Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə28/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   24   25   26   27   28   29   30   31   ...   205

və  qoyun  fiqurlarının  oxşar  cəhətləri  olsa  da  hər  biri 

özünəməxsus orijinal  bədii  üslubda  işlənmişdir.

Daş  qoç  və  qoyun  fiqurları  Naxçıvan  MR-in  bir  çox 

rayon  və  kəndlərində  qeydə  alınmışdır.  Bu  qəbirüstü 

heykəllərin  bir  qismi  bölgədəki  qəbristanlıqlardan  gətrilərək 

Naxçıvan  şəhərində  Möminə  xatun  məqbərəsi  qarşısında 

Naxçıvan  MR  Ali  Məclisi  Sədrinin  sərəncamı  ilə  yaradılan 

açıq  muzeydə  mühafizə  və  nümayiş  etdirilir.  Hazırda  açıq 

muzeydə  72  qoç  və  qoyun  fiquru,  12  sənduqə  tipli  xatirə 

abidəsi  nümayiş  etdirilir.  Onların  içərisində  diqqəti  ən  çox 

cəlb  edən  üzərində  müxtəlif  kitabə  və  bədii  təsvirlər  həkk 

olunan  abidələrdir.  Bu  abidələrin  üzərində  təsvir  olunan  hər 

bir  işarənin  özünə  məxsus  anlamı,  məna  çaları  vardır.  Bu 

təsvirlərin  əski  türk  inancları  və  adətləri  ilə,  eyni  zamanda 

islami  inamlarla  bağlı olduğu ehtimal edilir.

Buradakı  bir  qoç  fiquru  (145  x  65  x  45  sm)  arxa 

ayaqları  yarım  bükülü  vəziyyətdə,  başı  kiçik  ölçüdə,  quyruğu 

yastı,  buynuzları  burulmuş  halda  düzəldilmiş,  ağzı  az  nəzərə 

çarpdırılmışdır.  Digər bir  fiqurun  (140  x  65  x  40  sm)  ayaqları 

bitişik,  buynuzları  burulmuş  halda,  başı  bir  qədər  uzunsov 

olub,  ağız hissə  bildirilməmişdir,  quyruğu  yastıdır. 

3-  cü 


fiqur 

(150  x  71  x  50  sm)  altlıq  üzərində,  qıvrıq  buynuzlu,  başı  bir 

qədər  girdə  şəkillidir.  Belində  kəmər  olan  qoç  fiqurunun 

quyruğu  yastıdır.  Ayaqlar daşın  bir qədər  oyulması  ilə  nəzərə 

çarpdırılmışdır.  Bir  fiqur  (160  x  70  x  40  sm)  altlıq  üzərində 

ayaqlar  bir-birindən  aralı  şəkildə  düzəldilmişdir  ki.  bu  da 

sənətkardan  böyük  ustalıq  tələb  edirdi.  Buynuzları  düz,  başı 

digərlərinə  nisbətən  kiçik  ölçülüdür.  Fiqurun  quyruq  hissəsi 

maili  şəkildədir.  5-  ci  fiqur  (170  x  80  x  41  sm)  yenə  də  altılıq 

üzərində ayaqları  bitişik,  buynuzları  burulmuş  vəziyyətdə,  alt 

çənə  bir  qədər  irəli  çıxmış  halda,  qabaq  ayaqları  bitişik 

şəkildə düzəldilmişdir.

Fiqurların  öyrənilməsi  göstərir  ki,  onların  hər  biri 

orjinal  bədii  üsluba  malikdir  ki,  bu  da  ustanın  fərdi 

yaradıcılıq  qabiliyyətini  göstərir.  Qoç  fiqurları  üzərində  olan

85



müxtəlif bədii  təsvirlər özünəməxsus maraqlı  tədqiqat obyekti 

kimi diqqəti cəlb edən abidələrdəndiı*.

Burada  olan  bir  fiqur  (95  x  92  x  49  sm)  iki  ayağı  üstə 

başı  yumru,  buynuzlan  burulmuş  vəziyyətdə,  quyruğu  yastı, 

ağzı  az  nəzərə  çarpacaq  formada  düzəldilmişdir.  Bu  abidə 

qırmızı  daşdan  hazırlanmışdır.  Abidənin  sol  tərəfində  iki 

insan  və  insanlardan  arxa  tərəfdə  taxçada  su  qabı  həmçinin 

quş  təsviri  işlənmişdir.  Təsvirdəki,  insanlardan  biri  taxtda 

əyləşmiş  və  başında  tac  vardır.  Bu  onun  hökmdar  olmasını, 

digər  bir  insanın  isə  əlində  saz,  onun  qarşısında  əyləşməsi 

burada  saz,  söz  yaradıcılığının,  musiqi  məclisinin  olduğunu 

göstərir.

Musiqi  əski  türklərin  əsas  sənət  sahələrindən  biri,  saz 

isə  aşıqların  ən  qədim  zamanlardan  ilahi  və  dünyəvi  şeirləri 

ifa  etdikləri  qədim  musiqi  alətidir.  Bu  musiqi  aləti  dastan  və 

nağıllarımızdan  da  məlumdur.  «Kitabi  Dədə  Qorqud», 

«Koroğlu»,  «Aşıq  Qərib»  və  s.  dastanlardan  da  göründüyü 

kimi  saz  ən  əziz  musiqi  aləti  olmuş,  müqəddəs  hesab 

edilmişdir.

Digər  bir  fiqur  ayaqları  bitişik  vəziyyətdə,  quyruq 

hissəsi  azca  çıxıntılı  halda  düzəldilmişdir.  Onun  baş  hissəsi 

sındırılmışdır.  Fiqur  sarı  daşdan  hazırlanmışdır.  Bu  fiqurun 

(107  x  152  x  85  sm)  üzərində  günəş,  sünbül,  qılınc  təsviri 

çəkilmişdir. 

Günəşə 

inam 


Azərbaycanda 

çox 


qədim 

zamanlardan  geniş  yayılmışdır.  Sənətşünas  N .Rzayev  günəş 

kultunun  Azərbaycanın  madii  mədəniyyət  abidələrində  daha 

çox  işləndiyini  göstərir  və  qeyd  edir  ki,  günəş  lcultu 

Azərbaycanın 

mənəvi 


mədəniyyətinin 

xarakterik 

xüsusiyyətlərindən olmuşdur.2*

Günəş  təsviri  təkcə  daş  işləmə  sənətində deyil,  həm  də 

bəzək  əşyalarında,  xalçaçılıqda  və  digər  əl  işlərində  də  öz 

əksini  tapmışdır.  Mirəli  Seyidov  apardığı  araşdırmalara 

dayanaraq  qeyd  edir  ki,  bir  çox  xalqlarda  olduğu  kimi 

azərbaycanlılarda  da  Günəş  Tanrısı-  şüa,  zoomorfık  onğon 

və insan kimi təsəvvür edilmişdir.4

36



Günəşə inam  insanların  həyatı,  yaşama inancı  ilə  bağlı 

hesab  edilə  bilər.  Şübhəsiz  ki,  günəş  işığı  olmadan  nə  təbiət, 

nə  də  insanlar  yaşaya  bilməzlər.  Bu  isə  günəşli  günlərin 

insanların  həyatında mühüm yer tutduğunu göstərir.

Fiqur  üzərində  digər  bir  təsvir  quş  təsviridir. 

Tədqiqatçılar  quş  təsviri  ilə  bağlı  inamlara  arxeoloji 

qazıntılarda  rast  gəlindiyini  qeyd  edirlər.  Azərbaycan 

folklorunda  da  quşların  xeyirxahlığı  insanlara  kömək  etməsi 

ilə  bağlı  xeyli  əfsanə  vardır.  Məsələn  Nuh(ə.s.)la  bağlı 

əfsanələrdə qaranquş, göyərçin  insanın yaxın  dostu  köməkçisi 

kimi  verilmişdir.5  Yaxud  da  nağıllarda  tez-tez  rast  gəlinən 

əfsanəvi  Simurğ  və  Səməndər  quşları  xeyirxah  qüvvələri 

təmsil  edir.  Qəbir  daşlarında  öz  əksini  tapmış  quş,  təsvirləri 

quşun  qoruyucu  funksyası  göy  aləminin  təmsilçisi  kimi 

insanların  ruhunun  bəd  qüvvələrdən  mühafizə  etməsi 

inancları ilə bağlı olduğunu söyləməyə imkan  verir.

Fiqurların  bir  neçəsinin  üzərində  ən  çox  qılınc  təsviri 

çəkilmişdir.  Məlum  olduğu  kimi  türklər  qılınca  və  qalxana 

hər  zaman  sahib  olmuş  və  bu  türklərin  döyüşkənlik  rəmzi 

kimi dəyərləndirilmişdir.

istər  dini  ədəbiyyatlarda,  istərsə  də  dastan  və 

nağıllarda  qılınca  ecazkar  nəzərlə  baxılmışdır.  Məsələn  Hz. 

Əlinin  Zülfüqarı,  Koroğlunun  Misri • qılıncı  kimi  möcüzəli 

qılınclar  haqqda  məlumatlar  vardır.  Qədim  türklərdə  hər  bir 

döyüşçünün  vətənini,  namusunu  qorumaq  üçün  qılıncı 

olmuşdur.  Qəbirlər üzərindəki  təsvirlər arasında qılıncın  daha 

çox  yer  alması  dəfn  edilənin  döyüşçü  olduğunu  söyləməyə 

imkan verir.

Üçüncü  bir fiqurun  (113  x  142 x  60 sm)  üzərində qılınc 

və  al  təsviri  işlənmişdir.  Bu  qoç  fiqurunun  ayaqlan  bitişik, 

buynuzları  burulmuş,  başı  bir  qədər  uzunsov,  ağzı  isə  qapalı

halda düzəldilmişdir.  Üzərində kitabəsi  vardır.

Qeyd  edək  ki,  qədim  türklərdə,  o  cümlədən  də 

Azərbaycan  türklərində  atla  bağlı  inanc  və  ata  olan  yüksək 

ehtiram  qəbirüstü  daş  abidələr  üzərindəki  təsvirlərdə  də 

özünü  göstərməkdədir.  Bütün  türk  xalqlarında  olduğu  kimi




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə