Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə23/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   19   20   21   22   23   24   25   26   ...   205

Rusiyası  dövründə  Azərbaycan,  xüsusilə  də  onun  ayrılmaz 

parçası  olan  Naxçıvan,  eyni  zamanda  Ermənistan  Rusiyanın 

maraq  dairəsi  içərisindəydi.  Rusiya  Azərbaycan,  dolayısıyla 

da  Türkiyə  arasında  Ermənistanı  yaradaraq  həm  türk 

dünyasının  bir-  biriylə  əlaqəsini  kəsmək,  həm  də  Türkiyə 

üzərində  üstünlük  qazanaraq  Ermənistan  lehinə  torpaq 

iddialarını  irəli  sürmək  və  beləliklə,  zəif  Türkiyə  dövləti 

üzərindən  Yaxın  Şərqə  və  isti  dənizlərə  açılmaq  kimi  gizli 

niyyətlərinə  çatmaq  istəyirdi.  Heç  təsadüfi  deyildir  ki,  XX 

əsrin  40-  cı  illərində  Ermənistanın  Hai-  Tahd  (ermənilərin 

davası)  ideologiyası  içərisində  yer  alan  «türk  işğalı  altındakı 

Ermənistanı»,  yəni  ermənilər  tərəfindən  uydurulan  Qərbi 

Ermənistanı  xilas  etməyi,  eyni  zamanda  Ermənistandakı 

Azərbaycan 

türklərini 

yaşadıqları 

yerlərdən 

qovmağı 


hədəfləyən tələb və təklifləri Moskva tərəfindən  də bəyənilmiş 

və  bu  tələblər  «Anavətəııə  dönüş  layihələri»  çərçivəsində 

həyata  keçirilməsi  məqsədəuyğun  hesab  edilmişdi.  Daha 

doğrusu,  bu  layihənin  arxasında  sırf Moskva  özü  dayanırdı. 

Sovet Rusiyasının əsl məqsədi Türkiyəni təsir dairəsinə almaq 

idi  və  bu  istiqamətdə  ermənilərdən  öz  məqsədləri  üçün 

istifadə edirdi.  «Anavətənə dönüş layihəsi» çərçivəsində Sovet 

Ermənistanına  gətiriləcək  ermənilərdən  Türkiyəyə  qarşı 

istifadə  olunacaqdı.  Çünki  Moskva Türkiyəyə  hücum etməyə 

hazırlaşırdı  və  vaxtı  gəlincə  erməniləri  ön  planda  tutacaqdı.10 

Rusiyanın  bu  siyasəti,  Moskvanın  Yaxın  Şərqə  sahib  olmaq 

istəklərinin  manifestini  təşkil  edirdi.  Bu  siyasət  isə,  öz 

növbəsində  həm  İngiltərə,  həm  də  dünya  gücü  olan  ABŞ-ın 

da  dövlət  maraqlarına  zidd  idi.  ABŞ  Sovetlərin  bu  siyasətinə 

qarşı  Trumen  Doktrinasıyla  öz  münasibətini  ortaya  qoydu. 

ABŞ - m araya girməsi və Türkiyənin  1952- ci ildə NATO- ya 

daxil  olması  ilə  Rusiyanın  Türkiyə  əleyhinə  apardığı  məlum 

siyasətin qarşısı alınmış oldu.11

Rusiyanın  məlum  siyasəti  hər  nə  qədər  üzdə 

görünməsə  də,  bu  gün  də  davam  edir.  Moskva  öz 

siyasətlərinə  çatmaq  üçün  ermənilərdən əl  çəkmək  niyyətində 

deyil.  Ermənistan  isə  Rusiyanın  bu  siyasəti  davam  etdiyi

'70



müddət  ərzində  Azərbaycan  torpaqlarını  ələ  keçirmək 

niyyətindədir.

Bu 

gün 


Ermənistan 

müəyyən 


səbəblərə 

görə, 


Türkiyəyə 

qarşı 


hücumun 

tətbiq 


edilməsinin 

doğru 


olmadığını  (Türkiyə  qarşısında  zəif  qalması  səbəbi  ilə)  və 

hətta  bunun  təhlükəli  olduğunu  anladığı  üçün  yığışıb  qalmış 

kini  və  nifrəti  ucbatından  müdafiəsiz  qalan  digər  ti'ırksoylu 

dövlət  olan  Azərbaycana  hücum  etməyi  daha  məqsədəuyğun 

hesab  etmişdir.  Çünki  Türkiyəyə  qarşı  torpaq,  təzminat, 

soyqırım 

iddialarının 

qəbulu 


imkansız 

olduğu 


üçün 

Moskvanın  dəstəyi  ilə  Azərbaycanın  bəzi  torpaqlarını  işğal 

etmək  tamamilə  gerçək  görünürdü.  Rusiyanın  Türkiyəyə 

qarşı  məlum  siyasətindən  istifadə  edən  Ermənistan,  indiki 

mərhələdə  Türkiyə  ilə  Azərbaycanın  əlaqəsini  qopararaq 

Naxçıvana  sahib  olmağı,  beləliklə  Türkiyənin  dəstəyindən 

məhrum 

olacaq 


Azərbaycan 

torpaqlarını 

Hai-  Tahd 

ideologiyasına  uyğun  olaraq  qlobal  sistemin  də  dəstəyi  ilə  ələ 

keçirməyi,  zaman  içərisində  əgər  Türkiyə  zəifləyərsə  iddia 

edilən  Qərbi  Ermənistanı  öz  torpaqlarına  birləşdirməyi 

hədəfiəməkdədir.  Bu  aspektdən  yola  çıxan  Ermənistan, 

«Böyük 


Ermənistan» 

ideyasını 

gerçəkləşdirmək 

niyyətindədir.  Bu  ideyalarını  gerçəkləşdirmək  üçün  ermənilər 

məsələyə  Naxçıvandan  başlamaq  niyyətindədirlər.  Nəyə  görə 

Naxçıvan  ?  Bizcə,  yuxarıda  deyilən  fikirlər  bunu  bir  daha 

sübut edir.  Bu  da  bir həqiqətdir  ki,  Ermənistan  Azərbaycanın 

işğalına  Naxçıvandan  deyil,  Qarabağdan  başladı.  Daha 

doğrusu  Naxçıvandan  başlamağa  cəsarətləri  çatmadı.  Heç 

təsadüfi  deyildir  ki,  radikal  millətçi  fikirləri  ilə  tanınan 

Daşnaq  ideoloqlarından  Zoıi  Balayan  da  özünü  erməni  xalqı 

qarşısında  günahkar  hesab  edərək  məsələni  Naxçıvandan 

başlamağa  cəsarətləri  çatmadığını  təsdiq  etməkdədir.  Litvada 

çıxan  «SM-  seqodnya»  qəzetinin  müxbiri  A.  Geroyanm 

«Dağlıq  Qarabağ  hadisələrinin  liderlərindən  biri  olaraq 

öldürülənlər  və  qaçqınlar  qarşısında  özünüzü  günahkar 

olaraq  görürsiinüzmü  ?»  sualına  Zori  Balayan  bu  cavabı 

vermişdi:  «Mən  bu  işi  başlatdığım  üçün  deyil,  xalqımı  gec

•  

71



ayağa  qaldırdığım  üçün  özümü  günahkar  hiss  edirəm. 

Məsələni Naxçıvandan başlatmağa gücüm çatmadı.»12

Tam  açıqlığı  ilə  deyilmiş  bu  fikirlər  sübut  edir  ki, 

Naxçıvan 

məsələsi 

ermənilərin 

gündəliyindədir. 

Onlar 


Naxçıvan  həsrətindədirlər  və  Naxçıvanın  işğalı  məsələsi 

Ermənistanın  baş planlarından biridir.  Ermənilər  1987- ci ildə 

ABŞ  -  da  nəşr  olunan  «Armenian  Weekly»  qəzetində  «birgə 

rəsmi  təbliğ»  (communique)  dərc  etdirib  Naxçıvan  da  daxil 

olmaqla ərazi iddialarına başlamışdılar.13

Ermənilər  bu  gün  də  Naxçıvanı 

Ermənistanla 

birləşdirməyi  əməli  vəzifə  kimi  qarşıya  qoyub  geniş 

kompaniya  başladıblar.  Ermənistan  1921-  ci  ildə  Rusiya  və 

Türkiyə  arasında  imzalanmış  müqavilələrin  ləğv  edilməsini 

tələb  edir.  16  mart  2004-  cü  ildə  (Ermənistan  Yazıçılar 

İttifaqı)  EYİ  binasında  keçirilən  və  Moskva  müqaviləsinin 

83- cü  ildönümünə həsr olunmuş  konfransda edilən  çıxışlarda 

bildirilib  ki,  Ermənistan  üçün  ədalətsiz  olan,  1921-  ci  ildə 

Sovet  Rusiyası  ilə  Türkiyə  arasında  imzalanan  Moskva 

müqaviləsinin  ləğv  edilməsi  Dağlıq  Qarabağ  münaqişəsinin 

dinc  yolla  nizamlanması  prosesini  sürətləndirə  bilər.  Bu 

müqavilə nəticəsində qədim erməni  torpaqları Qars, Ərdəhan, 

Bitlis  və  başqa  ərazilər Türkiyəyə,  Naxçıvan  isə  Azərbaycana 

verilib:  itirilən  torpaqların  ümumi  sahəsi  80  min  km2  olub. 

Mümkün  olduğu  qədər  Naxçıvanın  geri  qaytarılmasına 

çalışmalıyıq.  Daha  sonra  Ermənistan  parlamenti  Rusiyanın 

Dövlət  Dumasına,  Türkiyənin  Böyük  Millət  Məclisinə  və 

BMT- yə müraciət imzalayıb.  Müraciətdə Naxçıvanın  əzəli  və 

qədim 

erməni 


torpağı 

olduğu  bildirilmiş, 

«Naxçıvan 

problemi»  həll  edilməyincə  Dağlıq Qarabağ münaqişəsinin də 

bir nəticə verməyəcəyi vurğulanmışdır.14

Bütün  bu  faktların  dərindən  elmi  təhlili  belə  bir 

nəticəyə  gəlmək  imkanı  verir  ki,  Naxçıvana  qarşı  ərazi 

iddialarının  əsl  mahiyyəti  başqadır.  Bu mahiyyəti  dərk etmək 

üçün aşağıdakı faktorlar nəzərə alınmalıdır:

72



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə