Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə44/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   40   41   42   43   44   45   46   47   ...   205

Ə d ə b i y y a t

1.  R.Məmmədov. Naxçıvan şəhərinin tarixi oçerki.  Bakı,  1977

2.  F.M.Əliyev.  XVIII  əsrin  birinci  yarısında  Azərbaycanda 

ticarət.  Bakı,  1964

3.  Z.Həsənaliyev.  Avropa  səyyahları.  Səfəvi  dövlətinin  daxili  və 

xarici  siyasəti  haqqında.  Tarix və onun  problemləri.  JV>3,  Bakı, 

2003

4.  H.Səfərli. Ordubad şəhərinin epiqrafik abidələri.  Bakı, 2004



5.  F.Ağamalı.  XVIII  əsrin  II  yarısı  -   XIX  əsrin  əvvəllərində 

Qüzcy  Azərbaycan  xanlıqlarının  sosial-iqtisadi  vəziyyəti.  Bakı, 

1999

6.  F.M.Əliyev.  XVIII  əsrin  ikinci  yarısında  Şimali  Azərbaycan 



şəhərləri.  Bakı,  1960

7.  Paşaev A.  Qorod Ordubad v XIX -  naçale XX vv.  Baku,  1998

8.  Эфендиев  О.  Азербайджанское  государство  Сефевидов.  Баку, 

1981


9.  О.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti.  Bakı,  1993

10.  Сафаров Ф.Я.  Арабо -  персоязычные надписи  Нахичеванской 

АССР  (ХВЫ-ХЫХ  вв.)  как  историко-культурные  памятники. 

Дисс.канд.ист.наук.  Баку,  1987,  с. 101-102;  Yenə  onun:  Bir 

daha Azad şəhəri haqqında. Ali Diplomatiya  Kolleci.  Naxçıvan 

Bölməsi.  İctimai Elmlər Məqalələr məcmuəsi, №1, Bakı,  1998

11.  M.Nemət.  Aza kəndi-Azad şəhəri  haqqında.  Elm və həyat. №2, 

Bakı,  1990

12.  S.M.Onullahi.  Jan  Battist Tavernye  Naxçıvan  haqqında.  Bakı 

Universitetinin Xəbərlərinin Xüsusi buraxılışı. №3, Bakı,  1999

13. E.Çelebi. Seyahetname. Ankara,  1998

NA DİR H Ü SE Y N B Ə Y L İ 

Naxçıvan Dövlət  Universiteti

NAXÇIVANDA SOVETLƏŞMƏYƏ  QARŞI

MÜQAVİMƏT HƏRƏKATI

Bolşeviklər  hakimiyyətə  yiyələnən  kimi,  verdikləri 

vədə xilaf çıxaraq,  Azərbaycanda qırğınlar törətdi,  talançılığa 

başladılar.  Onların  bu  hərəkətləri  əhali  arasında  ciddi 

narazılığa  səbəb  oldu.  Xalqa  qarşı  yeridilən  siyasi  təzyiqlərin 

başında  Azərbaycanın hüquq-mühafizə və sovet təhlükəsizlik

133



qurumları  dayanırdı.  Azərbaycanın  dövlət  qurumlarında 

ruslar  və  ermənilər  əsas  fiqurlardan  idi.  Zorakılıq  və 

özbaşınalıqlar qanuni  bir hal hesab edilirdi.

N.Nərimanov  1920-ci  j.1  sentyabrın  15-də  Təşkilat  və 

Siyasi  bürolarının  birgə  keçirdikləri  iclasda  çıxış  edərək 

bildirdi  ki, 

Fövqəladə  Komissiyanın  fəaliyyəti  əksinqilabı 

nəinki öldürmür, əksinə yeni əksinqilabçılar yaradır (1).

Kommunist  rejiminin  xalqa,  onun  milli  həyatına  qarşı 

yeritdiyi  zorakılıq  siyasəti  xalqın  daxili  hiddətinə  və  qə­

zəbinə  səbəb  oldu.  Nəticədə  bolşevik-  rus  özbaşınalıqlarına 

etiraz əlaməti olaraq,  mayın 26-dan iyunun 20-dək Şəmkirdə, 

Lənkəranda,  Astarada,  Qubada,  Qusarda,  Naxçıvanda, 

Gəncədə,  Ağdaşda,  Göyçayda,  Nuxada,  Ağdamda,  Şuşada, 

Tərtərdə və Zaqatalada  silahlı üsyanlar baş verdi (2).

Azərbaycanın,  demək  olar  ki,  bütün  yerlərində 

bolşevik  diktatura 

rejiminə  qarşı  müqavimət  hərəkatı 

yaranır,  açıq silahlı çıxışlara gətirib çıxarırdı.

Bir-  birinin  ardınca  baş  verən  üsyanlar  və  hadisələrə 

qarşı  bolşeviklər  sərt  tədbirlər  görürdü.  Üsyanların  və  kəndli 

ixtişaşlarının  genişlənməməsi  üçün  onlar  ayrı-  ayrı  rayonlara 

nümayəndələr  göndərir  və  yerlərdəki  vəziyyəti  öyrənməyə, 

fövqəladə hadisələrin qarşısını almağa çalışırdılar.

ilk  illərdən  Naxçıvanda 

və  ətraf  kəndlərdə 

sovet 

hakimiyyətinə  qarşı  üsyanlar  və  etiraz  aksiyaları  başlandı. 



1920-ci il  iyunun  19-da S.Orconikidze V.Leninə və G.Çiçerinə 

göndərdiyi  məktubda  yazırdı:  «Qarabağda  və  Zəngəzurda 

sovet  hakimiyyəti  elan  edilmişdir.  Göstərilən  ərazilər 

Azərbaycan  Sovet  Sosialist  Respublikasının  ayrılmaz  tərkib 

hissəsidir.  Naxçııvan  bir  neçə  aydır  üsyançı  müsəlmanların 

əlindədir.  Ümumiyyətlə,  mənim  fikrimcə,  Azərbaycanın 

nümayəndəsini 

Moskvaya 

çağırıb 

onunla 


birlikdə 

Azərbaycana  və  Ermənistana  aid  mübahisəli  məsələləri  həll 

etmək lazımdır» (3).

S.Orconikidzeniıı  də  məktubundan  göründüyü  kimi 

20-ci  illərin  əvvəllərində  Naxçıvanda  da  sovetləşməyə  qarşı 

müqavimət 

hərəkatı 

güclü 


olmuşdur. 

Belə 


etiraz

134



aksiyalarından  birincisi  Cəhri  kəndində  həyata  keçirildi.  Belə 

ki,  XI  Qızıl  Ordunun  Naxçıvandakı  özbaşınalıqlarına, 

talanlarına,  əhali  ilə  sərt  rəftarına etiraz əlaməti  olaraq  1921- 

ci  ilin  yanvar  ayının  28-də  cəhrililər  qiyam  qaldırdılar.  «Bu 

qiyamın  başında  türk  zabitləri  dururdular.  Qiyamçılar  dairə 

inqilab  komitəsini,  torpaq  komitəsini  və  ərzaq  komitəsini 

həbsə 

ala 


bildilər. 

Onlar 


Tirkeş 

və 


Qızıl- 

Boğaz 


məntəqələrində olan  əksinqilabçı  ünsürlərlə  birləşib Naxçıvan 

şəhəri üzərinə yeriməyi nəzərdə tuturdular» (4).

Üsyançılar  az  müddət  də 

olsa  Cəhridə  sovet 

hakimiyyətini  devirə  bildilər.  Onların  planları  daha  geniş  idi 

və  çalışırdılar  ki,  qiyamın  coğrafiyası  getdikcə  genişlənsin, 

qiyama  bütövlükdə  Naxçıvan  da  qoşulsun.  Bu. məqsədlə 

onlar  Naxçıvanda  olan  türklərlə  də  danışıqlar  aparmış  və 

razılaşmışdılar  ki,  etiraz  aksiyaları  başlandığı  təqdirdə 

osmanlı  türkləri  də  onlara  qoşulacaq  və  qüvvələrini 

birləşdirərək 

bolşevik 

hakimiyyətinə 

son 


qoyacaqlar. 

Qiyamın 


daha 

da 


genişlənəcəyindən 

qorxuya 


düşən 

bolşeviklər, 

xüsusilə 

də 


Qızıl 

Ordu 


və 

Fövqəladə 

Komissiyanın  gördüyü  tədbirlər  nəticəsində  onun  qarşısı 

alındı  və qiyam yatırıldı,  onlarla  qiyamçı  həbs edildi.

Qiyamın  yatırılması,  müvəqqəti  olaraq  müqavimət 

hərəkatını  sakitləşdirsə  də,  onu  bütövlükdə  dayandıra 

bilmədi.  Naxçıvanın  müxtəlif  yerlərində  qısa  müddətli  və 

qeyri-  kütləvi  olsa da, etiraz aksiyaları baş verdi.  Lakin Cəhri 

hadisələrinin  davamı  1921 -ci  ilin  fevral  ayının  18-də  Qaraçuq 

və Tirkeş  kəndlərində  oldu.  Bu dəfə aksiya iştirakçıları  yalnız 

osmanlı 

türkləri 

ilə 

deyil, 


eyni 

zamanda 


bolşevik 

təqiblərindən  qorunmaq  üçün  İranda  mühacirətdə  olan 

dəstələrə  də  ümid  bəsləyirdilər.  Maraqlıdır  ki,  qiyam  zamanı 

sovet  hərbi  hissələrindən  olan  qüvvələrin  də  bir  qismi 

qiyamçıların  tərəfinə  keçmişdirlər.  Bütün  qüvvələrini  səfərbər 

edən  sovet  hərbi  birləşmələri  və  xüsusi  xidmət  orqanları 

Qaraçuq  qiyamını  yatıra  bilsələr  də,  Tirkeşdə  bunu  bir 

müddət  edə  bilmədilər.  KQB-nin  o  zamankı  məlumatında 

deyilirdi:  «Burada  komanda  heyətinin  satqınlığı  üzündən

135



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə