Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə16/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   12   13   14   15   16   17   18   19   ...   205

öyrədənlərin  demək  olar  ki,  əksəriyyəti  bu  institutun  keçmiş 

aspirantları və doktorantlarıdır -  iqtisadçı alimlərdir.

Azərbaycan  Milli  Elmlər Akademiyasının  İqtisadiyyat 

elmi  tədqiqat  İnstitutunun  yetişdirmələrindən  4  nəfəri 

akademiyanın həqiqi üzvü, 9 nəfəri  isə müxbir üzvüdür.

Cəmiyyətimizin  bir  keyfiyyət  halından  digər  keyfiyyət 

halına  -   inzibati-amirlik  sistemindən  bazar  iqtisadi  sisteminə 

keçməsi  ilə  əlaqədar  olaraq  bu  mötəbər  elmi  məbəddə 

aparılan  elmi-tədqiqat  və  araşdırmaların  elmi-nəzəri  və 

metodoloji- praktiki əhəmiyyəti daha da artmışdır.

İstehsalın  intensivləşdirilməsi,  məhsuldar  qüvvələrin 

səmərəli  yerləşdirilməsi,  aqrar  sənaye  kompleksinin  faydalı- 

lığının  artırılması  və  s.  kimi  məsələ  və  problemlərin  tədqiqi 

institutda  aparılmış  elmi-tədqiqat  və  araşdırmaların  bir 

hşissəsini  təşkil  edir.  Müasir  dövrdə  institut ictimai'istehsalın 

və  iqtisadi  nəzəriyyənin  ən  prioritet  sahə  və  sferalarının 

araşdırmaya  cəlb  edilməsində,  tədqiqat  obyektinə  çevril­

məsində daha çox əhəmiyyət kəsb edir.

Daşınma  və  nəqliyyat,  maliyyə,  əməyin  iqtisadiyyatı, 

demoqrafiya  və  s.  məsələlər  üzrə  tədqiqatlar  institutda  aparı­

lan  elmi  araşdırma  işlərinin  yeni  istiqamətləri  sayılır. 

Ölkəmizdə  birinci  dəfə  olaraq  bu  tədqiqat  müəssisəsinin 

təşəbbüsü  ilə  iqtisadi  hadisə  və  proseslərin  araşdırılmasında 

riyazi  metodlardan  və  modellərdən  istifadə  edilməsi  həyata 

keçirilmişdir. 

Bu  elmi-təsisatın  araşdırma  və  tədqiqat 

obyektində  tarixçilərlə  birlikdə  Azərbaycanın  xalq  təsərrüfatı 

tarixi  öyrənilməyə  başlanmış,  iqtisadi  təlimlər  tarixi  işlənib 

hazırlanmışdır.

Fəaliyyət göstərdiyi müddət ərzində  institutda 350-dən 

artıq  monoqrafiya  və  iqtisad  səciyyəli  digər  əsərlər  çap 

olunmuşdur.  İnstitutun  fəaliyyəti  çoxcəhətlidir,  elmi-tədqiqat 

və  onun  nəticələrinin  tədbiqi,  yüksək  ixtisaslı  elmi  pedoqoji 

kadrların  hazırlanması,  respublikada iqtisad  elmləri  üzrə elmi 

araşdırma  və  tədqiqatların  əlaqələndirilməsi,  beynəlxalq  elmi 

əlaqələr  və  s.  bu  kimi  işlər  institutun  fəaliyyətinin  ayrı-ayrı 

istiqamətlərini təşkil edir.

Azərbaycan  Respublikası  Prezidenti 

İ.H.Əliyevin 

«Azərbaycan  Respublikasının  sosial  iqtisadi  inkişafının 

sürətləndlirilməsi  tədbirləri  haqqında»  24  noyabr  2003-cü  il 

tarixli  və  «Azərbaycan  Respublikası  regionlarının  sosial

47



iqtisadi  inkişafının  Dövlət  Proqramı  (2004-2008-ci  illər)»  11 

fevral  2004-cü  il  tarixli  fərmanlarından  irəli  gələn  vəzifələri 

reallaşdırmaq  və  həyata  keçirmək  məqsədilə  institut  tədqiqat 

işlərinin  istiqamətini  xeyli  dəyişdirmiş,  araşdırmalara  yeni 

problemlər cəlb etmişdir.

48



B Ö L M Ə L Ə R

I. 

tarix

 

elmləri

H A C I QADIR  Q ƏD IRZAD Ə 

A MBA  Naxçıvan  Bölməsi  Tarix,

m

Etnoqrafiya  və Arxeologiya institutu 

QIZILBAŞLIĞIN MAHİYYƏTİNƏ DAİR

Azərbaycan  milli  dövlətçiliyində,  düşüncə  tərzində 

qızılbaşlığın  özünəməxsus  yeri  vardır.  Qızılbaşlıqla  bağlı 

araşdırmalar  Azərbaycanla  yanaşı  Türkiyədə  və  digər 

ölkələrdə də aparılır.  Çox  təəssüflə qeyd  olunmalıdır ki,  hansı 

səviyyədə  tədqiq  olunmasına  baxmayaraq  qızılbaşlığın  tarixi, 

onun mahiyyəti elmi cəhətdən tam  öyrənilməmişdir.  Məsələyə 

bir  neçə  yöndən  yanaşmışlar  və  bütün  yanaşmalarda  da 

müəyyən  yanlışlığa  yol  verilmişdir.  Bu  isə  daha  çox  siyasi 

amillərlə,  Osmanlı-  Səfəvi  münasibətləri  ilə  bağlı  olmuşdur. 

Ən  başlıcası  isə  qızılbaşlıq  ələviliklə,  hətta  əliallahiliklə 

qarışdırılmışdır.  Bunun  başlıca  səbəbi  tarixin  müəyyən 

mərhələlərində  qızılbaşlığa  şiəliyə  əsaslanan  hərbi-  siyasi 

birlik  kimi  baxılması  olmuşdur.  Bir  sıra  müəlliflər  isə 

qızılbaşlığı  türk  tayfalarının  etnik  birliyi  kimi  təqdim  edirlər. 

Bu  fikir  də  yanlışdır.  Mənbələrə  əsaslanaraq  demək  olar  ki, 

qızılbaşlıq  şiəliyin  zahiri  əlamətlərə  görə  seçilməsidir.  Daha 

doğrusu  baş  geyimi  ilə  bağlıdır.  Yayılma  arealına  baxdıqda 

qızılbaşlıq 

dünyanın 

müxtəlif  etnosları 

arasında 

da 


mövcuddur:  ərəblər,  İraq  türkmənləri,  Anadolu  türkləri, 

kürdlər,  talışlar,  albanlar,  makedoniyalılar  və  s.  Lakin  ən 

geniş  yayıldığı  ərazi  tarixi  Azərbaycan  və  Anadoludur. 

Deməli qızılbaşlıq etnos deyil.

Etnik  məsələlər  və  inamlar  sistemi  ilə 

yanaşı 


qızılbaşlığın  tarixilə  də  bağlı  ya.nlış  fikirlər mövcuddur.  Daha


çox  rus  alimləri  V.A.  Qordlevski,  E.P.  Petruşevski,  Y.A. 

Belyayev,  həmçinin  bir  sıra  türkiyə  qaynaqlarına  əsaslanan 

müəlliflər  qızılbaşlığın  XV  əsrin  II  yarısında  yarandığını, 

işğalçı,  bir  sıra  halda  allahsız,  bidətçi  toplıı  olduğunu 

söyləyirlər.  Bu  özünü  daha  çox  V.A.  Qordlevskinin 

əsərlərində göstərir.

«Bolğşaə  Sovetskaə  Enüiklopediə»  da  qızılbaşlıqdan 

bəhs  edilərək  yazılır  ki,  Kiçik  Asiya  və  Azərbaycanda 

türklərin  köçəri  tayfa  birliyi  olan  qızılbaşlar  (qızılbaş  adını 

XV  əsrin  II  yarısında  almışlar)  qonşuluqda  olan  qeyri 

müsəlman  ölkələrinə yürüşlər edirlər (4, s.  192-  193).

ASE-  də  də  eyni  fikir  nisbətən  genişləndirilmiş  şəkildə 

verilmiş  və  yazılmışdır  ki,  qızılbaşlıq  Azərbaycanda,  Kiçik 

Asiyada  və  Suriyada  yaranmış  türkdilli  tayfa  ittifaqıdır  (2,  s. 

159).  Göründüyü  kimi  hər  iki  mənbədə  bu  ancaq  türklərlə 

bağlı  tayfa  birliyi  kimi  təqdim  olunur  və  formalaşma  tarixi 

XV əsr göstərilir.

mənbələrə 

söykənərək 

demək 


olar 

ki, 


qızılbaşlığın tarixi islamın Mədinə dövrünə aiddir,  ilk qızılbaş 

Uhud  müharibəsində  başına  qırmızı  bağlayıb,  son  damla 

qanına  qədər  Allah  və  Rəsulu  uğrurıda  döyüşüb,  bədənini 

Peyğəmbərə 

atılan  oxlara  sipər  edib,  şəhid  olan  Əbu 

Diiccanədir (10,  s.  118-119., 6, s.  10).

628- ci  ildə  Hz.  Əli  başına  qırmızı  bağlayıb:  «Allah və 

Rəsulu  uğrunda 

ölmək  var  qalanı  almadan 

dönmək


yoxdur»-  deyib  təkbaşına  Xeybər  qalasına  hücum  edir  və 

böyük  zəfər  qazanaraq  islam  tarixində  ikinci  qızılbaş  olur 

(6,  s.  11-  12).  Deməli,  ilk  qızılbaşlıq  fərdi  hünərdən,  haqq 

uğrunda savaşdan başlamışdır.

İslam  tarixində 

ilk  qızılbaş  ordusu 

Süffeyn

döyüşündə  Hz.  Əli  tərəfindən  yaradılmışdır.  Döyüşdən əvvəl 



Hz.  Əliyə  xəbər  verilir  ki,  Müaviyə 

Osmanın  intiqamını 

almaq  üçün  ordusundakıların  başına  qara  bağlatmışdır.  Hz. 

Əli  göstəriş verir ki,  biz haqq  uğrunda  savaşdığımız üçün  hər 

kəs  başına  qırmızı bağlasın (6, s.  13-  14)

Tarixi


50


Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə