Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə31/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   27   28   29   30   31   32   33   34   ...   205

diyarın  maddi-mədəniyyət  nümunələrinə  maraq  Naxçıvan 

xanlığının  Rusiya  imperiyası  tərəfindən  işğalından  sonra 

daha  da  artmışdır.  Arxeoloji  qazıntılar,  elmi  ekspedisiya  adı 

altında  aparılan  işlərin  əsl  mahiyyəti  təbii  sərvətlərimizi  qarət 

edən  çar  siyasətinin  davamı  idi.  Bununla  belə  bölgədə  olan 

çar  məmurları  Naxçıvan  abidələri  haqqında  müəyyən 

məlumatlar  da  vermişlər.  Şərqşünas  alim,  etnoqraf  və 

diplomat  N.V.Xanıkov  1847-49-cu  illərdə  Qafqazda  diplo­

matik  vəzifədə  işlədiyi  dövrdə  qraf Vorontsovun  göstərişi  ilə 

Naxçıvan  ərazisində  olan 

maddi-mədəniyyət  abidələri 

haqqında məlumat vermişdir.  (l,s.7)

1870-ci  ildə  К.  A.  Nikitin  Naxçıvan  duz mədənlərində 

tədqiqat  apararkən  qədim 

silah  və  əmək  alətləri 

aşkar 


etmişdir (1, s.  8).  Bundan qısa müddət sonra  1879--cu ildə I.  S. 

Rolyakov  yenidən  duz  mədənlərində  tədqiqat  aparmış,  13 

ədəd daş çəkic  əldə etmişdir (2, s.  10).

1896-cı  ildə  N.V.Fyodorov  Qızılburun  bölgəsində 

qazıntı  işləri  aparmışdır.  O,  əldə  etdiyi  zəngin  materialları 

Moskva  Dövlət  Tarix  Muzeyinə  göndərmişdir  (3,  s.  69).  N. 

V.  Fyodorov  qazıntılar  zamanı  əldə  etdiyi  yastı  tiyəli  tunc 

xəncərlər,  Ön  Asiya  tipli  xəncər,  daş  toppuz,  obsedian  ox 

uduqları,  eynəkşəkilli  tunc  asma  tipli  bəzək  əşyaları  da 

aparmışdır (2, s.  11).

1926-cı  ildə  akademik  İ.İ.Meşşaninov  Qızılburun 

yaşayış  yerində  7  daş  qutu  qəbir,  A.A.Miller  isə  iki  qəbir 

tədqiq 

etmişdir.  Bu 



qazıntılar  zamanı 

əldə 


olunan

materialların  bir  hissəsi  Azərbaycan  Dövlət  Tarix  Muzeyinə, 

digər hissəsi  isə Naxçıvan  Dövlət Tarix Muzeyinə  verilmişdir 

(3, s.  69-70).

30-cu  illərdə  Ə.Ələkbərov  Şortəpə,  Şahtaxtı,  Oğlan- 

qala  və  Nəhəcirdə  tunc  dövrü  abidələrini  aşkar  edərək  Nax­

çıvan mədəniyyətinə aid  xeyli material  toplamışdır (4, s.  7).

II  Dünya  müharibəsindən  sonra  Naxçıvanın  maddi- 

mədəniyyətinin  öyrənilməsinə  diqqət  bir  qədər  də  artmışdır. 

1951-64-cii  illər-  arasında  O.  H.FIəbubullayevin  Kültəpə 

yaşayış  yerində 

uzun 


müddətli 

arxeoloji 

qazıntıları

Azərbaycan tarixinə bir sıra yeniliklər gətirmişdir.

V.H.Əliyevin  1968-76-cı illərdə  II Kültəpədə apardığı 

arxeoloji  qazıntılar  nəticəsində 

III  minilliyin  sonu  və  II 

minilliyin  əvvəllində  Naxçıvan  ərazisində  ilkin  şəhərlərin 

formalaşdığı müəyyənləşdirilmişdir.

94



1965-ci 

ildə  geoloqlar  tərəfindən 

üzə  çıxarılan 

Gəmiqaya  abidələri  arxeoloqlar  tərəfindən  tədqiq  edilmiş, 

ümummilli  liderimiz  H.Əliyevin  sərəncam və göstərişlərindən 

sonra  bu  abidə  daha  geniş  şəkildə  öyrənilmişdir.  Abidə  ilə 

bağlı  xeyli  məqalə  və  monoqrafiyalar  yazılaraq  çap 

edilmişdir.

Araz  SES-in  tikintisi  ilə  əlaqədar  olaraq  1968-ci  ildə 

Araz  arxeoloji  ekspedisiyası  yaradılmış,  R.B.Göyüşovun 

rəhbərliyi  ilə  1968-70  illərdə  su  altında  qalmaq  təhlükəsi  olan 

Muncuqtəpə,  Xarabaşəhər,  Aslabad,  Abbasabad  yaşayış 

yerlərində  arxeoloji  tədqiqatlar  aparmışlar.  Qazıntı  zamanı 

orla  əsrlərə  aid  xeyli  maddi-mədəniyyət  nümunəsi  aşkar 

edilmişdir (5, s.  12).

1979-ci  ildən  başlayaraq  Xarabagilan  ərazisində 

arxeoloji  qazıntılar  genişləndirilmişdir.  Q.  M.  Aslanov,  B.  İ. 

İbrahimov,  S.  M.  Qaşqay  tərəfindən  qədim  və  orla  əsrlər 

dövrünə  aid  bir  sıra  yaşayış  yerləri  tədqiq  edilmiş,  zəngin 

maddi- mədəniyyət nümunələri əldə olunmuşdur.

V.  B.  Baxşəliyevin  1988  -  1994  -  cü  illərdə  apardığı 

tədqiqatlar  nəticəsində  Muxtar  Respublikasının  arxeoloji 

abidələri  toplu  halında  hazırlanaraq çap edilmişdir.

Ə.K.Ələkbərov,  O.H.Həbubullaycv,  V.H.Əliyev,  H.İ. 

Qədirzadə,  M.  M.  Hüseynov,  Q.M.Aslanov,  S.M.Qaşqay,

B.İ.İbrahimov,  M.M.Seyidov,  Q.H.Ağayev,  V.  B.  Baxşəliyev,

N.  Əliyev, 

A.Q.Seyidov,  S.H.Aşurov,  N.Ə.Miiseyibli, 

Ə.H.Bədəlov,  Ə.  İ.  Novruzlu,  Ə.  Q.Cəfərov  və  digərlərinin 

apardığı  tədqiqatlar  zamanı  Naxçıvanın  qədim  mədəniy­

yətinin  öyrənilməsi  üçün  mühüm  əhəmiyyətli  olan  maddi- 

mədəniyyət nümunələri aşkar olunmuşdur.

Tədqiqatlar  zamanı  aşkar  olunan  I  Maxta  Kültəpəsi, 

Aşağı  Daşarx  yaşayış  yeri,  Kolanı,  Sarıdərə,  Bayəhməd, 

Qarabulac  nekropolları  tariximizin öyrənilməsi  üçün  xüsusilə 

əhəmiyyətlidir.  Naxçıvan  ərazisində  aşkar  edilib,  tədqiq 

edilən  abidələr  qədim  Şərq  və  Cənubi  Qafqazda  arxeoloji 

mədəniyyətin  formalaşması  və  dövrləşməsilə  bağlı  dəyərli 

dəlillər yermişdir.

Ümummilli 

liderimiz 

H.Əliyev 

Naxçıvanın 

hər 


daşının,  hər  qayasının  tarixin  canlı  səhifəsi  olduğunu  qeyd 

etmişdir.  Məhz  onun  bu  qədim  diyarın  tarixinə  göstərdiyi 

qayğı  sayəsində  ümümdünya  arxeologiyasında  mühüm  yeri

95



olan  Naxçıvan  abidələrinin  də  tədqiqi 

genişlənmiş,  elmi 

tədqiqat işləri sürətlənmişdir.

Ədəbiyyat

1.  Göyuşov  R.  B.  Azərbaycan arxeologiyası.  Bakı,  1986

2.  Абибуллаев  О.  А.  Энолит  и  бронза  на территории  Нахи­

чеванской  АССР Баку,  1982

3. Seyidov A.  Q.,  Baxşəliyev V.  В., Novruzlu  Ə.  L, Babayev V.M.

Naxçıvanın və Babək bölgəsinin arxeoloji abidələri.  Bakı,  1995

4.  Алиев  В.  Г.  Культура  эпохи средней  бронзы Азербайджана.

Баку,  1991

5.  Baxşəliyev V.  В.,Seyidov A. Q. Naxçıvanın qədim  tarixi.  Bakı, 

1995

Z A K İR   R Z A Y E V  

A M E  A  Naxçıvan  Bölməsi  Tarix, 

Etnoqrafiya  və Arxeologiya institutu

NƏHƏCİRİN ORTA TUNC DÖVRÜ KERAMİKASI

Eramızdan  əvvəl  7-6  minilliklərdə  meydana  çıxan 

dulusçuluq  ən  qədim  sənət  sahələrindən  biri  hesab  edilir. 

Neolit  dövründə  məişət  əşyalarının  istehsalı  zamanı  insan  öz 

fəaliyyətinin  estetik  tərəflərini  düşünmüş,  eneolit  dövründə 

isə incəsənətin inkşafında mühüm irəliləyiş  olmuşdur.  Eneolit 

dövründə  keramika  istehsalına  tələbatın  artması 

dulus 


kürələrinin  təkmilləşməsinə şərait yaratmışdır.

Sənətkarlığın 

əsas 

sahələrindən 



olan 

keramika 

istehsalında  sənətkarların  insan 

zövqünü  ritmik  element­

lərdən  olan  ornamentlərlə  ifadə  etməyə  cəhd  göstərməsi 

dulusçuluq  və tətbiqi sənəti  bir-birinə yaxınlaşdırmışdır.

Arxeoloji 

araşdırmalar 

zamanı 

hər  . 


dövrün 

ornamentlərində  özünəməxsus  stil  və  forma  müxtəlifliyi 

müəyyən  olunmuşdur.  Qədim  dövrlərdə  insanın  yaşam 

tərzində 

hakim 

mövqeyə 


çevrilən 

amillər 


keramika

96



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə