Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə34/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   30   31   32   33   34   35   36   37   ...   205

fəaliyyətinə  nəzər  salmaq  zəruridir.  Çünki,  onun  siyasi- 

publisist  məqalələri  Şərq  xalqlarının  azadlıq  mübarizəsi  ilə 

müəyyən qədər səsləşir. Yaxın  Şərqdə inqilabi-azadlıq  fikir və 

ideyalarının  müdafiəçisi  olan  B.Şaxtaxtinski  siyasi-publisist 

fəaliyyətində  olduğu  kimi,  inqilabı  fəaliyyətində  də  həmin 

ideyalara  sadiq  qalmışdır.  Onun  ’’Yaxın  Şərqdə  baş  verən 

hadisələrin  vəziyyətinə  dair”4  adlı  məqaləsində  də  bu  məsələ 

realistcəsinə işıqlandırılmışdır.

Behbud  Şaxtaxtinski  publisist  yazılarında  rus  burjua

şovinistlərini də  kəskin  tənqid  atəşinə tutmuş,  Azərbaycan  də

daxil  olmaqla  bütün  müsəlman  Şərqinə  qarşı  yönəlmiş  iftira

və  böhtanları  ifşa  edərək  özünün  ’’Poxod  protiv musulman” 5

məqaləsində  çarizmin  lokeylərinə  şovinistlərə  tövaiyə  edirdi

ki,  ruslaşdırma  siyasətinin  təbliğinə  deyil,  böyük  rus  xalqı  ilə

dünya  xalqlarının,  o  cümlədən  müsəlman  Şərqi  xalqlarının

• •


əbədi 

dostluğuna 

çalışmaq 

lazımdır.  Ümumiyyətlə,

B.Şaxtaxtinskinin  bu  səpgidə  yazılmış  siyasi  publisist 

məqalələri  ’’Zakavkazye”  qəzetinin  məfkurəvi  istiqamətinə 

daha çox uyğun olub, böyük təsirə malik  idi.

B.Şaxtaxtinskinin  ’’Müsəlman  Maarifçilik  Cəmsiyyə-

i

ti”nin  I.B.Aşurbəyovun  redaktorluğu  ilə  nəşr  etdirdiyi  ’’Ni­



cat”  qəzetinin  1910-1911 -ci  il  tarixli  saylarındakı  məqalələri 

həmin dövrün  ictimai-siyasi mühitinin  öyrənilməsi  üçün  daha 

çox əhəmiyyətlidir.  Xüsusilə,  onun  ’’Gənc türklərin siyasətinə 

dair”6,  ”Qan  intiqamı”7,  ’’Panislamizm”8  kimi  məqalə­

lərindən  aydın  olur  ki,  XX  əsrin  əvvəllərində  Azərbaycanda 

ictimai-siyasi  şərait  mühüm  proseslər  və  hadisələrlə  zəngin 

olmuş,  burada  bir  sıra  cərəyan  və  hərəkatların  yaranması 

gərgin  ideya  məfkurə  mübarizəsi  dövrünü  yaşamış,  çoxlu 

ziddiyyətlər və problemlər baş vermişdir.

B.Şaxtaxtinski  ’’Azərbaycan”  (rus  dilində)  qəzetində 

çap  etdirdiyi  ’’Otkliki  cizni”()  məqaləsində  təhsil,  elm  və 

mədəniyyətin  millətin  və  xalqın  ən  çətin  dövrlərində  nə  qədər 

vacib  olduğunu  qeyd  edərək  yazmışdır  ki,  ’’müharibə  sübut 

etdi  ki,  (birinci  dünya  müharibəsi  nəzərdə  tutulur)  xalqların 

mübarizəsində  qələbə  o  xalqa  məxsusdur  ki,  daha  yüksək

103



mədəniyyətə,  sivilizasiyaya  və  elmi  qüvvələrə  malikdir  və 

bunlar  bir  xalqın  başqa  xalqlara  qarşı  nəinki  qələbə  rəhnidir 

və eləcə də bu xalqın  həqiqi xoşbəxtlik rəmzidir” .

B.Şaxtaxtinski  həmin  məqalənin  sonunda  yazır:

• 



’’Özünəməxsus  mədəniyyəti  olmayan  millət  müstəqil  ola 



bilməz” .

B.Şaxtaxtinskinin  mahir  diplomat  olması  həmin 

dövrdə  Rusiyanın  Şərqdə  yeritdiyi  siyasətin  mahiyyəti  ilə 

bərabər,  Şərqin  ümumi  vəziyyəti  və gələcəyi  haqqında  da  ona 

mülahizə  və  fikir  yürütməyə  imkan  vermişdir.  Bu  mənada 

onun  ’’Kommunist”  (rus  dilində)  qəzetində  çap  olunan 

’’Sovetskaə  politika  na  Vostoke” 10  və  ”I<  rnomentu” 11 

məqalələri  təqdirəlayiqdir.  Hər  iki  məqalədə  B.Şaxtaxtinski 

belə  nəticəyə  gəlmişdir  ki,  ’’Şərqdə  milli  inqilaba  əhəmiyyət 

verməmək  hücum  edən  düşmənin  əlinə  öz  silahını  təhvil 

verməyə  bərabərdir.  Şərqin  milli  inqilabı  demokratik 

inqilabla  sıx  bağlıdır.  Xaricilər  tərəfindən  zorakılıq  və 

istismarçılıq  ləğv  ediləndən  sonra,  orada  iti  sürətlə  yaranan 

demokratik  çevrilişin  qaçılmazlığı  gələcəkdə  şərq  gerçəkliyi 

çərçivəsində siyasi işin aparılmasına imkan  verəcəkdir” .

Şərqdə 


tarixi 

hadisələrin 

sonrakı 

gedişi 


B.Şaxtaxtinskinin  nə  qədər  uzaqgörən  siyasətçi  olduğunu 

sübut etdi.

Məqalələrdən 

aydın 


olur 

ki, 


B.Şaxtaxtinskinin 

publisistik  fəaliyyəti  geniş  olub  və  bu  məqalələr  daha  çox 

həmin  dövrün siyasi  problemlərinin təhlilinə və çıxış yollarına 

yönəldilmişdi.  Belə  şəxsiyyətlərin  dövlət,  millət  və  xalq 

qarşısında xidmətləri danılmazdır.

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 

demişdir:  ’’Bəli,  o  vaxt  o  insanlar  çox  milli  qürurlu  olublar. 

İndi  bəziləri  oıılarm  hamısının  kommunist,  bolşevik  kimi, 

necə  deyərlər,  üzərindən  qara  xətt çəkirlər.  Bu  ədalətsizlikdir. 

Mən  bıına  həmişə  etiraz  etmişəm,  bu  gün  də  etiraz  edirəm. 

Hansı  partiyaya,  hansı  siyasi  qüvvəyə  mənsubluğundan  asılı 

olmayaraq  kim  Azərbaycanın  milli  mənafeyinin  keşiyində 

durubsa,  ona  xidmət  göstəribsə,  o  insanlar  bizim  tariximizdə

104



həmişə  hörmətlə  yada  salınmalıdırlar  və  tariximizə  daxil 

olmalıdırlar” 12



Ədəbiyyat

1.  Azərbaycanda  sovet  hakimiyyəti  uğrunda  fəal  mübarizlər, 

Azərbaycan Dövlət Nəşriyyatı.  Bakı,  1958, s. 158-159.

2.  Azərbaycan  Respublikası  MPİH  MDA,  Г.  12,  siy.  3.  iş  7410, 

s..l 5.

3.  Qədimov  Ə.  ’’Zakavkazye”  qəzetində  Azərbaycan  ədəbiyyatı 



məsələləri  (1906-1914).  Namizıədlik  dissertasiyası.  Bakı,  1982, 

s.48-52.


4.  ’’Zakavkazye”  1 may,  1908, №97.

5.  ’’Zakavkazye”  17 aprel,  1908, №85

6.  ’’Nicat”.  11  dekabr,  1910,  №4

7.  ’’Nicat”.  19 fevral,  1911, №14

8.  ’’Nicat” 21 may,  1911, №>28

9.  ’’Azərbaydjan”.  18 oktyabr,  1918, №23

10.  ’’Kommunist”.  12 aprel,  1921, №83

11.  ’’Kommunist” 20 aprel,  1921, №90

12.  ’’Azərbaycan” qəzeti.  11  fevral  1999, №32

Z Ə H M Ə T  ŞA H  VERDİ YE V, 

İSM A YIL Z E Y N A L O V  

Naxçıvan Dövlət  Universiteti

NAXÇIVANDA MƏİŞƏT MƏDƏNİYYƏTİ VƏ  ONUN

TƏKMİLLƏŞMƏSİ

Mədəniyyət  dedikdə,  insanın  çox  əsrlik  inkişafı 

prosesində  qazandığı  əmək  fəaliyyəti,  ictimai  və  mənəvi 

fəaliyyət kimi başa düşülür.

Mədəniyyət  və  məişət  məsələsi,  ictimai  həyatın  ən 

vacib  və  mürəkkəb  məsələlərindən  biridir.  Məişət  və 

mədəniyyət  bir-birindən  ayrılmazdır,  çünki  məişəti  əlverişli 

şəkildə  qurmadan  mədəniyyəti  inkişaf  etdirmək  mümkün 

deyildir.

105



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə