nərimanov  «Nadanlıq».  «Nadir  şah»  əsərlərini  tamaşaya 

qoymuş  və pulu ehtiyacı  olan tələbələrə kömək  üçün vermişdi



(U).

Lakin  artıq  qeyd  edildiyi  kimi,  tələbə  hərəkatı  sosial- 

demokrat  partiyasının  təsiri  altında  idi.  Azərbaycanın  tələbə 

gənclərindən  bir  çoxu  bu  firqəyə  daxil  idilər.  Əgər  Rusiyada 

ali təhsil almış yaşlı nəslin  nümayəndələri, mülkədar sinfindən 

çıxmış  ziyalılar  (Ə.Topçubaşov,  İ.Ziyadxanov,  F.X.Xoyski, 

X.B.Xasməmmədov  və  b.) 

rus  liberalizmini 

müdafiə 

edirdilərsə,  gənc  nəsil  Rusiyanın  radikal  və  inqilabçı 

cərəyanlarına  təmayül  göstərirdi.  M.Ə.Rəsulzadə  qeyd  edirdi

sadiq  olmasa  da,  ən  münasib  müttəfiq  hesab  edirdilər.

118



Məmləkətimizi  istila  və  istismar  edən  Rusiyaya  qarşı 

bəslədikləri kin sayəsində onlar pozğunçuluq  hərəkətlərini,  bu 

işdə  daha  ifratçı  fırqələrin  taktikasını  təbii  ki,  daha  məqbul 

hesab edir və bu  taktikanı daha asanlıqla  qəbul  edirdilər (12).

1906-cı  ilin  sonlarında  universitetlərdə  məşğələlərin 

bərpa 


edilməsi, 

azərbaycanlıların 

öz 

oxuduqları 



ali 

məktəblərə  dönmələri  ilə  həmyerlilər  cəmiyyətinin  fəaliyyəti 

də canlanmağa başlayır.

Həmin  dövrdə Rusiya  universitetlərinə azərbaycanlıla­

rın  yeni  nümayəndələri  daxil  olur.  Bunlar  içərisində  Odessa 

Universitetinin  tələbəsi  H.Şahtaxtinski  (13),  Peterburq 

Universitetinin  hüquq  fakültəsinin  tələbəsi  Camal  bəy 

Hacmski  (Azərbaycan  parlamentinin  üzvü  Mehdi  bəy 

Hacmskinin  qardaşı,  Qubalı  imzası  ilə  tanınmış  publisist), 

Moskva  Universitetinin  tələbələri  Zeynal  bəy  Səlimxanov, 

Məmməd  Yusif  Cəfərov,  Əkbər  bəy  Kazımbəyov,  Kazan 

Universitetinin  tələbələri  Əliabbas  Qədimov,  Mirhidayət 

Seyidzadə,  Xarkov  Universitetinin  tələbələri  Hüseyn  Vəliyev 

(milyonçü  Aşurbəyov  təqaüdçüsü),  ilyas  Cəfərov  (Bakı 

Dumasının  təqaüdçüsü) və başqaları var idi.

C.Hacmski  ali  təhsil  aldığı  illərdə  həmyerlilər  cəmiy­

yətinin  işində  yaxından  iştirak  edir,  mədəni-maarif  işlərinə 

baxırdı.  O,  həmçinin  Bakıda  çıxan  qəzetlərə  müxtəlif 

mövzularda  materiallar  göndərirdi.  Azərbaycanlı  tələbələr 

arasında  öz fəallığı  ilə seçilən gənclərdən  biri  də  M.Y.Cəfərov 

idi.  O,  Moskvada  təhsil  almış  tələbələrlə  birlikdə  Azərbaycan 

etnoqrafik  və  konsert  gecələri  təşkil  etmiş,  yığılan  pulları 

imkansız  tələbələrin  ehtiyacları  üçün  sərf edirdi.  1912-ci  ildə 

hüquq  fakültəsini  bitirərək  N:igahın  şəriət  üzrə  pozulması 

haqqında  dissertasiya  müdafiə  etmişdir.  Kazanda  təhsil  alan

119



azərbaycanlılar  da  inqilabi  hərəkatda  iştirak  etmişdilər. 

Onlardan  biri  H.Vəzirov  həbs  edilmiş,  yalnız  milyonçu 

M.Muxtarovun  sayəsində  universitetdən  xaric  olunmamışdı. 

Kazan  həmyerliləri  cəmiyyəti  İranda  inqilabi  hərəkata  pul 

vəsaiti  və silahların  ötürülməsində yardım  göstərirdilər.  İranlı 

inqilabçılara  ədəbiyyat  və  silahla  yardım  göstərilməsində 

Peterburqda oxuyan azərbaycanlılar da iştirak edirdilər (14).

Azərbaycanlı  tələbələr  əvvəllər  olduğu  kimi,  yenə  də 

inqilabi  hərəkatda  iştirak  etməkdə  davam  edirdilər.  1907-ci 

ilin  fevral-mart  aylarında  Moskva  Universitetində  təşkil 

edilmiş  mitinqlərdə  M.Y.Cəfərov,  M.Saracalınski,  Z.Səlim- 

bəyov,  Peterburqda  martın  8-də  olmuş  tələbə  yığıncağında,

C.Hacınski, A.Əmiııov,  M.Haşımov iştirak etmişdilər.

Lakin  çarizmin  inqilabi  hərəkatına  qarşı  repressiv 

hərəkətləri  öz  təsirini  tələbə  hərəkatında  da  göstərməyə 

başlamışdı.  Tələbələrin  kütləvi  həbsləri,  institutlardan  xaric 

edilmələri  şəraitində  bu  hərəkat  əvvəlki  intensivliyini 

itirməkdə  idi.  Düzdür,  bu  hərəkatın  müəyyən  uğurları  da 

olmuşdur.  Belə  ki,  hökumət  orta  məktəbləri  qurtaranların 

hamısını  ali  məktəblərə  daxil  olmaq  hüququnu  tanımış, 

institut  inspektorları  vəzifəsi  ləğv  edilmiş,  qadınların  təhsil 

almaq  imkanları  artmışdı.  Lakin  tezliklə  hökumət universitet 

ilə  bağlı  qəbul  etdiyi  qərarlara  yenidən  baxaraq,  ali 

məktəblərin  muxtariyyətini ləğv etmişdi.  1907-ci  il  iyunun  11- 

də  Stolıpinin  qəbul  etdiyi  «tələbə  təşkilatları  və  ali 

məktəblərdə  yığıncaqların  təşkili  haqqında»  qaydalara  görə 

bütün  inqilabi-demokratik  və  həmyerlilər  təşkilatlarının 

universitetlərdə fəaliyyəti qadağan edilirdi.  İki gün sonra isə -  

13  iyunda  qəbul  edilmiş  tələbə  yataqxanaları  haqqında  yeni

120



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə