Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə30/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   26   27   28   29   30   31   32   33   ...   205

məşğul  olduğu  müalicə  üsulu.  Bu  daha  çox  peşəkarlıq  və 

müəyyən  təcrübə  tələb  edirdi.  Müalicənin  ümumi  üsullarını 

bilməyənlər  (gənc  nəsi)  yaşlılardan 

soruşaraq 

öyrənir, 

beləcə  müalicə  üsulu  nəsidən-  ııəslə  ötürülərək  yaşadılırdı. 

Lakin  ayrı-  ayrı  sahələr  üzrə  müalicə aparmaq  nəsli  xarakter 

daşıyırdı.  Yəni  müalicə  üsulu  sir  kimi 

qorunub  saxlanır, 

atadan-  oğula,  anadan-  qıza 

öyrədilirdi.  Peşəkar  ara 

hakimliyi  də  bir  neçə  yerə  ayrılır:  1.  Mama,  türkü  mama. 

Bunlar  güclü  təcrübəyə  malik  olan  sonsuzluğu,  qadın  və 

uşaq  xəstəliklərini  müalicə  edən,  doğuma  köməklik  göstərən 

qadınlar  idi.  Mamalar  da  peşəkarlığına  görə  2  yerə 

ayrılırdı:

1.  Doğuma 

köməklik 

göstərən 

və  müəyyən 

yüngül 

xəstəlikləri  müalicə  edənlər.



2.  Müalicə  ilə 

məşğul 


olanlar,  xüsusi 

dərmanlar 

hazırlamağı 

bacaranlar.  2.Çöpçülük,  daha  çox 

kiçik 

uşaqların  burnunda  qalan  müxtəlif  qida  qalıntılarının,  yad 



cismlərin  üfürülərək  çıxarılması.  3. 

Sınıqçılıq,  müxtəlif 

formalı  sınıqları,  çıxıq  və  əzikləri  müalicə  edənlər.

4.  Dəlləklik-  Cərrahlıq,  arxeoloji  materiallara 

və  yazılı 

məlumatlara  əsaslanaraq  demək  olar  ki,  cərrahlıq  çox  qədim 

tarixə  malikdir.  Xalq  arasında  ümumi  adla-  dəllək,  tanınan 

belə  adamlar  yüngül  əməliyyatlar  aparmış,  yaraları  müalicə 

etmişlər.  Bəzən  belə  düşünülür  ki,  dəlləklik  ancaq  kişi  sənəti 

olmuşdur.  Lakin  müalicə  mənasında  dəlləklik  yəni  cərrahlıq 

qadınlara  da  aiddir.  Məs:  «Dəllək  Fatma,  dəllək  Lala  və  s.» 

Xalq  arasında dəllək ifadəsi  çoxbilmiş mənasında da  işlədilir. 

Xalq  müalicəsi  böyük  təcrübəyə  əsaslanırdı.  İndi  də  biri 

xəstələnəndə  yaşlılara  müraciət  edərək  deyirlər:  «Siz  dünya 

görmüş  adamsınız,  bilərsiniz».  Bu  müalicə  üsulunun  yaran­

ması  insan  xəstəliklərinin  meydana çıxması  ilə  bağlı  olmuş- 

dur.  insan  xəstələndikdə  ona  çarə  axtarılmağa  başlanmış 

bəzən  təsadüf,  bəzən  isə  uzunmüddətli  təcrübələr  nəticəsində 

bitkinin  çiçəklərinin,  yarpaqlarının,  toxumlarının,  meyvələri­

nin  müalicəvi  xüsusiyyətlərini  tapmışlar.  İlin  isti  fəslində 

(yayda,  yazda)  bu  bitkilər  toplanır,  qurudulur  sonra  isə

91



istifadə 

edilirdi.  Əgər  bitki 

vaxtında  toplanmasa,  onun 

tərkibi  dəyişir  və  təsiri  azalırdı.  Bitkilərin 

saxlanması 

qaydasını da  bilmək  çox  vacibdir.

Dərman  bitkilərindən  istifadə  etmənin  müxtəlif

üsulları  vardır.  Məs:  dəmləmə,  yaranın  və  ya  ağrıyan  yerin

üstünə 

bağlama,  dağlama,  təpilmə, 



müəyyən 

qarışığın

hazırlanıb  yaraya  sürtülməsi,  qoturda və  səpmədə  dərman

bitkilərindən  hazırlanan  su  ilə  xəstənin  çimizdirilməsi  və s.

Hər  bir  insan 

qəbul  etdiyi  qidanın  fayda  və  zərərlərini

bilməlidir.  Təbii  vasitələlərlə  müalicə  aparılarkən  xəstəliyin

əlamətləri  dəqiq  müəyyən  edilir,  sonra  ona  uyğun  dərman

hazırlanırdı.  Müalicə həkim  tərəfindən və ya  onun  məsləhəti

və  nəzarəti 

altında 

aparılırdı.  Belə  olduqda  müalicənin

nəticəsi  daha  səmərəli  olurdu.  Dərmanın  hazırlanması  üçün

lazım  olan  bitkiləri  onu  tanıyan,  bilən  adam  toplayır  və

xüsusi  yerlərdə  saxlayırdı.  Bu  müalicə  vasitəsi  ilə  bir  sıra

xəstəliklərdən  qurtarmaq  mümkündür.  Dərman  bitkilərindən

hansının  faydalı  olub  olmamasını 

müəyyən  ləşdirmək  o

qədər  də  asan  olmamışdır.  Bu  proses  uzun  zaman  davam

etmiş,  əldə  edilmiş  təcrübə  xalq  yaddaşında  günümüzədək

qorunub  saxlanmışdır.  Hər şeydən  öncə  bitkinin  təsir  vasitəsi

öyrənilirdi.  Bitki vardı kökü, çiçəyi, yarpaqları  ayrı- ayrılıqda

•  •

işlədilirdi.  Bir  deyimə  diqqət  yetirək:  «Oldürgənə  dəymək 



qandır,  külü  qotura  dərmandır».  Bu  ifadə  türkəçarəçilərin 

bitkilərə  ümumiyyətlə, 

istafadə  etdikləri 

dərmana  nə 

dərəcədə  dərindən  bələd  olduqlarını  göstərir.  Xalq  təbabəti 

sayəsindəki  təcrübəyə  əsaslanaraq  hər  hansı  bir  xəstəlikdə 

nədən və necə istifadə  etməyi  öyrənmək olar.

Xalq  təbabətində  ana  südünün  bir  sıra  xəstəliklərə 

dərman  olduğu 

göstərilir. 

«Kitabi  Dədə 

Qorqud» 


dastanında  Dirsə  xan  oğlu  Buğac  bəy  boyunda  ana  südünün 

məlhəm  olduğu  qeyd  edilmişdir.  Buğac  yaralandıqda  boz 

atlı  Xızır  (ə.s)  onun  yarasım  üç  kərə  sığallayıb:  «Sana  bu 

yaradan,  qorxma,  oğlan,  ölüm  yoxdur.  Tağ  çiçəgi  anan 

südüilə  sənin  yarana  məlhəmdir»2  dedi.  Buradan  ana  südü 

ilə  Buğacın  yarasının  sağaldığı,  həm  də  ana  südünün  bəzi

92



xəstəliklərdə  dərman  kimi  istifadə  edildiyi  aydın  olur.  Ana 

südündən  qulaq,  göz  ağrılarında  da  geniş  şəkildə  istifadə 

olunur.  Ana  südü  yeni  doğulan  uşaqlar  üçün  də  çox  vacib 

qidadır.  «Qurani-  Kərim»də  buyurulur:...  Uşaqlarınızı  iki 

yaşma  qədər  ana südü  ilə böyüdün 3.

Yuxarıdakılara  yekun  vuraraq 

demək  olar  ki, 

türkəçarə  müalicə  üsulu  etnosun  soyadı  ilə  bağlı  olmaqla 

çox  qədim  tarixə  malikdir.  Türkəçarə  müalicəsi  ilə  bağlı 

başlıca 


vəzifələrdən 

biri 


onun 

təcili 


toplanıb 

sistemləşdirilməsi  və  elmi  təbabətdə 

istifadə 

edilməsidir. 

Unutmaq  olmaz ki,  həmin  müalicə  üsulunun  bilicilərinin  sayı 

gündən- günə azalmaqdadır.



Ədəbiyyat

1.  H.Q.Qədirzadə:  Ailə  və  məişətlə  bağlı  adətlər  inamlar, 

etnogenelik  əlaqələr Bakı, Elm, 2003, s. 262

2.  Kilabi-Dədə  Qorqud  Bakı, Yazıçı,  1988,  s.39

3.  Qurani- Kərim.  Bəqərə surəsi, ayə 233

•  


4.  Erzurum. 1 u ibrahim  Hakкı  Marifctname  istanbul,  1997



A R İF   ƏSƏDOV

А МЕЛ  Naxçıvan  Bölməsi  Tarix,



Etnoqrafiya və  Arxeologiya institutu



NAXÇIVAN  MR  ƏRAZİSİNDƏKİ  MADDİ- 

MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN ÖYRƏNİLMƏSİ

TARİXİNDƏN

Muxtar  Respublikanın  əlverişli  coğrafi  mövqeyi, 

burda olan  təbii  mağaralar, zəngin  bitgi  örtüyü,  su  ehtiyatları 

ilk  insanların  məskunlaşmasına  şərait yaratmışdır.  Arxeoloji 

qazıntılar  zamanı  maddi-mədənivyət  abidələrindən  tapılan 

zəngin  materiallar  ulu  əcdadlarımızın  Paleolit  dövründən  bu 

ərazidə yaşadığını sübut edir (l, s.  6).

XVII-XIX  əsrlərdə  Naxçıvanda  olan  xarici  səyyahlar 

bu  ərazidə  tarixi  abidələrin  olduğunu  xatırlamışlar.  Qədim

93



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə