Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə24/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   20   21   22   23   24   25   26   27   ...   205

1.  İddia  edilən  «Böyük  Ermənistan  dövləti»nin 

gerçəkləşməsi  üçün  başlanğıc  olaraq  Naxçıvan 

hədəf 

seçilmişdir.



2. 

TRACECA 


(Transport  Corridor 

Europe  - 

Caucasus - Asia) yolu  üzərində yerləşən,  eyni zamanda körpü 

vəzifəsini  icra  edən  Naxçıvanın  ortadan  qaldırılaraq  türk 

dünyasının  bir-  biriylə  əlaqələrinin  kəsilməsi  və  beləliklə, 

bütün  dəstəklərdən  məhrum  edilən  Azərbaycan  torpaqlarının 

işğal  edilməsi  planlaşdırılmışdır.  Bu  baxımdan  1921-  ci  il 

Moskva  və  Qars  müqavilələrinin  ləğvi  tələb  edilməkdədir. 

Belə  bir  vəziyyətdə  bu  müqavilələrin  nə  dərəcədə  böyük 

əhəmiyyət kəsb etdiyi ortaya çıxır.

3.  Rusiya və  böyük  dövlətlərin,  daha  doğrusu  «Qlobal

sistem»in 

geosiyasi 

və 


geostrateji 

baxımdan  böyük

əhəmiyyətə  malik  olan  Naxçıvana  müdaxiləsi  onların 

mənafeyini  erməni  milli  maraqlarıyla  üst  -   üstə  düşməsi  ilə 

bağlı  olmuşdur.

Buradan  da  belə  bir  məqam  ortaya  çıxır:  ermənilər 

Naxçıvana  qarşı  ərazi  iddiaları  ilə  çıxış  etsələr  də,  bu 

iddiaların  arxasında  sırf  Ermənistan  dayanmır.  Yəni  bu 

iddiaların  arxasında  üzdə  Ermənistan  görünsə  də,  pərdə 

arxasında  bu  iddialara  dəstək  verən  Rusiya  və  bu  işdə 

maraqlı  olan  böyük  dövlətlər  dayanır.  Naxçıvanın  problemli 

zonaya  çevrilməsi 

böyük 

dövlətlərin 



də  maraqlarına 

uyğundur.  Buna  görə  də  məsələnin  mahiyyətini  anlamadan 

Naxçıvanın  tarixinin  öyrənilməsi,  gələcəyə  doğru  fəaliyyət 

proqramlarının  planlaşdırılması  qeyri - mümkündür.  Dövlət 

tərəfindən  Naxçıvana göstərilən  qayğı  və  onun  tarixinin  dərk 

edilərək  dolğun  yazılması  tələbi  bu  prizmadan  baxıldığında 

böyük məna kəsb edir.

Ədəbiyyat:

1.  Nassibian  Akaby,  Britain  and  the  Armenian  Question

1915 -  1923,  New  York,  1984, p.  156

2.  Качазнуни  Ованес.  Дашнакцутюн  больше  нечего  делать  .

Баку,  1990, с.  18

73



3.  Muciri  Aleksandr.  Birlik  olsa  idi,  Sovet  Gürcüstanı,  20 

sentyabr  1990, №11, (9806)

4.  ATASE, A. 5 / 2793, Kis. 324, D. 9- 4, F. 26

5.  USA. NA.  Paris Peace Confranse  184. 021  /  10

6.  Kazemzadeh  Firuz.  The  struggle  for  Transcaucasia  (1917

-  1921),  New  York,  1951, p. 268 

• • 

•  ^


7.  Unüvar  Veysel.  Istiklal  harbınde  bolşeviklerle  sekiz  ay 

(1920-  1921),  İstanbul,  1948, s.  4

8.  Mustafa  Kemal  Paşa,  «Nahçıvan  türk  kapısıdır»,  Türk 

Dünyası  Tarih  Dergisi, sayı: 64, s. 5

9.  Ünüvar  Veysel,  İstiklal  harbinde  bolşeviklerle  sekiz  ay 

(1920-  1921),  İstanbul,  1948, s. 4

10.  (Şahaliyev)  Emin  Arif,  Kafkasya  jeopolitiğinde  Rusya, 

İran,  Türkiye rekabetleri ve ermeni faktörü, Ankara, 2004, s. 

165

11.  Foreign  Relations  of  the  Unitet  States,  VIII,  p.  1310- 



1311;  Saray  Mehmet,  Sovyet  tehdidi  karşısmda  Türkiyenin 

NATO - ya girişi, Ankara, 2000, s. 92- 93

12.  «СМ- сегодня» qəzeti, 5 fevral  1993

13. 


Qasımov  Abutalıb.  XX  əsrdə  Naxçıvanda  erməni  - 

Azərbaycan  ziddiyyətləri,  tərtibçi:  Süleyman  Məmmədov. 

Azərbaycan tarixində Naxçıvan,  Bakı,  1996, s. 70

14.  Ekspress qəzeti,  17 mart 2004



M USA  Q U LİYEV 

A M E A  Naxçıvan  Bölməsi  Tarix, 

Etnoqrafiya və Arxeologiya lnsititutu

ŞÜKRULLA  XAN  KƏNGƏRLİ  İLƏ  BAĞLI

ARAŞDIRMALAR

Naxçıvan  xanlığı  haqqında  yazılan  kitablarda  adı  az 

çəkilən,  həyat  və  fəaliyyəti 

demək  olar  ki,  öyrənilməyən 

Kəngərli  xanlarından  biri  do  Şiikrulla  xan  Heydərqulu  xan 

oğlu  Kəngərlidir.  Bəzi  mənbələrdə  onun  adını  Şükiirəli  kimi 

yazsalar  da,  çox  yerdə,  o  cümlədən  Kərim  xan 

Zəndin

74



hakimiyyəti  dövrünə  aid  sənədlərdə  do  Şükrulla  xan  kimi 

qeyd edilmişdir.

Azərbaycan  M EA-  nın  M.  Füzuli  adma  Əlyazmalar 

Insititııtunda 

maraqlı  bir  sənəd  saxlanılır.  Bu  sənədin 

mətnini  araşdırıcı  -  alim  Elmira  xanım  SeyidbəyU  də  öz 

kitabına  daxil  edib.  Orada  deyilir:  «Şükrulla  xan  Heydərqulu 

oğlu  Kəngərli  Kərim  xan  Zəndin  1768-  ci  il  tarixli  fərmanı 

üzrə  «Müstəqil  xan»,  yəni  hakim  tituluna  layiq  görülməklə 

yanaşı,  bütün  Kəngərli cəngavərlərinə,  (süvarilərinə)  sərkərdə 

təyin  olunduğu  müddətdən  etibarən  tümən 

hakimi  kimi 

şöhrət tapmışdır» (3, s.  8).

Amma  nədənsə  tarixçilər  Naxçıvan  xanlığının  hərb 

tarixində  özünəməxsus 

yeri  olan,  həmçinin  Naxçıvanın 

abadlaşmasında 

ürəkaçan  işlər  görən  Şükrulla  xanı 

unutmuşlar.  Elə  Fuad  və  Mirabdulla  Əliyevlərin  «Naxçıvan 

xanlığı»  kitabında  da  onun  fəaliyyəti  haqqında 

çox  qısa 

məlumat  verilib.  Müəlliflərin  bir  qeydi  isə  daha  çox  maraq 

doğurur:  «...  Naxçıvan  taxtının 

sahibsiz  qalmasından  və 

hakim  dairələrdəki  qarışıqlıqdan  istifadə  edərək  nüfuzlu 

Naxçıvan  feodallarından  biri  olan  Şükürəli  xan  1785-  ci  ildə 

hakimiyyəti  öz  əlinə  keçirdi.Naxçıvanda  Şükürəli 

xanın 


hakimiyyəti 

haqqında 

Mərkəzi 

Dövlət  Hərbi  Tarixi 

Arxivində  (  Moskva  şəhəri  )  17  fevral 

1785-  ci  il  tarixli 

sənəddən  başqa  hələlik  digər  sənəd  əldə  edilməmişdir  (1,  s. 

57).  Şükrulla  xan  hakimiyyətdə  uzun  müddət  qala  bilmədi. 

İki  ildən  sonra  o,  Cəfərqulu  xan  tərəfindən  devrildi».  Bu 

qeydlərdən  fərqli  olaraq  tarixi  sənədlərdə  1768,  1770,  1777- ci 

illərdə  Şükrulla  xan  Naxçıvanın  hakimi  kimi  təqdim  edilir. 

Həmin  sənədlərə  istinadən  demək  olar  ki,  o,  1768-  ci  ildən 

1787-  ci  ilə  qədər  Naxçıvan  xanlığının  hakimi  olub  (3,  s.  84- 

94).  Ola  bilsin  ki,  onun  xanlıqdakı  hakimiyyətində  müəyyən 

fasilələr  olmuşdur.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  bu 

istiqamətdə araşdırmalar aparılır.

Maraqlıdır  ki,  bütün  sənədlərdə Şükrulla  xan  xanlığın 

ən  ali  məqamlısı,  «uca  iqballı»,  xeyirxah  hakim  kimi  qeyd 

olunur.  1770-  ci  ilin  27  mayında  Əlimərdan  bəyin  qızları

75



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə