Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə48/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   44   45   46   47   48   49   50   51   ...   205

həyatın  bütün  sahələrində  əsaslı  demokratikləşdirmə  xəttinin 

ardıcıl  surətdə  həyata  keçirilməsi,  köklü  iqtisadi  islahatlar 

nəticəsində  mülkiyyət  formalarının  müxtəlifliyinə  rəvac 

verilməsi  və  xüsusi  mülkiyyətin  rolunun  artırılması,  azad 

sahibkarlığın  və  bazar  münasibətlərinin  formalaşması  ,  siyasi 

və  mənəvi  həyat  sferalarında  fikir  və  fəaliyyət  azadlığına, 

plüralizmə, 

tolerantlığa  geniş  yer  verilməsi,  əhalinin 

mədəniyyət  və  şüurluluq  səviyyəsinin  yüksəlməsi,  insanlarda 

mənlik  şüurunun  formalaşması  və  milli  özünüdərk  yolunda 

atılan  mühüm  addımlar  və  s.  Müstəqil  dövlətimizin  xarici 

siyasət 


sahəsində 

qazandığı 

böyük 

uğurları, 



neft 

strategiyasının  qələbələri,  ölkəmizin  beynəlxalq  miqyasda 

nüfuzunun möhkəmlənməsi  və dünya  birliyi  ölkələri  ilə daim 

artmaqda olan  hərtərəfli  inteqrasiyası prosesləri də mütləq  bu 

siyahıya əlavə olunmalıdır.

Müasir  şəxsiyyətin  spesifik  tipliliyini  səciyyələndirən 

yeni  şəraitin  ikinci  qrup  amilləri  insanın  təbiətlə  və  ətraf 

mühit  ilə  olan  münasibətlərinə  aiddir.  Müasir  sivilizasiya 

miqyasında  və  eləcə  də  ayrıca  bir  ölkə  və  şəxsiyyət 

səviyyəsində  belə bir fikir qəti qərarlaşmışdır ki,  insan özünün 

təbiətə  münasibətini  tamamilə  yeniləşdirməli,  onunla  ağıllı  və 

harmonik  əlaqələr  yaratmalıdır.  Əks  təqdirdə  bəşəriyyətin 

başının  üstünü  almış  böyük  ekoloji  təhlükə  onun  gələcəyini 

öz  təbii  əsasından  məhrum  edə  bilər.  Ona  görə  də  müasir 

ekoloji  böhranı  aradan  qaldırmaq  üçün  bütün  ölkələr  və 

xalqlar, bütün insanlar birlikdə fəaliyyət göstərməlidir.

Yuxarıda  göstərilən  amillər  bir-birilə  qarşılıqlı  təsirdə 

və  vəhdətdə  çıxış  edərək  müasir  şəxsiyyətin  aşağıdakı  əsas 

keyfiyyətlərini  şərtləndirir:  onun  həyat  fəaliyyətində  azadlığa 

doğru  daha  geniş  imkanlar  açılır;  şəxsiyyətin  davranış  və 

hərəkətlərində  daxili  öztənzimləyici  amillərin  rolu  artır;  bu 

proseslərdə  onun  ümumi  sosiomədəni  normalardan  asılılığı 

azalır;  fəaliyyətinin  bütün  tərəflərində  həm  strateji,  həm  də 

taktiki  məqsədlərin  irəli  sürülməsi  və  həyata  keçirilməsində 

şəxsi  seçiminin  üfüqləri  genişlənir;  şəxsiyyətin  öz  sosial

146



fəaliyyəti  fərdi,  şəxsi  əməlləri  və  eləcə  də  ekoloji  hərəkətləri 

üçün məsuliyyəti çoxalır.



Ədəbiyyat:

кАбищсв К.Человек. Индивид. Личность, Алма-Ата.  1988.

2.Арсеньев  А.С.  Философские  основания  понимания  личности. 

Москва.2001.

3.  Бегун  И.Ф.  Бытие  человека  :  деятельность  и  смыслъ.  Рига. 

1987.


4. Спиркин. А.Г.Философия. Москва. 2001.

5. Ильин. В.В. Философия. Москва. 2001.

6. Лейбин  В.М.  Системные  исследования  и  символическая

концепция человека.(Системные исследования). Москва.  1985.

7. Франкл В. Человек в  поисках смысла. Москва. 1990.

RƏCƏB R Ə H İM L İ

А МЕЛ  Naxçıvan Bölməsi

%

DEMOKRATİKLƏŞMƏ PROSESİNDƏ MƏRKƏZİ

DÖVLƏT  ORQANLARI İLƏ YERLİ 

ÖZÜNÜİDARƏETMƏ ORQANLARI ARASINDA 

MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ

Ən  böyük  siyasi  cəmiyyət  olan  dövlətin,  hər  hansı 

siyasi  hakimiyyəti  mənimsəmiş  olmasından  asılı  olmayaraq 

idarəetmə 

sistemində 

iki 


əsas 

təşkilatlanma 

forması 

mövcuddur.  Bunlardan  biri  mərkəzi  idarəetmə  sistemi,  digəri 

isə yerli özünüidarəetmə sistemidir.

Mərkəzi  idarəetmə  sisteminin  əsas  xüsusiyyətlərini 

aşağıdakı kimi ümumiləşdirmək mümkündür.

.Bütün  səlahiyyətlər  mərkəzi  dövlət  orqanlarında 



toplanmışdır.

147



2. Hər  bir  dövlət  xidmətini  həyata  keçirəcək  olan 

mərkəzi  dövlət  orqanının  yerlərdə  təşkilatları  və 

təmsilçiləri mövcuddur.

3. Bütün  resurslar 

mərkəzi 

dövlət 


orqanlarının 

nəzarətindədir.

Bu  xüsusiyyətlər  güclü  bir  dövlət  idarəçiliyinin 

qurulmasının  əsas  səbəbləri  hesab  olunur.  Xalqa  veriləcək 

olan  dövlət  xidmətləri  tək  mərkəzdən  idarə  olunur.  Eyni 

zamanda  bütün  bəşəri  və  malı  resursların  istismarı  mərkəzi 

dövlət  orqanlarının  nəzarəti  altındadır.  Bu  isə  resurslardan 

xalqın  mənfəəti  doğrultusunda  istifadə  edilməsinə  şərait 

yaradır.  Yəni  dövlət  bölgələr  arasında  fərq  yaratmadan 

bütün  bölgələrin  inkişafına  (təbii  ki,  bölgənin  coğrafi 

böyüklüyü  və  demoqrafik  quruluşu  nəzərə  alınaraq)  bərabər 

səviyyədə və lazımi qədər vəsait ayırır.

Ancaq  mərkəzi  idarəetmə  sisteminin  bu  faydaları  ilə 

bərabər,  aşırı  bürokratikləşməyə  yol  açması,  dövlətin  vermək 

məcburiyyətində  olduğu  xidmətlərin  yerli  ehtiyaclar  nəzərə 

alınmadan  (bütün  planların  mərkəzdə,  yerlərdəki  əhalinin 

ehtiyaclarını  araşdırmayan  bürokratlar  tərəfindən  kor- 

koranə  hazırlanması)  həyata  keçirilməsi,  .mərkəzdə  xalqın 

ehtiyac  və  arzuları  nəzərə  alınmadan  qərarlar  alınması  kimi 

mənfi  cəhətləri  də  mövcuddur.  Buna  görə  də,  son  illərdə 

ortaya  çıxan  yeni  siyasi  və  idarəetmə  teoriyalarının 

əksəriyyətində  mərkəzi  idarəetmə  sistemindən  (yəni  bütün 

səlahiyyətlərin 

mərkəzdə 

toplanması 

və 


ölkənin 

tək 


mərkəzdən  idarə  olunması)  uzaqlaşılması,  bunun  yerinə  yerli 

özünüidarənin  inkişaf etdirilməsi  tövsiyə edilməkdədir.  Səbəb 

isə  1929- cu  il dünya iqtisadi  böhranından sonra  ortaya çıxan 

Keynesyen  iqtisad  teoriyalarının  (dövlətin  iqtisadi  həyata 

aktiv  müdaxiləsi)  1970-  ci  illərdə  süqutu  nəticəsində  dövlətin 

səlahiyyətlərinin  azaldılması  zərurətidir.  Yəni  dövlət  sadəcə 

güvənlik  və  ədalət  xidmətlərini  həyata  keçirməli,  iqtisadi 

həyata  müdaxilə  etməməlidir.  Bu  həm  qloballaşmanın,  həm 

də yeni postmodern demokratiyanın əsas  inkişaf amilidir.

148



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə