Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə38/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   34   35   36   37   38   39   40   41   ...   205

universitetin  tibb  fakültəsində  oxuyan  Nəriman  Nərimanov, 

Xosrov  bəy  Sultanov  və  Şahmalıyev  qardaşları  onun  üzvləri 

idilər.  N .Nərimanov  Qafqaz  Həmyerlilər  Cəmiyyətinin  sədri 

olmuşdur.  Eyni  zamanda  qrup  nümayəndələri  şurasının  üzvü 

olan  N .Nərimanova  polisdə  açılmış  dosyedə  deyilirdi  ki,  o, 

tibb  fakültəsinin  böyük  auditoriyasında  keçirilmiş  tələbə 

yığıncağında 

iştirak 


etmiş, 

üzərinə 


sədr 

funksiyasını 

götürmüş,  qadağan  edilmiş  student  qəzetinin  oxunmasında 

rolu olmuşdur (7).

%

Odessada  oxuyan  tələbələr  oxuduqları  ali  məktəblərin 



mədəni  həyatında  yaxından  iştirak  etməklə  yanaşı,  Azərbay­

canla  da daim  əlaqə saxlayır,  burada baş verən  siyasi,  mədəni 

hadisələrlə  maraqlanırdılar.  N.Nərimanovun  F.Köçərliyə 

məktubundan  bəlli  olur  ki,  tələbələr onun  kitablarını  oxumuş 

və onda  olan  yeni  materialların  və ana  dilində  olan  kitabların 

onlara  göndərilməsini  xahiş  edirdi  (8).  N .Nərimanov  ehtiyacı 

olan  tələbələri kitabla  təmin etmək  üçün  «Nadir şah»  dramını 

tamaşaya qoymaq Fikrinə də düşmüşdü (9).

Bir  qədər  sonra  ali  təhsil  almaq  üçün  Odessaya  gedən 

Həmid  bəy  Şahtaxtinski  də  universitetin  hüquq  fakültəsində 

oxuduğu 

müddətdə 

tələbə 

həmyerlilər 



təşkilatının 

rəhbərlərindən  biri  olur.  1907-1912-ci  illərdən  tələbəlik  həyatı 

onun  siyasi  dünyagörüşünün  formalaşmasında  mühüm  rol 

oynamış,  sonralar  o,  Azərbaycan  Cümhuriyyətinin  ən  parlaq 

simalarından biri olmuşdur.

XX  əsrin  əvvəllərində  Rusiyanın  şəhərləri  arasında 

Kazan  xüsusi  yer  tuturdu.  Həmin  dövrdə  azərbaycanlı 

tələbələr  Tahir  bəy  Qazıyev,  Rəhim  bəy  Tahirov  Kazan 

Universitetinin  tibb  fakültəsində  oxuyarkən  tələbə  hərəkatına 

qoşulmuş,  Qafqaz  həmyerlilər  təşkilatının  üzvü  olmuşlar.

115



1906-cı  ildə  ailə  vəziyyəti  ilə  əlaqədar  Odessa  Universitetinə 

dəyişilən  R.Tahirov  orada  da  ən  fəal  azərbaycanlı  tələbələr­

dən  olmuşdu.  Həmin  illərdə  Movska  Universitetində  təhsil 

alan  azərbaycanlı  tələbələr  də  şəhərdə  baş  verən  inqilabi 

hadisələrdə,  tələbə  hərəkatında  iştirak  etmiş,  həmyerlilər 

cəmiyyətinin 

fəalları 

olmuşdular. 

İnqilabi 

ideyaların 

mərkəzinə  çevrilmiş  Moskva  həyatı  onların  siyasi  cəhətdən 

formalaşmasında 

mühüm 

rol 


oynamışdır. 

Moskva 


Universitetinin  hüquq  fakültəsində  təhsil  almış  İsmayılxan 

Ziyadxanovun,  Fətəli  Xan  Xoyskinin,  Həsən  bəy  Ağayevin 

ənənələrini  davam  etdirən  yeni  nəslin  nümayəndələri

M.Saracalınski,  D.Sultanov,  I.Əliyev,  Ə.Şahsuvarov  ilk  siyasi 

mübarizə 

təcrübələrini 

məhz 

burada 


almış, 

tələbə 


yığıncaqlarında, küçə nümayişlərində iştirak etmişdilər.

1905-ci  ilin  əvvəllərindən  Rusiyanın  qabaqcıl  təhsil 

ocaqlarını  tətillər  dalğası  bürüdü.  Tələbə  hərəkatı  bu  zaman 

açıq  antihökumət  xarakteri  almış,  mütəşəkkilliyi,  vahid 

mərkəzdən  idarə  olunması  ilə  səciyyələnirdi.  Azərbaycanlı 

tələbələrin əksəriyyəti bu  hərəkatda fəal iştirak edirdilər.

Tələbə  hərəkatının  genişlənməsi  Rusiya  hakimiyyətini 

bəzi  güzəştli  addımlar  atmağa  məcbur  etdi.  1905-ci  il 

avqustun  6-da  Dövlət  Dumasının  çağırılması  haqqında  çar 

reskripli  imzaladıqdan  bir  müddət  sonra  27  avqustda  ali 

təhsil  müəssisələrinin  idarə  edilməsinin  müvəqqəti  qaydaları 

haqqında fərman imzalandı.

Həmin  fərmanla hökumət ali  məktəblərin hüquqlarını, 

muxtariyyət  statusunu  genişləndirməyə  razılıq  vermiş,  ali 

məktəb  rektorları professor şurası tərəfindən  seçilməli  idi.

Lakin  bu  tədbirlər  də  tələbələrin  siyasi  hərəkatda 

iştirakının qabağını ala bilmədi.

116



1905-ci  il  sentyabrın  3-də  Vıborqda 

13  tələbə 

kollektivinin  iştirakı  ilə  IV  tələbə  qurultayı  oldu.  Qurultayın 

işində  Ə.Əminov,  M.Saracalmski  və  R.Tahirov  da  iştirak 

etdilər. Tələbə yığıncaqları  bütün şəhərləri  bürüdü.

Sentyabrın  7-də  Moskva  Unitversitetində  4  min 

tələbənin  iştirakı  ilə  keçirilən  yığıncaqda  israfil  Əmirov, 

Ələkbər  Şahsuvarov,  Məlik  bəy  Sultanov,  M.Saracalmski  də 

iştirak  etdilər,  sentyabrın  13-də  Peterburq  Universitetində 

keçirilmiş 

yığıncaqda 

isə 


M.Hacıqasımov, 

A.Əminov, 

Mustafa  Haşımov,  Ə.Kərimov  və  b.  azərbaycanlı  tələbələr 

fəallıq göstərmişdilər.

Qeyd  edək  ki,  tələbə  yığıncaq  və  nümayişlərində  ali 

məktəb  həyatının  məsələləri,  o  cümlədən  qəbulda  sosial 

məhdudiyyətlərin  götürülməsi,  ali  məktəblərin  idarə  edilmə­

sinin  demokratikləşdirilməsi,  tələbələr  üçün  məcburi  ümumi 

geyim  formasının  aradan  götürülməsi,  institut  inspektor- 

larmın  ləğvi,  universitetlərdə  «açıq  qapılar»  prinsipinin 

tətbiqi  -   milli,  dini,  cinsi,  yaş  və  s.  amillərə  görə 

məhdudiyyətlərin  ləğvi və orta məktəbləri -  realm  məktəbləri, 

müəllim  seminariyaları,  xalq  məktəblərini  qurtaranların 

hamısına ali məktəblərə daxil olmaq imkanının verilməsi və s. 

məsələlər də müzakirə edilirdi.

1905-ci  ilin  sonunda  tələbə  yığıncaqları  açıq  siyasi 

xarakter  daşıyan  geniş  xalq  hərəkatına  çevrildi.  Moskva, 

Xarkov,  Kazan,  Odessa  şəhərlərində  tələbələr  inqilabi 

hadisələrin  əsas  iştirakçılarına  çevrilmişdilər.  Oktyabrın  16- 

da  Odessada  N .Nərimanov,  N .Yusifbəyli, 

Şahmalıyev 

qardaşları,  O.Ivriqinski  fəhlələrin  mitinqində,  barrikada 

döyüşlərində  iştirak  etmişdilər.  N .Nərimanov  isə  rus  inqilabı 

haqqında  referatla  çıxış  etmiş,  Rusiya  müsəlman  xalqlarının

117



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə