Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə10/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   6   7   8   9   10   11   12   13   ...   205

ƏBÜ LFƏZ Q U LİYE V

■ 



A M  EA  Naxçıvan  Bölməsi incəsənət,

m

Dil və  Ədəbiyyat institutu

60 İLDƏ NAXÇIVAN MR  DİALEKT, ŞİVƏ VƏ YER

ADLARININ ÖYRƏNİLMƏSİ

Son  illər  1:ürk  dilli  xalqlarda  türk  dillərinin  tədqiqinə 

xüsusi  maraq  göstərilir.  Bu  cəhətdən  Azərbaycan  dilçiliyi 

türkologiyanın  ön  cərgələrində 

gedir.  Belə  ki.  təkcə

Azərbaycan  ədəbi  dilinin xüsusiyyətləri deyil,  onun  dialekt və 

şivələri, 

həmçinin  toponimləri 

də 

ətraflı 


və 

geniş


öyrənməkdədir.

Azərbaycan  dilinin  ayrı-ayrı  dialekt  və  şivələri  ətraflı 

şəkildə  öyrənilərək  bir  çox  dissertasiyalar,  çoxlu  monoq­

rafiyalar,  yüzlərlə  elmi  məqalələr  yazılmış,  elmi  sessiya  və 

konfranslarda  məruzələr  dinlənilmişdir.  Azərbaycan  dilinin 

dilektlərinə  dair  lüğətlər  çap  edilmiş,  türkologiyada  ilk  dəfə 

olaraq Azərbaycan dilinin dialektoloji atlası hazırlanmışdır.

Azərbaycan  Respublikasının  dialekt  fərqi  baxımından 

zəngin  bölgələrindən  biri  də  Cənub  qrupuna  daxil  olan 

Naxçıvan  M uxtar  Respublikasıdır.  Bu  qrupun  dialekt  və 

şivələri  özünəxas  xüsusiyyətlərinə  görə  dilçiliklə  maraqlann 

şəxsləri  cəlb  etsə  də  Naxçıvan 

MR  dialekti 

XX  əsrin 

ortalarından  sonra  öyrənilməyə  başlamışdır.  Naxçıvan 

dialektinə dair geniş məlumatlara  R.Rüstəmovun,  A.Həsəno- 

vun,  M.Şirəliyeviıı,  E.Əzizovun,  B.İbrahimovun  və  b.  əsər­

lərində  rast gəlinir.

Naxçıvan  Muxtar  Respublikasından  ekspedisiya  yolu 

ilə  küllü  miqdarda  toplanan  dialektoloji  materialların  təhlili 

və müqayisəsi  nəticəsində  aydın  olmuşdur  ki,  Naxçıvan  MR- 

in  iki  dialekti  eləcə  də  beş  şivəsi:  Naxçıvan  və  Ordubad, 

Culfa, Şərur, Şahbuz, Babək, Sədərək- vardır.

«Azərbaycan dilinin Naxçıvan qrupu dialek  və şvələri» 

adlı əsərdə  verilən dialektoloji  materiallar  beş  il müddətində 

(1950-1955)  Naxçııvan  MR-ın  Naxçıvan,  Ordubad,  Culfa,

29



Şərur  və Şahbuz  rayonlarının  müxtəlif  kəndlərindən  toplan­

mışdır.1  Bu  əsər  Azərbaycan  dialektologiyası  tarixində  yeni 

bir  mərhələ  təşkil  edir.  Əsərdə  müqayisəli  -   tarixi  üsuldan 

istifadə  edilmiş  və  bir  çox 

materiallar  -  qohum  dillərin 

materialları,  türk  dillərinə  aid  qədim  yazılı  abidələr  və 

Azərbaycan klassiklərin əsərləri ilə müqayisə edilmişdir.

Əsərin 


ayrı-ayrı 

hissələri 

prof. 

M.Ş.Şirəliyev 



(fonetika),  K.T.Ramazanov  (morfologiya),  R.Ə.Rüstəmov 

(sintaksis  və  Şahbuz  şivələrinin  mətnləri),  В.M.İbrahimov 

(leksika  A-К  hərfləri,  mətnlər),  A.N.Vəliyev  (leksika,L-Ş 

hərifləri; terminləri) tərəfindən işlənmişdir.

Naxçıvan  dialekt  və şivələri  haqqında  yazılmış  məqalə­

lərdən  M.Ş.Şirəliyevin  «Naxçıvan  dialektləri»,  T.B.Həm­

zəyevin  «Ordubad  rayon  şivələriıın  fonetik  xüsusiyyətləri»,

K.T.Ramazanovun 

«Noraşen 

rayonu 


şivələrinin 

bəzi 


xarakter  morfoloji  xüsusiyyətləri  haqqında»,  R.Ə.Süleyma­

novun  «Ordubad  və  Culfa  rayonları  şivələrinin  leksik 

xüsusiyyətləri»,  R.Ə.Rüstəmovun  «Şahbuz  şivələrinin  sintak- 

sisi»,  A.Həsənovun  «Ordubad  dialektinin bəzi xarakter leksik 

və morfoloji xüsusiyyətləri» və s. məqalələri göstərmək olar.2

Aparılan  elmi-tədqiqat  işlərində,  müdafiə  olunmuş 

dissertasiyalarda  Naxçıvan  dialekt  və  şivələrinin  leksikası  da 

unudulmamışdır.  Bunlara  B.İbrahimovun  «Naxçıvan  şivələri 

qrupunun  bəzi  lüğət  xüsusiyyətləri»3,  M.Zeynalovun  «Məişət 

leksikası»  (Naxçıvan  qrupu  dialekt  və  şivələri  materialları 

əsasında)4,  T.Həmzəyevin  «Ordubad  dialekti»5,  Ə.Quliyevin 

«Azərbaycan 

dilinin 

Şahbuz 


şivələrinin 

leksikası»6,

K.İmamquluyevanın  «Noraşen  rayon  şivələrinin  lekiskası»7 

və s. əsərlərini misal göstərmək olar.

Azərbaycan  dilinin  dialekt  və  şivələri  mənəvi  bir 

xəzinədir.  Məhz  elə  onun  belə  zəngindiyi  və  tükənməzliyi 

səbəbindəndir  ki,  70  ildən  artıqdır  bu  sahədə  çox  qiymətli, 

orijinal  tədqiqatlar  aparılır.  Bu  mənada  M.Əhmədov  uzun 

illər  fərdi  yolla  tədqiqat  aparmışdır.  Onun  «Naxçıvan  qrupu 

şivələrinin  leksikasına  aid  materiallar»8  adlı  əsəri  xüsusi

30



maraq  doğurur.  Bu  əsərə  Naxçıvan  qrupu  şivələrinin  lüğəti, 

atalar sözləri və məsələlər  daxildir.

Bütün  bu  uğurlu  araşdırmalara  baxmayaraq  Naxçıvan 

Muxtar  Respublika  dialektologiyasının  hərtərəfli,  dərindən 

və  türk  dilləri  ilə  müqayisəli  şəkildə  öyrənmək  üçün  kifayət 

qədər  dialektoloq  kadrlar  çatışmır.  Elə  bu  məqsədlə  də 

AMEA  Naxçıvan  Bölməsinin  İncəsənət,  Dil  və  Ədəbiyyat 

İnstitutunun  Dilçilik  Şöbəsinin  elmi  tədqiqat  planı  Naxçıvan 

M uxtar  Respublikasının  şəhər,  rayon  və  kəndlərinin  dialekt 

və  şivələrinin  öyrənilməsinə  yönəldilmişdir.  Bu  sahədə 

Ə.A.Quliyevin, 

Z.ismayılın 

və 

N .Əliyevanın  ’  apardığı 



tədqiqatlar təqdirə layiqdir.

Naxçıvan  ərazisi  Azərbaycanın  ən  qədim  yaşayış 

məskənlərindən  və  ən  qədim  mədəniyyət  mərkəzlərindəndir. 

Buradakı  qədim  tarixə  malik  topooykonmlərin  tədqiqi  də 

aktual problemlərdəndir.

Naxçıvan  toponimlərimi  tədqiqinə  M.Vəliyev  (Bahar­

lı)  xüsusi  zəhmət  sərf etmiş,  uzun  illərin  tədqiqatından  sonra 

yazdığı  «Azərbaycan»  adlı  kitabında  ilk  dəfə  olaraq  coğrafi 

adların  öyrənilməsinin  istər  dilimiz,  istərsə  də  tariximiz  üçün 

xüsusi  əhəmiyyət  daşıdığından  danışmışdır.  Bu  kitabda  ilk 

dəfə olaraq  Naxçıvan ərazisi ilə bağlı  Xələc,  Kəngərli,  Kotam, 

Xəlilli,  Sirab  və  s.  coğrafi  adlar  haqqında  öz  elmi  fikirlərini 

şərh etmişdir.9

1960-1970-ci  illərdə  Azərbaycan  toponimikası  öz 

inkişafına  başlamış  və  bu  sahənin  istiqmətləndirilməsində 

xüsusi  xidmət  olan  A.Həsənov  «Coğrafi  adlarda  tarixin 

illəri»,  «Dərəşam  toponimi  haqqında»,  Q.Qeybullayevlə  birgə 

işlədiyi  «Naxçıvan  MSSR-in  bəzi  oykonimləri  haqqında»  adlı 

məqalələrində  Naxçıvanla  bağlı  yer  adlarının,  mövcud 

onomastik  vahidlərinin  tədqiqinin  təməlini  qoymuş  və  bəzi 

toponimlərin linqivistik  təblilərinə də yer ayırmışdır.

Toponimlərin  öyrənilməsində  əsl  vətəndaş  yanğısı  ilə 

xüsusi 

xidmət 


göstərmiş 

Q.Qeybullayev 

toponim 

və 


etnonimlərin  elmi  əsaslarla  öyrənilməsində  əvəzsiz  alimdir. 

Onun  «Naxçıvanın  bəzi  oykonimlərin»  məqaləsi  rus  dilində




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə