Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə33/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   29   30   31   32   33   34   35   36   ...   205

Güman  varki,  Nəhəcir  ərazisində  də  təbərzin  tipli  alətlərdən 

istifadə 

olunmuşdur. 

Təbərzin 

tipli 

silahlara 



bütün 

Zaqafqaziya  ərazisində  çox  rast  gəlindiyindən  arxeoloji 

ədəbiyyatda «Zaqafqaziya  təbərzini»  termininin  yaranmasına 

səbəb  olmuşdur.  Bu  tipdə  naxışlanmış  qablara  II  Kiiltəpə 

yaşayış yerində də rast gəlinib(3, s. 98).

Basma  naxışlı  qablara  təkcə  Naxçıvan  ərazisində 

deyil(4,  s.  85),  Qarabağ  zonası  abidələrində  də(5,  s.  97) 

təsadüf olunmuşdur.

Basma  üsulla  naxışlanmış  qablara  Zaqafqaziyanın  digər 

ərazisində  də  rast  gəlinmişdir.  Bu  tip  qablar  Trialeti 

mədəniyyətinin  yayıldığı  ərazidərdə  də  aşkar  olunmuşdur  (8, 

s.  10).  '

Nəhəcir  Orta  Tunc  dövrünün  keramikasının  əsas 

ornament  xüsusiyyətlərindən  biri  də  qabarıq  və  batıq 

zolaqlardan  ibarət  naxışlardır.  Müxtəlif  formalı  qabların  bu 

tip  ornamentlərlə  naxışlanması  onların  estetik  gözəlliyini 

daha da artırmışdır.

Nəhəcir  ərazisində  sınıq  dalğalı  xətlərlə  naxışlanmış 

keramika  məlumatları  daha  çoxdur.  O.Həbibullayev  bu 

xətləri axar suyun simvolu kimi göstərmişdir(6, s.  272).  Suyun 

əkinçi  -m aldar  tayfaların  həyatında  mühüm  rol  oynadığını 

nəzərə  alaraq  bunun  qənaətbəxş  fikir  olduğunu  söyləmək 

olar.

Nəhəcir  nekroplundakı  çəhrayı  rəngli  qabların  birinin 



üzəri  qəhvəyi  rəngli  dalğalı  və  düz  xətlərlə  naxışlanmışdır. 

Boya  ilə  örtülmədən  birbaşa  qabın  narıncı  səthinə  çəkilmiş 

ornament  boyalı  qabların  ən  qədim nümunəsi  hesab  edilir  (2, 

s.  94).


Nəhəcir Orta Tunc dövrü boyalı keramikasının bənzərləri 

Muxtar  Respublikasında  Yaycı  (7,  s.  98),  Şahtaxtı  (9,  s.  46) 

Sarıdərə və digər  yaşayış məskənlərində də rast gəlinmişdir.

Nəhəcir  keramikasındakı  forma  oxşarlığı  ilə  yanaşı 

ornament  eyniyyəti  Naxçıvan  Muxtar  Respublikasının  digər 

yaşayış  yerləri  ilə  iqtisadi  və  mədəni  bağlılığın  olduğunu 

göstərir.  Nəhəcir  keramikasında  Naxçıvan  boyalı  qablarının

100



ilkin  mərhələsi  üçün  xarakterik  olan  bütün  xüsusiyyətlər 

vardır(l, s.  108).

Nəhəcirdəıı  aşkar  olunmuş,  Naxçıvanın  digər  yaşayış 

yerlərində  də  geniş  yayılmış  monoxrom  boyalı  qabların 

müxtəlif  istehsal  mərhələlərindən  keçdiyi  lədqiqatçıdar 

tərəfindən  müəyyən  edilmiş,  monoxrom  boyalı  qabların 

Naxçıvandan  Cənubi  Qafqazın  digər  regionlarına  yayıldığı 

qeyd  edilmişdiı*(l,s.  4).  Nəhəcir  monoxrom  boyalı  qablarının 

Naxçıvanın  digər  yaşayış  yerlərində  də aşkar edilmiş  qablarla 

bənzərliyi  Nəhəcir  dulusçuluq  mərkəzinin  Naxçıvan  boyalı 

qablarının  əsas  istehsal  ocaqlarından  biri 

və  bu  ərazidə 

yayılan  boyalı  qablar  mədəniyyətinin  tərkib  hissəsi  olduğunu 

təsdiq edir.

Ədəbiyyat

1.  Baxşəliyev  V.B.  Naxçıvanın  qədim  xalqlarının  mənəvi 

mədəniyyəti.  Bakı,  Elm  2004

2.  Seyidov  A.Q., 

Baxşəliyev 

V.B. 


Nəhəcirdə  arxeologi

araşdırmalar.  Bakı, 2002

3.  Сеидов 

А.Г. 


Памятники 

Куро-Аракской 

культуры

Нахичевани. Баку,  1993

4.  Baxşəliyev V.B.  Erkən dəmir dövrü mədəniyyəti.  Bakı, 2002

5.  Алиев  Ei.r.  Культура  эпохи  средней  бронзы  Азербайджана. 

Баку,  1991

6.  Абибуллаев  О.А.  Энеолит  и  бронза 

на  территории 

Нахичеванской АССР. Баку,  1982

7.  Belli  О.,  Baxşeliyev  V.  Nahçıvan  bölgesinde  orta  ve  son  tunc 

çağı çanak- çömlek kiiltürü.  İstambul,  2001

8.  Кушнарева  K.X..  Южный  Кафказ  в  ЫХ-ХЫЫ  тыс.л.до.  н.э.. 

Санкт- Петербург,  1993

9.  Ağayev  Q.H.  Şahtaxtı  son  tunc  və  dəmir  dövründə.  Bakı,

2002


101


f

F İ Z  U Lİ  i B R A H İ M Z A D Ə  

• •


Naxçıvan  Ozol Universiteti

•  




BEHBUD ŞAXTAXTINSKININ  PUBLİSİSTİK

FƏAL1İYYƏTİ

XX  əsrin  əvvəllərində  Azərbaycan  xalqının  tarixi 

taleyində  mühüm  rol  oynamış  şəxsiyyətlərdən  biri  də 

Azərbaycan  Respublikası  Xalq  Ədliyyə  Komissarı  və  Xalq 

Komissarları  Soveti  sədrinin  müavini  vəzifəsinədək  yüksələn, 

Naxçıvan  SSR  Fövqəladə  Komissarı  və  Xalq  Komissarları 

Sovetinin  Sədri  kimi  vəzifələrdə  işləyən,  Moskva  (1921,  mart) 

müqaviləsində  Azərbaycanı  təmsil  edən  və  Qars  (1921, 

oktyabr) müqaviləsini imzalayan  Behbud Şaxtaxtiııskidir.1

Behbud  Şaxtaxtinski  görkəmli  dövlət  xadimi  və 

diplomat  olmaqla  bərabər jumalistlik  fəaliyyəti  ilə  də  məşğul 

olmuş,  bir  müddət  ’’Balaban-’  (1907)  jurnalına  redaktorluq 

etmiş2  və  müxtəlif mövzularda yazdığı  publisist məqalələri  ilə 

dövrün  mətbu  orqanları  olan  ’’Zakavkazye” ,  ’’Nicat” , 

’’Azərbaycan” ,  ’’Kommunist”  və  s.  qəzetlərində  çıxış  edərək, 

dövlətin,  millətin  və  xalqın  taleyi  məsələləri  ilə  bağlı  öz 

maraqlı mülahizələrini bildirmişdir.

Məlumdur  ki,  XX  əsrin  əvvəllərində  ’’Sakartvello” 

(Gürcüstan)  adlanan  gürcü  inqilabçı-federalist-sosialistlər 

partiyasının  orqanı  kimi  nəşr  olunan  ’’Zakavkazye”  (1906- 

1914)  qəzeti  o  dövrdə  ümumən  Zaqafqaziyada  nəşr  olunan 

rusdilli  mətbuat  orqanları  sırasında  ən  mütərəqqi  yol  tutan 

qəzet  olmuşdur.  Xüsusilə,  Azərbaycanın  ictimai-siyasi  və 

ədəbi -mədəni  fikrini  ’’Zakavkazye”  qəzeti qədər demokratik 

mövqedən  ardıcıl  şəkildə  təbliğ  edən  ikinci  bir  rusdilli 

mətbuat  orqanının  adını  çəkmək  çətindir.3 

’’Zakafkazye” 

qəzetinin 

Azərbaycan 

həyatı 


ilə 

əlaqədar 

məfkurəvi 

istiqamətini düzgün müəyyənləşdirmək üçün  özünün  siyasi və 

publisist  məqalələri  ilə  bütün  Zaqafqaziyada  böyük  şöhrət 

qazanmış 

Behbud 

Şaxtaxtinskinin 



həmin 

qəzetdəki

102



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə