Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə11/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   7   8   9   10   11   12   13   14   ...   205

yazdığı  «К  этногенезу  азербайдъанцев»10,  «Топонимия 

Азербайджана»11  adlı 

dəyərli  kitabları  istər  Azərbaycan, 

istərsə  də 

Naxçıvan  toponimlərimi  elmi  şəkildə  çox  dəqiq­

liklə təhlilində olduqca qiymətli mənbədir.

A.Qurbanovun  «Azərbaycan  dilinin  onomologiyası»12 

adlı  əsəri  onomologiyanını  elmi  -nəzəri  problemlərinin  şərhi 

ilə yanaşı  Azərbaycan  toponimlər sisteminin  bıitün sahələrini 

(oykonim,  etnonim,  oronim  və.s),  o  cümlədən  dilimizin 

hidronimlər qrupu  da  əsaslı surətdə dil  materiallarına  söykə- 

nilərək sistem  halına gətirilmişdir.

Naxçıvan  toponimlərinin  bir  qisminin  elmi  əsaslarla 

təhlilinə  bir  daha  biz  Azərbaycan  alimi  -  A.Axundovun  elmi 

əsərlərində  rast  gəlirik.  Onun  «Torpağın  köksündə  tarixin 

izləri»1 adlı  kitabında  Naxçıvan  toponimlərindən  Əlincə, 

Qarabağlar  və  Naxçıvan  özü,  bu  onomastik 

vahidlərin 

mənşəyi,  linq vistik  baxımdan  mənbələrə  istinadən  elmi 

əsaslarla  işıqlandırılmış və təhlil edilmişdir.

Naxçıvan  toponimləri  haqqında,  onun  ayrı-ayrı 

sistemləri  haqqında  dəyərli  məlumatlar  görkəmli  alim 

T.Əhmədovun  «Azərbaycan  toponimikasının  əsasları»(Bakı, 

1991)  adlı  toponmika  üçün  çox  dəyəıii  monoqrafiyasında  öz 

əksini  tapmışdır.  Burada  dilimizin  toponimik  sisteminin 

bütün  sahələri 

elmi-nəzəri  yolla  araşdırılmış,  Naxçıvan 

ərazisinə aid  olan hidronim, oykonın,  oronim və etnonimlərin 

mənşəyi haqqında  bəzi fikirlər söylənmişdir.14

Görkəmli  aim  S.  Babayev  «  Kitabi-  Dədə  Qorqud» 

dastanını  peşəkar  coğrafiyaçı  kimi  araşdırmış,  boylardakı 

Naxçıvanla 

bağlı 

əlliyə 


yaxın 

toponimin 

yerini

müəyyənləşdirmişdir.  Qaraçuğ,  (Culfa  rayonunda),  Qapılı 



Dərbənd  (Şərur),  Altuntaxt,  Giinortac,  Salaxan  qayası 

(Babək  rayonu),  Dərəşam,  Əlincə,  Köksü  gözəl  (Şahbuz 

rayonu) və s. belə adlardandır.15

Son 


dövrlər 

Naxçıvan 

toponimləri 

haqqında


Q.Budaqovun  yazdığı  «Naxçıvan  MR  toponimləri»  kitabı  da 

ərazidəki  toponimlərin  tədqiqi  ilə  bağlı  yazılmış  yüksək

32



səviyyəli  elmi  monoqrafiyadır.  Burada  müəllif  «İzahlı 

toponimik  lüğət»ə  də  geniş  yer  ayırmış,  oykonim.  oronim  və 

digərlərini  linqivistik təhlilinə üşütürdük verimişdir.  16

Naxçıvan  toponimlərinin görkəmli tədqiqatçısı A.Bağı­

rovun  yazdığı  «Naxçıvan  toponimlərinin  linqivistik  xüsusiy­

yətləri»  monoqrafiyası,  oııun  doktorluq  dissertasiyasının  bir 

qismini təşkil  edir.17  Bu kitab alimin 2000-ci  ildə çap olunmuş 

«Naxçıvan  hidronimləri»18  adlı  əsərinin  davamıdır.  Əsərdə 

Naxçıvan  toponimləri  haqqında  ayrı-ayrı  tədqiqat  xüsusiy­

yətlərindən  bəhs  edən  müəllif  topladığı  toponimləri  yaradan 

etnosların  da rolunu izah etməklə ərazidəki  toponimləri etnik 

xüsusiyyətlərinə görə qruplaşdırır  və dil  mənşəyinə görə  seçir. 

Onomastik  vahidlərin  bütün  səviyyədə  təhlili*,  onların 

yaranma  yolları,  tarixi,  malik  olduğu  məna  çalarları, 

etnonimlərin  dil  mənsubluğu,  qrammatik  xüsusiyyətləri 

monoqrafiyada  sistem  təşkil  edir.  Bütün  bu 

yüksək 

keyfiyyətlərə baxmayaraq  təbii  ki,  Naxçıvan  MR  toponimləri 



hələdə  sistemli  şəkildə  öyrənilməmiş  və  tədqiqata  ehtiyacı 

olan sahələrdəndir.

Toponimik  tədqiqatların  içərisində  B.Budaqov  və

Q.Qeybullayevin  «Naxçıvan  diyarının  yer  yaddaşı»  (2004)

kitabının  da  tədqiqat  nəticəsi  kimi  böyük  əhəmiyyəti  vardır.

Kitabda  Naxçıvanla  bağlı  yer  adları  qeyd  olunmaqla  onların

bir qismi haqqında etimoloji yozumlar da verilmişdir.19

Belə  yazıların  içərisində  K.Allahyarovun  ARIN  NDU- 



nın  «Elmi  əsərlərinin  IX  sayında»  «Naxçıvan  sözünün 

mənşəyi  və  mənası»  adlı  məqaləsi  də  çox  maraq  doğurur. 

Özündən  əvvəlki  müəlliflərin  Naxçıvan  sözünün  etimolo­

giyası 


haqqındakı  fikirləri  ilə  razılaşmayan  müəllif  yeni 

konsepsiyadan  çıxış  edərək  Naxçıvan  sözünü  «nəxcirvan» 

kimi  təqdim  edir,  onun  yaranma  tarixini,  aid  olduğu  dili 

PaıTıya dili  ilə əlaqələndirir və təbii  ki, etimologiya səthidir.20

Bu  cür 

kiçik  həcmli  yazılara  və  onların  etimoloji 

təhlilərinə  Q.Mahmudovun  «Qanlı  (Kanlı)  Kanqlı  və  yaxud 

Kəngərli 

etnotoponimi 

türk 


arealında»21, 

Nətavanın

33



«Xəzəryurd»etnonimi,  A.Bağırovun  «Sələsüz oykoniminin  izi 

ilə» adlı elmi  məqalələrində rast gəlirik.22

Dərələyəz  toponiminin  etimoloji  yozumunun  geniş 

təhlili  ilə  bir  I.  Bayramovun  və  U.  Mirzəyevanın  birdə 

yazdıqları  «Dərələyəz  toponimi  haqqmda»kı  elmi  məqalə­

sində  tanış  oluruq.  Əsərdə  Dərələyəz  mahalının  mövcud 

olduğu  tarix,  onun  sərhədləri  və  sərhədlərlə  bağlı  Babək, 

Şahbuz,  Sədərək  toponimlərinin  adı  çəkilir  və  Dələyəz 

oronimııə elmi  prizmadan yanaşılır.

AMEA 


Naxçıvan  Bölməsinn  incəsənət,  Dil  və 

Ədəbiyyat  İnstitutu  Onomastika  şöbəsnin  müdiri  F.Rzayev 

Naxçıvan  bölgəsi  toponimlərinin  öyrənilməsində  böyiik 

xidmət  göstərməkdədir.  O,  bu  sahəyə  aid  «Əlincə  çayı  vadisi 

toponimlərində  türk  layı»  adlı  namizədlik  dissertasiyası 

müdafiə  etmiş 

və  indi  də  elmi  araşdırmaları  davam 

etdirməkdədir.  Bundan  əlavə  Firudin  müəllimin  başçılıq 

etdiyi  onomastika  şöbəsi  də  bütünlüklə  Naxçıvan  MR-in

onoıuastik  tərkibini  öyrənməklə  məşğuldur.  Şöbənin  elmi

_

əməkdaşı  K.ismayıllı  Şahbuz  rayonu  toponimlərinin  tarix- 



linqivistik  xüsusiyyətlərini araşdırmaqdadır.

Bütün  bunlar aparılmış elmi  tədqiqatların  uğurlarından 

hesablanmaqla  Naxçıvanın  maddi  mədəni  mühitinin  eləcə  də 

şivə,  ləhcə,  toponomik  sistem,  folklor  və  s.  bölmələrinin 

tədqiqi  gələcək  elmi  nəticələrin  böyük  uğurlarından  xəbər 

verir.


Ə d ə b i   y y a t

1.  Azərbaycan  dilinin  Naxçıvan  qrupu  dialekl  və  şivələri.  Bakı, 

1962

2.  Azərbaycan EA xəbərlərin ictimai elmlər seriyası.  Bakı, 1958



3.  İbrahimov 

B. Naxçıvan 

şivələri 

qrupunun 

bəzi 

lüğət 


xüsusiyyətləri  (nam.diss.) 1960

4.  Zeynalov  M.  Məişət  leksikası  /Naxçıvan  qrupu  dialekt  və 

şivələri materialları əsasında / (ııam.diss.)Bakı,1983

5.  Həmzəyev T.B. Ordubad dialekti (Nam.diss.)Bakı,1959

6.  Quliyev  Ə.M.  Azərbaycan  dilinin  Şahbuz  şivələrinin  leksikası 

9narn.diss.)  Bakı,1984

34



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə