Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə22/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   18   19   20   21   22   23   24   25   ...   205

Ədəbiyyat:

1.  Azərbaycan  tarixi.  Z.M.  Bünyadov  və  Y.B.Yusifovun 

redaktəsilə,  1-ci cild,  Bakı,  1994.

2.  Azərbaycan  Mifoloji  Mətnləri.  Bakı,  1988.

3.  Абибуллаев  О.А.  Энеолит  и  бронза  на  территории 

Нахичеванской  АССР.  Баку,  1982.

4. 

Алиев 


В. Г. 

Культура 

эпохи 

средней 


бронзы

Азербайджана.  Баку,  1991.

5.  Антонова  Е.В.  Обряды  и  верования  первобытных 

земледельцев  Востока.  М.,  1990.

6. 

Baxşəliycv  V.B.  Naxçıvanın  qədim  tayfalarının  mənəvi 



mədəniyyəti.  Bakı,  2004.

7.  Baxşəliyev  V.B.  Naxçıvanın  Erkən  Dəmir  dövrü  mədə­

niyyəti.  Bakı,  2002.

8.  Baxşəliyev  V.B.  Gəıııiqaya təsvirləri.  Bakı, 2002.

9.  Бахшалиев  В.Б.  Могильник  эпохи  раннего  железа  на

территории  древней 

Нахичевани. 

Советская

археология,  1991, № 4, с. 217-227.

10.  Бахшалиев  В.Б.  Некоторые  образцы  изобразительного 

искусства 

из 


могильника 

Коланы. 


Российская 

археология,  1995, J\rq 3, с. 205-207.

11.  Бахшалиев  В.Б.,  Алиев  В.Г.  Об  одном  хозяйственно- 

бытовом  комплексе  из  Кюльтепе  П.  Доклады  АН 

Азерб.ССР,  1989, с. 56-60.

12.  Baxşəliyev  V.B.,  Seyidov  A.Q.  Naxçıvanın  qədim  tarixi. 

Bakı,  1995.

13.  Qədirzadə  Q.İ.  Əshabi-Kohf.  Müqəddəslik,  tarixilik  və 

inancların genezisi.  Bakı, 2002.

14.  Əliyev  V.H.  Azərbaycanda  Tunc  dövrünün  boyalı  qablar 

mədəniyyəti.  Bakı,  1977.

15.  Əliyev  V.,  Aşurov  S.  Maxta  Tunc  dövrü  abidələri. 

Azərbaycanda  arxeologiya  və  etnoqrafiya  elminin  son 

nəticələrinə  həsr  olunmuş  elmi  konfransın  materialları. 

Bakı,  1992, s.38-40.

16.  Seyidov A.Q.  Naxçıvan  VII-1I  minillikdə.  Bakı,  2003.

67



E M İN  A R İF  (ŞIX Ə L İY E V ) 

A M E A  Naxçıvan  Bölməsi  Tarix, 

Etnoqrafiya  və A rxeologiya institutu

ф

NAXÇIVANIN PROBLEMLİ  ZONAYA 

ÇEVRİLMƏSİNDƏ BÖYÜK DÖVLƏTLƏRİN

MARAQLARI

Ermənilər  tərəfindən  Azərbaycana,  onun  ayrılmaz  parçası 

olan  Naxçıvana  qarşı  ərazi  iddialarının  əsl  mahiyyəti  kifayət 

qədər  aydınlaşdırılmamışdır.  Məsələyə  bu  iddiaların  sırf 

Ermənistan  tərəfindən  irəli  sürülməsi  yönündən  baxmaq 

doğru  olmaz.  Bunlar  müəyyən  mənada,  həqiqətə  uyğun  olsa 

da,  məsələnin əsl mahiyyətini bütünlüklə açmır.

Ermənilərə  görə, 

Naxçıvan 

Ermənistanın 

tarixi 

ərazisidir.  Çox  münbit  torpaqlara  sahib  olan  Naxçıvanın 



Ermənistanın 

sərhədləri 

daxilində 

olmaması 

ölkənin 

iqtisadiyyatı  baxımından  çox  böyük  bir  itki  hesab  edilir.1 

Hələ 

XX 


əsrin 

əvvəllərində 

Azərbaycanda 

yaranmış 

vəziyyətdən  istifadə  edərək  hadisələrə  müdaxilə  edən 

ermənilər  Naxçıvanda  yaşayan  azərbaycanlılara  divan 

tutmuş,  onları  bu  ərazidən  qovmağa  və  beləliklə  Naxçıvana 

sahib  olmağa  çalışmışlar.  Ovanes  Kazaçnuni  yazırdı  ki, 

Ermənistan  Şərur  və  Naxçıvansız yaşaya  bilməzdi.2  Digər  bir 

iddiaya  görə,  Naxçıvansız,  Şəruısuz,  Axalkalasız,  Lorisiz, 

Qarabağsız  bir  Ermənistan  yarımçıq  qalmış  bina  kimiydi.3

Ermənilər  beynəlxalq  platformalarda,  Paris  Sülh 

Konfransında  da  ard-arda  Naxçıvanı  tələb  etmişdilər.  Yeri 

gəldiyi  zaman  siyasətə,  yeri  gəldiyi  zaman  da  zora  baş 

vurmuş,  ancaq  heç  birində  uğur  qazana  bilməmişlər.  Onlar 

sərhədləri  ətrafında  yer  alan  türk  bölgələrini  istila  etmək  və 

beləliklə,  həm  xəyali  Ermənistan  dövlətinə  bir  addım  daha 

yaxınlaşmaq,  həm  də  Türkiyə-  Azərbaycan  koridorunu 

bağlamaq istəyirdilər.4

68



Konfransda  Azərbaycan  vo  Ermənistan  arasında  sərt 

mübahisələr  cərəyan  edirdi.  Xüsusilə  Naxçıvan  məsələsi 

düyüm  nöqtəsi  idi.  Azərbaycan  heyəti  Naxçıvan  və  Şərurun 

öz  torpağı  olduğunu  irəli  sürür  və  bunu  isbat  etmək  üçün 

dəlillər  göstərirdilər.5  Erməni  heyəti  isə  saxta  sənədlərlə 

konfransa  gələrək  Azərbaycanı  «məzlum»  Ermənistana  qarşı 

çirkin  əməllər  bəsləməkdə,  Qarabağ  və  Naxçıvandakı 

müsəlmanların sayını şişirtməkdə ittiham edirdilər.6

Ermənilər  Naxçıvan  bölgəsini  ələ  keçirərək  həm  geniş 

münbit  torpaqlara  sahib  olmaq,  həm  də  Türkiyənin 

Azərbaycan  və  dolayısı  ilə  Orta  Asiya  ilə  əlaqələrini 

gücləndirən  yeganə  koridoru  bağlamaq  istəyirdilər.  Ancaq 

Türk  Milli  Mücadiləsinin  liderləri  Mustafa  Kamal  Paşa  və 

Kazım  Qarabəkir  Paşa  Naxçıvanın  strateji  əhəmiyyətini  çox 

gözəl  qavrayırdılar.  Kazım  Qarabəkir  Paşaya  görə,  Naxçıvan 

«Şərq  Qapısı»,7  Mustafa  Kamal  Paşaya  görə  isə,  «Türk 

Qapısı»  idi.8  XI  ordu  komandanı  Cavid  bəyə  göndərdiyi 

tel qrafda 

Kazım  Qarabəkir  Paşa  Naxçıvan  haqqında 

düşüncələrini  belə  açıqlayırdı:  «...H ər  baxımdan  pərişan  bir 

vəziyyətdəyik.  Yalnız  Azərbaycana  açıq  olan  Naxçıvan 

pəncərəsi  var.  Onun  bağlanmamasım  istəyirəm...»9  Kazım 

Qarabəkir  Paşa  Azərbaycana  və  dolayısıyla  tiirk  dünyasına

açılan


olan

yeganə  dəhliz, 

əhalisi 

türklərdən 

ibarət 

Naxçıvanın  əhəmiyyətini  anlamış  və  bölgədə  yerli  əhalidən 



milis  dəstələri  yaratmışdı.  Naxçıvanın  Türkiyə  baxımından 

digər  bir  əhəmiyyəti  isə,Erm ənistana  qarşı  təşkil  ediləcək 

hücumda  strateji  bir  mövqe  xarakteri  daşıması  idi.  Digər 

tərəfdən  Orta  Asiyaya  açılan  qapı  mövqeyində  olması,  türk 

dünyasını  bir-  birinə  bağlayan  körpü  vəzifəsini  icra  etməsi, 

Ermənistan  və  İrana  qarşı  strateji  bir  üstünlük  təşkil  etməsi, 

əhalinin 

tamamilə 

türk 

olması 


Naxçıvanı 

Türkiyə 


baxımından  əhəmiyyətli  bölgəyə  çevirmişdi.  Eyni  zamanda, 

Naxçıvan  Sovet  Rusiyası  ilə  münasibətlərdə  bir  mərkəz 

halına  gətirilmişdi.  Rusiyanın  da  siyasətində  Naxçıvanı 

Türkiyənin  himayəsinə  verməmək  üçün  gizli  niyyətlər  hökm 

sürürdü.  İstər  çar  Rusiyası  dövründə,  istərsə  də  Sovet

69



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə