Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə50/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   46   47   48   49   50   51   52   53   ...   205

ləşdirməkdə  bəzi  çətinliklər  yaradır.  Eyni  zamanda  paralel 

strukturların  mövcudluğu,  səlahiyyətlərin  bir-  birini  təkrar 

etməsi 

bələdiyyələrin  effektiv  fəaliyyətinə  mane  olan 



səbəblərd əndir.

Ədəbiyyat:

1.  Əsgəıov  Z., 

Nəsirov  E., 

İsmayılov  M., 

Məmmədov 

X., 


Azərbaycanın Dövlət və Hüququnun əsasları.  Bakı, 2003

2.  Langrod  G.  Local  Goverment  and  Democracy.  «Public 

Administration Review, Vol.  31

3.  Görmez  K.  Yerel  demokrasi  və  Türkiye.  Vadi  Yayınları, 

Ankara,  1997

4.  Lipson L. Politika Biliminin Temel Sorunları. Ankara,  1978

5.  Azərbaycan Respublikası  Konstitusiyası.

6.  Bələdiyyələrin  Statusu  Haqqında  Azərbaycan  Respublikası 

Qanunu.

7.  Abdullayev E., Həsənova S.  Bələdiyyə Hüququ.  Bakı, 2002



NO VR Ü ZƏ Lİ R ƏHİMO V 

Naxçıvan Dövlət  Universiteti

QLOBALLAŞMA  PROSESİNİN  MAHİYYƏTİ  VƏ 

BU  PROSESDƏ  AZƏRBAYCANIN  ROLU

İndiki  dövrdə  dünyada  baş  verən  geniş  və  əhatəli 

proseslərdən  biri  qloballaşma  prosesidir.  Son  vaxtlar  demək 

olar  ki,  bütün  dillərdə  nəşr  olunan  ədəbiyyatlarda  qlobal­

laşmaya  geniş  yer  verilir.  Bu  problemin  diqqət  mərkəzinə 

keçməs:: xüsusilə XX əsrin 90-cı illərindən başlanır.

Qloballaşma  prosesi  çoxşaxəli  proses  olaraq  ictimai 

həyatın  bütün  sahələrini  əhatə  edir  və  bunun  üçün  də  ciddi 

maraq doğurur.

Qloballaşma  dünya  miqyasında  siyasi, 

iqtisadi, 

mədəni və s. əlaqələrin daha da yaxınlaşmasıdır.

152



Qloballaşma  prosesinə  münasibət  müxtəlifdir.  Bıı 

prosesin  bir  çox  filosoflar  tərəfindən  həm  müsbət  həm  də 

mənfi  cəhətləri  göstərilir.  Bir  sıra  tədqiqatçıların  fikrincə 

qloballaşma  Milli 

iqtisadiyyatların 

vahid 


ümumdünya 

sistemində  birləşməsidir.  Dünya  bazarının  siyasi  fəaliyyəti 

sıxışdırması və yaxud  dəyişdirməsidir (2,  s.333).  Bəzən də onu 

dünya  ağalıqlarının  ideologiyası  adlandırırlar,  inkişaf  etmiş 

ölkələrin  geridə  qalmış  ölkələri  istismar  etmək  üçün  vasitə 

olduğunu göstərirlər.

Qloballaşma

iqtisadiyyatların

«Soyuq  müharibə»dən  sonra  milli 

yaxınlaşması 

nəticəsində 

yaranmış 

beynəlxalq  sistemdir  və  kapitalın  maneəsiz  yerdəyişməsinə 

əsaslanır,  dünyanın  informasiya  baxımından  açıq  olmasını 

tələb edir,  kommunikasiya .yaxınlaşmasının,  ümumbəşəri elmi 

inqilabın  zəruriliyini  irəli  sıirür(l,  s.46.).  Sürətli  texnoloji 

yeniləşmə,  beynəlxalq  təşkilatların  rolunun  artması,  yeni 

nəqliyyat 

növləri, 

telekomunikasiya 

texnologiyasının 

reallaşması,  təhsilin  beynəlmiləlləşməsi də bura aiddir.

Amerikalı  tədqiqatçı  T.Fridmanm  fikrincə  qlobal­

laşma  bazarın,  millətlərin,  dövlətlərin  və  texnologiyaların 

qarşısıalınmaz  inteqrasiyasıdır.  Onun  fikrincə  hər  hansı  ölkə 

qloballaşma sisteminə daxil  olarsa  onun  elitası  inteqrasiyanın 

perspektivlərini  təhlil  etməyə  başlayır  və  qlobal  səviyyədə  öz 

yerini müəyyənləşdirməyə çalışır.

Qloballaşma  prosesi  dünyanın  bütün  ölkələrində  azad 

bazarın  yayılmasına  gətirib  çıxarır.  Banklar,  firmalar,  sənaye 

şirkətləri  Milli  hökumətlərin  təsiri  altından  çıxmış  kimi 

özlərini aparır. Xarici firmalar daha tez iş yerləri aça bilir.

Qloballaşma  insanların  sosial-mədəni  əlaqələrinin 

coğrafi cəhətdən  məhdudiyyətlərini aradan qaldırır və  onların 

birgə fəaliyyətinə şərait yaradır ki,  bu da  inkişafa  səbəb  olur. 

Sözsüz  ki,  cəmiyyət  özünün  tarixi  inkişafında  hər  bir  yeni 

mərhələyə  çatdıqca  bir-birindən  coğrafi  mənada  uzaqda  olan 

insanlar  arasında  müəyyən  qədər  yaxınlaşmaya  səbəb 

olmuşdur.  Bu  baxımdan  müasir  dövrdə  elmi-texniki  tərəqqi

153



ilə  əlaqədar  olaraq  bu  yaxınlaşma  özünün  yeni  mərhələsinə 

keçməkdədir.

Qloballaşma  prosesi  cəmiyyətimizdə  artıq  insanların 

şüurunda və gündəlik davranışında müəyyən  dəyişikliklər edə 

bilmişdir.

Qloballaşmanı  tarixi  inkişafın  həm  məhsulu,  həm  də 

tələbi  kimi  qiymətləndirmək  olar.  Qloballaşma  prosesini 

sürətləndirən  əsas  səbəblərdən  biri  də  müəyyən  problemlərin 

daha  geniş  miqyas  almasıdır.  Bu  cəhətdən  bəşəriyyətin 

məhvinə  aparıb  çıxaran  müharibə  problemi,  insanların 

yaşayış  şəraitinin  məhvinə  səbəb  olan  ekoloji  problemlər, 

müxtəlif  qorxulu  xəstəliklərin  artması  müasir  şəraitdə  artıq 

çoxlarını  narahat  etməkdədir.  Nəzərə  almaq  lazımdır  ki, 

bütün  bu  problemlərin  həllinə  hamılıqla,  qlobal  şəkildə 

yanaşılarsa  müəyyən  nəticələr  əldə  etmək  olar.  Bu  baxımdan 

artıq  insanlar  öz  fəaliyyətlərini  əlaqələndirməyə  çalışırlar. 

Həm  də  bu  sahədə  bir  sıra  beynəlxalq  təşkilatlar  fəaliyyət 

göstərirlər.  Bu  da  qloballaşma  prosesinin  sürətlənməsinə 

səbəb olur.

Beynəlxalq  istehsal  və  ticarət  sahəsində  müqavilələrin 

genişlənməsi,  məlumatlandırılma  və  əlaqələndirmə  texnolo­

giyasının  inkişafı,  mədəni  əlaqələrin  artması,  beynəlxalq 

təşkilatların  rolunun  artması  və  s.  kimi  proseslər  cəmiyyətin 

qlobal  idarəolunması istiqamətinə doğru aparır.

Qloballaşma  sıx  qarşılıqlı  fəaliyyətdə  olan  kompleks 

sistemin  yaranması  kimi xarakterizə  oluna  bilər.  Qloballaşma 

təkcə  dünyanın  iqtisadi  prosesləri  dəyişmir,  həmçinin  onun 

strukturunu  dəyişir.  Bəşəriyyətə  ağlasığmaz  təsirlər  edir, 

tronsnontinental  və  regionlararası  proseslər  gedir  ki,  bunlar 

da  öz  növbəsində  miqyasına  görə  qlobal  qarşılıqlı  asılılıq 

münasibətlərini formalaşdırır (3,s.55).

Qloballaşma 

prosesinin 

getdikcə  gücləndiyi 

bir 

şəraitdə  hər  bir  ölkə,  hər  bir  millət  özünün  taleyi  və  bu 



prosesdə  yeri  haqqında  düşünməlidir.  Daha  dəqiq  desək  öz

154



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə