Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə19/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   15   16   17   18   19   20   21   22   ...   205

məşhur Bibiheybət türbəsi inşa edilmişdir (1, s.156).

Azərbaycan  Səfəvi  dövlətini  yaradan  Qızılbaş  şeyxləri 

öz məqsədlərini həyala keçirmək üçün  islamın şiəlik məzhəbin­

dən istifadə eldiklərindən  idarə etdikləri ərazilərdə şiə imamları 

ilə  bağlı  olan  ziyarətgahlara  -   qəbirlərə  diqqətlə  yanaşmış, 

onların  üzərində  gözəl  memarlıq  abidələri  ucaltmışlar. 

Təsadüfi  deyildir  ki,  Naxçıvan  şəhərində,  Babək  bölgəsinin 

Nehrəm  kəndində  və  Şərur  bölgəsinin  Xanlıqlar  (Parçı)  kən­

dindəki imamzadələr məhz Səfəvilər dövründə inşa edilmişlər.

Naxçıvan  Muxtar  Respublikası  ərazisində  «imam­

zadə»  adı  ilə  tanınan  ən  məşhur  ziyarətgahlardan  biri 

Naxçıvan  şəhərində,  yerli  əhali  tərəfindən  «imamzadə» 

adlandırılan  memarlıq  kompleksidir.  Şəhərin  cənub  tərəfində 

yerləşən və əhalinin  böyük  ehtiram bəsləyərək ziyarətə gəldiyi 

bu  kompleks  üç  binadan  ibarətdir.  Kompleksin  əsas  özəyini 

cənub  tərəfdə  yerləşən  türbə  təşkil  edir.  Aşağıdan  kvadrat 

şəklində  inşa  edilən  abidənin  yuxarı  hissəsində,  silindr  şəkilli 

gövdəsində  memar  çox  ustalıqla  qırmızı  rəngli  bişmiş 

kərpicləri  üfüqi,  tünd  bənövşəyi  rəngli  kaşılı  kərpicləri  isə 

şaquli  şəkildə  simmetrik  düzərək  Bərdə  türbəsində  olduğu 

kimi  xalını  xatırladan  bəzək  ünsürü  və  kufi  xətlə  dəfələrlə 

təkrarlanan epiqrafık motiv -  «Allah» sözünü yaratmışdır.

Türbənin  içərisində  bir  qəbir  vardır.  Qəbrin  üstü 

sənduqə  formasında  (uzunluğu  150  sm,  hündürlüyü  88  sm, 

eni  115  sm)  düzəldilmiş,  sementlə  suvanmış,  üstünə  qara 

parçadan 

örtük 

salınmışdır. 



Şəhərin 

yaşlı 


əhalisinin 

söylədiyinə  görə  bu  qəbirdə  şiələrin  VIII  imamı  Rzanın  oğlu 

dəfn edilmişdir.

1926-cı  ildə  Naxçıvanc.a  olan  rus  alimi  V.M.Sısoyev 

muxtar  respublikaya səfərinin yekunlarına  həsr olunmuş elmi 

hesabatında  bu  imamzadədən  danışarkən  həmin  qəbir 

haqqında  da  bəhs  edir.  Alim  qeyd  edir  ki,  deyilənə  görə 

burada  VIII  imam  Rzanın  oğlu  dəfn  edilmişdir.  Həmçinin 

alim  yazır  ki,  qəbrin  yarımda  müqəddəs  sayılan  və 

dindarların  öpdüyü  iki  ədəd  iri,  qara  rəngli  daş  vardır.  Yerli 

əhali  bu  daşları  «hərəkət edən daşlar» adlandırırlar (5,  s.  107)

58



(Belə  daşlara  ərazidəki  bəzi  ziyarətgahlarda  da  rast  gəlinir. 

Yerli  əhali  arasında  olan  inama  görə  bu  daşlar  hərəkət  edir, 

gecələr  qəbrin  başına  dolanırlar.  Həmin  daşların  doğub 

çoxalması fikrini söyləyənlər də vardır).

Qəbrin  üzərində  epitafıva  -   məzar  kitabəsi  olmadığı 

üçün  onun  mənsubiyyəti,  kimə  aid  olması  haqqında  dəqiq 

fikir  söyləmək  mümkün  deyildir.  Ancaq  abidənin  xalq 

tərəfindən  «imamzadə»  adlandırılmasından  da  göründüyü 

kimi  qəbirdə  dəfn  edilən  şəxs  şiə  imamları  ilə  əlaqəlidir.. 

Görünür ki,  Abbasilər xilafəti  hakimlərinin  təqibləri  üzündən 

didərgin  düşmüş  imam  övladlarından  h a n sı'  isə 

biri 


Naxçıvana  gələrək  orada  yaşamış,  əhali  arasında  yüksək 

nüfuza  malik  olmuşdur.  Vəfatından  sonra  orada  da  dəfn 

edilmişdir.  Yerli  əhali  tərəfindən  ziyarətgaha  çevrilən  həmin 

qəbrin üstündə sonralar türbə inşa edilmişdir.

Bu  memarlıq  kompleksi,  o  cümlədən  türbə  tədqiqatçı­

lar  tərəfindən  müxtəlif vaxtlarda  qismən  də  olsa  öyrənilmiş­

dir.  Mərhum  akademik  Ə.Salamzadə  və  sənətşünaslıq  dok­

toru  K.Məmmədzadə  Naxçıvan  imamzadəsi  kompleksinin

XVI-XVII  əsrlərdə  yaranması  fikrini  irəli  sürürlər.  Ancaq 

kompleksə  daxil  olan  binaların  heç  birinin  üzərində  inşaat 

kitabəsi  olmadığı  üçün  onun  təyinatı  və  inşa  tarixi  haqda 

dəqiq fikir söyləmək çətindir.

Keçən yüzilliyin 20-ci illərində «Azərbaycan Tədqiq və 

Tətəbbö  Cəmiyyəti»nin  göndərişi  ilə  Naxçıvanda  olmuş 

epiqraf  İ.Əzimbəyovun  yazdığına  görə  türbənin  şimal-qərb 

tərəfində  nəsx  xətti  ilə  ərəb  dilində  yazılmış  kitabə  olmuşdur. 

O,  kitabənin  mətnini  və  bəzi  səhvlərlə  rus  dilində  tərcüməsini 

nəşr etdirmişdir (3, s.  310-311).

Təəssüf  ki,  tarixi  baxımdan  çox  qiymətli  olan  bu 

kitabə  indiyədək  qalmamış,  yox  olmuşdur.  Onun  sonrakı 

taleyi  də  məlum  deyildir.  İ.Əzimbəyovun  təqdim  etdiyi 

məlumata  görə  kitabənin  mətninin  tərcüməsi  belə  olmuşdur. 

«Bu  imarətin  bina  edilməsini  böyük  sultan,  xaqan,  hörmətli 

əmir,  ərəb  və  əcəmlərin  hakimi,  sultan  Əbu  Müzəffər  şah 

Təhmasib  Bahadur  xanın  hakimiyyəti  zamanında  mərhum,

59



günahları  bağışlanmış  Hacı  Fulad  bəyin  oğlu,  zəmanənin 

xeyirxahı Həzrət Rufai bəy əmr etmişdir».

Kitabədə  tarix  qeyd  olunmamışdır.  Ancaq  orada  qeyd 

olunan  «Əbu  Müzəffər  şah  Təhmasib  Bahadur  xanın 

hakimiyyəti  zamanında»  sözlərinə  əsasən  inşa  ili  dəqiq 

olmasa  da  abidənin  tarixini  təxmini  müəyyənləşdirmək 

mümkündür.  Kitabədə  adı  qeyd  edilən  Əbu  Müzəffər  şah 

Təhmasib  Bahadur xan  Səfəvi  şahı  Sultan  Hüseynin  oğludur. 

Tarixdə  II  şah  Təhmasib  adı  ilə  tanınan  bu  adam  1722-1732- 

ci  illərdə  hakimiyyətdə  olmuşdur.  Kitabədə  abidənin  onun 

zamanında  tikilməsini  qeyd edən  xəttat  bu  vasitə  ilə  abidənin 

inşa  tarixini  çatdırmışdır.  Deməli  türbə  XVIII  əsrin  20-ci 

illərində inşa edilmişdir.

XIX  əsrin 

ortalarında  Naxçıvanda 

olmuş 


rus 

şərqşünası  və  diplomatı  N.V.Xanıkov  da  türbəni  Səfəvi  şahı 

II  Təhmasibin  dövrünə  aid  edir  (4,  s.15).  Yəqin  ki,

N.V.Xanıkov  haqqında  bəhs  edilən  kitabəni  görmüş  və  bu 

fikri də ona əsasən söyləmişdir.

Bu  türbəyə  bitişərək  nisbətən  böyük  həcmə  malik  və 

qərbdən  giriş  qapısı  olan  bina  kompleksin  mərkəz  hissəsini 

təşkil  edir.  V.M.Sısoyevin  yazdığına  görə  kompleksin  bu 

hissəsi  Naxçıvan  xanlarının  məqbərəsi  hesab  edilirmiş. 

Alimin  şəhadətinə görə burada Abbasqulu xanın hicri  1337-ci 

il  tarixdə  (1918-ci  il)  vəfat  etmiş  oğlu  Mustafaqulu  xan 

Naxçıvanskinin qəbri  var imiş.  Ancaq  bu və  orada  olan  digər 

qəbirlər zaman keçdikcə dağılmış və məhv olmuşlar.

Kompleksin  ikinci  salonunda  boz  daşdan  hazırlanmış 

sənduqə formalı  bir  qəbirüstü  xatirə  abidəsi saxlanılır  (ölçüsü 

131  x  25x22  sm).  Ortadan  iki  yerə  bölünmüş  bu  abidənin 

səthi  təbii  qüvvələrin  təsiri  nəticəsində  güclü  aşınmaya  məruz 

qaldığından 

orada  heç  bir  kitabə  və  ornament  izi 

qalmamışdır.  Sənduqənin  sağ  və  sol  yanında  lentvari  haşiyə 

şəklində  kitabə  həkk  edilmişdir.  Kitabənin  bəzi  yerləri 

aşındığından  bir  neçə  sözün  oxunmasında  çətinlik  yaradır. 

Kitabənin  mətninin  tərcüməsi  belədir:  «Onun  (qəbrin)  sahibi 

mərhum  Kəlkuta şahın qızı, mərhumə, günahları bağışlanmış,

60



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə