Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə29/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   25   26   27   28   29   30   31   32   ...   205

Azərbaycan  türklərində  də  ata  yüksək  ehtiram  bəslənmişdir. 

Şifahi  və yazılı ədəbiyyat  nümunələrində dastan  və nağıllarda 

isə  minik 

atına  münasibət  daha 

önəmli 

olmuşdur. 



H.Q.Qədirzadə  atla  bağlı  qədim  türk  dastan  və  nağıllarına, 

həmçinin toplanmış  etnoqrafik materiallara əsaslanaraq  qeyd 

edir  ki,  atla  bağlı  inanclar  türk  xalqlarına  digər  xalqlardan 

deyil,  əksinə  türklərdən,  xüsusən  Azərbaycan  türklərindən 

dünyanın bir sıra xalqlarına yayılmışdır.6

Türklər  bütün  heyvanlar  arasında  ən  çox  ata  üstünlük 

vermişlər.  At  türklər  arasında  misilsiz  hörmət  və  məhəbbətə 

malik  olmuşdur.  Qədim  türkləri  atsız  təsəvvür  etmək 

mümkün  deyildir.  Ata  olan  yüksək  ehtiram  türk  dastan  və 

nağıllarının  demək  olar  ki,  əksəriyyətində  göstərilmişdir.  Bu 

təsvirlər  şübhəsiz  ki,  islamaqədərki  dövrün  inanclarını, 

mifologiyasım  göstərir.  İslam  dini  qəbul  edildikdən  sonra  da, 

hətta  günümüzə  qədər  islam  inancları  ilə  bərabər  insanlar 

qədim  türk  adət  və  ənənələrini,  inamlarım  yaşatmaqdadırlar. 

Orta  əsrlər  dövrünü  xarakterizə  edən  daş  qoç  fiqurlarının 

üzərində  qədim  inancları  yaşadan  təsvirlərlə  yanaşı  həm  də 

islamı  ideyalarla  bağlı  kəlamlar  vardır.  Bir  qoç  abidəsinin 

üzərində  (115  x  148  x  48  sm)  olan  insan  və  qılınc  təsviri  ilə 

bərabər  həm  də  «Allah,  Məhəmməd,  Əli»  kəlmələri 

yazılmışdır.  Bu  fiqurun  isə  ayaqları  bitişik  vəziyyətdə, 

buynuzları  burulmuş,  başı  uzunsov,  ağzı  qapalı,  quyruğu 

yastı halda düzəldilmiş dir.

Bu  kitabə  və  təsvirlərin  öyrənilməsi  Azərbaycan 

xalqının 

dini, 

ictimai-siyasi 



dünyagörüşünün, 

qədim 


inanclarının, 

həyat 


tərzinin 

öyrənilməsində 

mühüm 

əhəmiyyət kəsb edir.



Ədəbiyyat

1. Nəsir Rzayev. Əsrlərin səsi.  Bakı, Azərnəşr,  1974, s. 67

2.  Rasim Əfəndiyev.  Danışan daşlar. Bakı, Gənçlik,  1980, s. 23

3. Nəsir Rzayev.Əcdadların izi ilə.  Bakı, Azərnəşr,  1992, s. 82

4.  Seyidəv  M.  Azərbaycan  xalqının  soy  kökünü  düşünərkən.Bakı,

1989,  s.368

88



5.  Azərbaycan  folkloru  antologiyası.  Naxçıvan  folkloru.  Bakı, 

Sabah  nəşriyyatı,  J994, s.  66

6.  Kadirzade  Kadir.  Naxçıvanda  eski  türk  inamları  (Atla  bağlı 

inamlarımız  və  soy  elakalarımız).  V  MTHKK  Gelenck, 

Görenek İnamlar Seİcsion  bildirileri. Ankara,  1997, s. 248

TU RK AN   Q ƏD IRZAD Ə 

A M  EA  Naxçıvan  Bölməsi  Tarix, 

Etnoqrafiya və  A rxeologiya Insititııtu

TÜRKƏÇARƏ  MÜALİCƏ  ÜSULU

Qədim 


tarixə 

malik  olan  xalq 

təbabəti 

elmi 


təbabətdən  min  illər  əvvəl  yaranmışdır.  Əldə  olan  mənbələrə 

əsaslanaraq 

demək 

olar  ki, 



xalq  müalicə 

üsulunda 

türkəçarənin  müxtəlif sahələri  geniş  yayılmışdır.  Bunların  bir 

qismi 


öz 

əksini 


ayrı-ayrı 

ədəbiyyatlarda 

tapmışdır. 

Tədqiqatlar  göstərir  ki,  keçmişdə  xəstəliklərin  müalicəsində 

daha  çox bitki  mənşəli  dərmanlara,  uzunmüddətli  təcrübəyə 

əsaslanan  üsullara  geniş  yer  verilmişdir.  Zaman  keçdikcə 

bitkilərlə 

bərabər  heyvanat 

aləminin  və  mineralların 

xüsusiyyətlərini  dərindən  öyrənən  əcdadlarımız  öz  müalicə 

üsullarında 

onlardan  da  istifadə 

etmişlər.  Beləliklə 

müalicədə  bitki,  heyvan  və  mineral 

mənşəli  maddələr



(dərmanlar) geniş  yer tutmuşdur.  (Məs:  Üzərlik,  kirpi əti,  zəy 

və  s.)  Topladığımız  materiallar  göstərir  ki,  Naxçıvanda 

mineral  bulaqlardan  (xalq  arasında  şor su,  qotur  suyu  və. 

s  ) 


müalicə 

məqsədi  ilə 

istifadə  xalq  arasında  geniş 

yayılmışdır.  Xalqın  inamına 

görə  bu  sular  xəstəliklərdən 

qorunmaq,  onları 

sovuşdurmaq 

xüsusiyyətinə  malikdir. 

Həmin  bulaqların  bəziləri  müqəddəs  hesab  edilir.  Əgər  hər 

hansı  xəstə  bu  bulağın 

suyu  ilə  çimizdirilsə  dərdləri 

sovuşarmış.  Naxçıvanda  xalq  arasında  olan  inama 

görə 

mineral  bulaqların  suyu  ilin  əsasən  isti  vaxtlarında-  yazda, 



yayda  daha  şəfaverici  olur.1

89



Bir sıra  xəstəliklər  bəd  nəzərlə əlaqələndirilir.  Nəzər­

dən  qorunmaq  üçün  müxtəlif  vasitələrdən  istifadə  olunur. 

Üzərlik  yandırma  adətinin  izləri  qədim  tarixə  malikdir. 

İnama  görə 

üzərliyi  odda  yandırıb 

tüstüsü 


xəstəyə 

verildikdə  onun  baş  ağrıları  götürülür.  Nizami  «isgəndər- 

namə» əsərində yazır.

Üzərlik yaxarlar göz dəyən üçün, 

Od yaxıb yandırar dərdi  büsbütün.

Üzərliyin  kökünü  döydükdən  sonra  sıxıb  suyunu

çıxarır və arpa  unu  ilə  qarışdırırdılar.  Həmin  qarışığı  bir  neçə

gün  qotura  sürtməklə  xəstəliyi  müalicə  etmək  mümkündür. 

• •

Üzərlik  maqik  xüsusiyyətlərə  də malikdir.



Üzərlik ağ üzərlik 

Üzərlik göy üzərlik, 

Müzkül işim düşübdür 

Xətasın sov üzərlik.

Xalq  təbabətinə dərindən  bələd  olan türkəçarəçiləı*-  el 

həkimləri  bir çox halda qarışıq tərkibli  dərmanlar  hazırlamış, 

onları  sınaqdan  keçirərək  şəfaverici  məlhəmlər  düzəltmişlər. 

Zaman-  zaman  onlar 

bir  sıra  daxili  xəstəlikləri  də 

bitkilərdən, meyvələrdən alınan  cövhərlər və şirələrlə müalicə 

etməyin 

sirlərini 

öyrənmişlər.  Tədricən  sadə  tərkibli 

dərmanlar  daha  mürəkkəb  təsirli 

müalicə  vasitəsinə 

çevrilmişdir.  Xalqın  arasında  yetişən  bilicilər-  tiirkəçarəçilər 

ara həkim-ləri kimi əhaliyə  xidmət  göstərmişlər.  Naxçıvanda 

da türkəçarə müalicə  üsuluna  böyük  inam  vardır.  Adından 

da 

göründüyü 



kimi,  bu  müalicə 

üsulu  əsasən 

qədim 

türklərlə  bağlıdır.  Sözün  kökündə  olan  çarə,  əlac,  dərdə- 



dəva,  dərdləri  sovuşdurmaq  mənasında  işlədilir.  Türkəçarə

müalicəni  2  yerə  bölmək  olar.  1.  Ümumi  camaatın  məşğul 

olduğu  müalicə  üsulu,  ailə  müalicəsi.  2.  Xüsusi  adamların

90



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə