Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə15/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   11   12   13   14   15   16   17   18   ...   205

seçdi.  Azərbaycan  SSR  EA  Rəyasət  Heyyətinin  6  dekabr 

1952-ci  il  tarixli  qərarı  ilə,  seçilmiş  ərazidə  rəsədxananın 

qurulması  üçün  hərtərəfli  işlər  görülməyə  başladı.  1957-ci  il 

sentyabr  ayının  26-30-da  Bakı  şəhərində  SS!R  EA  Astrono­

miya  Şurasının  səyyar  sesiyası  keçirildi  və  Azərbaycanda 

yaradılacaq  rəsədxananın  fəaliyyət konsepsiyası  və  bu  sahədə 

aparılmış işlər müzakirə edildi. Nəhayət  1959-cu  ilin  sonların­

da  Şamaxı  Astrofizika  Rəsədxanasının  (ŞAR)  yaradılması 

haqqında hökumət qərarı verildi.

Qeyd  etdiyimiz  kimi  Azərbaycanın  təbii  və  coğrafi 

mövqeyi  astronomik  müşahidələr  üçün  çox  əlverişlidir.  Bu 

üstünlüklərdən  kifayət  qədər  səmərəli  istifadə  etmək  zərurəti, 

artıq  1960-cı  illərin  sonuna  yaxın  ŞAR-m  nəzdiııdə  bir  və  ya 

bir  neçə  müşahidə  stansiyalarının  yaradılması  məsələsini 

gündəmə 

gətirdi. 

Yeni 

qurulacaq 



stansiyanın 

dəniz 


səviyyəsindən  hündürlüyü 

ŞAR-dan  çox  olmalı  idi.  Bu 

nəzərdə  tutulan  astronomik  tədqiqatların  xarakteri  ilə  bağlı 

idi.  Bir  çox  zonalar  nəzərdən  keçirilsə  də,  gələcək  stansiyanın 

Nax.  MSSR  Şahbuz  rayonu  ərazisində  yerləşən  Batabat 

yaylasındı  inşa  edilməsi  qərara  alındı.  1969-cu  ildə  ŞAR-m 

bir  qrup  əməkdaşı  Nazçıvana  gəldi və  yerli  partiya,  hökumət 

rəhbərləri  ilə bu məsələni müzakirə etdilər.

Azərbaycan  SSR  EA  Rəyasət  Heyyətinin  25  mart  1971- 

ci  il  tarixdə  qəbul  etdiyi  13  saylı  qərar  əsasında  ŞAR-m 

Batabat  Bölməsi  yaradıldı.  Az  bir  müddət  ərzində  Batabatda 

gələcək  rəsədxananın  yerləşəcəyi  məntəqə  seçildi  və  orada 

astroiqlimin  öyrənilməsi  üçün  tədqiqatlar  başlandı.  Seçilmiş 

məntəqə  dəniz  səviyyəsindən  2050m  yüksəklikdə  yerləşirdi. 

Moskva,  Leninqrad  və  Bakı  universitetlərini  bitirmiş  yerli 

gənclərin  işə  götürülməsi  nəticəsində,  az  bir  müddətdə 

Batabat  Bölməsində güclü  elmi potensiala malik  bir  kollektiv 

yaradıldı.  Təsadüfü  deyildir  ki,  stansiyanın  yaradılmasından 

cəmi  10  il  sonra,  yəni  80-cı  illərin  əvvəlində stansiyada artıq  4 

nəfər  elmlər  namizədi  alimlik  dərəcəsi  almış,  4  nəfər  isə 

müxtəlif  formalarda  təhsillərini  davam  etdiridilər.  Batabat 

Bölməsi  formal  olaraq  ŞAR-m  tərkibində  olsa  da,  müəyyən 

məsələlərdə  tam sərbəst hərəkəı* edə bilirdi.  Bunun  nəticəsi  idi 

ki,  SSRİ-nin,  demək  olar  ki,  bütün  uyğun  aparıcı  elmi- 

tədqiqat müəssisələri  ilə  Batabat  Bölməsinin  birbaşa  əlaqələri

44



var idi.  Təsadüfü  deyil  ki,  1976-cı  və  1979-cıı  illərdə  bölmədə 

ittifaq miqyaslı konfranslar keçirilmişdir.

1980-cı  ilin  yayında  ümummilli  liderimiz  Heydər  Əliyev 

Nax.  MR-a  səfəri  çərçivəsində  Batabat  Bölməsində  oldu. 

Möhtərəm  Heydər  Əliyevin  EA  rəhbərliyinə  verdiyi  tövsiyə 

və  tapşırıqlar  nəticəsində  Batabat  Bölməsi  daha  sürətlə 

inqkişaf etməyə  başladı.  1970-90-cı  illər  ərzində  Bölınə  əmk- 

daşlarının  120-dən  çox  elmi  məqalələri  SSRİ-nin  və  Avro­

panın nüfuzlu elmi jurnallarında dərc olunmuşdur.

1988-ci  ildən  başlayan  məlum  hadisələr  nəticəsində 

bütün  sahələrdə  olduğu  kimi,  elmi  strukturlara  da  ziyan 

dəydi.  Ən  çox  zərər  çəkən  də  astronomiya  elmi  oldu.  Köhnə 

SSRİ  miqyasındakı  bütün  əlaqalər  kəsildi,  maddi-texniki 

baza  istifadəsiz  vəziyyətə  düşdü,  güclü  kadr  axını  baş  verdi. 

ŞAR  tamamilə  iflic  vəziyyətinə  düşdü.  Ermənistanla  sərhəd 

bölgəsində  yerləşən  Batabat  Bölməsinin  vəziyyəti  daha 

acınacaqlı  oldu.  Batabat  Bölməsi  dəfələrlə  Ermənistan  ərazi­

sindən  artileriya  atəşinə  tutuldu.  Bölmənin  bir  işçisi  şəhid 

oldu.  1992-ci  ildən  etibarən  Batabat  Bölməsi  faktiki  olaraq 

fəaliyyətini  dayandırdı.

90-cı  illərin  sonunda  möhtərəm  Prezident  Heydər 

Əliyevin  bilavasitə  qayğısı  nəticəsində  ŞAR  öz  fəaliyyətini 

bərpa  etməyə  başladı.  Nax.  MR-nın  tamamilə  blokada 

şəraitində  olması  Batabat  Bölməsində  elmi-tədqiqat  işlərini 

yenidən  canlandırmağı  qeyri-mümkün  edirdi.  Və  nəhayət  XX 

əsri  tam  fəalliyyətsizlik  içərisində  başa  vuran  ŞAR-ın  Batabat 

Bölməsi,  Azərbaycan  Respublikası  Prezidentinin  AMEA 

Naxçıvan  Bölməsinin  yaradılması  haqqındakı  sərancamı  ilə, 

AMEA  Naxçıvan  Bölməsinin  tərkibində  Batabat  Astrofizika 

Rəsədxanası adı altında müstəqil  fəalliyyətə başladı.

Ə d ə b i y y a t

1.  Suter  И.,  Die  Mathemaliker  and  Astronomer  der  Araber  and 

ihrc Werke, Leipriq,  1900, s. 215

2.  Матвиевская Г.П.,  Розенфельд Б.А., Математики  и  астрономы 

мусульманского  средневековья  и  их  труды,  (VIII-XVII  вв.), 

том 2, М.,  1983, с.650.

3.  Мамедбейли  Г.Д.,  Основатель  Марагинской  Обсерватории 

Муххаммед Насирэддин Туей, Б.,  1961, с. 351.

4.  Ə.  S.  Quliyev,  Azərbaycan  astronomiyası  20-ci  əsrdə,  В..  2002, 

s.  ПО.


45


A SİF  ŞİR Ə LİYE V , 

M ÜSL ÜM C A BBA RZA DƏ 

Naxçıvan Dövlət  Universiteti

AZƏRBAYCANDA İQTİSADİ ARAŞDIRMALARIN

VƏ ELMİ TƏDQİQATLARIN 

ƏLAQƏLƏNDİRİLMƏSİNİN MƏRKƏZİ

Azərbaycan  xalqının  ümummilli  lideri  H.Ə.Əliyev 

demişdir:  «İqtisadiyyatı  güclü  olan  dövlət  hər  şeyə  qadirdir». 

İqtisadiyyatın  və  həmçinin  istehsalın  artmasında,  iqtisadi 

artımda 


və 

bütünlüdə 

maddi 

istehsal 



sahələrinin 

səmərəliliyinin  yüksəldilməsində  başqa  amillərlə  yanaşı 

iqtisad  elmləri  və  dövri  iqtisadi  mətbuat  da  mühüm  rol 

oynayır.  Bu  mənada  yaradılmasının  60  illiyini  qeyd  etdiyimiz 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  iqtisadi  təmayüllü 

bölmə  və  institutunun  xidməti,  elmi-tədqiqat  işlərinin  və 

araşdırmaların  əhəmiyyəti,  elmi  və  xalq  təsərrüfatı  faydası 

danılmazdır.  Akademiyanın  İqtisadiyyat  İnstitutu  yaradıldığı 

dövrdən  bu  günlərədək  respublikamızda  aparılan  tədqiqat  və 

araşdırmalarla  bu  elmlərin  zənginləşdirilməsinin,  praktiki 

əhəmiyyətinin  artmasının  beşiyi  və  əlaqələndirmə  mərkəzi 

olmuşdur.  Öz  fəaliyyətinin  ilk  illərində  Azərbaycanın  neft 

sənayesinin  və  neft  maşınqayırma  kompleksinin  səmərəli­

liyinin  yüksəldilməsi  sahəsi  üzrə  elmi-tədqiqat  işi  aparan  bu 

məktəb  sonralar  ölkənin  bütün  sahə  və  sferalarını  elmi 

araşdırma  obyektinə  çevirmiş, 

özünün 

tədqiqatlarının 



ümumiləşdirilməsi  ilə  çıxarılmış  nəticələr  əsasınc a  praktiki 

əhəmiyyət kəsb edən təklif və  Lövsiyyələr hazırlaya bilmişdir.

Adı  çəkilən  elmi-tədqiqat institutu  əvvəlcə  bölmə  kimi 

fəaliyyət  göstərmiş,  daha  sonra  ölkədə  yüksək  ixtisaslı 

kadrlar hazırlayan,  elmi-tədqiqat işi aparan  və xalqın  iqtisadi 

təfəkkürünün  formalaşmasında  mühüm  rol  oynayan,  elmi 

işləri  vahid  mərkəzdən  əlaqələndirən  bir  elm  ocağına 

çevrilmişdir.  Fəaliyyəti  müddətində  həmin  institutda  250 

nəfərdən  çox  elmlər  namizədi,  və  elmlər  doktoru  yetişmişdir. 

Hazırda  iqtisad  təmayüllü elmi  tədqiqat institutlarında və  ali- 

orta  ixtisas  tədris  müəssisələnndə  iqtisad  elmlərini  gənc  nəslə

46

4




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə