Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə49/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   45   46   47   48   49   50   51   52   ...   205

Demokratiyanın  inkişafında  yerli  özünüidarəetmə 

orqanlarının  rolu  inkar  edilməzdir.  Görkəmli  Fransız  alimi 

A.  De  Tokvil  hələ  1835-  ci  ildə  nəşr  olunan  «Amerikada 

demokratiya»  adlı  məcmuəsində  qeyd  edir  ki,  «Yerli 

özünüidarəetmə  institutları  olmadan  millət  azad  hökumət 

yarada  bilər,  lakin  o,  əsl  azadlıq  ruhunu  duya  bilməz»  (1,  s. 

225).  Bəzi  qarşı  fikirlərə  rəğmən  (2,  s.  25  -  34)  müasir  yerli 

özünüidarə  ilə  aralarında  birəbir  əlaqələr  qurulmasa  da 

Ortaçağ  komünlərindən  bu  yana  yerli  özünüidarəetmə 

orqanları  bərabərlik,  müstəqillik,  təmsil  etmə,  qərarların 

hazırlanmasında iştirak etmə kimi əsas demokratik prinsipləri 

yaşadan  qurumlardır  (3,  s.  67).  Eyni  zamanda  yerli 

özünüidarənin  demokratik  inkişaf  prosesindəki  əsas  rolu 

dövlətin  mərkəzi  idarəsinin  gücünə  qarşı  balans  yaratma 

nöqtəsində  ortaya  çıxmaqdadır  (4,  s.  344-348).  Yəni  yerli 

özünüidarə  dövlət gücünü  vətəndaşın lehinə məhdudlaşdırma 

vəzifəsi  daşıyır.  Bu  aspektdən  baxdığımız  zaman  dövlətin 

mərkəzi  aparatına  sadəcə  güvənlik  və  ədalət  xidmətlərini 

həyata keçirməkdən  başqa bir iş qalmır.  Xalqa veriləcək digər 

dövlət  xidmətlərini  isə  yerlərdəki  yerli  özünüidarəetmə 

orqanları  həyata  keçirəcəkdir.  Bu  gün  Avropa  Birliyi  başda 

olmaqla  IM F 

və  Dünya  Bangınm  müxtəlif  ölkələr  üçün 

hazırladıqları  sosial-iqtisadi  inkişaf  proqramlarında  da, 

desantralizasiya  (mərkəzdən  uzaqlaşma)  əsas  şərt  kimi  qəbul 

edilməkdədir.  Bunun  həm  xalq,  həm  də  dövlət  üçün  müsbət 

təsiri 

olacağı 


vurğulanmaqdadır. 

Avropa 


Birliyinin 

Maastricht  anlaşmasında  Subsidiarity  (xidmətdə  xalqa 

yaxınlıq)  prinsipinin  mənimsənməsi  məhz  buna  xidmət  edir. 

Xalqın  ehtiyac  və  problemləri  ilə  ona  ən  yaxın  orqan  olan 

yerli  özünüidarəetmə  orqanlarının  məşğul  olması  daha 

məqsədə uyğundur.

Bütün  bu  dediklərimizdən  aydın  olur  ki,  dövlət 

idarəçiliyində mərkəzi  dövlət  orqanları  ilə  yerli  özünüidarəet­

mə  orqanları  arasında  münasibətlər  səlahiyyətlərin  düzgün 

şəkildə  və  demokratik  prinsiplərə  uyğun,  olaraq  bölüşdürül­

149



məsi  ilə  tənzimlənir.  Təbii  ki,  bu  səlahiyyət  bölgüsü  ölkədən- 

ölkəyə  fərqlilik  göstərir.  Bunun  da  səbəbi  hər  ölkənin 

özünəməxsus  idarəetmə  sisteminin  olmasıdır. 

Xüsusilə 

demokratikləşmə  prosesinə  yeni  qədəm  qoyan  ölkələrdə 

mərkəziyyətçiliyin  güclü  olduğu,  yerli  özünüidarə  anlayışının 

isə  zəif  inkişaf  etdiyi  bir  həqiqətdir.  Bunun  əsas  səbəbi  isə 

inkişaf  etməkdə  olan  ölkələrin  xalqlarında  yerli  özünüidarə 

anlayışı haqqında  lazımi səviyyədə məlumatın  olmamasıdır.

1991-ci  ildə müstəqillik əldə edən  Azərbaycan  Respub­

likasının  Konstitusiyasının  142-ci  maddəsinin  I  hissəsində 

qeyd  olunur  ki,  «yerli  özünüidarəetməni  bələdiyyələr  həyata 

keçirir».  «Bələdiyyələrin  statusu  haqqında»  qanunun  14-cü 

maddəsinə  görə,  bələdiyyələr  və  onların  orqanları  dövlət 

hakimiyyəti  orqanları  sisteminə  daxil  deyildir.  Amma 

qanunun  bu  hökmü,  bələdiyyələrin  tamamilə  müstəqil 

olduğunu  göstərməz.  Bələdiyyə  orqanları  mərkəzi  dövlət 

orqanları  ilə  siyasi,  hüquqi,  sosial-iqtisadi  və  digər  bir  çox 

sahələrdə  əlaqələr  qurar.  Bu  əlaqələr  əslində,  bələdiyyə 

seçimlərinin  həyata  keçirildiyi  gündən  etibarən  başlayır. 

«Bələdiyyələrin  statusu  haqqında»  qanunun  27-ci  maddə­

sində  deyilir  ki,  «Azərbaycan  Respublikasının  dövlət  orqan­

ları  bələdiyyələrə  seçkilərin  demokratik  əsasda  keçirilməsinə 

təminat  verir».  Eyni  qanunun  9-  cu  maddəsində  isə  «Azər­

baycan  Respublikasının  dövlət  hakimiyyəti  orqanları  bələ­

diyyələrin  təşəkkülü  və  inkişafı  üçün  zəruri  hüquqi,  təşkilati 

və  maddi-maliyyə  şəraiti  yaradır  və  yerli  özünüidarə  hüqu­

qunu  həyata  keçirməkdə  əhaliyə  kömək  göstərirlər»  hökmü 

yer alır.

Dövlət  və  bələdiyyə  orqanları  arasında  olan  hüquqi 

əlaqələr  də,  qanunlarda  öz  əksini  tapmışdır.  Belə  ki,  Azər­

baycan  Respublikası  Ədliyyə  Nazirliyi  bələdiyyə  orqanları  və 

onların  səlahiyyətli  nümayəndələrinin  Azərbaycan  Respub­

likası  Konstitusiyasına  və  qanunlarına  riayət  edilməsinə 

inzibati  nəzarəti  həyata  keçirir  (maddə  52).  Yəni  bələdiyyə 

orqanları  və  onların  səlahiyyətli  nümayəndələri,  qanuna

1.50



uyğun  olmayan  qərar  və  hərəkətlərinə  görə  məsuliyyət 

daşıyırlar.  Bələdiyyələrin  fəaliyyətində  qanuna  uyğunsuzluq 

müəyyən  edilərsə  məhkəmə  orqanlarına  şikayət  edilə  bilər. 

Göründüyü  kimi  mərkəzi  idarəyə,  bələdiyyələr  üzərində 

inzibati  nəzarət  üçün  yalnız  məhkəmə  orqanlarını  fəaliyyətə 

keçirmək  və  qanuna  uyğunsuzluğun  ləğv  edilməsini  istəmə 

səlahiyyəti  tanınmışdır.  Bələdiyyələrin  qərarları  və  onların 

orqanları  üzərində  başqa  nəzarət  növlərinə 

qanun  icazə 

vermir.  Eyni  zamanda  bələdiyyələr  də  onlara  yönəldilmiş  və 

səlahiyyətlərinin  həyata  keçirilməsinə  mane  olan  qanuna 

uyğunsuzlııqlara  qarşı  məhkəmə  orqanlarına  müraciət  edə 

bilərlər.  Bu  qısa  informasiya  Azərbaycan  Respublikası 

qanunvericilik  aktlarında  mərkəzi  idarə  ilə  yerli  özünüidarə 

arasında əlaqələrin  hüquqi  cəhətdən tənzimlənməsini  göstərir.

Azərbaycanda  yerli 

Özünüidarəetmə  institutunun 

inkişafı  ilə  bağlı  ən  mühüm  məsələ  yerli  icra  hakimiyyəti  ilə 

bələdiyyələr  arasında  səlahiyyət  bölgüsünün  sərhədləri  ilə 

bağlıdır.  Ekspertlər  hazırkı  şəraitdə  bələdiyyələrin  səlahiyyət­

lərinin  kifayət  qədər  məhdud  olduğu  qənaətindədir.  Eyni 

zamanda  yerli  icra  hakimiyyətlərinin  bələdiyyələrin  fəaliyyə­

tinə  müdaxiləsi  də  ciddi  narahatlıqlar  doğurur.  Hesab  edilir 

ki,  hazırkı  vəziyyətdə  yerlərdə  icra  hakimiyyətlərinin  daha 

üstün  səlahiyyətlərə  malik  olması  vətəndaşların  etimad 

göstərdiyi  bələdiyyə  institutunun  formalaşmasına  mane  olur. 

Vətəndaşlar  praktik  olaraq  hər  şeyə  qadir  olan  yerli  haki­

miyyət kimi bələdiyyələri yox, icra hakimiyyətlərini görürlər.

Bütövlükdə 

götürdükdə, 

bələdiyyələrin 

nəzəri 


cəhətdən  ictimai  xidmət  sahəsində  fəaliyyət  göstərməsi  üçün 

geniş  səlahiyyətləri  var.  Anıma,  maliyyə  çatışmamazlığı 

səbəbindən  bələdiyyələr  çox  az  sayda  xidmətlər  həyata

keçirirlər.

• •

Ümumiyyətlə,  idarəetmə  sahəsindəki  islahatların  sona 



çatmaması,  desantralizasiyamn  tam  həyata keçirilməməsi, qa- 

nunlardakı  müəyyən  ziddiyyətlər  bələdiyyələr  və  icra  haki­

miyyətləri  arasında  səlahiyyətlərin  sərhədlərini  müəyyən-

151



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə