Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə20/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   16   17   18   19   20   21   22   23   ...   205

xoşbəxt  şəhid,  yüksək  Allahın  (rəhmətinə)  getmiş  Ba  (nu) 

Şahbikə  fani  dünyadan  əbədi  dünyaya  köçdü.  Doqquz  yüz 

altıncı il».

Hicri-qəməri  təqvimilə  906-cı  il  miladi  ilə  1500-cü  ilə 

müvafiqdir.

2004-cü  ildə  imamzadə  ətrafında  bərpa  və  abadlıq 

işləri  aparılärkən  torpağın  altından  boz  rəngli  daşdan 

hazırlanmış  başqa  bir  sənduqə  tipli  xatirə  abidəsi  də  aşkar 

edilmişdir.  Ölçüsü  139  x  29  x  23  sm  olan  və  ortadan  iki  yerə 

bölünmüş  sənduqənin  səthi  təbii  qüvvələrin  təsirindən  güclü 

aşındığı  üçün  orada  heç  bir  kitabə  və  ya  təsvir  izi 

qalmamışdır.  Ancaq  abidənin  sağ  yanındakı  kitabə  müəyyən 

dərəcə  aşınsa  da  orada  həkk  olunan  mətni  qismən  oxumaq 

mümkün  olmuşdur.  Kitabənin  mətni  belədir:  «Onun  (qəbrin) 

sahibi  salelıə  (qadın)  ...  Bayəzid  qızı  fani  dünyadan  əbədi 

dünyaya köçdü».

Kitabənin  tarix  yazılan  hissəsi  güclü  aşındığından 

dövrünü dəqiq müəyyən  etmək  mümkün  deyildir.  Ancaq  onu 

ölçüsü,  forması,  hazırlandığı  material,  xətt  xüsusiyyətləri  və 

digər  oxşar  cəhətlərinə  əsasən  Ba[nu]  Şahbikəyə  aid  xatirə 

abidəsi  ilə  eyni  dövrə  -   XVI  yüzilliyin  əvvəllərinə  aid  etmək 

olar.


Hər  iki  abidənin  oxşar  cəhətlərini  müqayisə  edərək 

onların  eyni  usta  tərəfindən  bir  mərkəzdə  hazırlandığını 

söyləmək mümkündür.

Bu  abidələr  göstərir  ki,  hələ  memarlıq  kompleksi 

yaradılmamışdan  qabaq  da  türbədəki  qəbrin  ətrafında  onun 

xatirinə 

dəfn 

mərasimləri 



keçirilmiş, 

tədricən 

böyük 

qəbristanlıq  yaranmışdır.  Orada  son  vaxtlara  kimi  dəfn 



mərasimləri  keçirilmişdir.  Təəssüf ki,  görkəmli  rəssam,  1922- 

ci  ildə  vaxtsız  vəfat  etmiş  Bəhruz  Kəngərlinin  və  görkəmli 

maarifpərvər  M.T.Sidqinin  qəbirləri  istisna  olmaqla  həmin 

qəbristanlıqdan  heç bir iz qalmamışdır.

Tədqiqatçılar  təsdiq  edirlər  ki,  orta  əsrlər  zamanı 

imamzadələrin  funksiyası  təkcə  ziyarətgah  -   pir  olmaqla 

məhdudlaşmamış,  onlar  həm  də  ərazidə  fəaliyyət  göstərən

61



sufi  təriqətləri  üzvlərinin  yığıncaq  və  ibadət  yeri  olmuşlar. 

Belə  komplekslərin  səciyyəvi  xüsusiyyəti  əvvəllər  mövcud 

olmuş  dəfn  tikililərinin  təmir,  bərpa  və  yenidənqurma  yolu 

ilə  abadlaşdırılmasından  və  bərpa  olunmuş  məqbərəyə  bitişik 

məscid,  təkyə  və  digər  xidmət  otaqları  tikilməsi  yolu  ilə  dini 

kompleksin yaranmasından ibarətdir (2, s.  191).

Bu  fikri  təsdiq  edən  ən  sanballı  qaynaqlardan  biri 

Nehrəm  imamzadəsinin  günbəzinin  daxilində,  kaşı  üzərində 

sufilərə -   Bəktaşi  dərvişlərinə  məxsus  «Nad  Əliyyən»  -  «Əlini 

çağır»  duasının  yazılmasıdır.  Bu  duanın  imamzadənin  daxili 

divarında  qeyd  olunmasının  orada  yaşayan  dərvişlərlə  bağlı 

olmasına  heç  bir  şübhə  yoxdur,  imamzadələrdə  sufi  təriqəti 

üzvlərinin  yaşaması  və  fəaliyyət göstərməsini  belə  bir  fakt  da 

təsdiq  edir  ki,  ərazimizdə  XVII-XVIII  yüzilliklərdə  inşa 

olunmuş xanəgahlar yoxdur.  Görünür yaşamaq və ideyalarını 

yaymaq  üçün  içərisində  şiə  imamları  ilə  bağlı  qəbirlər  olan 

imamzadələrdən  istifadə  edən  dərvişlər  xanəgahlar  tikməyə 

ehtiyac  duymamış,  bu  səbəbdən  də  XVII-XVIII  yüzilliklərdə 

ərazimizdə xanəgahlar  inşa edilməmişdir.  Bunun əvəzində isə 

imamzadələr  yanında  dərvişlərin  yaşaması  üçün  təkyələr  inşa 

edilmişdir.  Zikr  və  ibadətlərini  ziyarət  obyekti  olan  qəbir 

yerləşmiş  türbədə  həyata  keçirən  təriqət  mənsubları  həmin 

təkyələrdə gecələmişlər.

Ə d ə b i y y a t :

1. 

ASE II cild.  Bakı:  ASE Baş redaksiyası,  1977,  592 s.



2. 

Salamzadə  Ə.V.,  Məmmmədzadə  K.M.  Azərbaycan 

memarlığının  Naxçıvan  məktəbi  abidələri.  Bakı:  Elm, 

1985,268 s.

3. 

Азимбеков  И.  Мусульманские  надписи  Тифлиса, 



Эривани  и  Нах.ССР  Известия  «Азкомстарис»а,  вып.  4 

(тетрадь 2).  Баку,  1929, с. 295-311

4. 

Выдержки  из  «Записок  о  мусульманских  надписях  на 



Кавказе», 

М.Н.Ханьшова, 

опубликованных 

в 

«Азиатском  журнале»,  август,  1862, г.  Пер.  с  франц.  яз.



62


5.

Э.К.Спитницкой.  Научный  Архив  Института  Истории 

Национальная  Академии  Haw.  Азербайджана.  Инв.  № 

1076


Сысоев  В.М.  Нахичевань  на  Араксе  и  древности  Нах. 

ССР  (отчет о  поездке летом  1926  г.)  Известия  “Азком- 

старис”а, вып. 4 (тетрадь 2).  Баку,  1929,  с.  87-121

VƏLİ В A X Ş  Ə L İY E V  

A M E  A 

Naxçıvan  Bölməsi  Tarix, 

Etnoqrafiya və  Arxeologiya institutu

NAXÇIVANIN QƏDİM TAYFALARININ

İD EO LO Jİ  GÖRÜŞLƏRİ

V  


•  

§



Xalqımızın  qədim  tarixi  haqqında  dəyərli  mənbə  olan 

maddi-mədəniyyət  nümunələrinin  folklor  nümunələri  və 

etnoqrafik  materiallarla  müqayisəli  şəkildə  öyrənilməsi 

Vətənimizin  qədim  sakinlərinin  ideoloji  təsəvvürlərini,  o 

cümlədən mifologiyasını öyrənməyə imkan  vermişdir.  Maddi- 

mədəniyyət  nümunələrində  dünyanın  və  insanın  yaranışı, 

dünyanın  quruluşu  ilə  bağlı  təsəvvürlər  əks  olunmuşdur.  Bu 

təsəvvürlər 

etnoqrafik 

materiallarda 

və 

Azərbaycan 



folklorunda  aydın  şəkildə  əks  olunmuş,  indiyədək  qorunub 

saxlanmışdır (8,  s.  60-75; 6,  s. 189-196;  13, s.  7-79).

Arxeoloji 

araşdırmalar 

Azərbaycanda 

mifoloji 

təsəvvürlərin  Paleolit dövründə meydana çıxdığını  təsdiq edir. 

Bu  dövrdə  axirət  dünyasına  inam,  təbiət  qüvvələrinə,  ulu 

əcdada  sitayiş,  totem  və  ovsun  kimi  dini  təsəvvürlər meydana 

çıxmışdır (1,  s.23).  Naxçıvan əhalisinin  qədim  dini  təsəvvürlə­

rini  öyrənmək  üçün  ən  qədim  tapıntılar  hələlik  Neolit 

dövrünə  Eiiddir  .  Neolit  və  Eneolit  dövrünə  aid  qəbir 

abidələrinin  tədqiqi  qədim  insanlarda  mifoloji  düşüncə 

tərzinin  formalaşdığını  təs;diq  edir  (3,  s.  28,  s.  39-54).  Gil 

qablar  üzərindəki  təsvirlər  və  dəfn  adətləri  qədim  insanların



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə