Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə26/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   22   23   24   25   26   27   28   29   ...   205

ayrı  bir daşa yazılaraq əvvəlki yerinə qoyulmuşdur.  Bu hadisə 

1776- cı ildə olmuşdur (4, s.  25).



Ədəbiyyat

1.  Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Azərnəşr,  Bakı,  1996

2.  Передняя  Азия  в  документах  (Серия  памяти  Ю.  Н.  Марра). 

Книга  Ы,  Нахичеванские  рукописные документы,  ХВЫЫЫ  -  

ХЬТХ  вв.  Издателство  Грузинского  филиала  Академии  Наук 

СССР. Тифлис,  1936

3.  Seyidbəyli  E.  Naxçıvan  torpaq  mülkiyyətinə  aid  XVII-  XVIII 

əsr  Kəngərli arxeoqrafik sənədləri.  Bakı,  Elm, 2001.

4.  Səfərli  H.  F.  Duaların  Allaha çatdığı  yer-  Əshabi  Kəhf.  Bakı, 

2002


5.  Государственный  Исторический  Архив  Республики'Армении,

фонд 89, опись  1, дело  26, лист 255



N Ə Z A K Ə T  ƏSƏDOVA 

Naxçıvan Muxtar Respublikası

Dövlət  Tarix Muzeyi

NAXÇIVAN  QƏZASININ  İQTİSADİ-MƏDƏNİ 

HƏYATINDA  KƏNGƏRLİLƏRİN  ROLU

Qədim  türk  tayfalarından  olan  Kəngərlilər  son 

əsrlərdə  Azərbaycanın,  o  cümlədən,  Naxçıvanın  hərbi-siyasi 

tarixində mühüm rol oynamışlar.

M uxtar 

Respublika 

Dövlət 

Tarix 


Muzeyinin 

fondlarında  qorunub  saxlanılan  nadir  sənədlər  içərisində 

XVIII  əsrin  sonu  XX  əsrin  ilk  onilliklərinə  aid  ərəb,  fars,  rus 

dillərində yazılmış qəbalə,  hibənamə.  iqrarnamə, vəlcalətnamə 

və  şəhadətnamələrin,  həmçinin,  Zaqafqaziya  idarəçiliyi 

dövrünə  məxsus  sənədlərin  araşdırılması  ilə  Kəngərlilər 

haqqında  bir  sıra  maraqlı  məlumatlara  rast  gəlinir,  qaranlıq 

məsələlərə  aydınlıq  gətirilir.  Məlum  olur  ki,  hərbi-siyasi 

fəaliyyətləri  ilə  xüsusi  nüfuz  və  mənsəb  sahibləri  olan

79



Kəngərlilər,  eyni  zamanda  xanlıqlar  dövründə  Naxçıvan 

qəzasında  və  İrəvan  Quberniyası  ərazisində  geniş  torpaq  və 

əkin  sahələrinə  hüquqi  sahibkarlıq  etmiş,  əkinçiliyin, 

bağçılığm,  bostançılığm  inkişafına  xüsusi  səy  göstərmiş, 

həmin  dövrdə  iqtisadi-mədəni  həyatın  yüksəlişində  əsas 

aparıcı  qüvvələrdən  biri  olmuşlar.  Siyasi-hərbi  və  iqtisadi- 

mədəni  sahələrdə  aparıcı  tayfalar  kimi  Kəngərlilərin  yüksək 

nüfuzunu  hiss  edən  Çar  Rusiyası  və  Zaqafqaziya  İdarəçiliyi 

xüsusi  dairələr  tərəfindən  tayfa  üzərinə  ciddi  nəzarət  qoymuş 

və  əlaltı  mənbələr  vasitəsilə  məlumatlar  toplaması  üçün 

inanılmış idarələrə məxfi tapşırıqlar verilmişdir.

Məxfi  sənədlərdən  birində  deyilir:  «Kəngərlinski  nəsli 

haqqında məlumat toplamağı yuxarı komandanlıq  hər adama 

tapşırmamalıdır» (1).

Dövrün 

siyasi 


dairələrinin 

diqqət 


mərkəzində 

saxlanılan  Kəngərli  tayfalarının  say  tərkibi  haqqında  da 

məlumatlar  əldə  edilmişdir.  Fond  sənədlərinin  birində,  daha 

doğrusu,  Zaqafqaziya  ölkəsi  Baş  Dəftərxana  İdarəsinin  39 

nömrəli  10  yanvar  1851-ci  il  tarixli  sənədində  bildirilir:  «15 

dekabr 


1850-ci 

il  tarixdə 

olan 

iclas 


jurnalından

(protokolundan)  çıxarış.  İrəvan  Quberniyasının  9  dekabr 

1837-ci  il  tarixli  8551  nömrəli  təqdim  etdiyi  məlumatından 

görünür  ki,  Kəngərli  nəsli  (tayfası)  1403  ailədən  ibarətdir.  O 

cümlədən,  1055  ailə  kəndlərdə,  348  ailə  isə  Naxçıvanda 

yaşayır.(2)

XVIII 

əsrin  sonlarından  XX  əsrin  40-cı  illərinədək 



daha çox siyasi-hərbi fəaliyyətləri ilə tarixin yaddaşında qalan 

Kəngərlilər,  eyni  zamanda  Naxçıvanın  iqtisadi-mədəni 

həyatında  da  mühüm  əhəmiyyət  kəsb  edən  işlər  görmüş, 

Naxçıvan  qəzasında,  Ordubadda,  Şərur-Dərələyəz  qəzasında 

kənd  təsərrüfatı  və  sənayenin  inkişaf  etdirilməsi  üçün  ayrı- 

ayrı 


istehsal  sahələrinin 

yaradılmasına  xüsusi 

diqqət 

yetirmişlər.  Kəngərlilər  həmin  sahələrdən  əldə  edilən  gəlirlər 



hesabma  qəzanın  mədaxil  büdcəsi  hesabına  yüksək  faizlə 

vergilər  ödəmiş  və  şəxsi  büdcələrinə  toplanılan  vəsaitlərin  bir 

hissəsini  xeyriyyəçilik  işlərinə  sərf  etmişdilər. 

Qəzada


80


hamamlar, 

məscid 


və 

mədrəsələr, 

köşklər 

tikdirmiş, 

karvansaralar 

və 


körpülər 

saldırmış, 

xüsusilə 

qız 


məktəblərinin  təşkilinə  böyük  yardımlar  göstərmişdilər. 

Araşdırılmış  sənədlərdən  aydın  olur  ki,  bağçılığın  və 

əkinçiliyin 

təşkilini 

Kəngərlilər  öz  nüfuz  dairələrində 

saxlamışlar.

Hicri  1202-ci  il  məhərrəm  ayında  (  miladi  1787-  ci  il  13 

sentyabr)  yazılmış  təyin  (təyinat)  kağızında Ordubadın  Dırnıs 

çayı  kənarında  geniş  torpaq  sahələrini  əhatə  edən  meyvə 

bağlarının  və  əkin  yerlərinin  Lütfəli  Sultan  Kəngərliyə 

məxsusluğu  bildirilir.  (3)  Həmçinin,  Allahverdi  Dizəsində 

(Culfa  ərazisi)  və  ona  bitişik  ərazilərdə  Lütfəli  Sultanova 

məxsus  torpaq  və  əkin  sahələri  olduğu  qeyd  olunur.  (4) 

Həmin  ərazilərdə  salınmış  bağlarda  15  növdən  çox  meyvə 

aeacları  becərilirdi.  Əkin  sahələrində  isə  on  nadir  kənd

O

təsərrüfatı  məhsulları:  noxud,  lobya,  maş,  mərcimək  əkilirdi. 



Fond  sənədlərində  Lütfəli  Sultan  oğlu  Novruz  ağanın 

Şıxmahmuclda  bağçılığın  salınması  və  toxum  səpilməsi  üçün 

əlverişli  əkin  sahələrinin  olması  bildirilir.  (5)  Naxçıvanın 

Əlixan  məhəlləsində  Məmməd  bəy  Kəngərlinin,  (6)  Topçu 

Süleyman  bəy  Kəngərlinin  geniş  alanda  yararlı  torpaq 

sahələri olması faktı da sənədlərdə öz əksini  tapmışdır.  (7)

Hicri  1205-ci  il  zillıiccəl-həram  ayında  (13  sentyabr 

1790-cı  il)  fars  dilində  yazılmış  qəbalədən  Naxçıvana  bitişik 

Dərələyəzdə  Şeyxəli  xan  Tağı  xan  oğlu  Kəngərliyə  məxsus 

geniş  ərazilərdə  sulu  və  demyə  torpaqların  mövcud  olması 

məlum  olur.(8) 

Bu  torpaqlarda  isə  kənd 

təsərrüfatı 

məhsullarının  digər  növləri:  arpa,  buğda,  çəltik,  darı  və  s. 

əkilirdi.  Fond  sənədlərinin  araşdırılmasından  görünür  ki, 

ümumiyyətlə  kənd  təsərrüfatında  əsas  aparıcı  sahələrdən  biri 

kimi  taxılçılığın  və  əkinçiliyin  ildən-ilə  genişləndirilməsinə 

xüsusi  diqqət  yetirən  Kəngərlilər  bu  sahələrdən  yüksək 

məhsuldarlıq əldə edilməsinə nail olmuşdular.

Zaqafqaziya  ölkəsi  Baş  Dəftərxana  İdarəsinin  10 

yanvar  1851 -ci  il  tarixli  39  nömrəli  sənədində  bildirilir: 

«Kəndlərdə  yaşayan  133  ailəni  çıxmaqla,  Kəngərlilər  bütün

81



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə