Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə21/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   17   18   19   20   21   22   23   24   ...   205

Günəşə, 

Aya 


və 

təbiət 


qüvvələrinə 

sitayiş 


etdiyini, 

məhsuldarlığın  təmin  olunması  ilə  bağlı  müəyyən  ayinlərin 

keçirdiyini  deməyə  əsas  verir  (6,  s.  30-34).  Eneolit  və  Erkən 

Time dövrünə  aid  ev ziyarətgahları,  Erkən  Tunc  dövrünə  aid 

müxtəlif  heyvan  fiqurları  və  sitayiş  əşyalarının  aşkar 

olunması  dini  təsəvvürlərin  insanların  həyatında  mühüm  rol 

oynadığını  göstərir (3,s.  28;  6,  s.  19-46;  15,  s.  38-40;  16,  s.  35- 

125).  Erkən Tunc  dövründə  maldarlığın  insanların  həyatında 

mühüm  rol  oynaması,  o  cümlədən  iribuynuzlu  heyvanlardan 

qoşqu  qüvvəsi  kimi  istifadə  olunması  öküz  kultunun  geniş 

yayılmasına  səbəb  olmuş,  sitayiş  əşyaları  öküz  buynuzu,  ya 

da öküz başı  formasında hazırlanmışdır.

Orta  Tunc  dövründə  təsviri  sənətin  inkişafı  (4,  s.  43- 

90;  14,  s.  102-110,  171)  qədim  insanların  ideoloji  təsəvvürlə­

rinin  d£.ha aydın  ifadəsi üçün şərait yaratmışdır.  Təsviri sənət 

nümunələrində  dünyanın  vertikal  və  qorizontal  quruluşu  ilə 

bağlı  təsəvvürlər  öz  əksini  tapmışdır  (6,  s.  61-71).  Dünya 

vertikal  olaraq  üç  yerə  bölünmüş  və  həyat  ağacı  şəklində 

təsəvvür  edilmişdir.  Türk  mifologiyasında,  o  cümlədən 

Azərbaycan  türklərində dünyanın quruluşu vertikal  olaraq  üç 

yerə  bölündüyü 

kimi, 


qorizontal 

olaraq 


dörd 

yerə 


bölünmüşdür  (8,  s.65).  Bu  bölgü  bəzən  beşlik  şəkilində  -  

dünyanın 

mərkəzi 

və 


onun 

dörd  tərəfi 

şəklində

düşünülmüşdür.  Boyalı  qabların  xarici  səthinin  üç  qurşağa 

bölünərək  naxışlanması,  həyat  ağacı  təsvirləri,  Qızılburun 

nekropolundan  aşkar  olunan  beş  çıxıntılı  başlığı  olan 

sancaqlar  və  digər  faktlar  bu  ideoloji 

təsəvvürlərin 

mövcudluğunu  təsdiq  edir.  Maaday  Qara  dağın  başındakı 

dörd  qayın  ağacından  nənni  asaraq  yeni  doğulmuş  uşağını 

oraya  qoyur.  Burada  dağ  yerin  mərkəzi,  qayın  ağacları  isə 

dünyanın  dörd  tərəfini  simvolizə  edir.  Qaym  ağacları  uşağı 

dünyanın  dörd  tərəfindən,  Qaradağ isə göydən  gələn  bəladan 

qorumalı  idi.  Yerüstü  məkanın  dörd  hissəli  strukturu 

haqqındakı  təsəvvürlər,  habelə  onun  dörd  tərəfinin  hər 

birinin  qoruyucu  Tanrısı  olması  haqqındakı  inanclar  türk 

xalqlarının  mifologiyası  üçün  xarakterikdir.  Bu  qoruyucu

64



Tanrılar 

bəzən 


zoomorf 

və 


antopom orf 

obrazlarla 

verilmişdir.  Qədim  mədəniyyət  nümunələrində  xaçşəkilli 

işarələrin  yaranması  bıı  ideologiya  ilə  bağlı  olmuşdur.  İlk 

nümunələrinə  Şumer  mədəniyyətində  rastlanan  bu  tip 

xaçşəkilli  təsvirlər  Naxçıvanın  e.ə.  IV-I  minilliyə  aid 

mədəniyyət nümunələrində geniş şəkildə əks olunmuşdur.

Qədim  insanların  təsəvvürünə görə  bu  dünya  və  o  biri 

dünya  arasında  daima  mübarizə  gedir,  Göy  aləmi  və  orda 

məskun  olan  Tanrılar  bu  mübarizəni  nizamlayır  və  dünyada 

ədalətin təntənəsini  qoruyur.  Heyvanların mübarizəsi səhnəsi, 

heyvanbaşlı  bilərziklər,  xaçşəkilli  işarələr,  müxtəlif  heyvan 

təsvirləri 

və 


digər 

sənət 


nümunələrinin 

öyrənilməsi 

Naxçıvanın 

qədim 


sakinlərinin 

mifologiyası  -ilə 

türk 

xalqlarının  mifologiyası  arasında  genetik  bağlılıq  olduğunu 



təsdiq edir (8, s.  76-104).

Naxçıvanın  qədim  sakinlərinin  ideoloji  təsəvvürlərini 

əks  etdirən  maraqlı  sənət  əsərlərinin  bir  qrupu  ilanbaşlı 

bilərziklə  və  boyunbağılarla  təmsil  olunmuşdur,  ilanbaşlı 

bilərziklər  praktiki 

olaraq 


insanları 

bəd 


qüvvələrdən 

qorumalı,  onların  həyatını  təmin  etməli  idi.  ilan  təsvirlərinə 

həmçinin  boyalı  qablar  üzərində  də  rastlanmışdır.  Şərurdan 

aşkar  olunmuş  tunc  möhürün  üzərində  dağ  keçisi  və  onu 

halqa  şəklində  əhatə  edən  ilan  təsviri  verilmişdir.  Bu  tip 

təsvirlər  dünyanı  binar  oppozisiya.  şəklində,  həyatın 

hər 

zaman ölümlə əvəz edilə biləcəyini  ifadə etmişdir.



Qədim insanlar həyatın  o biri  dünyada davam etdiyinə 

inandıqları  üçün  axirət  dünyasında  insanların  həyatım  təmin 

etmək  üçün  müxtəlif  ayinlər  icra  etmişlər.  Yuxarıda  qeyd 

etdiyimiz  kimi,  Neolit  və  Eneolit  dövründə  ölülərin  oxra  ilə 

boyanması  adəti  mövcud  olmuşdur.  Tunc  dövründə  isə 

qəbirlərin  üzərində  kurqan  düzəltmə,  onların  kromlexlərlə 

əhatə 

edilməsi 



adəti 

mövcud 


olmuşdur. 

Nəhəcir 


nekropolunda  ikiqat  kromlexlə  əhatə  olunmuş  qəbirə  də 

rastlanmışdır.  Qəbirlərin  üzərində  kurqan  düzəltmə  və 

onların  kromlexlərlə  əhatə  olunması  qədim  əkinçi-maldar 

tayfaların  Günəşə inamı  ilə bağlı  olmuşdur (12, s.  46).  Kolanı

6:5



nekropolunda  daş  qutu  tipli  qəbirlərin  birinin  divarında 

Günəş  Tanrısını  simvolizə  edən  təsvirin  olması  Günəşlə  bağlı 

inancların  geniş  yayıldığını  təsdiq  edən dəlillərdən  biridir  (10, 

s.  205-207).  Qədim türklərin inamına görə cəmiyyətin seçilmiş 

üzvləri  öldükdən  sonra  onların  ruhu  Göyə  çəkilərək  Günəşə 

qovuşurmuş.

'Naxçıvanda  məskənləşən  qədim  tayfaların  ideoloji 

görüşlərinin  xarakterik  cəhətlərindən  biri  balıqla  bağlı 

inanclardır.  Balıqqulağı  keçirilmiş  sırğalar  və  boyunbağılar 

qədim geyimlərin  ayrılmaz hissəsi  olmuşdur(7, s. 44;  9, s.  217- 

227). 

Sarıdərə  nekropolundan 



aşkar 

olunmuş 


bəzək 

əşyalarının  birinin  üzərində  yarıbalıq-yarıinsan  mifoloji 

varlıq  təsvir  edilmişdir  (7,  s.  61).  Balıq  təsvirlərinə 

Gəmiqayada  da  rastlanmışdır.  Qədim  dövrdə  Naxçıvanda 

qəbirlərə  balıqqulağı  qoymaq  adəti  də  mövcud  olmuşdur. 

Balığa  sitayiş  Su  Tanrısı  ilə  bağlı  inancları  əks  etdirmişdir. 

Qədim  Şərq  sənətində,  o  cümlədən  skiflərdə  polimorf 

varlıqların xtonik xarakteri balıq quyruğu ilə ifadə edilmişdir.

Sənət  nümunələrinin  tədqiqi  Naxçıvanın  qədim 

tayfalarının  bitkin  mifoloji  təfəkkür  tərzinə  yiyələndiyini 

göstərir.  Qədim  sənət  əsərlərində,  etnoqrafik  materiallarda, 

folklor 


nümunələrində  əks 

olunan 


təsəvvürlərə 

insanların yaşadığı dünyanın yuxarısında və aşağısında da bir 

dünya  vardır.  Tanrılar,  xeyirxah  qüvvələr  Göydə,  o  biri 

dünya  insanların  yaşadığı  dünyanın  altında,  yaxud  onların 

ətrafındadır.  Bir-birinə  qarşı  qoyulan  bu  dünya  və  o  biri 

dünyadakı  proseslər  qarşılıqlı  əlaqədədir.  Ölüm  həyatın 

dəyişilməz 

şərtidir. 

Canlıların 

daima 


intibahının 

və 


təzələnməsinin  rəhnidir.  Göyün,  Yerin  və  o  biri  dünyanın 

sahibi  mifoloji  obrazlarla  verilmişdir.  Bu  varlıqlarla  əlaqə 

yaradılması,  dua edilməsi, qurban kəsilməsi  və  digər ayinlərin 

icra  edilməsi  onların  həyatındakı  uğurların  əsas  təminatıdır. 

Arxeoloji  sənət  nümunələrindəki  müxtəlif motivli  təsvirlər  də 

bu  inanclarla bağlı olmuşdur.

gorə

66



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə