Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə27/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   23   24   25   26   27   28   29   30   ...   205

növ  torpaq  məhsullarını  ödəyiblər.  Buğda  294  xalvar  641 

batman  (1  xalvar  300  kq,  1  batman  160  kq-dır),  arpa  147 

xalvar  31,8  batman,  darı  29  xalvar  491  batman,  çəltik  18 

xalvar  15  batman,  pambıq  7  xalvar  18  batman  və  xırda 

istehsaldan isə 61  manat 79 qəpik ödəyiblər».

Kənd  təsərrüfatı  ilə  bərabər  sənayenin  də  inkişaf 

etdirilməsinə  xüsusi  əhəmiyyət  verən  Kəngərlilər  o  dövr 

Naxçıvan  qəzasında  ayrı-ayrı  istehsal  sahələrini  yaratmış  və 

onlara  başçılıq  etmişdilər.  Naxçıvan  qəzasında  1866-cı  ilədək 

mövcud  olan  fərdi  zavodların  siyahısına  aid  sənəddən  aydın 

olur  ki,  həmin  dövrədək  fəaliyyət  göstərən  5  fərdi  zavoddan 

4-nü  məhz,  Kəngərlilər  təsis  etmişdilər.  Sənəddə  göstərilir: 

«1839-cu  ildə  Lütfəli  Sultan  oğlu  Novruz  ağanın  Naxçıvan 

qəzasında təsis etdiyi dulusçuluq zavodu il boyunca gil  qablar 

istehsalı  ilə  məşğul  olur.  Həmin  mallar  şəhərdə  və  qəzalarda 

satılaraq  600  manatdan  çox  gəlir  əldə  edilirdi.  Həmçinin, 

sənəddə  İsmayıl  xan  və  Kalbalı  xan  Kəngərlilər  tərəfindən 

yaradılmış  zavodlar  haqqında  da  məlumat  verilir.  Sənəddə 

bildirilir:  «1846-cı  ildə  Qvardiya polkovnikləri  İsmayıl  xan  və 

Kalbalı  xan  Kəngərlilər  tərəfindən  təsis  edilmiş  gön-dəri 

zavodu  il  boyunca  2350  manat  gümüş  pul  dəyərində  məhsul 

buraxır.  Həmin  istehsal  olunmuş  məhsullar  isə  qəzanın 

təminatını tam ödəyirdi».

XIX 


əsrin  II  yarısından  sonra  Naxçıvan  qəzasında 

aparılan  tikinti  və  quruculuq  işlərində  tikinti  materiallarına 

olan  tələbatın  ödənilməsi  üçün  Məşədi  Həsənağa  Nəcəf oğlu 

tərəfindən  təsis  olunmuş  kərpic  zavodu  mühüm  rol 

oynamışdır.  Belə  ki,  göstərilən  sənəddə  qeyd  olunur:  «1865-ci 

ildə  Məşədi  Nəcəf  oğlu  tərəfindən  təsis  olunmuş  kərpic 

zavodu ildə  130  tona qədər kərpic istehsal edirdi ki,  bu da 900 

manat  gümüş  pul  dəyərində  gəlir  götürülməsinə  imkan 

verirdi».  Xanlıqlar dövründə fəaliyyət göstərən  5 zavoddan 2- 

ni  isə Çar Rusiyasının bədnam siyasətinin nəticəsi olaraq  İran 

və  Türkiyədən  Naxçıvana  köçürülmüş  ermənilərə  icarəyə 

verilmişdir.  Gil  qablar  və  ona  müvafiq  qabların  istehsalı  ilə 

məşğul  olan  bu  zavodlardan  biri  Təzəkənddə  (indiki  Babək

82



rayonu  ərazisində),  digəri  isə Naxçıvanda  fəaliyyət göstərirdi. 

İllik  istehsal  gücü  121  tona  bərabər  olan  bu  zavodlarda 

ermənilər  çalışırdı.(9)  Bir  zamanlar  qapımızda  hambal  olan 

ermənilər  bu  gün  başımızda  ağa  olmaq  istərkən  dönüb 

keçmişlərinə  yaxşı-yaxşı  baxsınlar.  Naxçıvan  əhalisinin 

boğazından 

kəsib 

yer  üzündən 



qovulan 

ermənilərə

yedirdiyimiz azuqələrimiz gec-tez burunlarından  gələcək.

Beləliklə,  XVIII  əsrin  ortaları  XX  əsrin  əvvəlləri 

Kəngərlilərin  həm  siyasi-hərbi,  həm  də  mədəni-iqtisadi  nüfuz 

dairələrinin  genişləndiyi  və  möhkəmləndiyi  bir  dövrdür.  Bu 

gün  Kəngərlilər  haqqında  arxivlərdə,  fondlarda,-  ayrı-ayrı 

adamların  şəxsi  kitabxanalarında  kifayət  qədər  məlumatlar 

olması,  sənəd  və  fotoşəkillərin  mövcudluğu  faktına  rast 

gəlmək  mümkündür.  Lakin  bütün  sahələrdəki  fəaliyyətləri  ilə 

bərabər  Kəngərlilərin  doğma  diyarımızın  iqtisadi-mədəni 

həyatındakı  fəaliyyətləri  də  az  öyrənilmiş,  az  tədqiq 

olunmuşdur. 

Çox 


güman 

ki, 


gələcəkdə 

bu 


sahədə 

tədqiqatların  genişləndirilməsinə,  Kəngərlilərin  fəaliyyətləri 

haqqında  yeni  tarixi  faktların,  əsaslı  -məlumatların  ortaya 

çıxarılmasına diqqət artırılacaqdır.

Ədəbiyyat

1. Naxçıvan  MR  Dövlət Tarix Muzeyi, fond, sənəd:  NDTM- 27176

(v) - s- 4464 (v).

2.  Fond, sənəd: NDTM- 27108- s- 4366.

3. Fond, sənəd: «Təyin kağızı» NTM-  13242-s-  1069.

4.  Fond, sənəd: «Qəbalə»- NİM-  1385.

5.  Fond, sənəd: «Qəbalə»- NİM-  1386.

6.  Fond, sənəd: «Qəbalə»- NİM- 3.

7.  Fond, sənəd: «Qəbalə»- NİM-  1383.

8. Fond, sənəd: «Qəbalə»- NİM-  13232- 5-  1059.

9.  Fond, sənəd: «Vedomost»,  1866- NDTM-  27108- 9- 4396.



SARA  H A C IY E V  A 

A M  EA  Naxçıvan  Böhm si  Tarix, 

Etnoqrafiya və Arxeologiya İnstitutu

NAXÇIVANIN AÇIQ MUZEYİNDƏKİ QOÇ VƏ 

QOYUN HEYKƏLLƏRİ HAQQINDA

Azərbaycanın  xatirə  abidələri  sırasında  yer  alan, 

yüksək  bədii  sənətkarlıqla  işlənmiş  sənduqə,  qoç  və  qoyun 

heykəlləri  tariximizi  öyrənmək  üçün  olduqca  əhəmiyyətlidir. 

Daş  qoç  və  qoyun  heykəlləri  çox  qədim  tarixə  malikdir. 

Qəbirlərin  üzərinə  qoyun  və  qoç  fiqurlarının  qoyulması 

qədim  türk  tayfalarının  dəfn  adətləri  və  inamları  ilə  əlaqədar 

meydana  gəlmişdir. 

Sənətşünas  alim  Nəsir  Rzayev 

Azərbaycanda  yaranan  ilk  xatirə  abidələrinin  animizm 

ideyaları  ilə  (Ruhlara  inam)  bağlı  olduğunu  göstərmişdir. 

Belə  abidələr  əvvəlcə  qəbirüstü  insan  heykəlləri  şəklində 

ortaya  çıxmış,  sonra  bəzi  qəbilələrdə  bunlar  at  və  qoç 

fiqurları  ilə  əvəz  edilmişdir.  Bu  cür  qəbirüstü  fiqurlardan  isə 

birinci olaraq  oğuz tayfaları istifadə etmişlər.1

Daş  qoç  və  qoyun  heykəlləri  türkdilli  xalqlar  yaşayan 

bütün  ərazilərdə,  o  cümlədən  Xakasiyada,  Qazaxıstanda, 

Göytəpədə 

(Cənubi 

Azərbaycanda) 

və 

Diyarbəkirdə 



(Türkiyədə)  aşkar  olunmuşdur.  VIII  əsr  türk  xaqanı 

Gültəkinin  qəbri  üzərində  qazıntı  işləri  aparılarkən  buradan 

iki  mərmər  qoç  fiquru  aşkar  edilmişdir.  Buna  əsaslanaraq 

tədqiqatçılar  Azərbaycan  mədəniyyətinin  uzaq  keçmişdə 

Mərkəzi Asiya ilə sıx əlaqədə olduğunu qeyd  etmişlər.2

Qoç  qədim  türk  xalqlarında  güc,  qüvvət,  bolluq  rəmzi 

hesab  edilmişdir.  Bu  fiqurlarla  bağlı  inamlara  arxeoloji 

qazıntılarda  da  rast  gəlinir.  Naxçıvan  MR  ərazisindəki 

Kültəpə  yaşayış  yerindən  ilk  tunc  dövrünə  aid  gildən 

hazırlanmış kiçik ölçülü qoyun fiqurları aşkar edilmişdir.

Qoç  fiqurları  üzərində  insan,  at,  qılınc,  ox,  kaman, 

günəş  və  s.  kimi  müxtəlif bədii  təsvirlər mövcuddur.  Daş  qoç

84



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə